Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə1/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
  1   2   3   4   5   6   7   8   9   ...   64


                                                                                                                                                    
1
  


                                                                                                                                                    
2
NİZAMİ GƏNCƏVİ 
İSKƏNDƏRNAMƏ 
İqbalnamə 
"LİDER NƏŞRİYYAT"  
BAKI - 2004 
  


                                                                                                                                                    
3
Bu  əsər  "Nizami  Gəncəvi.  İskəndərnamə  "  (Bakı,  Yazıçı,  1982)  kitabı   
əsasında təkrar nəşrə hazırlanmışdır 
Tərcümə edəni: 
Mikayıl Rzaquluzadə 
İzahların müəllifı: 
Əkrəm Cəfər 
Ön sözün müəllifı: 
Zümrüd Quluzadə 
Elmi redaktor: 
Xəlil Yusifli 
894.36F1 - dc 21 AZE 
Nizami Gəncəvi. İskəndərnamə. İqbalnamə. Bakı, "Lider nəşriyyat", 2004, 
256 səh. 
"İqbalnamə"  əsəri  Nizami  Gəncəvi  yaradıcılığının  ən  yüksək  zirvəsi  və  Şərq 
poeziyasının ən parlaq incisi hesab olunan "İskəndərnamə"nin ikinci hissəsidir. İskəndərin 
kamil  insan,  alim  və  ağıllı,  müdrik  bir  filosof  kimi  təsvir  olunduğu  bu  hissədə  Nizami 
ictimai, fəlsəfi düşüncələrə üstünlük vermiş, insan ağlının təntənəsindən bəhs etmiş, elecə
də insan və təbiət, yaradılış və dünya, həyat və ölüm, elm və din kimi məsələlərlə bağlı
dövrün ən qabaqcıl görüşlərini əks etdirmişdir. 
"İqbalnamə"  "Şərəfnamə"  ilə  bir  yerdə  bütöv  əzəmətli  əsər  olan  "İskəndəmamə"nin 
bir-biri ilə sıx bağlı iki budağıdır. 
ISBN 9952-417-02-9 
© "LİDER NƏŞRİYYAT", 2004. 


                                                                                                                                                    
4


                                                                                                                                                    
5
  
KAMİLLİK ZİRVƏSİ 
Dünya  mədəniyyət  tarixinin  zənginliyi  sonsuz  bir  ümmanı  xatırladır. 
Bu sonsuz ümman insan zəkasının bəhrəsi olan nadir elm, fəlsəfə və sənət 
inciləri ilə dolu zəngin xəzinədir. İnsanlığın dərin ehtiram və məhəbbətlə
qoruyub  saxladığı  və  yaşatdığı  bu  mənəvi  mədəniyyət  xəzinəsində  orta 
əsr  Azərbaycan  fəlsəfı  poeziyasının  ən  görkəmli  nümayəndəsi,  Şərqi  və
Qərbi  əsrlər  boyu  məftun  etmiş  Nizami  Gəncəvinin  insanpərvər 
yaradıcılığı xüsusi yer tutur. 
Fəlsəfənin  müxtəlif  müddəalarını  fövqəladə  gözəl  ədəbi  formalarda 
ifadə etməkdə Şərq  mədəniyyətinin bəşəriyyət qarşısında böyük xidməti 
var.  Dahi  İbn  Sina  Aristotelin  "Poetika"  əsərinə  yazdığı  şərhdə  yunan 
mədəniyyətindən  fərqli  olaraq  Şərq  üçün  mahiyyətcə  insani  olan  fəlsəfı
poeziyanın  səciyyəviliyindən  bəhs  edir.  Bu  poeziyanın  yüksək  inkişaf 
zirvələrinə  çatması  Şərq  mədəniyyətinin  çiçəklənmə  dövrünə  -  orta  əsr 
Şərq  intibahı  dövrünə  düşür.  Nizami  də  daxil  olmaqla  bu  dövrün  dahi 
alim,  mütəfəkkir  və  sənətkarları  öz  yaradıcılıqlarını  yüksək  kamala 
yetmiş,  nəcib  əxlaqi  sifətlər,  əql  və  gözəllik  daşıyıcısı  İnsana  həsr 
etmişlər.  "İqbalnamə"nin  də  əsas  qəhrəmanı  adı  böyük  hərflə  yazılan 
İnsan  obrazıdır.  Bəlkə  məhz  buna  görə  Nizami  belə  bir  qəhrəmanı
sərkərdə,  hökmdar  və  elm  havadarı  kimi  şöhrət  tapmış  Makedoniyalı
İskəndərin surətində verir. Poemanın əsas  məqsədi isə  insanın  səadətinə
xidmət, bu səadəti təminetmə yollarını arayıb tapmaqdır. 
"İqbalnamə"də bir-biri ilə üzvi surətdə bağlı üç istiqamət, üç məqsəd 
izlənir:  İnsan  ağlının,  zəkasının  və  bununla  əlaqədar  elmin,  fəlsəfənin 
tərənnümü  və  təbliği;  insanın  yüksək  əxlaqi  keyfiyyətlərinin  tərənnümü 
və təbliği; insan xoşbəxtliyini təmin edən, zülmə və bədxahlığa son qoyan 
ədalətin,  azad,  bərabər  və  dost  insanların  cəmiyyətinin  tərənnümü  və
təbliği. 
Nizami  "Xəmsə"sinin  özəyini  təşkil  edən  bu  üç  ayrılmaz  xətt 
"İqbalnamə"də  özünün  ən  yüksək  fəlsəfi-bədii  ifadəsini  tapır  və
poemanın müxtəlif hekayələrinin əsas məzmununu təşkil edir. 
  


                                                                                                                                                    
6
Böyük mütəfəkkirin dünyagörüşünü heç cür dövrün hakim ortodoksal 
dini  dünyagörüşü  çərçivəsilə  məhdudlaşdıra  bilmərik.  Filosof  şair  dinlə
əlaqədar  məsələləri  islam  ruhaniləri  mövqeyindən  yox,  ruhanilər 
tərəfindən  çox  vaxt  kafir  damğası  vurulmuş  məşhur  Şərq  fılosofları
Fərabi, İbn Sina, Bəhmənyar mövqeyindən işıqlandırır. 
"İqbalnamə"  XII  əsrdə  yazılıb  və  bu  dövrdə  yazılan  bütün  başqa 
əsərlər  kimi  o  da  bir  sıra  ithaflarla  -  Allahın,  peyğəmbərin,  dövrün 
hökmdarlarının şəninə yazılmış mədhiyyələrlə başlayır. Lakin Nizaminin 
ənənə  üzrə  yazdığı  mədhiyyələri  hər  şeydən  əvvəl  böyük  mütəfəkkirin 
humanizmi və özünəməxsus bir səciyyə daşıyan rasionalizmi ilə fərqlənir. 
Məsələn, minacat (Allahı mədh) əslində ağlın mədhinə çevrilir: 
Ağıl bir yerdə ki, xəzinə tapar  
Allahın adını eyləyər açar,  
Allah ağıllıya nəvazişkardır,  
Ağılsızlara da əlacı vardır. 
Şairin  dövründə  hökm  sürən  mürtəce  ruhanilərin  kor-koranə  inamı
ağla  qarşı  qoyaraq,  elmi,  fəlsəfəni  və  xüsusən  məntiqi  küfrlə
eyniləşdirmələrini  və  bu  yolun  yolçularını  amansız  təqib  etmələrini 
nəzərə  alsaq,  ağlı  və  elmi  bu  şəkildə  tərənnüm  edən  Nizaminin  bir 
vətəndaş  kimi  qorxmazlığı,  mərdliyi  daha  çox  çarpar  və  onun  orta  əsr 
şəraitində  təbliğ  etdiyi  rasionalizmin  əhəmiyyətini  müasirlərimiz  daha 
düzgün qiymətləndirə bilərlər. 
Nizami yaradıcılığı yüksək inkişaf  pilləsinə  qalxmış  orta əsr  Şərq  və
Azərbaycan  mədəni  intibahının  məhsulu  idi.  Lakin  nəzərə  almalıyıq  ki, 
bu  İntibah  kəskin,  amansız  siyasi  və  ideoloji  mübarizədə  qələbə  çalır, 
onun  nümayəndələri  isə  çox  vaxt  canlanndan  belə  keçərək  əqidələrini 
müdafıə  və  təbliğ  edirdilər.  Yeri  gəlmişkən,  poemanın  girişində  şaha 
ithafa  nəzər  salaq.  Şair  şahla  öz  bərabəri  kimi  danışır,  şaha  özünü  necə
aparmaq  barədə  məsləhət  verir.  Burada  şahlara  nəinki  itaət  görünmür, 
əksinə, onlar tənqid atəşinə tutulur: 
Boşdur çox şahların ancaq başlan, ... 
Zəlitək qan sorub ləzzət alarlar. 
  


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə