Microsoft Word Iqtisadiyyat makro imtahan doc



Yüklə 306,64 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix14.05.2018
ölçüsü306,64 Kb.
#43766
  1   2   3   4   5   6   7   8   9   ...   13


 



qtisadiyyat:makro fənni üzrə imtahan suallarının cavabları



 

1. Makroiqtisadi nəzəriyyənin yaranması və inkişafı 

Makroiqtisadiyyat (yun. Makros-böyük deməkdir) bir elmi nəzəriyyə kimi XX əsrin 30-cu 

illərində  formalaşmağa  başlamış  və  onun  əsasını  “Məşğulluğun,  faizin  və  pulun  ümumi 

nəzəriyyələri”  adlı  əsərinin  müəllifi  Keyns  qoymuşdur.  Dövlətin  iqtisadi  proseslərin 

tənzimlənməsinə  müdaxilə  etməsi,  iqtisadiyyatin  bütövlükdə  cəmiyyət  miqyasında 

öyrənilməsinin  zəruriliyi  makroiqtisadiyyatın  yaranmasına  səbəb  oldu.  Sonrakı  illərdə 

makroiqtisadiyyatın  tədqiqat  sahəsi  daha  da  genişləndi.  Məsələn  1950-ci  illərdən  başlayaraq 

iqtisadiyyata  dair  dərsliklərdə  o  ayrıca  bir  bölmə  kimi  öyrənilir,  həmçinin  makroiqtisadi 

problemlər riyazi modellər əsasinda şərh olunurdu. Bu isə makroiqtisadiyyat üçün əsas olan real 

iqtisadi hadisə və proseslərin sistemli şəkildə izahından uzaqlaşmaq idi.  Lakin sonralar,50-60-cı 

illərdə  yaranan  nəzəriyyələr  də  makroiqtisadiyyatın  iqtisadi,  sosial  və  psixoloji  hadisələrlə 

qarşılıqlı əlaqəli şəklində öyrənilməsinə üstünlük verilmişdir. 



2.  Makroiqtisadiyyatın predmeti 

Makroiqtisadiyyat  bütovlükdə  iqtisadiyyatın  fəaliyyətini    öyrənən  bir  bölmə  olmaqla 

makroiqtisadi  hadisə  və  prosesləri    tədqiq  edir  və  onların  arasında  asıllıqları  və 

qanunauyğunluqları  aşkar  edir.  Onun  tədqiq  etdiyi  iqtisadi  problemlər:  milli  hesablar  sistemi, 

iqtisadi artım, onun amilləri və templəri, iqtisadiyyatın tsiklik inkişafı, makroiqtisadi müvazinat, 

məşğulluq  və  işsizlik,  qiymətlərin  ümumi  səviyyəsi,  maliiyə-kredit  münasibətləri,  dövlətin 

iqtisadi  siyasəti,  milli  iqtisadiyyatın  dünya  təsərrüfatına  inteqrasiyası,  iqtisadi  təhlükəsizlik  və 

sairdir.  Belə  ki,  UMM  və  UDM-in  həcmi  və  strukturunu,  inflyasiyanın  səbəblərini  və 

tənzimlənməsi yollarını, tədiyyə balansını müəyyən edir.  qtisadi artımın mənbələrini, amillərini 

və həyata keçirilmə mexanizmini, milli iqtsiadiyyatın xarici iqtisadi əlaqələrini öyrənir.  qtisadi 

təhlükəsizliyin  təmin  olunması  istiqamətlərini  göstərir,  iqtisadiyyata  dövlətin  müdaxiləsinin 

həddini,  tənzimlənməsini  və  buna  yönəldilmiş  iqtisadi  siyasətin  mahiyyətini  və  s.  məsələləri 

tədqiq  və  təhlil  edir,  iqtisadiyyatın  perspektiv  inkişaf  istiqamətlərini  əvvəldən  görməyə  imkan 

verir, gələcək iqtisadi proqnozları müəyyən edir. 

 

3. Makroiqtisadiyyatın metodları 

          Makroiqtisadiyyat  iqtisad  elminin  tərkib  hissəsi  olduğundan  onun  üçün  xarakterik  olan 

normativ  və  pozitiv,  abstraktdan  konkrete  doğru,  analiz  və  sintez,  tarixi  və  məntiqi  metodlar 

makroiktisadiyyat  üçün  də  eynidir.  Lakin  onun  model,  dövran,  aqreqat,  müvazinat  kimi 

özünəməxsus  spesifik  metodları  da  mövcuddur.  Model  metodu  iqtisadi  hadisə  və  proseslərin  



 

qarşılıqlı  əlaqəsini  və  onların  funksional  asılılığını  həyata  keçirir  və  bu  mentiqi,  qrafik,  riyazi 



şə

kildə tətbiq olunur. 

 Makroiqtisadi  təhlilin  aparılmasında  statistik  balans  və  riyazi  metodlardan  da  istifadə 

olunur. Statistik metod milli iqtisadiyyatda baş verən proseslərin kəmiyyət və keyfiyyət tərəfini 

ə

ks  etdirir.  Riyazi  metod  vasitəsilə  iqtisadiyyatın  bütün  bölmələri  arasında  funksional  asılılığı 



öyrənilir.  Balans  metodunda  bütün  bazarlarda  istehsal  və  satışın,  gəlir  və  xərclərin    həcmi, 

məcmuu,  tələblə  məcmuu  təklifin,  əmanətlərlə  investisiyalarla  arasındakı  uyğunluğun  üzə 

çıxarılması mümkün olur.  

 

4. Makroiqtisadi modellə

 

Makroiqtisadi model bir tərəfdən daxili dəyişikliklərin (endogen), digər tərəfdən xarici iqtisadi 



dəyişikliklərin  (ekzogen)  mahiyyət  və  qanunauyğunluqlarını  əks  etdirir. qtisadi  proseslərin 

gedişində  xərclər  və  gəlirlərdə  olan  dəyişikliklər  dövran  modellərində  əks  olunur  və  açıq  və 

qapalı  iqtisadiyyatlar  üçün  fərqlidir.  Qapalı  iqtisadiyyatlarda  xərclər  və  gəlirlərdəki 

dəyişikliklər  ev  təsərrüfatı  ilə  sahibkarlıq  bölməsi  arasında  baş  verirsə,  açıq  iqtisadiyyatlarda 

dövlət və xüsusi bölmənin də xərc və gəlirləri nəzərə alınır. Ümumi müvazinat modelində milli 

iqtisadiyyatlarda  mövcud  olan  bütn  bazarlarda  ümumi  tarazlığın  təmin  olunması  nəzərdə 

tutulur. Aqreqat modeli vasitəsilə iqtisadiyyatın  hərəkəti vahid orqanizm şəklində təhlil edilir, 

eyni  növ  və  xüsusiyyətlərə  malik  məcmuu  əmtəə  və  xidmətlər,  əmək  və  pul  bazarlarının 

təhlilinə  üstünlük  verilir.  Makroiqtisadi  proseslərin  təhlili  və  tədqiqi  iqtsiadi  fəaliyyətin 

nəticələrini  qiymətləndirməyə,  neqativ  hadisələri  üzə  çıxarmağa,  iqtisadi  siyasət  işləyib 

hazırlamağa kömək edir və müəyyən nəzəri konsepsiyalar əsasında proqnozlar maddiləşdirilir. 

      Modelləşdirmə üsulunda istifadə olunan modellər aşağıdakılardır: AD(məcmuu tələb) 

- AS(məcmuu təklif),  S(investisiya  əmanət) - LM(pula tələb, pul kütləsi), neoklassik (təklifin 

tələb  yaratması),  Keyns  (tələbin  təklif  yaratması),  Filips  (işsizliklə  inflyasiya  arasında)  və  s. 

modellərdir. 

 

  5.  Makroiqtisadiyyat və milli iqtisadiyyatın oxşar və fərqli cəhətləri 

         Makroiqtisadiyyat  və  milli  iqtisadiyyat  anlayışları  bir  birinə  o  qədər  uyğundur  ki, 

bəzən onların məzmunu eyniləşdirilir. Bu da onların bir-birinə oxşar cəhətlərinin çox olmasıdır. 

Məsələn  hər  ikisi  vahid  iqtisadi  məkana  ümumdaxili  məhsulun  səviyyəsinə  iqtisadi  artımın 

amillərinə, ictimai istehsalın strukturuna, təkrar istehsalın proporsiyalarına görə eynidir. Onların 

fərqləndirici  xüsusiyyəti  isə  konkret  tarixi  şəraitdən,  mövcud  iqtisadi  potensialdan,  ölkə 

iqtisadiyyatının  mənafeyinə  uyğun  istifadə  edilməsinin  qanunauyğunluqlarıdır.  qtisadiyyatın 




Yüklə 306,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə