H.Ə.Allahverdiyeva
XƏBƏRLƏR
YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS THE SCIENCES OF EARTH
22
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ XƏBƏRLƏRİ, YER ELMLƏRİ, №3-4, 2016
© H.Ə.Allahverdiyeva, 2016
CƏNUB-ŞƏRQİ QAFQAZIN MƏRKƏZİ QOBUSTAN-QƏRBİ ABŞERON
VİLAYƏTİNDƏ PALEOGEN ÇÖKÜNTÜLƏRİNİN
STRATİQRAFİK BÖLGÜ MƏSƏLƏSİNƏ DAİR
H.Ə.Allahverdiyeva
AMEA Geologiya və Geofizika İnstitutu,
AZ1143, Bakı, H.Cavid pr., 119
E-mail: hallahverdiyeva63@mail.com
Məqalə Mərkəzi Qobustan – Qərbi Abşeron vilayətində paleogen çöküntülərinin plankton foraminiferlərinin
yeni zonal bölgüsünə həsr edilmişdir. Kəsilişlər üzrə mikrofaunanın paylanmasını izləməklə, alınan nəticələr
vilayətdə paleogen çöküntülərinin əvvəlkilərdən fərqli olaraq 16 zonadan ibarət zonal sxemini tərtib etməyə
imkan vermişdir. Zonal sxem Şimali Qafqaz paleogen çöküntülərinin eyniadlı sxemi ilə müqayisə edilmişdir.
Giriş. Mərkəzi Qobustan – Qərbi Abşeron
Azərbaycanda paleogen çöküntülərinin geniş yayıl-
dığı ərazilərdən biridir. Paleogen çöküntüləri ilə bir
sıra faydalı qazıntı yataqları əlaqədar olduğundan
onların stratiqrafik bölgü sxeminin dəqiqləşdiril-
məsi vacib məsələlərdən biridir. Vilayətdə paleo-
genin Qovundağ çöküntüləri neftlidir, maykop se-
riyasında isə neft təzahürlərinə rast gəlinir. Bu çö-
küntülərin litologiyası, stratiqrafiyası, mikrofaunası
və digər geoloji məsələlər 100 ildən artıq müddətdə
bir çox görkəmli tədqiqatçılar tərəfindən öyrənil-
mişdir. Bu tədqiqatçılardan İ.M.Qubkin, V.V.Ve-
ber, V.V.Menner, D.V.Qolubyatnikov, V.V.Bo-
qaçov, C.M.Xəlilov, D.A.Ağalarova, C.İ.Cəfərov,
M.A.Bağmanov (2005), L.C.Məmmədova, Ş.Ə.Ba-
bayev, S.A.Şıxlinski və b. göstərmək olar.
Həmin çöküntülərin mikrofaunasını mikropa-
leontoloqlar D.A.Ağalarova, C.İ.Cəfərov, C.M.Xə-
lilov və b. tədqiq etmişlər. Azərbaycanın plankton
foraminiferləri əsasında ilk faunalı horizontlar
C.M.Xəlilov (1962, 1967) tərəfindən ayrılmış, bir
qədər sonra isə C.M. Xəlilov və L.D. Məmmədova
(1984) tərəfindən zonal bölgü təklif edilmişdir.
Sonralar bu bölgü X.Əliyulla və S.Şıxlinski (1989)
tərəfindən dəqiqləşdirilmişdir. L.C.Məmmədova
(1989) Qobustan – Qərbi Abşeronun zonal bölgü-
sünü təklif etmişdir.
Lakin bunlara baxmayaraq, yeni materiallar
və yeni nəticələr əsasında paleogenin stratiqrafik
bölgüsünün dəqiqləşdirilməsi üçün bir sıra tədqi-
qatların aparılmasına hələ də ehtiyac duyulur.
Bütün paleogen zonal bölgüləri içində üstün-
lük ortostratiqrafik plankton foraminiferlərinin zo-
nal bölgüsünə verilir və digər zonal bölgülərin sər-
hədləri plankton foraminiferlərinin sərhədlərinə
uyğunlaşdırılır.
Tədqiqat obyekti. Tədqiqat işləri Cənub-
Şərqi Qafqazın Mərkəzi Qobustan
– Qərbi Abşeron
vilayətində aparılmışdir. Bu vilayətdə paleogen
çöküntülərinin Xilmilli, Cəngi, Qışlaq, Yunusdağ,
Qoturdag, Pirəköşkül, Göytəpə, Sumqayıtçay, Nag-
dəli, Qovundağ kəsilişləri öyrənilmişdir (şəkil).
Bu 10 kəsilişlərdən 290 nümunə götürülərək,
onların paleontoloji analizi aparılmış və təyin olunan
zəngin foraminifer assosiasiyası əsasında Mərkəzi
Qobustan
– Qərbi Abşeron vilayətinin paleogen
çöküntülərində 16 zona ayrılmış və plankton fo-
raminiferlərinin yeni zonal bölgüsü tərtib edilmişdir.
Mərkəzi Qobustan – Qərbi Abşeron vilayətində
fauna ilə səciyyələnən Acarinina acarinata, Globi-
gerina tumbeli, Caucasina schischkinskaya olicaenica
zonaları ilk dəfə tədqiqatlarla ayrılmışdır.
Tədqiq etdiyimiz vilayətdə paleogen çökün-
tüləri aşağıdan yuxarıya paleosen, eosen və oliqosen
şöbələrinə və dörd yerli stratiqrafik vahidlərə bö-
lünür. Bunlar aşağıdakılardır: 1. İlxıdağ lay dəstəsi.
2. Sumqayıt lay dəstəsi. 3. Qovundağ qatı. 4. May-
kop seriyasi.
Aparılan tədqiqat işlərı. Paleosen. Bu
çöküntülər alt və üst yarımşöbələrə bölünür. Alt
yarımşöbə danimarka, üst yarımşöbə zeland, tanet
mərtəbələrinə bölünür. İlxıdağ lay dəstəsi danimar-
ka, Sumqayıt lay dəstəsi isə zeland və tanet mərtə-
bəsinə aiddir.
Paleogen çöküntüləri ayrı-ayrı regionlarda
özünəməxsus fauna ilə səciyyələnir. Mərkəzi
Qobustan – Qərbi Abşeronun paleogen çöküntülə-
rinin və qonşu əraziinin – Şimali Qafqazın paleogen
çöküntülərinin paleogen bölgü sxemi də müəyyən
dərəcədə fərqlidir. Tərtib edilmiş zonal sxem Şimali
Qafqazın paleogen çöküntülərinin zonal bölgüsü ilə
müqayisə edilmişdir.
CƏNUB-ŞƏRQİ QAFQAZIN MƏRKƏZİ QOBUSTAN-QƏRBİ ABŞERON.............
XƏBƏRLƏR
YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS THE SCIENCES OF EARTH
23
H.Ə.Allahverdiyeva
XƏBƏRLƏR
YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS THE SCIENCES OF EARTH
24
Alt paleosen. Danimarka mərtəbəsi çökün-
tüləri aşağıdan yuxarıya 2 zonaya – Globoconusa
daubyergensis və Acarinina inconstans zonalarına
bölünür.
Globoconusa daubyergensis çöküntüləri Xil-
mili və Yunusdağ kəsilişlərində yaşıl-boz rəngli
gillər və qumdaşıların növbələşməsindən ibarətdir.
Bu zonada növ-indeksdən əlavə aşağıdakı növlər
aşkar edilmişdir: Eponides trumpyi, Heterohelix
irregularis, H. crinita, H. midwayensis, H. con-
cinna, Globigerina pseudobulloides, G. trilocu-
linoides, G. moskvini, G. fringa, Bolivina subin-
crassata, Globorotalia compressa, Globoconuusa
daubjergensis, Anomalina danica, Cibicides perlu-
cidus. Qalınlığı
– 30 m.
Acarinina inconstans zonası Xilmilli və
Yunusdağ kəsilişlərində boz çalarlı mergelli gillər,
mergellər və lövhəli qumdaşılar ilə təmsil edilmiş-
dir. Bu zonada aşağıdakı növlər aşkar edilmişdir:
növ-indeks, Acarinina inconstans, A. indolensis, A.
trifida, A. spirialis, Globorotalia qlobosa, G. azer-
baidjanica, G. compressa, Globigerina moskvini, G.
triloculinoides, G. trivialis, G. quadrata, G.
pseudobulloides, G. trifola, G. taurica, Heterohelix
midwayensis, H. irregularis, H. pumilia, H. crinita,
Eponides trumpyi, Cibicides spiropunctatus etc.
Qalınlığı –76 m.
Şimali Qafqazda Globoconusa daubyergensis
zonası Globigerina taurica, G.triloculinoides zona-
larına, Acarinina schashdaqica zonası isə Acarinina
inconstans zonasına uyğundur (Крашенинников,
Музылов, 1975).
Üst paleosen. Zeland mərtəbəsində Globoro-
talia angulata zonası ayrılır. Globorotalia angulata
zonasının çöküntüləri Yunusdağ kəsilişində yayıl-
mışdır. Bu çöküntülər nazik laylı bərk incədənəli
qumdaşı araqatları olan boz, tünd-boz, qəhvəyi ça-
larlı gillərlə təmsil edilmişlər.
Foraminiferlərdən Globorotalia angulata, G.
chapmani, G. pseudomenardi, G. pileata, G.
triloculinoides, G. moskvini, Acarinina uncinata,
Cibicides praecursorius, Glomospira charoides,
Hormosina ovulum etc. daxil olan Globorotalia
angulata zonasının zəngin kompleksi yayılmışdır.
Qalınlığı – 40 m.
Qeyd etməliyik ki, zeland mərtəbəsi Alt Sum-
qayıtın üst hissəsinə uyğun gəlir.
Şimali Qafqazda zeland mərtəbəsinə (Glo-
borotalia angulata zonası (s.l.)) M.angulata, G.
conicotruncata zonaları uyğun gəlir.
Tanet mərtəbəsini Üst Sumqayıt çöküntüləri
təşkil edir və bizim tədqiqatlara görə, bu regionda
tanet mərtəbəsi aşağıdan yuxarıya Acarinina sub-
sphaerica və Acarinina acarinata zonalarına ayrılır.
Acarinina subsphaerica zonası Qərbi Abşe-
ronda Qoturdağ kəsilişində ayrılır və litoloji cə-
hətdən boz, yaşıl-boz gillər və mergellərin növbə-
ləşməsindən ibarətdir. Qalınlığı – 45 m.
Bu çöküntülərdə Acarinina subsphaerica, Glo-
bigerina nana, G. triloculinoides, Acarinina acari-
nata, Trochamminoides irregularis təyin edilmişdir.
Acarinina acarinata zonası Xilmilli, Yunus-
dağ, Qoturdağ, Pirəköşkül kəsilişlərində qeyd edilir.
Bu zonanın çöküntüləri tünd-qırmızı, qonur, tünd-
yaşıl, yaşılımtıl-boz rəngli gillərin növbələşməsin-
dən ibarətdir. Bu zonada Globigerina triloculinoides,
G. eocaenica, G. quadritriloculinoides, G. nana, G.
compressaformis, G. velascoensis, Globorotalia chap-
mani, G. occlusa, Acarinina intermedia, Ac. primitiva,
Ac. acarinata, Glomospira corona etc. yayılmışdır.
Qalınlıq 10–100 m arasında dəyişir.
Mərkəzi Qobustan – Qərbi Abşeron vilayə-
tində bu zonanın çöküntüləri ilk dəfə bizim təd-
qiqatlarla ayrılmışdır.
Şimali Qafqazda tanet mərtəbəsində aşağıdan
yuxarıya Acarinina dyanensis, Ac. subsphaerica və
Ac. acarinata zonaları ayrılır.
Eosen. Cənub-Şərqi Qafqazda eosenə Qovun-
dağ lay dəstəsi aiddir. Bu lay dəstəsi çöl şəraitində
rənginə görə bir-birindən çox aydın fərqlənən alt,
orta və üst horizontlara bölünür.
Alt eosen çöküntüləri ipr mərtəbəsi həcmində
ayrılaraq aşağıdan yuxarıya 3 mikrofauna zonasına
bölünür: Globorotalia subbotinae, Globorotalia
marginodentata və Globorotalia aragonensis.
Globorotalia subbotinae zonasının çöküntü-
ləri Xilmilli, Yunusdağ, Qoturdağ, Pirəköşkül kəsi-
lişlərində nadir qumdaşı araqatları olan naziklövhəli
boz gillərin növbələşməsi ilə təmsil edilmişdir. Bu
çöküntülərdə Anomalina ex. gr. affinis, Globo-
rotalia subbotinae, Bolivina aduncosutura longa,
Acarinina interposita, Globigerina triloculinoides
etc. G. aff marginodentata, G. perclara, Acarinina
soldadoensis, Anomalina affinis, Glomospira coro-
na etc. yayılmışdır. Qalınlğı –125 m.
Globorotalia marginodentata zonası Yunus-
dağ, Qoturdağ və Pirəköşkül kəsilişlərində boz,
yaşıl-boz, qəhvəyimtıl-qonur gillərin növbələşməsi
ilə təmsil edilmişdir. Bu çöküntülərdə Globorotalia
marginodentata, Globigerina triloculinoides, G.
eocaenica, G. pseudoeocaena, Glomospira charoi-
des və b . yayılmışdır. Qalınlığı –50 m.
Globorotalia aragonensis zonasının çökün-
tüləri ilk dəfə olaraq Qoturdağ Pirəköşkül, Qışlaq,
Göytəpə və Yunusdağ, Cəngi kəsilişlərində müəy-
yən edilmişdir. Bu çöküntülərdə Globorotalia
CƏNUB-ŞƏRQİ QAFQAZIN MƏRKƏZİ QOBUSTAN-QƏRBİ ABŞERON.............
XƏBƏRLƏR
YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS THE SCIENCES OF EARTH
25
aragonensis, G. caucasica, Globigerina posttriloculi-
noides, G. triloculinoides, Hastigerina micra, Nuttal-
loides trumpyi, Glomospira charoides, Acarinina
pentacamerata aşkar edilmişdir. Qalınlığı – 40 m.
Şimali Qafqazda ipr çöküntüləri aşağıdan
yuxarıya Gl. subbotinae, Gl. marginodentata, Glo-
borotalia lensiformis-li qatlar və Gl. aragonensis
zonasına ayrılır.
Orta eosen. Lütet və barton mərtəbələri.
Yerli bölgüyə görə, alt qovundağa ipr, lütet
mərtəbələri; orta qovundağa barton mərtəbəsı; üst
qovundağa priabon mərtəbəsi aid edilir.
Biz bu rayonun lütet mərtəbəsində Acarinina
bullbrooki, Acarinina rotundimarginata, Hantke-
nina alabamensis zonalarını ayrırıq. Acarinina
bullbrooki zonasının çöküntüləri Xilmilli, Cəngi,
Qışlaq, Yunusdağ, Pirəköşkül, Göytəpə kəsilişlərində
kobuddənəlı boz qumdaşıları ilə boz, yaşıl-boz gillərin
növbələşməsindən ibarətdir və alt eosen çöküntüləri
üzərində uyğun, Xilmilli kəsilişində isə alt zonanın
üzərində transqressiv yatır. Bu çöküntülərdə fora-
miniferlərdən Acarinina bullbrooki, Anomalina
simplex, Globigerina eocaenica, Asterigerina barto-
niana, Globorotalia caucasica, Globigerina trilocu-
linoides, Globorotalia pseudoscitula, Nutalloides
trumpyi etc. rast gəlir. Qalınlığı – 20 m.
Acarinina rotundimarginata zonası Qışlaq,
Pirəköşkül, Qovundağ, Göytəpə kəsilişlərində
gillərin üstünlük təşkil etdiyi boz gillərlə, qəhvəyi-
qonur qumdaşıların növbələşməsi ilə təmsil edilmiş-
dir. Bu çöküntülərdə Acarinina rotundimarginata,
Globigerina eocaenica, G. frontosa, Hastigerina
micra, Acarinina rotundimarginata, G. triloculi-
noides yayılmışdır. Qalınlığı –30 m.
Hantkenina alabamensis zonası Göytəpə və
Pirəköşkül kəsilişlərində stratiqrafik vəziyyətinə
görə lütet mərtəbəsinin üst hissəsində faunasız boz
gillərdə şərti olaraq qeyd olunur. Qalınlığı 10 –60 m
arasında dəyişir.
Şimali Qafqazda lütet çöküntüləri aşağıdan
yuxarıya Ac. bllbrooki, Ac. rotundimarginata və
Hantkenina alabamensis zonalarına ayrılır.
Barton mərtəbəsi çöküntülərində Globigerina
turkmenica zonası ayrılır. Globigerina turkmenica
zonası Xilmilli, Cəngi, Sumqayıtçay, Pirəköşkül,
Göytəpə, Yunusdağ, Qovundağ kəsilişlərində inki-
şaf etmişdir. Xilmilli, Cəngi kəsilişlərində bu zo-
nanın çöküntüləri alt zonanın çöküntüləri üzərində
transqressiv yatır. Bu çöküntülərdə Globigerina
turkmenica, G. praebulloides, Bolivina budensis,
Hastigerina micra, Globigerina ouachitaensis, Non-
ion agderensis, Cibicides ungerianus etc. yayıl-
mışdır. Qalınlığı 10 –30 m arasında dəyişir.
Şimali Qafqazdada barton mərtəbəsində Glo-
bigerina turkmenica zonası ayrılır. Kum horizontu-
nu əhatə edərək külli miqdarda balıq qalığı olan
mergellərdən ibarətdir. Qalınlığı ~ 40 m.
Üst eosen. Priabon mərtəbəsi.
Priabon mərtəbəsi çöküntülərində Globige-
rina corpulenta və Gl. officinalis zonalarını ayırırıq.
Globigerina corpulenta zonasının çöküntüləri
Xilmilli, Cəngi, Qışlaq, Pirəköşkül, Nağdəli, Göy-
təpə,Yunusdağ, Qovundağ, Sumqayıtçay kəsilişlə-
rində qumdaşı araqatları olan tünd-boz gillərlə
təmsil edilmişdir. Bu çöküntülərdə Globigerina
corpulenta, Globigerapsis index, G. ouachitaensis,
Bolivina caucasensis, Nonion rotulum etc. Globi-
gerina praebulloides, Anomalina hantkeni, A. gra-
nosa, Cibicides perlucidus, Globigerina eocaenica,
G. inflata etc aşkar edilmişdir. Qalınlığı – 60 m.
Globigerina officinalis zonası Xilmilli, Qış-
laq, Cəngi, Qovundağ, Sumqayıtçay, Nağdəli,
Göytəpə, Yunusdağ kəsilişlərində inkişaf etmişdir.
Bu çöküntülərdə növ-indeks Globigerina officinalis,
Globigerina praebulloides, G. ouachitaensis, Boli-
vina tuberna gradata, Nonion curviseptum, Pullenia
bulloides, Glomospira charoides etc. Cibicides ex.
gr. lobatulus, G. eocaena, Eponides praeumbona-
tus, Hastigerina micra, Bolivina antegressa etc. və
s. qeyd edilmişdir. Qalınlığı – 48 m.
Şimali Qafqazda priabon mərtəbəsində
Globigerina tropicalis zonası və iri Globigerina-lar
ayrılır.
Oliqosen. Oliqosen çöküntüləri maykop çö-
küntülərinin alt hissəsini təşkil edir, alt və üst oli-
qosenə bölünür. Alt oliqosenə rupel mərtəbəsi, üst
oliqosenə xat mərtəbəsi uyğun gəlir.
Alt oliqosen çöküntüləri alt maykop lay
dəstəsinə aid edilir.
Rupel mərtəbəsi Globigerina tumbeli və
Caucasina schischkinskaya zonalarını əhatə edir.
Globigerina tumbeli zonası ilk dəfə Kiçik Qafqazın
şimali-şərq ətəklərində C.M.Xəlilov tərəfindən bö-
lünmüşdür. Bu zonaları ilk dəfə mərkəzi Qobustan –
Qərbi Abşeronda Ə.Ə.Əlizadə, L.C.Məmmədova,
R.O.Qoşqarlı yalnız stratiqrafik vəziyyətinə görə
ayrılmışlar. Bizim tədqiqatlar nəticəsində isə bu
zonaları ayırmağa imkan verən fauna kompleksi və
zonal növ müəyyən edilmişdir.
Globigerina tumbeli zonası rupel mərtəbəsi-
nin alt hissəsini əhatə edir. Bu zonanın çöküntüləri
Xilmilli, Qışlaq, Cəngi, Pirəköşkül, Nağdəli, Göy-
təpə, Yunusdağ, Qovundağ, Sumqayıtçay kəsiliş-
lərində boz, lövhəvarı gillərdə aşkar edilmişdir. Bu
gillərdə Globigerina postcretacea, G. pseudoedita,
Cibicides perlucidus, Globigerina praebulloides,
H.Ə.Allahverdiyeva
XƏBƏRLƏR
YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS THE SCIENCES OF EARTH
26
Virgulina conspigua, Quinqueloculina brauni etc.
Glomospira charoides, Ammodiscus incertus,
Ammosphaeroidina caucasica, Nonion pseudomart-
kobi, Bolivina dentalata, Nodosaria inexculta, N.
capitata inkişaf etmişdir. Qalınlığı – 90 m.
Caucasina schischkinskaya oligocaenica zo-
nası rupel mərtəbəsinin üst hissəsini əhatə edir.
Nağdəli, Göytəpə kəsilişlərində boz, tünd-boz gil-
lərlə təmsil edilərək, üstdən faunasız boz gillərdən
ibarət xat mərtəbəsi ilə örtülmüşdür.
Caucasina schischkinskaya zonasında Globi-
gerina praebulloides, Heterohelix pseudostriata, H.
gracillima, Bolivina elongata, Uvigerinella ex. gr.
californica, Caucasina schischkinskaya, Cibicides
stavropolensis, Lagena gracillima, Nodosaria ak-
tillea, Plectofrondicularia paucicostata, Siphonodo-
saria subspinosa, Bulimina macilenta, Lenticulina
gerlachi, etc. yayılmışdır. Bu kəsilişdə rupel mər-
təbəsinin üstündə xat mərtəbəsi qeyd olunur.
Qalınlıq 0 –180 m arasında dəyişir.
Şimali Qafqazda alt oliqosenə (~1500 m)
xadum horizontu aid edilir.
Xat mərtəbəsi alt maykopun üst hissəsinə
uyğun gəlir. Bu mərtəbədə foraminiferlər demək
olar ki, rast gəlmir. Buna görə də bu rayonda xat
mərtəbəsində zonalar ayırmaq mümkün olmamışdır.
Göytəpə, Nağdəli kəsilişlərində rupel mərtəbəsinin
üstündə yatan faunasız gilləri şərti olaraq xat
mərtəbəsinə aid edirik.
Şimali Qafqazda üst oliqosenə Batalpaşi lay
dəstəsi aid edilir (Белуженко, 2010).
Nəticə. Beləliklə, aparılan tədqiqatlar
nəticəsində Mərkəzi Qobustan – Qərbi Abşeron
rayonunun paleogen çöküntülərində 3 yeni zona
müəyyən edilmiş və yeni zonal bölgü verilmişdir
(cədvəl).
Mərkəzi Qobustan – Qərbi Abşeron zonal bölgü sxeminin Şimali Qafqaz
çöküntülərinin eyniadlı sxemləri ilə korrelyasiyası
Sistem
Lay d
əst
əsi
Ş
öb
ə
Y/
şöb
ə
M
ərt
əb
ə
Qərbi Abşeron – Qobustan
Allahverdiyeva H.Ə.
(Бабаев, Аллахвердиева, 1997)
Şimali Qafqaz
(Крашенинников, Музылов, 1975
*
Белуженко, 2010
**
)
Üst
Xat
Batalpaşi lay dəstəsi
Caucasina schisckinskaya
M a y k o p
O l i q o s e n
Alt
Rupel
Globogerina tumbeli
Xadum horizontu
Globigerina officinalis
Globigerapsis tropicalis və iri Globogerina-lar
Üst
Priabon
Globigerina corpulenta
Barton
Globigerina turkmenica
Globigerina turkmenica
Hantkenina alabamensis ?
Acarinina rotundimarginata
Orta
Lütet
Acarinina bullbrooki
Hantkenina alabamensis Ac.rotundimarginata
Ac.bullbrooki
Globorotolia aragonensis
G. marginondetata
Q o v u n d a
ğ
E o s e n
Alt
İpr
G. subbotinae
Globorotalia aragonensis Gl.lensiformis-li qat-
lar G.marginodentata
G.subbotinae
Acarinina acarinata
Tanet
Acarinina subsphaerica
Acarinina acarinata
Acarinina subshaerica
Acarinina djanensis
S u m q a y
ı t
Üst
Zeland
Globorotalia angulata
G.conicotruncata
M.angulata
Acarinina incontans
P a l e o g e n
İlx
ıda
ğ
P a l e o s e n
Alt
Danimarka
Globoconusa daubjergensis
Acarinina schadagica
Globorotalia triloculinoides
G.taurica
*
Paleosen-Eosen – Kraşeninnikova, Мuzılova görə.
**
Oliqosen – Belujenkoya görə.
CƏNUB-ŞƏRQİ QAFQAZIN MƏRKƏZİ QOBUSTAN-QƏRBİ ABŞERON.............
XƏBƏRLƏR
YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS THE SCIENCES OF EARTH
27
Bütün bunları nəzərə alaraq aşağıdakı nəti-
cəyə gəlmək olar. Mərkəzi Qobustan – Qərbi Abşe-
ron vilayətinin paleogen çöküntülərində 10 kəsiliş
öyrənilmiş və 16 zona ayrılmışdır. Onlardan 3 zona
yeni müəyyən edilmiş və bu məlumatlar əsasında
yeni zonal bölgü verilmişdir. Kəsiliş üzrə zonaların
komplekslərinin tərkibi və onlardakı dəyişikliklər
dəqiq şərh edilmişdir. Yeni zonal bölgü Şimali Qaf-
qaz paleogen çöküntülərinin zonal sxemi ilə müqa-
yisə edilmişdir.
ƏDƏBİYYAT
BAĞMANOV, M.A. 2005. Cənub-Şərqi Qafqazın Sumqayıt və
Koun lay dəstələrinin mərtəbə bölgüsü. AMEA, Xəbərlər,
Yer elmləri. 3, 21- 23.
АЛИЗАДЕ, А. А., АЛИЗАДЕ, К.А., АЛИЮЛЛА, Х,
БАБАЕВ, Ш.А. 1989. Региональная стратиграфическая
схема палеогена Азербайджана. Елм. Баку. 312с.
БАБАЕВ, Ш.А., АЛЛАХВЕРДИЕВА, Х.А. 1997. О зональ-
ной стратиграфии палеогеновых отложений юго-восточ-
ного Гобустана. В материалах научной конференции, по-
священной памяти академика А.А.Ализаде: Генерация,
миграция и аккумуляция углеводородов. Баку. 61-62.
БЕЛУЖЕНКО, Е.В. 2010. Стратиграфия олигоцен-нижне-
миоценовых
(майкопских)
отложений
Северо-
Западного Кавказа. МОИП, отд. геол. 85, 4, 35-46.
КРАШЕНИННИКОВ, В.А., МУЗЫЛОВ, Н.Г. 1975. Соот-
ношение зональных шкал по планктонным форамини-
ферам, нанопланктону в разрезах палеогена Северного
Кавказа. В кн.: Вопросы микропалеонтологии. Палео-
биография и палеоэкология фораминифер. Наука, Мо-
сква, 18, 212-224.
ХАЛИЛОВ, Д.М. 1962. Микрофауна и стратиграфия палео-
геновых отложений Азербайджана. Ч. I. Баку. 322 с.
ХАЛИЛОВ, Д.М. 1967. Микрофауна и стратиграфия палео-
геновых отложений Азербайджана. Ч. II. Баку. 286 с.
ХАЛИЛОВ, Д.М., МАМЕДОВА, Л.Д. 1984. Зональное под-
разделение палеогеновых отложений Азербайджана. Элм.
Баку. 232 с.
Məqaləyə y.e.f.d. E.Z.Atayeva rəy vermişdir.
Dostları ilə paylaş: |