Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə1/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
  1   2   3   4   5   6   7   8   9   ...   56


 
 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
Z.M.BÜNYADOV adına ŞƏRQŞÜNASLIQ 
İNSTİTUTU 
 
 
 
Səməd  Sərdariniya 
 
 
 
İrəvan müsəlman 
sakinli vilayət 
olmuşdur 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2014 


 
 
 
Fars dilindən tərcümə edən: İbrahim Quliyev 
 
Elmi redaktorlar: Əkrəm Rəhimli (Bije) 
                             Səməd Bayramzadə  
                      
 
Redaktorlar: Məsiağa Məhəmmədi  
                      Şahnisə Rüstəmova 
 
 
 
Səməd  Sərdariniya. “İrəvan müsəlman sakinli 
vilayət olmuşdur”. Bakı, “Zərdabi” nəşriyyatı, 
2014, 202səh. 
 
Oxuculara təqdim olunan “İrəvan müsəlman sakinli vilayət 
olmuşdur” kitabı  Cənubi Azərbaycanın görkəmli tarixçi alimi  
mərhum Səməd Sərdariniyanın əsərlərindəndir. Kitabda İrəvanın 
ən qədim dövrlərdən XX əsrin əvvəlinə qədər keçdiyi tarixi dövr-
lər, elm və mədəniyyəti, türk mənşəli tarixi abidələri geniş aspekt-
də  şərh edilir. İrəvan tarixən Azərbaycan müsəlman türklərinə 
mənsub olan bir bölgə kimi zəngin faktlar və  sənədlər  əsasında 
oxucunun diqqətinə təqdim edilir. Kitab geniş oxucu kütləsi, elm 
adamları, müəllim və tələbələr üçün gərəkli məlumat kitabıdır. 
 
İSBN 978-9952-8010-1-9 
 
 
© AMEA akad. Z.M.Bünyadov adına  
Şərqşünaslıq İnstitutu, 2014 


 
 
3
İrəvan müsəlman-türk sakinli vilayət 
olmuşdur 
 
Oxuculara təqdim olunan “İrəvan müsəlman sa-
kinli vilayət olmuşdur” kitabı Güney Azərbaycanın ta-
nınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın 
çoxsaylı  əsərlərindən biridir. Müasir Güney Azərbay-
can tarixşünaslığında az müəllif tapılar ki, onun  kimi 
yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənəd-
lərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sa-
həsində  zəngin irs qoyub getmiş olsun. “Azərbaycan 
mədəni dünyada”, “Təbriz əvvəlinci şəhərdir”, “Təbri-
zin Mərkəzi qeybi”, “Əli Müsyo”, “Təbriz Univer-
siteti”, “Azərbaycan mətbuat tarixi”, “Təbriz teatrı”, 
“Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin Təbrizdə”, 
“Arazın hər iki sahilində soyqırım”, “Azərbaycan 
məşhurları” (3 cilddə) əsərləri müəllifin elmi axtarışla-
rının və yaradıcılığının bir hissəsidir. Onun  şəxsi 
arxivində daha yeddi kitab, onlarca sanballı elmi 
məqalə oxuculara təqdim olunacağı günü gözləyir.  
Görkəmli ensiklopedik alim Cavad Heyətin başçı-
lıq etdiyi “Varlıq” dərgisinin nadir sayı ola bilər ki, 
orada S.Sərdariniyanın yazısına rast gəlinməsin. Tədqi-
qatçı Esmira Şükürovanın yazdığı kimi, Sərdariniya bir 
institutun gördüyü iş  qədər elmi irs qoyub getmişdir. 
Bu məhsuldar, zəhmətkeş alimin Güney Azərbaycan 
tarixşünaslığındakı xidmətlərindən danışarkən belə bir 
əhəti vurğulamaq lazımdır ki, onun qələmindən çıxan 
bütün yazılar ancaq doğma vətənin - Azərbaycanın 
tarixinə  və  mədəniyyətinə  həsr edilmişdir. Haqqında 
söhbət açacağımız “İrəvan müsəlman sakinli vilayət 
olmuşdur” kitabı böyük alimin apardığı tədqiqatlardan 
bir yarpaqdır.  


 
 
4
Məlum olduğu kimi, tarixən azərbaycanlılar qon-
şularına mehriban və xoş münasibəti ilə seçilmişlər. 
Özünün əzəli, əbədi və qədim ərazisində yaxşılığa ya-
manlıqla cavab verən ermənilərə də sığınacaq vermək, 
onlara yaxşı münasibət bəsləmək xalqımızın huma-
nizmi ilə bağlı olmuşdur. 
Ermənilər Yaxın və Orta Şərqdə, xüsusən Azər-
baycan və Türkiyə  ərazisində özlərinə “məzlum bir 
xalq” kimi sığınacaq tapmışlar. Sonra isə başqalarının 
ərazisində dövlət yaratmaq istəyən ermənilər XVIII 
əsrdən üzü bəri Rusiyanın timsalında özünə arxa tapıb 
Azərbaycan torpaqlarının işğalına başlamışlar. Rusiya 
imperatoru I Pyotrun (1682-1725) Azərbaycanı, Türki-
yəni,  İranı  işğal edib Fars körfəzinin isti sularına 
çıxmaq haqda arzusuna söykənən ermənilər 1722-ci 
ildə bu ərazilərdə özünə “Böyük Ermənistan dövləti” 
yaratmaq xülyası ilə I Pyotrun qəbulunda olmuş, “Şərq 
yürüşündə” ermənilərin canla-başla rus ordusunun və 
kəşfiyyatının xidmətində olacağına sədaqətlə söz ver-
mişlər. Həmin tarixdən bu günə qədər ermənilər qonşu 
müsəlman torpaqlarını  işğal etməklə, özgəsinin  ərazi-
sində yaşayıb ona arxadan zərbə vurmaqla, xəyanət və 
satqınlıqla Rusiyaya verdikləri vədə sadiq qalmışlar.  
Ermənilərin azərbaycanlılara qarşı xəyanətlə dolu 
xidmətləri rus çarizmi tərəfindən  əvəzsiz qalmamış, 
Türkmənçay müqaviləsindən sonra xalqımıza məxsus 
İrəvan əyaləti və onun ətrafı etnik təmizləmə aparılaraq 
ermənilərə verilmişdir. Bu haqda Güney Azərbaycanın 
tanınmış tarixçi-alimi mərhum Səməd Sərdariniyanın 
“İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında 
tarixi sənədlər əsasında bir çox faktlar verilmişdir.  Adı 
çəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalət-
lərinin tarixən azərbaycanlılara məxsus olması  təkzib-


 
 
5
olunmaz faktlar əsasında iyirmi yeddi başlıq altında 
şərh olunur. 
 Vaxtilə  Səfəvi hökmdarı  Şah İsmayıl Səfəvi ana 
vətənin bu yerlərini gəzib Göyçə gölü ətrafında bir ne-
çə gün istirahət etmiş və ölkənin paytaxtını Təbrizdən 
bura köçürmək haqda fikir söyləmişdir. 
Doktor S.Sərdariniyanın kitabında Türkmənçay 
müqaviləsi ilə Şimali Azərbaycanın çarizmin əsarətinə 
düşməsindən sonra ermənilərə bu bölgədə yaradılmış 
şərait, verilmiş imtiyazlar açıqlanır. Kitabda gedən 
məlumatlarda göstərilir ki, çar Rusiyası İrəvan və onun 
ətrafındakı əyalət və yaşayış məntəqələrinin statistikası 
və demoqrafik vəziyyəti haqda məlumatları tərtib edib 
mərkəzə çatdırmaq məqsədilə İvan Şopen adlı məmuru 
bir heyətlə İrəvana göndərir. Müəllif Şopenin başçılığı 
ilə tərtib edilmiş statistikada Türkmənçay müqaviləsin-
dən sonrakı vəziyyəti belə şərh etmişdir: “Ermənilərin 
arzusu ilə ruslar İrəvan mahalını  və onun ətrafındakı 
dörd xanlığı, 41 bəyliyi və sultanlığı ləğv edib türkləri 
oradan köçməyə məcbur etmişlər. Torpaq və əmlaklar 
gəlmə ermənilər arasında bölünmüşdür” (səh.90). 
İrəvanda yaşayan  əhalinin 143 000 nəfərdən 117 849 
nəfəri azərbaycanlıdan, cəmi 25 151 nəfəri gəlmə 
ermənilərdən ibarət olmuşdur. 1828-1832-ci illərdə 
İrəvandakı azərbaycanlıların sayı 100 000 nəfər azaldı-
ğı halda, ermənilərin sayı  gəlmələrin hesabına 82 377 
nəfər artmışdır (səh.91).  Müəllif kitabında Qahirədə 
çıxan “Hikmət” qəzetindən belə bir məlumatı nəql edir 
ki, 1904-cü ildə Qafqazda 3 208 875 nəfər müsəlman 
yaşamış  və bunların da 352 351 nəfəri  İrəvanda məs-
kunlaşmış azərbaycanlı olmuşdur (səh.118). O dövrdə 
rus məmurlarının yazılı  məlumatlarına  əsasən, XIX 
əsrin 30-cu illərində İrəvan sakinlərinin 80 %-dən çoxu 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə