Microsoft Word iqtisad 34 2012 son doc



Yüklə 76,68 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü76,68 Kb.
#35331
növüXülasə


 

Number 34, 2012

 

33

 

 

UOT 339.1 



XÜSUSİ İQTİSADİ ZONALARIN                                                      

SOSİAL-İQTİSADİ İNKIŞAFA TƏSİRİ 

Rasim ABUTALIBOV 

Qafqaz univesiteti 

rabutalibov@qu.edu.az

 

XÜLASƏ 

Müasir dövrdə Xüsusi İqtisadi Zonalar (XİZ) xarici ticarət strategiyasının vacib elementlərindən biridir. Belə 

ki, XİZ yerli və xarici kapitalın cəlb olunmasına, ixracın genişlənməsinə, valyuta ehtiyatlarının artmasına, yeni tex-

nologiyalara çıxma imkanına və nəticədə milli iqtisadiyyatın inkişafına və dünya bazarına daha səmərəli inteqrasiya 

olunmasına gətirib çıxarmaqdadır. Xüsusi İqtisadi Zonalar (XİZ) dünya təsərrüfat təcrübəsində geniş yerə sahib 

olmuşdur. Dünyada daha geniş yayılmış xüsusi iqtisadi zonaları aşağıdakılar kimi təsnifləşdirmək olar: azad gömrük 

zonaları, azad ticarət zonaları, azad iqtisadi zonalar, azad istehsal zonaları, azad sənaye zonaları, elmi-sənaye parkları, 

ofşor mərkəzləri və s. 



Açar sözlər: Xüsusi İqtisadi Zonalar (XİZ), Azad iqtisadi zonalar, Azad ticarət zonaları, elmi-sənaye parkları, 

Azad sənaye zonaları. 



ВЛИЯНИЕ СПЕЦИАЛЬНЫЕ ЭКОНОМИЧЕСКИЕ ЗОНЫ НА                                                       

СОЦИАЛЬНОГО- ЭКОНОМИЧЕСКОГО РАЗВИТИЮ 

РЕЗЮМЕ 

В настоящее время oдним из важных составных элементов стратегии экспортной ориентации являются 

специальные  экономические  зоны  (СЭЗ),  которые  создаются  для  привлечения  местного  и  иностранного 

капитала,  расширения  экспорта,  роста  валютных  доходов,  получения  доступа  к  новым  технологиям  и,  в 

конечном  счете,  для  развития  национальной  экономики  и  ее  более  эффективной  (тесной)  интеграции  в 

мировую экономику. Специальные экономические зоны получили достаточно широкое распространение 

в мировой хозяйственной практике. Однако среди наиболее распространенных в мире специальных эконо-

мических зон можно выделить следующие: таможенные свободные зоны; зоны свободной торговли; свободные 

экономические зоны; свободные производственные зоны; свободные промышленные зоны; научно-промыш-

ленные парки; оффшорные центры и др.; 



Ключевые слова: специальные экономические зоны (СЭЗ), зоны свободной торговли, свободные эко-

номические зоны, научно-промышленные парки, свободные производственные зоны. 



THE EFFECT OF SPESIAL ECONOMICS ZONES ON SOCIO-ECONOMIC DEVELOPMENT 

ABSTRACT 

Currently Special Economic Zones are the main elements of foreign trade. Thus, SEZ attracts local and foreign 

capital, increases the volume of export, increases the currency reserves, provides the opportunity for the emerging of 

new technologies and consequently leads to the development of national economy and helps to integrate to the 

world market more effectively. SEZs have great role in world household experience. More widespread special economic 

zones can be classified as follows: free customs zones, free trade zones, free industrial zones, free economic zones, 

free production zones, scientific and industrial parks, and offshore centers. 

Key words: Special Economic Zones, Free Economic Zones, Free Trade Zones, scientific and industrial parks, 

Free industry zones. 

 

Giriş

 

Azərbaycan Respublikası artıq 20 ildən çox-



dur ki, bazar iqtisadiyyatı sisteminə keçmiş-

dir. Bu dövr ərzində bir çox inkişaf etmiş öl-

kələrdə tətbiq edilən proqramlar, modelllər

 

tədqiq olunmuş, öyrənilmiş  və ölkə iqtisa-



diyyatının inkişafı istiqamətində tətbiq edil-

məyə çalışılmışdır. 




Rasim Abutalıbov 

          JOURNAL OF QAFQAZ UNIVERSITY                 



 

                                            Economics and Administration 

34 

Dünyanın aparıcı ölkələrində təsərrüfatın əra-

zi təşkilinin yeni formaları tətbiq edilməyə 

başladı. Belə ki, inkişaf etmiş ölkələrdə Elmi 

Texniki Tərəqqinin təsiri altında təsərrüfatın 

yerləşməsi və ərazi təmərküzləşməsində daim 

dəyişikliklər baş vermişdir.  Əvvəllər təsər-

rüfatın ərazi təşkili formalarında üstün yeri 

sənaye məntəqələri, qovşaqları, iri ixtisaslaş-

mış rayonları (kömür-metalurgiya, neft-kim-

ya və s. tuturdusa, son illər onun yeni for-

maları meydana gəlmişdir. Belə ki, Qərbi Av-

ropa və Şimali Amerika ölkələrində istehsa-

lın əlverişli dəniz və çay limanlarına doğru 

yerdəyişməsi və iri dənizsahili komplekslə-

rin yaranmasına səbəb olmuşdur. [2.90] 

Təsərrüfatın ərazi təşkilinin yeni formaların-

dan biri də Xüsusi İqtisadi Zonalardır(XİZ). 

Xüsusi iqtisadi zonalar dünya təsərrüfat sis-

temində xüsusi çəkiyə malikidir və bu zona-

ların yaradılmasında məqsəd ölkə iqtisadiy-

yatının prioritet sahələrinin inkişafını sürət-

ləndirmək, yerli və xarici investisiyaların cəlb 

edilməsinə daha əlverişli  şərait yaratmaq, 

ixracatı genişləndirmək, istehsala yeni müa-

sir texnika və texnologiyanın tətbiqinə nail 

olmaq, rəqabət qabiliyyətli, səmərəli istehsal 

və xidmət sahələrinin təşkilini dəstəkləmək

yeni iş yerlərinin açılmasına şərait yaratmaq 

və  nəticədə ölkənin kompleks sosial-iqtisadi 

inkişafına nail olmaqdır. 

Xüsusi İqtisadi Zona güzəştli təsərrüfat fəa-

liyyəti zonaları olmaqla XX əsrin ikinci yarı-

sından başlayaraq ABŞ, Koreya, Polşa, Ma-

carıstan, Çin və başqa ölkələrdə yaranmış-

dır. [1.226] Dünya bankının hesabatına əsa-

sən 2008-ci ildə dünyanın 130 ölkəsində 3500-

dən çox XİZ mövcuddur. Bunların qlobal 

ixracatda dövriyyəsi təxmini 200 milyard 

dollardır və burada işləyənlərin sayı 40 mil-

yondur.  

XİZ-lər ayrı-ayrı ölkələrin iqtisadiyyatlarına 

da əsaslı təsir göstərmək imkanına malikdir. 

Məsələn, Vyetnam kimi yalnız son 10-15 ildə 

makroiqtisadi səviyyədə sabitliyə nail olmuş 

ölkədə 190-a yaxın XİZ real praktiki proses-

lərdə öz tətbiqini tapmışdır və bu zonalarda 

işləyənlərin sayı 950 min nəfər olmuşdur. 

[3;49]  

Xüsusi iqtisadi zonalar çox müxtəlifdir və 

onların qarşısında duran vəzifələr, verilən 

güzəştlər və istifadə olunan tənzimləmə va-

sitələri bir-birindən fərqlənir.  

Xüsusi iqtisadi zonaların dünyada ən çox is-

tifadə edilən formaları azad iqtisadi zonalar, 

azad gömrük zonaları, azad ticarət zonası, 

azad sənaye zonaları, azad istehsal zonaları, 

elmi-sənaye parkları(texnoparklar), ofşorlar, 

eko-iqtisadi ərazi və s. mövcuddur.

 

 



Azad iqtisadi zonalar 

 

Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, 

xüsusi iqtisadi zonaların ən çox istifadə edi-

lən formalarından biri də Azad İqtisadi Zo-

nalardır. AİZ-ın yaradılması konkret priori-

tet iqtisadi məsələlərin həlli, strateji proqram 

və layihələrin həyata keçirilməsinə yönəldil-

miş ayrı-ayrı ərazi və regionların iqtisadiy-

yatının inkişafında təsirli istiqamətdir. Göm-

rük prosedurlarının sadələşdirilməsi və uni-

fikasiyası üzrə beynəlxalq konvensiyaya əsa-

sən azad iqtisadi zona termini altında ölkə 

ərazisinin bir hissəsi başa düşülür ki, burada 

əmtəələr milli gömrük xaricində olan obyekt-

lər kimi qəbul edilir və bu səbəbdən də adi 

gömrük nəzarətinə və vergitutmaya cəlb edil-

mir. Başqa sözlə, AİZ-lar xüsusi rejimli ölkə 

əraziləridir.  

AİZ-ların fəaliyyətinin müsbət misalı kimi 

Birləşmiş Ərəb Əmirliklərdə, Çində qurulan 

azad iqtisadi zonaları göstərmək olar. 

Xüsusi iqtisadi zonaların 

yaradılmasında Dubay modeli

 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri 



son dövrlərdə dünyanı ən möhtəşəm şəhər-

lərindən biri kimi tanınmaqdadır. Belə ki, 

dünyanın ən böyük ilk 500 şirkətinin 120-si 

və həmçinin dünyanın ən hündür göydələn-

ləri(binaları) da burada yerləşməkdədir.

 

Ta-



rixi mənbələrdə qeyd olunur ki, 1940-cı ilə 


Xüsusi iqtisadi zonaların sosial-iqtisadi inkişafa təsiri  

Number 34, 2012

 

35

qədər Dubay çox da böyük olmayan bir ya-

şayış məntəqəsi olub. 1970-ci illərdə Dubay 

neftdən və ticarətdən gələn gəlirlər hesabına 

tədricən inkişaf etməyə başlayırdı. 1979-cu 

ildə Dubayda Cəbəl Əli limanı tikildi. Onun 

ətrafında isə 1985-ci ildə Cəbəl Əli Azad İq-

tisadi Ticarət Zonası salındı.

 

Burada 6400 şir-



kət fəaliyyət göstərir və Dubay şeyxliyinin 

toplam ixracatının 50 faizi bu Azad iqtisadi 

ticarət zonasının payına düşür. Həmçinin 

BƏƏ-liyinə qoyulan investisiyanın 20 faizi 

buradadır və 160 min işçi burada çalışmaq-

dadır.


 

[6]


 

 

Bu şəhərin inkişaf və tərəqqisinin ilk nümu-



nəsini Dubay hava limanında görmək olar. 

Bu hava limanı ildə 10,5 milyon sərnişinə 

xidmət göstərir. Bu şəhərin yerli əhalisi 25-

30 il əvvəl 350 minə yaxın idi. Lakin bu gün 

Dubayda 2 milyona yaxın əhali yaşayır.

 

Cə-



bəl Əli Azad İqtisadi Ticarət Zonasında Du-

bay Ticarət Mərkəzi, Süni Liman, 67 körpü 

və digər mühüm obyektlər mövcuddur. Bu-

radakı müəssisələrin 51 faizi ərəblərin, 49 faizi 

isə əcnəbi iş adamlarının ixtiyarındadır. Ver-

gi və gömrük rüsumlarından azad olunan 

Dubayın xüsusi iqtisadi zonasında dünyanın 

ən modern infrastrukturu qurulub. Yaxın Şər-

qin ən böyük ticarət limanı da burada yerləşir 

və 51 ölkə ilə tiracət əməliyyatları aparılır.  



Müasir texnoparklar modeli 

Dünya iqtisadiyyatında texnoparklar inno-

vasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüv-

vəsi hesab edilir. Hal-hazırda dünyada 400-

dən çox texnoparklar fəaliyyət göstərir və 

günü-gündən bu kimi parkların sayı artmaq-

dadır. Milli iqtisadiyyatın yeni sahələrinin 

formalaşmasında və  rəqabətqabiliyyətli ol-

masında texnoparkların rolu çox böyükdür. 

Texnoparkların yaradılmasının əsas məqsəd-

ləri biliklərin və ixtiraların texnologiyalara 

çevrilməsi, həmin texnologiyanın kommer-

siya məhsuluna çevrilməsi, kiçik elmtutumlu 

sahibkarlıq sektoru vasitəsi ilə texnologiya-

ların sənayeyə ötürülməsi, elmtutumlu fir-

maların formalaşması və onların bazarda tə-

şəkkülü, elmtutumlu biznes sahəsində mü-

əssisələrin dəstəklənməsi, sənayenin struk-

tur yenidənqurulması, məşğulluq problemi-

nin qismən həlli, yüksək texnologiyalar sa-

həsində elmi-texniki nailiyyətlərin sürətli tət-

biqi və s. [11] 

 

Texnoparklar ilk dəfə ötən əsrin 50-ci illərində 



ABŞ-da Stenford Universitetinin təşəbbüsü 

ilə yaradılmışdır. Həmin dövrdə universi-

tetin yerləşdiyi Kaliforniya ştatında ABŞ hö-

kumətinin sifarişi ilə hərbi sənaye məhsulları 

istehsal edən şirkətlər yüksək texnologiyalar 

sahəsində də müəyyən irəliləyişlər əldə et-

mişdilər. Ona görə də Stenford Universiteti 

bu şirkətlərə özünün boş qalmış ərazisində 

icarə yer vermək qərarına gəlmişdir. 

Amerika Biləşmiş Ştatlarında 

texnopark nümunəsi -Silikon Vadisi 

ABŞ-da ən məşhur texnoparklar Kaliforniya 

ştatında elmi mərkəzi Stenford Universiteti 

olan Silikon Vadisi və Kremn Vadisi texno-

parklarıdır. ABŞ-ın Silikon (silisium) Vadisi 

11 yanvar 1971-ci ildə qurulmasına baxma-

yaraq, müasir texnoparkların modeli kimi 

də xarakterizə etmək olar.

 

Hazırda iri İT-şirkətlərin kiçik vətənlərinə 



çevrilmiş Stenford sənaye parkında yüksək 

texnologiyalar sahəsinin 300-400 min mütə-

xəssisi çalışır və burada 7 minə yaxın şirkət 

fəaliyyət göstərir. Bununla yanaşı vadidə 2 

milyondan çox insan çalışır. Hazırda bu texno-

parkda "Google", "Hewlett-Packard", "Cisco 

Systems", "Adobe Systems", "Advanced Micro 

Devices" (AMD), "Apple Inc.", "Dolby Labo-

ratories Inc.", "eBay", "Intel", "Oracle Corpo-

ration", "Sun Microsystems", "Symantec", 

"Yahoo!" və s. kimi dünyanın ən məşhur şir-

kətləri fəaliyyət gösrərir. Kompyuterlərin və 

digər texnoloji məhsulların dünya ixracının 

20%-i Silikon Vadisinın payına düşür.  



Texnoparkların yaradılmasında              

Çin təcrübəsi 

Müasir dövrdə Çinin iqtisadiyyatının tex-

nologiyalar və innovasiyalar əsasında for-



Rasim Abutalıbov 

          JOURNAL OF QAFQAZ UNIVERSITY                 



 

                                            Economics and Administration 

36 

malaşması və inkişaf etdirilməsi prosesi sü-

rətlə davam etməkdədir.  

Məhz Çində Şanxay şəhərində texnoparkı iki 

şəhər məhəlləsi formasında hazırlamışlar və 

nəticədə artıq real gəlir  əldə etmişlər. Belə 

ki,  Şanxay Xüsusi iqtisadi zonası Çinin ilk 

qurulan xüsusi iqtisadi zonası ünvanına sa-

hibdir və 1980-ci ildə Çin Mərkəzi Komitəsi-

nin aldığı qərarla qurulmuşdur. 

Şanxay şəhəri son 20 ildə Çinin əsas istehsal 

mərkəzlərindən birinə çevrilmişdir. Bu xü-

susi zonanın qurulması təkcə istehsalı deyil, 

həmçinin Tədqiqat və  İnkişaf (Research $ 

Development) sahəsində dünyada uğur qa-

zanmış şirkətlərinə də ev sahibliyi etməkdə-

dir. XİZ qurulması nəticəsində Şanxay şəhəri 

Çinin 659 şəhərləri arasında 4-cü ən böyük 

iqtisadi  şəhəri olmuşdur və burada adam 

başına düşən gəlir 15 min Amerika Birləşmiş 

Ştatları dolları səviyyəsinə çatmışdır. [13] 

 

Şanxay şəhərində ildə 11.4 milyard dollarlıq 



yüksək texnologiyalı məhsullar istehsal edil-

məkdədir.  

Əvvəllər bir balıqçı  qəsəbəsi olan Şanxay, 

Xüsusi İqtisadi Zonanın qurulması və uğur-

lu fəaliyyəti nəticəsində XX əsrdə Çinin və 

dünyanın ən aparıcı sənaye, ticarət və liman 

şəhərlərindən birinə çevrilmişdi.  

Xüsusi iqtisadi zonalarının             

Türkiyə nümunəsi   

  

Türkiyədə Xüsusi İqtisadi Zonalar son dövr-

lərdə daha geniş inkişaf etməyə başlamışdır. 

Belə ki, Xüsusi iqtisadi zonalar qanunlarla 

tənzimlənir və burada fəaliyyət göstərən şir-

kətlərə vergi və digər güşətlər tətbiq olunur. 

Həmçinin yeni layihəsi olan və XİZ-lərdə fə-

aliyyət göstərmək istəyən fərdlərədə dövlət 

dəsdək olur və onlara təmənnasız maddi yar-

dımlar göstərilir. Əlbətdəki, bu kimi təmən-

nasız yardımlar heç də yaxşı qarşılanmaya 

bilər. Lakin Türkiyə təcrübəsinə nəzər yetir-

sək görərik ki, bu kimi yardımlar sonradan 

ölkə iqtisadiyyatına öz faydasını göstərmək-

dədir.  

Türkiyə İqtisadiyyat Nazirliyinin 2011-ci ilin 

31 dekabr ayının statistik məlumatlarına əsa-

sən hal-hazırda Türkiyədə 19 AİZ fəaliyyət 

göstərir və günü-gündən yeniləri qurulmaq-

dadır. Burada işləyənlərin sayı 54.022 nəfər-

dir və illik ticarət dövriyyəsi 22 milyard dol-

lardan çoxdur.  



Cədvəl:

 

Azad İqtisadi Zonalar üzrə illik ticarət dövriyyəsi (1000 ABŞ dolları)

 

 

 Mənbə: Türkiyə İqtisadiyyat Nazirliyinin rəsmi mənbələrindən götürülmüşdür. 




Xüsusi iqtisadi zonaların sosial-iqtisadi inkişafa təsiri

 

Number 34, 2012

 

37

Azərbaycan Respublikasında Xüsusi 

İqtisadi Zonaların vəziyyəti 

Son dövrlərdə Azərbaycan Respublikasında 

neft və qaz sektorundan gələn gəlirlərin art-

ması və qeyri-neft sektorunun inkişaf etdiril-

məsinə istiqamətlənən addımlar, ölkədə bu 

kimi xüsusi iqtisadi zonaların qurulması və 

inkişaf etdirilməsini zəruri edir. Təsadüfi 

deyil ki, 14 Aprel 2009-cu ildə Xüsusi İqtisa-

di Zonalar haqqında Azərbaycan Respubli-

kasının qanunu qüvvəyə binmişdir. 28.12. 

2011-ci il tarixində Azərbaycan Respublika-

sının Prezidenti tərəfindən "Bakı şəhərində 

Balaxanı  Sənaye Parkının yaradılması" və 

"Bakı şəhərində Balaxanı Sənaye Parkının fə-

aliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər 

haqqında" Azərbaycan Respublikası Prezi-

dentinin Sərəncamı imzalanmışdır. Bu par-

kın yaradılmasında başlıca hədəf təkrar isteh-

sal sahəsində maraqlı olan potensial sahib-

karlar və investorlar üçün əlverişli şərait ya-

ratmaq olacaqdır. Park ərazisində mexaniki 

emal və istehsal qurğuları üçün bütün şəra-

itlər və lazımi dəstək hökumət tərəfindən tə-

min ediləcəkdir. Sənaye Parkının Balaxanı 

poliqonuna və tullantıların yandırılması za-

voduna, o cümlədən əsas nəqliyyat qovşağına 

yaxınlığı xammal və enerji təchizatı və əldə 

edilmiş xam material və ya istehsal edilmiş 

məhsulun asanlıqla satış bazarına çıxmasına 

əlverişli imkan yaratmış olacaqdır. Bundan 

başqa 2012 il 05 noyabr tarixində "Yüksək 

Texnologiyalar Parkının yaradılması haqqın-

da" və 2012-ci il 21 dekabr tarixində sənaye 

və texnopark rezidentlərinə 7 il müddətinə 

vergi və gömrük güzəştlərinin edilməsini 

nəzərdə tutan "Azərbaycan Respublikasının 

Vergi Məcəlləsində  dəyişikliklər edilməsi 

haqqında" Azərbaycan Respublikası tərəfin-

dən fərman imzalayıb. 

Azərbaycan Respublikasında XİZ-lərin yara-

dılması ayrı-ayrı ərazilərin və sahələrin sü-

rətli inkişafına, rəqabət qabiliyyətli ixrac yö-

nümlü məhsulların istehsalının artmasına 

və bütövlükdə ölkənin kompleks sosial-iqti-

sadi inkişafına gətirib çıxaracaqdır. Hal-ha-

zırda ölkədə müxtəlif formalı XİZ-lər üçün 

əlverişli iqtisadi və coğrafi mühit mövcud-

dur və bu istiqamətdə mövcud infrastruktur 

yaradılmaqdadır.  

Azərbaycan Respublikasında texnopark 

nümunəsi - Sumqayıt Texnoparkı 

Sumqayıt Texnoparkı ölkədə qurulan ilk tex-

noparkdır. 45 hektar ərazisi olan bu texno-

parkın istismara verilməsi ölkəmizdə elek-

troenergetikanın inkişafına, enerji müəssisə-

lərinin yenidən qurulmasına və müasirləş-

dirilməsinə, elektroenergetika sənayesi üçün 

məhsullar istehsal edəcək zavodlar, sexlər 

qurulmasına geniş imkanlar açacaqdır. 

Müəssisə tam işə düşdükdən sonra burada 

3 min nəfərdən çox insanın, o cümlədən yük-

sək ixtisaslı mühəndislərin daimi işlə təmin 

edilməsi nəzərdə tutulur. 

Bu vəya digər texnoparkların səmərəli fəaliy-

yətlərini təmin etmək üçün dünyada ciddi 

uğurlar  əldə etmiş texnoparkların müsbət 

təcrübəsini nəzərə almaq lazımdır.  

Son dövrlərdə Ələt qəsəbəsinin ətrafına ay-

rıca diqqət yetirilir. Bərə limanının və gəmi-

qayırma zavodunun Qaradağ rayonuna kö-

çürülməsi məsələsi burada həmçinin yeni 

Azad İqtisadi Zonanın qurulması məsələsini 

də ortaya çıxarır. Bərənin Ələtə keçirilməsi 

ilə yüklər Mərkəzi Asiyadan və Çindən Ələtə 

gələrək Bakıya girmədən Avropaya, cənuba 

və şimala yola salınması nəzərdə tutulur.  



Nəticə və təkliflər 

Azərbaycan Respublikasında xüsusi iqtisadi 

rayonların qurulması və inkişaf etdirilməsi 

üçün kompleks tədbirlərin işlənib hazırlan-

ması lazımdır.  İlk növbədə vergi, gömrük 

və digər güzəştlərinin nələrdən ibarət olun-

masına açıqlıq gətirilməlidir və qanunlarla 

tənzimlənməlidir. Bundan əlavə burada fə-

aliyyət göstərən müəssisələrə hansı şərtlərə 

əsasən qurulması bu planda tam şəkildə öz 

əksini tapmalıdır. Bilindiyi kimi dünyada XİZ-



Rasim Abutalıbov 

          JOURNAL OF QAFQAZ UNIVERSITY                 



 

                                            Economics and Administration 

38 

lər xarakter və funksional baxımdan üç yerə - 

özəl, dövlət və qarışıq formalara bölünürlər. 

Dünyada ən çox tətbiq edilən qarışıq XİZ for-

malarıdır. Azərbaycan Respublikasında qu-

rulan Sumqayıt texnoparka və Balaxanı Eko-

Sənaye Parkına nəzər yetirsək görərik ki, bu-

rada əsasən dövlət müəssisələrin rolu geniş-

dir. Əlbətdəki, istər bu zonalarda istərsədə 

digər qurulacaq XİZ-lərdə xüsusi mülkiyyə-

tin, yerli və xarici özəl müəssisələrin, həm-

çinin universitetlərin, tədqiqat institutların 

da bu işə cəlb olunması istiqamətində addım-

ların atılması vacibdir. Bunun üçün bizə da-

ha yaxın olan Türkiyənin təcrübəsi tədqiq 

olunmalı və dünya təcrübəsindən də istifadə 

edərək yeni konsepsiya hazırlanmalıdır. Bun-

dan başqa XİZ-lərin regionlarda qurulması 

üçün ayrı tədqiqatlar aparılmalı və əsaslan-

dırılmış xüsusi təkliflər paketi hazırlanmalı-

dır. Azad İqtisadi Zonaların qurulması mə-

sələləri ortaya çıxdığı zaman ən çox müza-

kirə olunan ərazilər Sumqayıt  şəhəri, Nax-

çıvan MR-nın Sədərək qəsəbəsi, Lənkəran 

şəhəri olmuşdur. Lakin hal-hazırda  əsasən 

Bakı şəhəri və Abşeron iqtisadi rayonunda 

qurulmasına daha çox diqqət yetirilir. Azər-

baycanın təbii və coğrafi mövqeyi ölkəmizin 

digər ərazilərində də bir çox XİZ formaları-

nın qurulması imkanlarını ortaya çıxarır. Əsa-

sən sərhədyanı və liman ərazilərdə azad ti-

carət zonaların qurulması məsələlərinə baxıla 

bilər. Xüsusəndə İran, Türkiyə və Rusiya ilə. 

Göründüyü kimi Xüsusi İqtisadi Zonaların 

ölkə iqtisadiyyatın inkişafında rolu çox bö-

yükdür. Bu vasitələrdən istifadə edərək istər 

köhnə  ərazilərdə yeni təsərrüfatçılıq sahə-

lərinin inkişaf etdirilməsinə vəya yeni təsər-

rüfat sahələrinin formalaşmasına gətirib çı-

xaracaqdır.  



ƏDƏBİYYAT 

1.   Nuriyev Ə.X., "Regional siyasət və idarəetmənin 

əsasları" İkinci nəşr, Bakı - "Elm" - 2007, 427 səh. 

2.   Həsənov T.G, "İqtisadi-coğrafi rayonlaşdırma", 

Dərslik, Bakı-"Bakı Universiteti" nəşriyyatı, 2012, 

245 səh. 

3.   Əliyev Ş.T., "Xüsusi iqtisadi zonaların tətbiqi prob-

lemləri", Bakı-Azərbaycan Respublikasının Prezi-

denti yanında Elmin İnkişafı Fondu, 2012, 360səh. 

4.   А. В. Пушкин, И. Г. Богданов, "Особые эконо-

мические зоны в России. Правовое регулиро-

вание", 2009 г., Альпина Паблишер, 232 стр. 

5.   http://www.tamizshahar.az/?/az/content/255/ 

6. http://www.agm.org.tr/Dosyalar/24temmuz%20 

sunum%20[Uyumluluk%20Modu].pdf 

7.   http://www-wds.worldbank.org/external/default/ 

WDSContentServer/WDSP/IB/2011/03/01/000158

349_20110301083120/Rendered/PDF/WPS5583.pdf 

8. http://www.amrc.org.hk/system/files/Special%20 

Economic%20Zones%20in%20Asia.pdf 

9. https://openknowledge.worldbank.org/bitstream 

/handle/10986/2341/638440PUB0Exto00Box03615

27B0PUBLIC0.pdf?sequence=1 

10.   http://www.economic-review.ru/publications/67/ 

11. http://ict.az/az/index.php?option=com_content& 

task=view&id=1050&Itemid=122 

12.   http://www.unesco.org/new/en/natural-sciences/ 

science-technology/university-industry-partner-

ships/science-parks-around-the-world/ 

13.  http://www.gozlemgazetesi.com/yazarlar/serkan-bur 



ken/1697-dunya-turkiye-ve-ozel-ekonomik-bolgeler.html

Yüklə 76,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə