Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə1/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
  1   2   3   4   5   6   7   8   9   ...   179


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

A.A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU 

Elçin QARAYEV 

AZƏRBAYCANIN  

ÝRƏVAN BÖLGƏSÝNÝN  

TARÝXÝNDƏN 

 (XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarýnda) 

Bakı – Mütərcim – 2016 


Monoqrafiya AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun  

Elmi Şurasının 2.02.2015-ci il tarixli iclasının qərarı ilə çapa məsləhət 

görülmüşdür (2 saylı protokol)

 

Elmi redaktorlar: 



C.M.Mustafayev, tarix üzrə elmlər doktoru 

H.N.Həsənov, tarix üzrə fəlsəfə doktoru,  

Elm üzrə Dövlət mükafatı laureatı  

Rəyçilər: 

V.U.Umudlu, tarix üzrə fəlsəfə doktoru,  

Elm üzrə Dövlət mükafatı laureatı 

R.Y.Niftəliyev, tarix üzrə fəlsəfə doktoru 

F.Ə.Tağıyev, tarix üzrə fəlsəfə doktoru 

Elçin Teymur oğlu Qarayev. 

AZƏRBAYCANIN İRƏVAN BÖLGƏSİNİN TARİXİNDƏN  

(XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında).  

– Bakı: Mütərcim, 2016. – 544 

səh.

Monoqrafiya XVII yüzilliyin sonu-XIX yüzilliyin ortalarında 



Azərbaycanın İrəvan bölgəsinin tarixinə həsr olunmuşdur. Tədqiqat işində 

ilkin mənbələr və arxiv sənədləri əsasında İrəvan bölgəsinin siyasi-iqtisadi 

tarixi, tarixi coğrafiyası,  əhali və  mədəniyyəti haqqında  ətraflı  məlumat 

verilmişdir. Burada bölgənin  ərazisi və siyasi sərhədləri müəyyənləş-

dirilmiş, əhalinin etnik, dini, say və sosial tərkibi işıqlandırılmışdır. 

Monoqrafiya tarixçi alimlər,  şərqşünaslar, müəllimlər, ali məktəb 

tələbələləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

026



0505040000

 189-16 


© E.T.Qarayev, 2016 




GÝRÝÞ 

Azərbaycanın ayrı-ayrı bölgələrinin tarixinin tədqiqi vətən 

tarix elminin ən vacib vəzifələrindən biridir. Qeyd etmək lazımdır 

ki, Sovet hakimiyyəti illərində (1920-1991) Azərbaycan sovet 

tarixçiləri vətənimizin tarixinin öyrənilməsində xeyli uğurlar qa-

zanmış, bu sahədə cild-cild əsərlər nəşr olunmuşdu. Lakin obyektiv 

səbəblərdən tariximizin bəzi məqamları birtərəfli, ideoloji tələblərə 

uyğun araşdırılmış, saxtalaşdırılmış  və  əsl tarixi həqiqət xalqımıza 

təhrif olunmuş formada çatdırılmışdır. Bu baxımdan Azərbaycan 

tarixinin faktlara söykənən obyektiv, hərtərəfli surətdə  tədqiqata 

böyük ehtiyac vardır. 

Xüsusilə, Azərbaycanın ayrı-ayrı bölgələrinin tarixinin öyrə-

nilməsi tariximizin bir çox qaranlıq məqamlarının işıqlandırılması 

baxımından çox əhəmiyyətlidir. Belə bölgələrdən biri Azərbaycanın 

qədim və ayrılmaz tərkib hissəsi olan İrəvan bölgəsidir. Bu bölgənin 

tarixi Azərbaycan tarixşünaslığında çox az öyrənilmiş sahələrdən 

biridir. Bunun bir çox obyektiv səbəbləri vardır. Belə ki, Rusiya 

tərəfindən işğal edildikdən sonra çarizmin yeritdiyi siyasət nəticə-

sində bu bölgə Azərbaycandan qopardılaraq tədricən “erməniləşd-

irilmiş” və tarixi saxtalaşdırmalara məruz qalmışdır.  İstər rus qaf-

qazşünaslarının  əsərlərində, istərsə  də sovet tarix elmində hökm 

sürən konsepsiyaya görə,  İrəvan bölgəsi ermənilərin uydurduqları 

“Böyük Ermənistan”ın tərkib hissəsi olduğu göstərilmişdi. Ona görə 

də, erməni, eləcə  də dünya tarixşünaslığında  İrəvan  əsasən  əzəli 

Ermənistan  ərazisi kimi qeyd olunmuş  və onun tarixi hərtərəfli 

təhrif edilmişdir. Azərbaycan sovet tarixşünaslığında isə bu haqda 

susulmuş, tariximizi obyektiv tədqiq edənlərə millətçi damğası vu-

rulmuş və Azərbaycanın bu əzəli ərazisi sosializmin “beynəlmiləl” 

və “qardaşlıq” prinsipinə əsasən ermənilərə “güzəşt edilmişdi”. 



Lakin XX yüzilliyin 90-cı illərin  əvvəllərində Azərbaycan 

dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra tariximizin 

obyektiv  şəkildə öyrənilməsi üçün böyük imkanlar yarandı. Bu 

baxımdan son dövrlərdə tarixçilərimiz Azərbaycanın tərkib hissəsi 

olan İrəvan bölgəsinin tarixinə dair sanballı elmi əsərlər yazılmağa 

başlamışlar. 

Təqdim olunmuş “Azərbaycanın İrəvan bölgəsinin tarixindən 

(XVII yüzilliyin sonu-XIX yüzilliyin ortalarında)” adlı monoqrafiya 

Azərbaycanın tərkib hissəsi olan İrəvan bölgəsinin tarixinin 

araşdırılmasına həsr edilmişdir.  İrəvan bölgəsinin zəngin, çox 

mürəkkəb və ziddiyyətlərlə dolu bu dövr tarixinin araşdırılması son 

dərəcə  əhəmiyyətli və aktual məsələlərdən biridir. Bəhs etdiyimiz 

dövr İrəvan bölgəsinin tarixinin ayrıca mövzu kimi öyrənilməsi və 

tədqiq edilməsi zəruliliyi bu günkü Azərbaycan dövlətinin düşdüyü 

hərbi-siyasi vəziyyətlə  də  əlaqədar olaraq çox əhəmiyyətlidir. Bu 

tarixi dövrün digər  əsas xüsusiyyəti onunla bağlıdır ki, Rusiyanın 

köməyi ilə Azərbaycanın bu qədim ərazilərində məskunlaşan ermə-

nilər nəinki burada öz dövlətlərini yaratmğa nail olmuş, eyni za-

manda onun tarixini hərtərəfli saxtalaşdırmışlar. Bu azmış kimi 

onlar bizə qarşı yeni-yeni torpaq iddiaları sürməkdə davam edirlər. 

Monoqrafiya  İrəvan bölgəsinin siyasi-iqtisadi tarixini, tarixi 

coğrafiyasını,  əhalinin etnik, say və dini tərkibini və  mədəni hə-

yatını  qərəzsiz, obyektiv tədqiqinə  həsr edilmişdir. Qeyd etmək 

lazımdır ki, son dövrlərdə  İrəvan xanlığının siyasi – iqtisadi və 

mədəni həyatına dair bir sıra  əsərlər meydana çıxsa da, bəhs 

etdiyimiz tarixi dövr indiyədək xüsusi tədqiqat obyekti olmamışdır. 

Xüsusilə, bölgənin tarixi coğrafiyası  və  əhalinin etnik və say tər-

kibinin öyrənilməsi Azərbaycan tarixşünaslığında yeni istiqamət-

lərdən biridir. İndiyə  qədər ayrı-ayrı  əsərlərdə  İrəvanın tarixi 

coğrafiyasına və  əhali məsələsinə ümumi şəkildə toxunulsa da, bu 

problem kompleks şəkildə tədqiqat obyektinə çevrilməmişdir. Bəhs 

etdiyimiz dövrdə siyasi vəziyyətlə  əlaqədar olaraq bölgənin 

sərhədləri daim dəyişikliyə məruz qalmış və bir sıra ərazilər ondan 

qoparılmışdı. Ona görə  də, bir çox ərazilərin  İrəvan bölgəsinə 

məxsusluğu mübahisəli xarakter daşıyırdı. Bununla əlaqədar olaraq, 




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə