Microsoft Word Journal 26 pdf ucun doc



Yüklə 272,98 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü272,98 Kb.
#77151
növüXülasə


 

Number 26, 2009

 

233



 

 

UŞAQ ƏDƏBİYYATININ PEDAQOJİ MAHİYYƏTİ 

İbrahim KURT 

Qafqaz Universiteti, 

Bakı / AZƏRBAYCAN 

ikurt@qafqaz.edu.az 

XÜLASƏ 

Bu gün cəmiyyətdə baş verən dəyişikliklər onun bir parçası olan insanları da yaxından maraqlandırır. Bu də‐

yişikliklər dəyərlərə münasibətə də öz təsirini göstərir. İnsanlar tərəfindən unudulmuş dəyərlər sisteminin gənc 

nəslə  təbliğ  edilməsinin  həm  bu  günümüz,  həm  də  sabahımız  üçün  əhəmiyyəti  böyükdür.  Bu  baxımdan 

gələcəyimiz olan uşaqların tərbiyə olunmasına xüsusi diqqət yetirilməsi vacibdir. Uşaq ədəbiyyatı nümunələri də 

uşağın öz mənliyini  formalaşdırmasında mühüm bir funksiyanı yerinə yetirir. 



Açar sözlər: uşaq ədəbiyyatı, uşaq, tərbiyə     

PEDAGOGICAL ASPECT OF CHILDREN LITERATURE 

ABSTRACT 

Nowadays  the  changes    in  the  society  are  interested  by  the  people  who  are  belonged  to  it.  These  changes 

influence the  values and the relations. It’s important for todays and tomorrows that to transmit the values which 

have  been  forgotten  to  the  young  nations.  It  is  necessary  to  have  special  attention  for  upbringing  of  the  future 

children. The works of cildren literature have a functional position to form the self of child. 

Key words: children literature, child, upbringing 

 

 



Uşaqlıq  dövründə  uşağın  qarşılaşdığı  bir 

çox  hadisələr  və  gördüyü  insanlar  onun 

istər o dövrünə, istərsə də sonrakı həyatına 

özünün  müsbət  və  mənfi  təsirini  göstərir. 

Bu  baxımdan  yazıçılar  öz  əsərlərində  han‐

sısa qəhrəmanı təsvir edərkən onların dav‐

ranış  və  psixoloji  xüsusiyyətlərini  uşaqlıq 

dövründə  qazandıqları  təcrübələri  ilə  açıb 

göstərməyə çalışırlar.  

Əvvəllər  uşaqlardan  bəhs  edən  əsərlər  ol‐

madığından  və  ya  çox  az  təsadüf  edildi‐

yindən  onlara  böyüklər  üçün  yazılan  əsər‐

lərin  oxunduğu  və  oxudulduğu  bir  həqi‐

qətdir.  Uşaqlıq  dövrünün  xüsusiyyətlərini 

düşündükdə  böyüklər  üçün  yazılmış  ədə‐

biyyat  əsərlərinin  uşaqların  daxili  aləminə 

nüfuz  edə  bilməyəcəyi  anlaşılır.  Uşaqlar 

böyüklərdən  bəhs  edən  əsərləri  yaş  xüsu‐

siyyətləri  baxımından  qavraya  bilmir,  on‐

ların  tərbiyəvi  təsir  gücündən  faydalan‐

maqda  çətinlik  çəkirlər.  Çünki  uşaqların 

uşaqlıq  dövrünə  aid  özünəməxsus  hiss  və 

duyğuları  vardır.  Onların  duyğularına,  xə‐

yal  və  düşüncələrinə  təsir  edən  şifahi  və 

yazılı  əsərlərin  rolu  böyükdür.  Bir  şeyin 

gerçəkləşməsi üçün mütləq ona ehtiyac du‐

yulmalıdır. Uşaqlar da səviyyələrinə uyğun 

olaraq  şifahi  və  yazılı  əsərlər  vasitəsilə  öz 

ehtiyaclarını  ödəməyə  çalışmışlar.  Beləcə 

uşaq  psixologiyası  ilə  bağlı  məsələlər  və 

maarifçi yazıçıların əsərləri uşaq ədəbiyyatı 

anlayışını  meydana  çıxardı  və  ədəbiyyat‐

çıların  da  diqqətini  oraya  yönəltdi.  Keç‐

mişdən  bu  yana  önəmli  olan  uşaqların  tə‐

limi  məsələsi  və  bu  istiqamətdə  aparılan 

işlər başqa sahələri də təsiri altına almışdır. 

Bunun da nəticəsi olaraq uşaqların təliminə 

böyük  təsiri  olan  uşaq  ədəbiyyatı  anlayışı 




İbrahim Kurt 

 

Journal of Qafqaz University   

 

234 

yaranmış və uşaq ədəbiyyatına aid yazılan 

əsərlər hər gün yenidən kəşf edilməyə doğ‐

ru yönəlməyə başlamışdır.  

Uşaq  ədəbiyyatı  əsərlərində  əxlaq  tərbiyə‐

sini  araşdırmazdan  və  bu  əsərlərin  uşaqla‐

rın  gələcəkləri  baxımından  təsirini  göstər‐

məzdən  əvvəl  «Uşaq  ədəbiyyatı»  deyəndə 

nə  anlaşıldığına,  uşaqlar  üçün  yazılan 

ədəbi əsərlərin mahiyyətini açmağa ehtiyac 

vardır.  «Uşaq  ədəbiyyatı»  anlayışını  izah 

edə bilmək üçün öncə bu deyimi meydana 

çıxaran «ədəbiyyat» sözünün mənasını təq‐

dim etmək lazımdır.  

Bir  çox  yazıçı  və  tədqiqatçılar  tərəfindən 

tərifi  verilmiş  «ədəbiyyat»  anlayışı  «Dü‐

şüncə, duyğu, hadisə və proseslərin dil va‐

sitəsilə təsvir olunması sənəti» kimi təqdim 

olunmaqdadır.  

Fərhad  Fərhadov,  Aydın  Hacıyev  ədəbiy‐

yatı  gənc  oxuculara  həyatı  dərindən  anla‐

maqda kömək edən, dünyagörüşlərini zən‐

ginləşdirən,  ədəbi  zövqlərini  inkişaf  etdi‐

rən  vasitə  olduğunu  qeyd  edirlər.  Kavcar 

Cahit  “İnsanın  özünü,  ətrafını,  cəmiyyəti 

tanıması,  daha  yaxşı  baxımdan  dəyərlən‐

dirməsi və duyması üçün ədəbiyyat təlimi‐

nin vacib olmasını ” da göstərir

[1]

 

Ədəbiyyat  həyatdakı  hadisələri,  duyğu  və 



düşüncələri ədəbi formada təsvir edə bilmə 

və araşdırma sənətidir. Cəmiyyət və  insan‐

ların  bir  çox  istək  və  arzularının  olması 

təbiidir.  Həmin  bu  arzu  və  istəkləri  insani 

dəyərlər çərçivəsində həyata keçirmək üçün 

müxtəlif  vasitələrdən  istifadə olunur. Ədə‐

biyyat  da  bu  vasitələrdən  biridir.  Ədəbiy‐

yat gündəlik həyatımızda baş verənləri əks 

etdirərək  hislərimizə  təsir  edir,  düşündü‐

rür, anlayıb ifadə edə bilmədiklərimizi dilə 

gətirir.  

İndi  isə    «uşaq  ədəbiyyatı»  ifadəsinin  mə‐

nasını  yaxşı  anlamaq  üçün  «uşaq»  anlayı‐

şını da izah etmək lazımdır. Lüğətlərdə və 

xüsusən 

də 


psixologiya 

kitablarında 

«uşağ»ın  izahına  geniş  yer  verilmişdir. 

«Uşağ»ı bu şəkildə izah etmək olar: «Uşaq‐

lıq  çağı  ilə  yeniyetməlik  arasında  inkişaf 

edən  insan»,  yaxud  uşaq  deyərkən,  əsasən 

dünyaya yenicə göz açan körpədən tutmuş, 

16‐17 yaşa qədər olan insan övladı nəzərdə 

tutulur.

[2]


  Yəni  duyğuların,  düşüncələrin, 

xəyalların  və  zövqlərin  böyüklərdəki  kimi 

olmadığı, fərqli yaşandığı bir mərhələdir.   

Ümumiyyətlə,  insan  həyatında  0‐17  yaş 

arası  uşaqlıq  dövrü  olaraq  qəbul  edilib. 

Uşaqlıq  dövrü  özü  də  bir  sıra  yaş  qrup‐

larına  ayrılır.  Hər  bir  yaş  qrupunun  özünə 

görə xüsusiyyətləri vardır.  

Təlim  sahəsində  insanın  uşaqlıq  dövrü  üç 

qrupa bölünür:

[3]

  

â)  İlk uşaqlıq çağı (oyun çağı):2‐6 yaşlar  



b)  İkinci uşaqlıq çağı (məktəb çağı): 6‐10 və 

ya 6‐12 yaşlar  

c)  Son uşaqlıq çağı (yeniyetməlik çağı): 10‐

13 və ya 12‐14 yaşlar 

Bütövlükdə  insan  ömrünün  2‐14  yaşları 

arasında  keçən  inkişaf  mərhələsinə  «uşaq‐

lıq çağı» deyilir.  

Qara  Namazova  görə  uşaqlar  yaş  xüsusiy‐

yətlərinə görə 4 qrupa bölünə bilər:  

a)  Bağça yaşlı uşaqlar (3‐7 yaş qrupu).  

b)  Kiçik yaşlı məktəblilər (7‐11 yaş qrupu).  

c)  Orta yaşlı uşaqlar (11‐15 yaş qrupu).  

d)  Böyük  yaşlı  məktəblilər  (15‐17  yaş  qru‐

pu).   


Uşaq ədəbiyyatı əsərlərində uşağın duyğu‐

ları,  inkişafı,  idrakı,  danışığı  diqqətə  alın‐

malıdır.  Hamıya  məlumdur  ki,  uşaqlar 

dövr  keçdikcə,  nəsillər  bir‐birini  əvəz  et‐

dikcə dəyişir.

[4]


 

Əgər 2 yaşlı uşaqla 16 yaşlı 

uşaq  arasında  yaş  fərqi  mövcuddursa  və 

dünyaya  münasibətləri  baxımından  arala‐

rında  fərq  varsa  o  zaman  bu  fərq  onlar 

üçün  yaranan  ədəbiyyatda  da  öz  əksini 

tapmalıdır. Uşaqlar üçün əsərlər yazan bü‐

tün  yazıçılar  bu  yaş  mərhələlərini  nəzərə 

alırlar.  



Uşaq Ədəbiyyatının Pedaqoji Mahiyyəti 

Number 26, 2009   

 

235

Əslində  bu  2  fərqli  bölgünün  ortaq  nöq‐

tələri alınsa, daha yaxşı olar. Qrupları belə 

sıralamaq olar:  

a.  Bağça yaşlı uşaqlar (2‐6 yaş qrupu).  

b.  Kiçik yaşlı məktəblilər (6‐9 yaş qrupu).  

c.  Orta yaşlı uşaqlar (10‐14 yaş qrupu).  

d.  Böyük  yaşlı  məktəblilər  (15‐17  yaş 

qrupu).   

Yaş  qruplarının  birinci  mərhələsində  olan 

kiçik  yaşlı  uşaqlarda  oxumaq  qabiliyyəti 

olmur.  Uşaqlar  ətraf  aləm  haqqında  onları 

maraqlandıran  bütün  sualların  böyüklər 

tərəfindən  cavablandırılmasını  tələb  edir‐

lər, özlərini və ətraflarını yavaş‐yavaş tanı‐

yaraq hər bir yaş çağında yeni öyrəndikləri 

ilə inkişaf edirlər. Yaş xüsusiyyəti dedikdə, 

uşaqların  bacarıqları,  bilik  səviyyəsi,  diq‐

qətlərini cəlb etmə qabiliyyəti, hafizəsi, yad‐

daşı,  uşaqların  bədii  zövqünün  dərəcəsi, 

əməyə  və  ətrafına  münasibətləri  də  nəzərə 

alınmalıdır.    Bu  mərhələ  «məktəbəqədər»  

dövr ilə «məktəb» dövrünü birləşdirir. 

 

Cəmiyyətin  sosioloji  cəhətdən  təbəqələrə 



bölünməsi baxımından insan ömrünü çağa‐

lıq, uşaqlıq, ilk gənclik, orta yaş və yaşlılıq 

kimi mərhələlərə ayırırlar. Bu mərhələlərin 

psixoloji xüsusiyyətləri uşaqlar üçün ayrıca 

ədəbiyyatın  olmasının  vacibliyi  məsələsini 

ortaya çıxarmışdır.  

Uşaq  ədəbiyyatı  məfhumu,  zaman  keçdik‐

cə  ədəbiyyatçıların  təsiri  ilə  yeni  mənalar 

qazanmağa başladı. Türk dili və ədəbiyyatı 

təlimində  mühüm  yeri  olan  uşaq  ədəbiy‐

yatını  Özkırımlı  «Uşaqların  oxuyub  zövq 

ala biləcəyi, maarifləndirici məqsədlər daşı‐

yan  ədəbiyyat  nümunələrinə  verilən  ad» 

kimi  təqdim  edərkən

[5]

,  Qara  Namazov 



uşaq  ədəbiyyatına  belə  tərif  verir:  “Uşaq 

ədəbiyyatı  ədəbiyyatın  tərkib  hissəsi  olub, 

məqsəd və vəzifəsinə görə 17 yaşına qədər 

müxtəlif  oxucu  qruplarının  təlim,  təhsil  və 

əxlaqi‐estetik  tərbiyəsinə  yönəldilən  bədii 

əsərlərə deyilir”

[6]

.  Uşaqlıq dövründə yaşa‐



nan  xəyallar,  duyğu  və  düşüncələr  şifahi 

və  yazılı  ədəbiyyatın  bütün  formalarında 

əks  oluna  bilir:  Bunlar;  nağıllar,  hekayələr, 

romanlar,  xatirələr,  bioqrafik  əsərlər,  səya‐

hətnamələr,  şeirlər  və  s.  olaraq  göstərilə 

bilər. Müxtəlif yazı formalarında ərsəyə gə‐

tirilən  bu  əsərlərin  böyüklər  üçün  yazılan 

əsərlər  kimi  gözəl  və  təsiredici  olması  da 

vacibdir.  Tanınmış  yazıçılar  tərəfindən 

uşaqlar  üçün  yazılan  və  onların  xəyal, 

duyğu və düşüncələrinə təsir edən bu əsər‐

lər  uşaq  ədəbiyyatı  əsərləri  sırasına  daxil 

olmaqdadır.  

Günümüzdə  uşaq  ədəbiyyatının  ibtidai 

məktəb  siniflərində  istifadəsi,  oxuma‐yaz‐

ma  mövzusunun  təməl  daşını  meydana 

gətirməkdədir.  Uşaq  ədəbiyyatının  uşaqla‐

rın oxuma‐yazma təhsilinə faydalı təsirləri, 

bir çox tədqiqatçı, pedaqoq və alimlər tərə‐

findən  qəbul  edilmişdir.  Bunun  yanında, 

uşaq  ədəbiyyatının  dil  inkişafını  asanlaş‐

dırdığı  da  bir  gerçəkdir.  Cullinana  görə 

ʺuşaqlar  eşitdikləri  dili  öyrənirlər:  Nə  qə‐

dər  çox  dili  inkişaf  etdirəcək  mühit  olsa, 

uşaqlar  da  o  qədər  çox  dil  təhsilindən  ya‐

rarlanırlarʺ.

[7]

 

Zarillo  (1989)  uşaq  ədəbiyyatına  söykənən 



öyrənməyi  və  müəllimin  vəzifəsini  ʺtəhsil 

üsulları  və  tapşırıqları,  hekayə  kitabları, 

məlumat  verici  kitabları,  qısa  hekayələri, 

oyunları və şeirlərinin əhatəsiʺ olaraq təyin 

etməkdədir

[8]


Səməd Vurğuna görə uşaq ədəbiyyatı müs‐

təqildir.  O,  hərəkətli  bir  ulduz  kimi  daima 

axaraq  oynayır.  Hər  zaman  hərəkətdə  ol‐

maq  uşaqların  bir  başqa  xüsusiyyətlərin‐

dəndir.  Duyğulu  və  romantik  olmaq  bu 

xüsusiyyətlərin mənbələrindəndir.

[9]


  

Yəni,  2‐16  yaş  arasında  olan  uşaqların  xə‐

yal,  duyğu,  düşüncə  və  dünyagörüşünə 

təsir  edərək  onlara  yaşamaq  sevinci  və 

həyəcanı qazandıran, uşaqların böyümələri 

və  qabiliyyətlərinin  inkişafında  rol  oyna‐

yan,  yaş  və  fərdi  xüsusiyyətlərinə  uyğun, 

sənət dəyəri daşıyan şifahi və yazılı əsərlər 




İbrahim Kurt 

 

Journal of Qafqaz University   

 

236 

uşaq  ədəbiyyatı  olaraq  başa  düşülür.  Uşaq 

ədəbiyyatı  həyatı,  insanları  anladan  bir 

sənətdir.  Xalqların  yeni  nəsillərini  hazırla‐

masında  və  inkişaf  etdirməsində,  onların 

təlim və təhsilində uşaq ədəbiyyatının rolu 

böyükdür.  Uşaq  ədəbiyyatı  son  dövrlərdə 

qərb  nümunələrinin  təsiri  altında  qalaraq 

daha  da  önəm  qazanmağa  başladı.  Uşaq 

ədəbiyyatı  hekayə,  şeir,  sadə  məlumat  ve‐

rici kitablar, ssenarilər, uşaqlar üçün xüsusi 

hazırlanan öyrədici və tərbiyələndirici teatr‐

lar,  uşaqlarla  gənclərin  bilik  səviyyələrinə 

uyğun hər  cür zövqverici, əyləndirici, eyni 

zamanda dünyagörüşü ilə bağlı olan bütün 

əsərləri öz əhatəsi altına almaqdadır.  

Uşaq ədəbiyyatında nədən yazmağın lazım 

olması  məsələsi  bu  ədəbiyyatın  əsas  cəhəti 

olaraq qəbul edilmir. Çünki uşaq ədəbiyya‐

tında  həyatın  bütün  sahələri  əks  olunma‐

lıdır.  Həyatda  elə  bir  problem  yoxdur  ki, 

uşaq  ədəbiyyatında  ona  toxunmaq  müm‐

kün  olmasın.  Yerin  altını  da,  üstünü  də 

bilən müasir uşaq həyatın elə bir problemi 

yoxdur  ki,  onunla  maraqlanmasın.  Uşaq‐

ların  maraqlarını  səngitmək,  onu  lazımi 

məcraya  yönəltmək  üçün  uşaq  ədəbiyya‐

tının  xidməti  əvəzsizdir.  Hamıya  məlum‐

dur  ki,  insan  dünya,  kainat,  təbiət,  cəmiy‐

yət və s. haqqında gərəkli informasiyaların 

əksəriyyətini körpə vaxtlarından hafizəsinə 

həkk edir. Elə buna görə də uşağın gələcək 

dünyagörüşünün  formalaşmasında,  onun 

layiqli  vətəndaş  kimi  böyüməsində  uşaq 

ədəbiyyatını əvəz edə biləcək ikinci bir va‐

sitə yoxdur.

[10]

 Uşaq əsərləri insan sevgisini 



təbliğ  edir,  fərdi  və  zehni  baxımdan  təsir 

edir,  incə  insani  bir  ruh  yaradır,  balaca 

uşaqlara cəmiyyətdə və dünyada baş verən 

hadisələr  haqqında  daha  geniş  məlumat 

verir.

[11]


 

Bəli,  uşaq  ədəbiyyatı  nəinki  özündən  hün‐

dür  gülə,  günəşə,  aya,  gələcəyə  boylanan 

bəşər  övladının  ədəbiyyatıdır.  Azərbaycan 

sovet  ensiklopediyasında  qeyd  olunmuş‐

dur  ki:  “Bədii  ədəbiyyatın  üzvi  tərkib  his‐

səsi  olan  uşaq  ədəbiyyatında  xalqların  və 

uşaqların  həyatına  dair,  onların  yaş  xüsu‐

siyyətlərinə,  qavrama  qabiliyyətlərinə  uy‐

ğun  janr,  forma  və  üslubda  müxtəlif  prob‐

lemlər qaldırılır, gənc nəsildə yüksək əxlaqi 

keyfiyyətlər,  vətənpərvərlik,  sədaqət,  dost‐

luq,  doğruluq,  əməksevərlik,  beynəlmiləl‐

çilik,  insanpərvərlik  və  humanizm  tərbiyə 

edilir.  Uşaq  ədəbiyyatı  əsərləri  xeyirxah, 

mərd  və  cəsur  qəhrəmanları,  maraqlı  süjet 

və  kompozisiyası,  anlaşıqlı,  sadə  və  aydın 

bədii  ifadə  vasitələri,  səlis  dili  ilə  seçilir. 

Uşaq  ədəbiyyatı  folklor  qaynaqlarından 

bəhrələnir.”

[12]

 

Keçmiş dövrlərdə yazılmış və yayımlanmış 



yazılı ədəbiyyatdakı hekayələr, əzizləmə və 

oxşamalar  bənzər  xüsusiyyətlər  daşımaq‐

dadır. Buradan görünür ki, keçmişdən bəri 

uşaq  tərbiyə  edilməsi  və  cəmiyyətin  də‐

yərlərinə uyğun hala gətirilməsi vacib olan 

şəxsiyyət  kimi  görülmüş,  şifahi  və  yazılı 

ədəbiyyatın, xüsusilə də uşaq ədəbiyyatının 

əsas məsələsi bu istiqamətə yönəlmişdir.    

Uşaq  ədəbiyyatını  ümumi  ədəbiyyatdan 

təcrid  etmək  olmaz.  Əgər  ümumi  ədəbiy‐

yat  geniş  xalq  kütləsi  üçün  yaranmışsa, 

onun inkişafına və şəxsiyyət kimi formalaş‐

masına  xidmət  edirsə,  uşaq  ədəbiyyatının 

da öz oxucusu və bu oxucuya təsir qüvvəsi 

vardır.  Doğrudur,  hər  iki  ədəbiyyat  insan 

tərbiyəsi  ilə  məşğul  olur,  lakin  uşaq  ədə‐

biyyatı  bəşər  övladının  ilkin  tərbiyəsinə 

xidmət  edir.  Bütövlükdə,  ümumi  ədəbiy‐

yata xas olan xüsusiyyətlər uşaq ədəbiyya‐

tının  spesifikasını  təşkil  edir.  Uşaq  ədəbiy‐

yatı da dünyanın, gerçəkliyin obrazlı şüur‐

da  qavrayışıdır,  obrazlı  idrakın  məhsulu‐

dur. Yəni ümumi ədəbiyyata verilən ideya‐

yaradıcılıq  prinsipləri,  uşaq  ədəbiyyatının 

da inkişaf istiqamətini müəyyən edir.

[13]


  

Bu  baxımdan  uşaq  ədəbiyyatına  və  təlim 

prosesinə  baxdığımız  zaman  uşaq  ədəbiy‐

yatının öyrədici və tərbiyələndirici olduğu‐

nu,  və  ya  bu  istiqamətinin  ön  plana  çıxdı‐

ğını  görürük.  Uşaqların  oxuyacağı  və  ya 




Uşaq Ədəbiyyatının Pedaqoji Mahiyyəti 

Number 26, 2009   

 

237

dinləyəcəyi  əsərlərin  onları  həyata  hazırla‐

dığı  kimi  davranışlarında  da  dəyişikliklər 

edəcəyini gözləmək olar.  

Uşaq  ədəbiyyatının  özünəməxsus  bir  sıra 

xüsusiyyətləri (növ, janr və üslub əlvanlığı, 

obrazlılıq,  bədiilik,  əyləndiricilik,  poetik 

təsvir, lirizm, satirik boyalar, bəzi fikirlərin 

alleqorik  surətlər  vasitəsilə  verilməsi,  ro‐

mantika, güclü emosionallıq və s.) var. An‐

caq  həmin  xüsusiyyətlərin  hamısı  nəticədə 

aparıcı  ideyanın  daha  asan  və  dərindən 

başa düşülməsinə, tərbiyəvi məqsəd və və‐

zifələrin  yüksək  səviyyədə  yerinə  yetiril‐

məsinə xidmət etməlidir. İdeya, məqsəd və 

vəzifə  baxımındansa  uşaq  ədəbiyyatı  ilə 

pedaqogika  arasında  elə  bir  ciddi  fərq 

olmadığını qeyd etmək yerinə düşərdi.

[14]


  

Bu  çərçivədə  uşaq  ədəbiyyatı  nümunələri‐

nin  uşağın  psixi  və  zehni  inkişafına  nə  qə‐

dər  böyük  kömək  göstərdiyi  inkar  edilə 

bilməz. İnsan həyatının ən mühüm mərhə‐

ləsini maraqlandıran uşaqlarla bağlı olaraq 

yazılmış  və  ya  yazılacaq  ədəbi  mətnlərin, 

təlim  öyrətmə  qurumlarında  istifadə  edil‐

məsi  və  bir  dərs  müddətində  ələ  alınması 

mümkün deyil. Uşaq ədəbiyyatı əsərlərinin 

başlıca xüsusiyyətlərindən biri də onun öy‐

rədici  olması,  uşaqların  əsərlərdə  özlərinə 

aid  bir  şeylər  tapmaları  ilə  əlaqədardır. 

Uşaq yazıçısı təsvir etdiyi uşaqların yaşları, 

cinsiyyətləri,  münasibətləri  haqqında  zən‐

gin təfəkkürə malik olmalı və əsərində bu‐

nu  dolğun  şəkildə  ifadə  etməyi  bacarma‐

lıdır.  


Bəzən  uşaq  ədəbiyyatı  ədəbi  yaradıcılığın 

əsas  sahəsi  kimi  başa  düşülür.  Belə  yanlış 

təsəvvür  yaranır  ki,  adi  həyat  hadisələrin‐

dən  sadə  və  aydın  bir  dildə  danışmaqla 

uşaq  əsəri  yaratmaq  mümkündür.  V.  Q. 

Belinski uşaq ədəbiyyatını bu cür təsəvvür 

edənlərə  qarşı  çıxaraq  yazırdı:  “Uşaq  yazı‐

çısının  yaranması  üçün  çox,  olduqca  çox 

şərtlər  vardır:  nəcib,  sevən,  diqqətli,  sakit, 

körpəcə‐sadədil bir qəlb, yüksək məlumatlı 

bir idrak, predmetlərə aydın bir baxış, yal‐

nız  canlı  bir  təsəvvür  deyil,  həm  də  canlı, 

şairanə  bir  xəyal,  hər  şeyi  canlı,  zəngin 

surətlər  halında  təsəvvür  etməyə  qabil  bir 

xəyal  lazımdır.  Aydındır  ki,  uşaqlara  qarşı 

məhəbbət,  uşaq  yaşının  tələb,  xüsusiyyət 

və  təfərrüatını  dərindən  bilmək  də  ən  mü‐

hüm şərtlərdəndir”.

[15]

 Hər mərhələyə daxil 



olan uşaqlara onların yaş qruplarına uyğun 

əsərlər  təqdim  etmək  lazımdır.  Bir  uşaq 

ədəbiyyatı  yazıçısı  öz‐özünə  nəyi  yazmalı‐

yam  sualından  başqa,  necə  yazmalıyam 

sualını  daha  çox  verməlidir  ki,  uşaqların 

fərqli bir dünyasının olduğunu unutmasın. 

Belə  olduqda  onun  yazdığı  əsər  uşağın 

marağına  səbəb  olur  və  uşağı  özünə  cəlb 

edir. Yazıçının uşağın inkişaf mərhələlərini 

çox  yaxşı  bilməsi  lazımdır.  O,  əsərini  elə 

dildə  anlatmalıdır  ki,  uşağın  ruhunu  oxşa‐

sın,  ona  zövq  verə  bilsin.  Eyni  zamanda 

uşağın  xəyal  dünyasını  kəşf  edəcək  bir 

zənginliyə və onun bu zənginlik içərisində 

öz  xəyalları  ilə  üst‐üstə  düşən  ideyaların 

tapılmasına imkan yaratmalıdır. Yazıçı bil‐

məlidir  ki,  uşağın  zehni,  şüuru  ona  dərin 

təsir etmiş hər hansı bir həyat hadisəsini və 

ya    prosesini  çox  gec  unudur  və  unutmur. 

Buna  görə  də  yazıçı  həyatdan  götürdüyü 

həqiqətləri,  problemləri  bir‐bir  seçməli  və 

süzgəcdən keçirməlidir.  

Uşaq ədəbiyyatı yazıçısı əsərində valideyn‐

lərinin yanında bütün problemlərdən uzaq 

olan, nəyin pis, yaxşı, nəyin düz və ya əyri 

olduğunu  tam  mənası  ilə  qavramayan  bir 

varlığa  səslənir.  Məhz  bu  baxımdan  yazıçı 

əsəri yazarkən uşağa həyatın müəyyən sir‐

lərini  və  həqiqətlərini  öyrətməyi  qarşısına 

məqsəd  qoyur.  Bu  həm  də  onun  tərbiyə 

edici tərəfi ilə bağlıdır. Uşaq ədəbiyyatı gə‐

ləcəyin  yeniyetmələrinin  şəxsiyyət  kimi 

formalaşmasında  gərəkli  olan  mədəni  dü‐

şüncənin, dəyərlərin öyrənilməsi, cəmiyyət 

üçün gözəl olan davranış qaydalarının mə‐

nimsənilməsinə  kömək  etdiyinə  görə  öncə 

bu xüsusiyyətlərin nəzərə alınması və uşaq 

ədəbiyyatı  əsərlərində  olması  diqqət  mər‐

kəzində  saxlanılmalıdır.  Bütün  bunları  ər‐



İbrahim Kurt 

 

Journal of Qafqaz University   

 

238 

səyə gətirmək və uşaqlara göstərmək üçün 

onların dünyasını yaxşı araşdırmaq, öyrən‐

mək,  bir  çox  istiqamətdən  təhlil  etmək  və 

ya  onların  səviyyələrinə  uyğun  əsərlər  or‐

taya çıxarmaq lazımdır.  

Görkəmli  şair  S.Vurğun  “Balalarımız  üçün 

gözəl  əsərlər  yaradaq”  adlı  məqaləsində 

yazır: “Düşünmək, duymaq, sevmək, küsüb‐

incimək,  ağlamaq,  gülmək,  qəzəblənmək 

kimi  bütün  insana  aid  olan  xüsusiyyətlər 

uşaqlıq  aləmində  mövcuddur.  Biz  uşaqla 

danışdığımız zaman insanla danışdığımızı, 

uşaqlar  üçün  yazdığımız  zaman,  insan 

üçün  yazdığımızı  unutmamalıyıq.  Uşaq 

üçün yazılmış hər bir əsərin əsasında məna 

gözəlliyi yaşamalıdır”. O yazırdı: ʺUşaq in‐

sandır!  Onun  sadə,  hərəkətli,  hər  zaman 

xoşbəxt  və  azad  təbiətində    böyük  insan‐

ların  bütün  əlamətləri  vardırʺ.

[16]

  Səməd 


Vurğun digər yazıçılara hər zaman uşaqlar 

üçün  yazmağın  nə  qədər  məsuliyyətli  və 

çətin  bir  iş  olduğunu,  uşaq  həyatını  tərən‐

nüm etmənin önəmli olduğunu söyləyərdi.  

“Nə cür uşaq ədəbiyyatı?” ‐ sualı hər hansı 

cəmiyyətə  “Nə  cür  yetişkin?”  sualını  da 

bərabərində  gətirməkdədir.  İstər  körpəlik, 

uşaqlıq,  istərsə  də  yeniyetməlik  dövrünü 

bir‐birindən  ayrı  təsəvvür  etmək  olmaz. 

Keçmiş  və  hazırlıq,  dövrlərinin  fizikası, 

ruhi  və  ətraf  əlaqələri  cəhətdən  sağlam 

yaşanması,  yaxşı  və  gözəl  toxumların  sol‐

maması  halında  şəxsiyyətli,  özü  ilə  və  ət‐

rafı  ilə  barışıq,  məhsuldar  və  yaradıcı 

fərdlər yetişə bilər.  

Uşaq  ədəbiyyatının  başlıca  vəzifəsi  böyü‐

məkdə  olan  nəslin  etik  və  estetik  tərbiyə‐

sinə  istiqamət  vermək,  milli  və  bəşəri  ide‐

yalara  hörmət  və  sədaqət,  vətənpərvərlik, 

humanizm,  əməksevərlik,  dostluq,  yoldaş‐

lıq, düzlük və doğruluq, özünə qarşı tələb‐

karlıq  kimi  mənəvi‐estetik  keyfiyyətlər 

aşılamaqdır.

[17]


  

Uşaq  ədəbiyyatı  nümunələri  uşağın  öz 

mənliyini  formalaşdırmasında mühüm bir 

funksiyanı yerinə yetirir.  

Uşaq  ədəbiyyatı  sahəsində  əhəmiyyətli 

tədqiqatları  ilə  tanınan  Rafiq  Yusifoğlu  ali 

və  orta  ixtisas  məktəbləri  üçün  yazdığı 

“Uşaq ədəbiyyatı” adlı dərslikdə, uşaq ədə‐

biyyatının  qarşısında  duran  başlıca  vəzifə‐

ləri  maddələr  şəklində  aşağıdakı  kimi  sı‐

ralamışdır:

[18]


  

1.

 



Uşaqların  qəlbində  nəcib  insani  hisslər 

oyatmaq,  

2.

 

Körpələri tarixi keçmişimizə, qəhrəman 



babalarımıza,  nənələrimizə  məhəbbət 

ruhunda tərbiyə etmək,  

3.

 

Xalqımızın  kəşməkəşli  tarixini,  onun 



uğurlarını,  büdrəmələrini, başına gələn 

müsibətləri sadə, sənətin ecazkar dili ilə 

oxuculara  çatdırmaq,  ulu  yurd  yerləri‐

mizi, qədim şəhərlərimizi, kəndlərimizi 

tanıtmaq və sevdirmək,  

4.

 



Doğulduğu torpağa məhəbbət oyatmaq, 

zəngin  təbiətimizi,  bərəkətli  torpaqları‐

mızı,  başı  qarlı  dağlarımızı,  qoynunda 

sellər‐sular  çağlayan  dərələrimizi,  dur‐

nagözlü bulaqlarımızı, bol sulu çayları‐

mızı, göllərimizi sevdirmək, adi böcək‐

dən,  otdan,  çiçəkdən  tutmuş  bütün  tə‐

biət cisimlərini uşaq təfəkkürünə uyğun 

şəkildə onlara təqdim edib tanıtmaq,  

5.

 



Əməyə məhəbbət hissi oyatmaq,  

6.

 



Balalarımızı  vətənin  düşmənlərinə  qar‐

şı  amansız  olmaq  ruhunda  tərbiyə  et‐

mək,  eyni  zamanda  humanizm,  vətən‐

pərvərlik  ideyalarının  ən  ali  hiss  oldu‐

ğunu heç zaman unutmağa imkan ver‐

məmək,  


7.

 

Düzlüyü, doğruluğu, sadəlik və təvazö‐



karlığı,  mənəvi  saflığı  təqdir  və  təbliğ 

etmək,  


8.

 

Yoldaşlıq, dostluqda sədaqət, satqınlığa 



nifrət hissləri aşılamaq,  

9.

 



Dözümlülük,  ən  ağır  dəqiqələrdə  özü‐

nü  itirməmək,  mübarizlik  ruhunu  təb‐

liğ etmək,  



Uşaq Ədəbiyyatının Pedaqoji Mahiyyəti 

Number 26, 2009   

 

239

10.

 

Uşağı müqəddəs dinimizə, adət‐ənənə‐



lərimizə məhəbbət ruhunda tərbiyələn‐

dirməyə çalışmaq,  

11.

 

Doğma  dilimizi,  ədəbiyyatımızı,  incə‐



sənətimizi, musiqimizi sevdirmək,  

12.


 

Uşaqda  ilkin  poetik,  bədii  təfəkkürü 

formalaşdırmağa çalışmaq,  

13.


 

Gözəlliyə məhəbbət ruhu aşılamaq,  

14.

 

Uşaqda  yumor  hissi  oyatmaq.  Əlbəttə 



bu sadalananlar uşaq ədəbiyyatının qar‐

şısında  duran  bütün  problemləri  əhatə 

etmir.  

Uşaq  ədəbiyyatı  ümumi  söz  sənətinin  və 

yaradıcılığının  ayrılmaz  tərkib  hissəsi  olsa 

da, onun bir sıra özünəməxsus xüsusiyyət‐

ləri və fərqləri vardır. Bu xüsusiyyətlər onu 

böyüklər  üçün  yazılmış  ədəbi  əsərlərdən 

ciddi şəkildə fərqləndirir.  

Bu  baxımdan  uşaq  ədəbiyyatı  nümunələ‐

rində  problem,  dil  və  öyrətmək  yönündən 

ayrı‐ayrı  və  ya  ortaq  olaraq  məqsədlərin 

tapılması  çox  önəmlidir.  Yuxarıda  sayılan 

maddələrə  əlavə  olaraq  bu  kriteriyalar  da 

əlavə edilə bilər:

[19]


 

1.

 



Hədəf  kütləsi  2‐16  yaşları  arasında  ol‐

malıdır.  

2.

 

Uşaqlara  aid  nümunələrin  ədəbi,  este‐



tik və sənət istiqamətinin güclü olması 

gərəkdir.  Bu  nümunələr  uşağın  ədəbi, 

estetik  və  sənət  zövqünü  inkişaf  etdir‐

məlidir.   

3.

 

Uşağın  duyğu,  düşüncə,  fikir  və  xəyal 



dünyasına təsir etməlidir.  

4.

 



Uşağa  yaşama  sevinci  və  həyəcanı 

qazandırmalıdır.  

5.

 

Hörmət,  sevgi,  başqalarına  kömək  və 



yardım  etmək  kimi  duyğuları  forma‐

laşdırmaq.  

6.

 

Namus,  doğruluq,  sözündə  durmaq 



kimi dəyərlər formalaşdırmaq.  

7.

 



Cəsarət  və  özünə  güvən  duyğusunu 

formalaşdırmaq.  

8.

 

Uşağa özünü göstərə bilmək bacarığını 



öyrətmək.  

9.

 



Gözəl,  yaxşı,  doğru  duyğu  və  anlayışı 

formalaşdırmaq.  

10.

 

Milli və mənəvi dəyərləri tanıma baca‐



rığını aşılamaq.  

11.


 

Başqaları  ilə  yaxşı  münasibətlər  qura 

bilmək vərdişini inkişaf etdirmək.  

12.


 

Seçmə,  araşdırma  və  fikir  yürütmək 

qabiliyyətlərini formalaşdırmaq.  

13.


 

Həyatı  doğru  olaraq  başa  düşmək  və 

mənalı  yaşamaq  duyğusunu  başa  sal‐

maq.  


14.

 

Ana  dilini  sevmə,  dilin  inkişafına  yar‐



dımçı  olmaq  və  yaxşı  işlətmək  bacarı‐

ğını formalaşdırmaq.  

15.

 

Yaradıcılıq  və  istehsal  bacarığını  for‐



malaşdırmaq.  

16.


 

Uşağa  kitab  sevgisini  aşılamaq,  kitab 

oxumağın  həyatın  mühüm  gərəyi  ol‐

duğunu başa salmaq.  

17.

 

Yaradıcı  fəaliyyətlərdə  olması  üçün 



infrastruktur hazırlamaq.   

18.


 

Uşağa həyatı tanıtmaq.  

19.

 

Uşaqların  psixoloji  ehtiyaclarını  qarşı‐



lamaq,  güvən,  sevgi,  sevilmə,  sevmə, 

öyrənmə,  bir  qrupa  aid  olma,  oyun, 

dəyişiklik  və  estetiklik  kimi  keyfiyyət‐

ləri aşılamaq.  

20.

 

Uşaqların dəyişik yaşlarda maraq gös‐



tərdikləri  məsələləri  diqqət  mərkəzin‐

də saxlamaq.  

21.

 

Uşağa  ədəbi  və  estetik  dəyərləri  öy‐



rətmək.  

22.


 

Uşağı araşdırıcılığa və incələməyə isti‐

qamətləndirməli.  

23.


 

Məlumatlandırılmalı  məsələlər  diqqət 

çəkən  şəkildə  verilməli,  əyləndirici  və 

düşündürücü olmalıdır.  

24.

 

İnsanı  və  ətrafdakıları  tanıtmalı,  yurd 



sevgisi,  insan  sevgisi  və  xeyirxahlıq 

duyğusu güclü olmalıdır.  




İbrahim Kurt 

 

Journal of Qafqaz University   

 

240 

25.


 

Uşaq ədəbiyyatı uşağın özünü tanıma‐

sına  və  şəxsiyyətinin  inkişaf  etdirmə‐

sində rol oynamalıdır.  

26.

 

Gənclərin  və  uşaqların  dərs  kitabla‐



rında  olmayan  və  əldə  edə  bilmədik‐

ləri  məlumatların  əks  olunmasına  yer 

verilməli.  

27.


 

Uşaqlara  dünyagörüşlərini  inkişaf  et‐

dirən  və  zənginləşdirən,  sosial  həyat‐

dakı  ehtiyaclarını  qarşılamağa  istiqa‐

mətlənmiş məlumatlar verilməli.  

28.


 

Uşaq  ədəbiyyatı  nümunələri  təsiredici 

olmalıdır. Bu da uşaqların daxili aləm‐

ləri, təcrübələri ilə bağlı olmalı, uşaqlar 

onu  mənalandıra  bilməli  və  beləcə  öz 

təcrübələrini yeniləşdirməlidir.   

29.

 

Ədalət duyğusu olmalıdır. Günahı olan 



cəzasını almalı, bir pisliyin cəzası əda‐

lətlə verilməlidir. 

Bu ədəbiyyat uşaqların qəlbində nəcib hiss‐

lər  oyadan  mənzum  və  mənsur  əsərlərlə 

işıqlandırılmalı,  onların  gələcək  haqqında 

gözəl  və  ümidli  arzularına  qanad  vermə‐

lidir.  Uşaq  ədəbiyyatı  uşaqları  zəngin,  mə‐

nəvi və estetik zövqə malik zəmanəsinin ən 

humanist  biliklərinə  yiyələnən  yetkin  bir 

insan  kimi  tərbiyə  etməlidir.    Bu  insan  öz 

xalqının mübarizələrlə zəngin tarixi keçmi‐

şinə dərindən bələd olmalı, bu günün tələb 

etdiyi  ideyalarla  ayaqlaşmağı    bacarmalı, 

vətənpərvərlik  və  vətəndaşlıq  ideyalarını 

hər  şeydən  uca  tutmalıdır.  Bu  ədəbiyyat 

bəşəriyyətin yaratmış olduğu bütün maddi 

və  mənəvi  sərvətləri  yeni  nəslə  öyrətməli, 

onları  bu  sərvətin  əsl  varisi  kimi  tərbiyə 

etməlidir.

[20]


  

Buraya  qədər  araşdırılan  və  təhlil  olunan 

uşaq ədəbiyyatının yalnız əsərlərin yazıldı‐

ğı və uşaqlar tərəfindən oxunduğu nəzərdə 

tutulmur,  həm  də  mühüm  pedaqoji  prob‐

lem  kimi  ortaya  qoyulur.  Onun  bədii  este‐

tik dəyəri pedaqoji mahiyyətindədir. Bu tə‐

sir  nəticəsində  tərbiyə  ortaya  çıxır.  Bu  ma‐

hiyyəti  bilib  istifadə  etmək  isə  yeni  nəslin 

böyüməsində və  cəmiyyətdəki adət‐ənənə‐

ləri, qayda‐qanunları, tərbiyə üsullarını on‐

lara öyrətməkdə böyük rol oynayır. 



ƏDƏBİYYAT 

1.

 



C.  Kavcar  Edebiyat  ve  eğitim,  Ankara,  A.Ü.  Eği‐

tim Bilimleri Fakültesi Yayınları, 1994, s.  853.  

2.

 

Xəlil Z. Əsgərli F. Uşaq ədəbiyyatı, dərslik, Bakı, 



ADPU‐nun nəşriyyatı, 2007, s. 9 

3.

 



İbrahim  E.  Başaran,  Eğitini  Psikolojisi.  Ay  Yıldız 

Mat. A.Ş., Ankara. 1966, s. 66  

4.

 

Qara  Namazov  ʺAzərbaycan  uşaq    ədəbiyyatıʺ 



Bakı 1984 s.13 

5.

 



A.  Özkırımlı  Türk  Edebiyatı  Ansiklopedisi, 

İstanbul, Cem Yayınları, 1990, s. 327 

6.

 

Qara  Namazov,  Azərbaycan  Uşaq    ədəbiyyatı, 



Bakı, Bakı Üniv. nəşriyyatı, 2007,  s. 4 

7.

 



Galda,  L.,  Cullinan,  B.,  &  Strickland,  D  .S. 

Language  Literacy  and  the  child.  Forth  Worth: 

Harcourt Brace College Publishers, 1993, s.20 

8.

 

Zarillo,  J.  Teachers’  interpretations  of  literature‐



based  reading.  The  Reading  Teacher.  43  (1),  22‐28, 

1989, s.22. 

9.

 

Camal Əhmədov ʺUşaq və zamanʺ. s.60 Bakı, 1983 



10.

 

Rafiq Yusifoğlu, Uşaq Ədəbiyyatı, ali və orta ixti‐



sas  məktəblərinin  tələbələri  üçün  dərslik,  Bakı, 

Şirvannəşr, 2006, s. 5 

11.

 

Camal Əhmədov ʺUşaq və zamanʺ, s. l5, Bakı, 1983  



12.

 

Rafiq Yusifoğlu, Uşaq Ədəbiyyatı, ali və orta ixti‐



sas  məktəblərinin  tələbələri  üçün  dərslik,  Bakı, 

Şirvannəşr, 2006, s. 4 

13.

 

Xəlil Z. Əsgərli F. Uşaq ədəbiyyatı, dərslik, Bakı, 



ADPU‐nun nəşriyyatı, 2007, s. 11 

14.


 

Ağahüseyin  Həsənov,  Azərbaycan  Uşaq  ədəbiy‐

yatındakı mənəvi dəyərlərdən kiçik yaşlı məktəb‐

lilərin əxlaq tərbiyəsində istifadə, s. 47 

15.

 

V.Q. Belinski, Seçilmiş Məqalələr, B., 1948, s. 12 



16.

 

Səməd Vurğun Əsərləri. S. 311 Baku 1972  V.Cilt   



17.

 

Qara Namazov Azerbaycan Uşaq Ədəbiyyatı. Ali 



məktəblər  üçün  dərslik  .  Bakı.    Bakı  Universiteti 

nəşriyyatı, 2007, s.3 

18.

 

Rafiq  Yusifoğlu,  Uşaq  Ədəbiyyatı,  ali  və  orta 



ixtisas  məktəblərinin  tələbələri  üçün  dərslik, 

Bakı, Şirvannəşr, 2006, s. 5 

19.

 

Oktay  M.  II.  Meşrutiyet`ten  Cumhuriyet`e  çocuk 



şiirlerinin  pedagojik  değeri  Yüksek  Lisans  tezi 

2001 YÖK Tez Merkezinde, s.35 

20.

 

Namazov Qara Azərbaycan Uşaq Ədəbiyyatı. Ali 



məktəblər  üçün  dərslik  .  Bakı.  Bakı  Universiteti 

nəşriyyatı, 2007, s.4 



Yüklə 272,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə