Microsoft Word jurnal 10 cu docx



Yüklə 55,79 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü55,79 Kb.
#22075


18 

 

Anar Məmmədov 



                                                                                        Bakı Dövlət Universiteti (Azərbaycan) 

 

AZƏRBAYCANDA  EKOLOJİ   MAHİYYƏTLİ  EL  ADƏTLƏRİ 

 

Açar sözlər: təbiət, adət, əhali, bayram, heyvan 

 

Məqalədə ekoloji mahiyyətli və çox faydalı el adətlərindən, heyvanlar aləminin qorunma-



sında onların əhəmiyyətindən bəhs olunur. 

Yaranması  və formalaşma tarixi yüz illiklərlə ölçülən Azərbaycan el adətləri  əhalinin 

təbiətə münasibətində böyük pozitiv təsir qüvvəsinə malikdir. Təbiətə dair əhalinin adətləri uzun 

müddət təcrübədə  sınaqdan çıxarıldığı üçün düzgün və faydalı olur. Azərbaycanın el adətləri 

göstərir ki, təbiətdə bir sıra bitki və heyvan növlərinin qorunub saxlanması və ya yox edilməsi el 

adətləri ilə əlaqədar olmuşdur. Ata-babalarımız zərərli heyvanlara qarşı mübarizə aparmağı sa-

vab, faydalı növləri tələf etməyi isə günah buyurmuşlar. Onlar təbiəti qoruyub saxlamaq üçün 

müsəlman dininə  bəslənən rəğbətdən də istifadə etmişlər. El adəti kimi formalaşmış bir sıra 

tədbirlər  İslam dininin adından deyilmiş  və geniş  təbliğ edilmişdir. Günah sayılan hərəkətlərin 

sahibini xalq özü məzəmmətləmiş, bəzən onlara daha ağır cəza tələb etmişdir. Savab hesab edi-

lən iş görənlər hər yerdə alqışlanmışlar. Təbiidir ki, belə şəraitdə hamı savab iş görməyə meylli 

olmuşdur. 

El adətlərinin təbiətə təsirinə dair əsas nəticə budur ki, adətlərin çoxu təbiət üçün faydalıdır 

və onları yaymaq lazımdır, köhnəlmiş adətləri isə əhaliyə açıqlayıb aradan qaldırmaq olar. 

Elimizin çoxşaxəli fəaliyyət sahələrinə, zəngin çalarlara, müsbət təsir qüvvəsinə malik adət 

və ənənələri əhalinin düşüncəsində silinməz izlər buraxmışdır. Əsrlərlə yaradılaraq qorunub sax-

lanan el adətlərinin təbiətə təsir gücü onun dərin nüfuzedicilik qüvvəsindədir (3;9;10;14;16;19). 

Azərbaycanda ekoloji mahiyyətli və çox qədim el adətlərindən biri Novruz bayramıdır. 

Yaranma tarixi min illərə gedib çıxan Novruz xalqımıza, doğma yurdumuza xas olan əziz bay-

ramlarımızdandır. Novruz bayramında icra olunan bir sıra mərasimlər (Günəşi çağırmaq, dumanı 

qovmaq, qışı yola salma, yazı qarşılama və s.) var ki, onlarda ekoloji fikirlər açıq-aydın duyul-

maqdadır. Bu bayramın gücü onun kütləvi xarakterli olmasındadır. Novruza qədər ağacların dibi 

bellənir (şumlanır), quru budaqlarını kəsib odun edirlər; bağların xəzəlini yığıb çürüdürlər; Nov-

ruzda atı, iti, ilanı və başqa heyvanları vurmazlar; Novruzda səməni göyərdərlər, taxıl və tərəvəz 

əkini də bu dövrdə başlanır, ot çalmağa tədarük görülür və s. (16;17; 18;19;21). Novruzda bütün 

canlılar əzizlənir, hətta ilanı öldürən məzəmmətlənir. Bu, müasir dildə desək, bütün bəşəriyyəti 

narahat edən bioloji müxtəlifliyin və onun genetik fondunun qorunub saxlanması deməkdir. 

Çoxsaylı  tədbirlərin araşdırılması göstərir ki, təbiət ünsürləri barədə  əhalinin təsəvvürü 

düzgün, adətləri isə faydalı olur (9;10;14;15). Ata-babalarımız zərərli heyvanlarla mübarizə apar-

mağı savab, faydalı növləri tələf etməyi isə günah hesab etmişlər. Dini etiqada görə, günah sa-

yılan hərəkətlərin sahibini xalq özü danlamış, bəzən ona daha ağır cəza tələb etmişdir. Savab he-

sab edilən işlərin səbəbkarları hər yerdə alqışlanmışlar (9;10;13;20;22). Təbiidir ki, belə şəraitdə 

hər kəs savab iş görməyə çalışır. Son nəticədə təbiət və onun kompanentləri məhv edilməkdən 

qorunur. 

Min dörd yüz ildən artıq bir dövrdə islamı  qəbul edən azərbaycanlılar müsəlmançılığın 



19 

 

əxlaqi və ibrətamiz rəftar formalarını qəbul etməklə təbiətə qayğı göstərən insanlar olublar (19). 



Qurani-Kərimdə  və digər dini qaynaqlarda təbiətə yalnız müsbət münasibət aşılanır (23). Elə 

peyğəmbərimizin bütün fəaliyyəti canlıların qorunmasında bəşəriyyət üçün bir nümunə rolunu 

oynayır (22). 

El arasında belə bir rəvayət yayılıb ki, Məhəmməd peyğəmbəri düşmənlərdən gizlətmək 

üçün dərin bir quyuya sallayıblar. Hörümçək dərhal həmin quyunun ağzına tor çəkib, qur-qur da 

onun üstündə yuva tikib, kürt yatmış, quyunu yoxlamağa gələn düşmənlər ona əhəmiyyət vermə-

yib uzaqlaşmışlar. Sözsüz, bu rəvayət faydalı heyvan olan hörümçək və qur-qurun qorunmasına 

xidmət edir. Başqa bir rəvayətə görə, peyğəmbərlərdən birini düşmənlər yandıranda bülbül oraya 

dimdiyində su daşıyıb tökmüş, sərçə isə quru ot. Bu rəvayət, zərərli quş olan sərçə ilə mübarizə 

aparmaq və faydalı quş olan bülbülü qorumaq işində həssas psixoloji təsirə malikdir. El arasında 

belə bir fikir də var ki, guya maral, cüyür və ceyran imamların inəyidir; rəvayətə görə, imamlar 

düşməndən qaçıb təbiətdə gizlənən vaxtda bu heyvanların südü ilə qidalanmışlar. 

Müsəlmançılıqda pişik öldürmək günah sayılır, xalqın inamına görə, kim pişik öldürsə, 

bundan böyük zərər çəkər. Hətta deyirlər ki, Məhəmməd peyğəmbər pişiyin belinə əlini çəkdiyi 

üçün pişik nə qədər hündürlükdən yerə düşsə də onun kürəyi heç vaxt yerə dəymir. Keçmişdə 

siçanlardan qorunmaq üçün pişik başlıca vasitə olduğundan onun qorunması vacib sayılıb. Elə 

atalarımızın «Pişikli evdə siçan olmaz» deyimi də  yəqin bundan qaynaqlanıb. Belə ki, pişiyin 

hətta qoxusu belə kifayətdir ki, o evdə siçan olmasın. 

Əhalinin inamına görə, qaranquş, bülbül, leylək, ala sığırçın (murad quşu), anqut və s. quş-

lar müqəddəs sayılır. Hər hansı bir quşun yuvasını dağıtmaq, kürülü balığı  və balalı heyvanı 

ovlamaq günah hesab edilir. Bunlar qədimliyimizin yazılı nişanəsi, soy-kökümüzün təbiətə mü-

nasibətdə ibrətamiz nümunəsi olan «Avesta» qanunlar toplusunda, «Kitabi-Dədə Qorqud» və s. 

tarixi yaddaşlarda da öz əksini tapmışdır (6;8;9;16;17;18;19;20;21). Belə ki, Dədə Qorqud ic-

masında ova çıxan adamlar yaralı, balalı heyvanlara dəyməyib, balıqların kürütökmə vaxtında 

suya tor atmayıb və bu kimi müsbət rəftarı ilə təbiətə doğma münasibət bəsləmişlər. 

Bir sıra nağıllar, rəvayətlər, atalar sözü və tapmacalar da istər onlar el adından deyilsin, 

istərsə  də din adından, təbiətin qorunmasında çox əhəmiyyətlidir. Məsələn, «Kəsildi ağaclar, 

dağıldı quşlar», «Yüz dərənin qabağını bir təpə kəsər», «At minəndə vərəm olmaz», «Süd verən 

inəyi kəsməzlər», «El arasında it qulağı kəsməzlər», «Bülbülə kol dibi qızıl qəfəsdən yaxşıdır», 

«Bəsləsən atlaz olar tut yarpağından», «Bağa bax üzüm olsun, yeməyə üzün olsun», «Davalı 

yerdə ot bitməz», «Ağaclı kəndi sel aparmaz», «Barlı ağac kəsilməz», «Şah tut-bal, xar tut-qan», 

«Yaşıllıq abadlığın aynasıdır», «Torpağa tər verən zər götürər» və s. Göründüyü kimi, ataların 

sözünə çevrilmiş bu hikmətli kəlamlar  əslində  təbiətin (heyvanların və bitkilərin) qorunmasına 

yönəlmiş bir şüar, bir çağırışdır (2;14). 

Bəzi adamlar yarasanı pis tanıyırlar. Ancaq azərbaycanlılar hesab edir ki, hər hansı bir 

həyətdə yarasa görünməsi gələcək xoşbəxtliyə  işarədir. Quruqurbağası ilə bağlı belə bir fikir 

yayılıb ki, guya kim qurbağaya əl vursa, onun əlinə ziyil düşər (təbii ki, belə yanlış fikirlər əha-

linin vəhşi heyvanları pis tanımasından irəli gəlir, amma digər tərəfdən konkret növün qorunma-

sında böyük rol oynayır). 

İndi də heyvanların yeməli hesab edilib-edilməməsi adətlərinə  nəzər yetirək: Fransada 

qurbağa əti ləzzətli hesab edilir. Orada təbii halda yaşayan qurbağa tükəndiyindən, xüsusi qur-

bağa fermaları inkişaf etdirilir. Almaniyada tənək ilbizi delikates kimi yeyilir. Ancaq bizdə bu 




20 

 

heyvanların hər ikisi (göl qurbağası  və  tənək ilbizi) kənd təsərrüfatı üçün zərərli hesab olunur 



(3;10;12). 

Azərbaycanda dırnaqlı heyvanların 8 növü yayılıb (1). Onlardan çöl donuzunun ətini son 

illərə  qədər çox adam yemirdi. Ona görə çöl donuzunun təbii ehtiyatı çox yerdə normal halda 

qalıb. Bu aydın göstərir ki, təbiətdə çöl donuzunun çox, digər dırnaqlı heyvanların isə az olması 

əhalinin həmin heyvanlara münasibətilə bağlıdır (3;9;10). Başqa bir misal, Kür-Araz ovalığının 

mərkəzi rayonlarında qur-qur ovlamaq günah sayılır, Lənkəran-Astara bölgəsində isə o, tez-tez 

ovlanır. Ona görə Lənkəran-Astarada bu quşlar kolluqların gizli yerlərində, Kür-Araz ovalığında 

isə bağlarda, hətta ev toyuqları gecələyən ağaclarda yuva tikirlər. 

Maraqlıdır ki, azərbaycanlılar parabizənləri qoruyurlar, hətta kiçik yaşlı uşaqlar parabizəni 

görəndə xüsusi nəğmə oxuyub, onu uçurmağa çalışırlar. Bu aydın göstərir ki, parabizənin faydalı 

cücü olmasını azərbaycanlılar çox qədimlərdən bilmişlər. 

Azərbaycanın quraq rayonlarında qəbir daşları üstündə kasa formalı bir-iki çuxur oymaq 

savab hesab edilir. Bu adəti  əsasən Mildə, Muğanda və Qobustanda köhnə  qəbirlər üstündə 

görmək olar. Həmin qəbir daşı «kasalarında» yağış suyu yığılıb bir neçə gün qalır, heyvanlar onu 

içir və orada dəfn edilmiş adamın ehsanı hesab edilir (9;10). 

Azərbaycanın quraq rayonları (Kür-Araz və Alazan-Həftəran vadisi, Gəncə çölü, Qobus-

tan, Naxçıvan və s.) keçmişdə seyrək meşələrlə örtülü olub. İndi o meşələrin yerində başlıca 

olaraq müqəddəs ocaq (pir) hesab edilən tək-tək ağaclar və pöhrəliklər qalıb. Həmən  ərazidə 

yaşayan yaşlı nəslin təsəvvürünə görə, hər hansı bir ağacın əsas orta budağını kəsmək günahdır. 

Azərbaycanda torpağa qaynar su tökən adamı  əhali məzəmmətləyir. Bu adət torpağın 

mikrofaunasını qorumaq deməkdir. 

Elimizin faydalı adətlərilə bərabər yanlış müşahidə və hissiyyatlara əsasən yaranmış adət-

ləri də var. Məsələn, bayquş evləri xaraba qoyan, bədbəxtlik gətirən quş hesab edilir. Halbuki o, 

siçanla və digər gəmiricilərlə yemlənən çox faydalı quşdur. Başqa səbəbdən sahibsiz qalmış xa-

rabalıqlar bayquş üçün yaxşı yaşayış yeridir. XVIII əsrdə tüfəng icad edildikdən sonra ovçular 

yırtıcı quşları özlərinin rəqibi hesab edib, onlarla mübarizəyə başlayıblar. Lakin, XIX yüzillikdə, 

Azərbaycanda isə 1960-cı illərdən sonra məlum oldu ki, yırtıcı quşlar heyvanlar aləminin təbii 

seçməsində və təkamülündə fəal iştirak etməklə, təbii sanitar rolu oynamaqla, ekoloji sistemdə 

yüksək qənimət səviyyəsi təşkil etməklə, siçanabənzər gəmiriciləri tələf edib onların kütləvi ço-

xalmasının qarşısını almaqla və başqa bioloji xüsusiyyətləri ilə canlı təbiət üçün vacibdir və in-

san üçün faydalıdır. Atalarımız: «Qarğa zibilliyə qonar» deyimini əbəs yerə yaratmamışlar 

(2;10;13;14). Məlum olduğu kimi, qarğa yem xarakterinə görə polifaq (müxtəlif tərkibli yem 

yeyən) sanitar quşdur. Ona görə qarğanın zibilliyə qonub ərzaq qalıqları axtarması adi haldır. Əs-

lində qarğa sərçəkimilərə aiddir. Yırtıcılara qohum olmasa da yem xarakterinə görə yırtıcılıq et-

diyi vaxtlar da olur. Çalağan da qarğa kimi zibillikdə olan ərzaq qalığı, məhsul tullantısı və leşlə 

yemlənməyi xoşlayır. Ona görə bəzi adamlar çalağandan və boz qarğadan iyrənirlər. Lakin çox 

təəssüf ki, əhalinin bir qismi yırtıcı quşları  hələ  də  tələf edirlər. Hətta avam adamlar arasında 

belə bir fikir var ki, guya kim qarğa və çalağan beyni yesə, o dəli olar (10). 

İlanlara və başqa sürünənlərə münasibət köhnəlib. Bəzi adamlar koramalı  və başqa 

kərtənkələni zəhərli hesab edirlər. Guya ilana zəhər verən məhz kərtənkələdir. El arasında çox 

geniş yayılan «İlanın ağına da lənət, qarasına da» deyimi bəlkə  də elə bu fikirdən yaranıb. 

Doğrudur, ilan kərtənkələdən əmələ gəlib. Onun təkamülündə ayaqlar öz əhəmiyyətini itirdikcə 




21 

 

bədən uzanmışdır. Lakin heç bir kərtənkələ heç bir ilana zəhər vermir, verə də bilməz. Onların 



hər ikisi həşəratla, siçanlarla və digər gəmiricilərlə yemləndikləri üçün faydalı heyvanlardır. 

Onları tələf etməyin heç bir elmi əsası yoxdur. Hətta qorxulu ilan olan gürzəni də  tələf etmək 

olmaz. Çünki indiki dövrdə ilan zəhərindən bir sıra xəstəlikləri müalicə etmək üçün çox dəyərli 

dərmanlar istehsal edilir. Lakin gələcəkdə hansı sağalmaz xəstəliklərin müalicəsində ilan 

zəhərindən istifadə ediləcəyini heç kim bilmir (10;12;13;14). 

Belə misallar çoxdur və bizim əsas nəticəmiz budur ki, təbiətin qorunması üçün əhəmiy-

yətli olan el adətlərindən faydalı olanlarını hamılıqla yaymaq, zərərli və vaxtı keçənlərini isə 

aradan qaldırmaq lazımdır. 



 

ƏDƏBIYYAT: 

 

1.  Azərbaycanın heyvanlar aləmi,  III - cü cild (onurğalılar) // Bakı, «Elm», 2004,  620 s. 

2. Atalar sözü (toplayanı Əbülqasım Hüseynzadə) // Bakı, «Azərnəşr», 1949,1956, 1981, 1986.   

3. Əliyeva R.A., Mustafayev  Q.T., Hacıyeva S.R. Ekologiyanın əsasları (ali məktəblər üçün dərs vəsaiti) 

// Bakı, «BDU nəşriyyatı», 2006, 536 s. 

4.  Bağırov H.  İlham   Əliyevin uğurlu  ekoloji siyasəti //  Bakı, «Şərqi Qərb», 2008, 400 s. 

5. Bünyadov Z.M., Məmmədəliyev V.M. Qurani-Kərim // Bakı, «Çıraq», 2004, 680 s. 

6. Kitabi-Dədə Qorqud Ensiklopediyası. 2 cilddə,  I- ci cild // Bakı, «Yeni Nəşrlər Evi» , 2000. 

7. Məmmədəliyev V.M. Quran və elm // Bakı, «Qismət», 2006, 128 s. 

8. Məmmədov A.T., Mustafayev Q.T. «Kitabi - Dədə  Qorqud» dastanında təbiətə münasibət (birinci 

məlumat) // Akademik Abdulla Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş «XXI 

əsrdə  biologiyanın aktual  problemləri» mövzusunda Respublika Elmi Konfransının materialları. Bakı, 

BDU,  2010,  s. 153-155.  

9. Məmmədov A.T., Mustafayev Q.T., Qasımzadə M.Ə. «Avesta» qanunlar toplusunda və «Kitabi - Dədə  

Qorqud» dastanında təbiətə münasibət//Bakı, BDU-nun  elmi xəbərləri,təbiət elmləri seriyası, 2010, № 2.  

10. Mustafayev Q.T. Təbiətin qorunması (dərs vəsati) // Bakı, «ADU nəşriyyatı», 1970, 194 s. 

11. Mustafayev Q.T. Ekologiyadan konspekt  (dərs vəsati) // Bakı, Ekokomitə, 1993,  204 s. 

12. Mustafayev Q.T. İnsanın ekologiyası // Bakı, «BDU  nəşriyyatı», 1999, 197 s. 

13. Mustafayev Q.T., Məmmədov A.T. Həyat və poeziya // Bakı, «MBM» , 2006, 544 s. 

14. Mustafayev Q.T., Məmmədov A.T. Ataların sözü – Xalqın gözü // Bakı, «Təknur», 2008, 303 s. 

15. Mustafayev Q.T.  Əməl – güzgüdür // Bakı, «Sabah», 2009, 383 s. 

16. Mustafaev Q.T., Mamedov A.T. «Gkoloqiə» do gkoloqii  v Azerbaydjane (naçalğnıe svedeniə)// 

Fundamentalğnıe  nauki i  praktika, sbornik nauçnıx rabot s materialami trudov 2-oy mejdunarodnoy 

telekonferenüii, Tomsk, 2010, tom 1, № 3, s. 40-45. 

17. Nəbiyev A. Novruz (toplu) //  Bakı, «Yazıçı»,  1989, 128 s. 

18.  Nəbiyev A.  İlaxır çərşənbələr //Bakı, «Azərnəşr», 1992, 62 s. 

19. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. 2  cilddə,  I - ci cild // Bakı, «Çıraq», 2009,  640 s. 

20. Qasımzadə F.F.  «Avesta»dan bu günədək  // Bakı,  «Bilik»,  1982, 52 s. 

21. Qasımzadə F.F. Novruz – bahar bayramı //Bakı,  1989,  62 s. 

22.  Qüdrətov O., Qüdrətov N.  Məhəmməd peyğəmbər: həyatı və kəlamları // Bakı, 1990, 174 s. 

23.  Paşazadə A. Qafqazda İslam // Bakı, «Azərnəşr»,1991, 242 s.  

 

 



22 

 

Анар Мамедов 



Бакинский Государственный Университет (Азербайджан) 

 

НАРОДНЫЕ ОБЫЧАИ ЭКОЛОГИЧЕСКОГО ХАРАКТЕРА В АЗЕРБАЙДЖАНE 

 

РЕЗЮМЕ 

 

В статье говорится о полезных в экологическом отношении народных обычаях, о значении 

этих обычаев в охране животного мира.  

Имеющие  тысячелетнюю  историю  азербайджанские  народные  обычаи  обладают  огромной 

позитивной силой воздействия в отношении природы. Относящиеся к природе обычаи населения 

верны и полезны, т.к. прошли длительное испытание на практике. Народные обычаи Азербайджа-

на  показывают,  что  сохранение  или  исчезновение  ряда  животных  и  растений  было  связано  с 

народными  обычаями.  Наши  предки  боролись  против  вредных  животных,  а  уничтожение  полез-

ных видов считалось грехом. Для защиты природы они использовали и положительное отношение 

к мусульманской религии. Сформировавшиеся как народные некоторые обычаи преподносились и 

широко  пропагандировались  под  прикрытием  Ислама.  Народ  корил,  а  иногда  и  требовал  более 

жесткого наказания для тех, кто совершал считающиеся грехом поступки в отношении природы. 

Естественно, в такой обстановке многие склонялись к благородным поступкам.   

Основной  вывод  по  отношению  к  влиянию  народных  обычаев  на  природу  заключается  в 

том,  что    большинство  обычаев  полезны  для  природы  и  их  необходимо  распространять,  а  уже 

устаревшие можно разъяснить населению и устранить. 



Ключевые слова: природа, обычай, население, праздник, животнoе 

 

                                                                                                                                     



Anar Mamedov   

            Baku State University (Azerbaijan) 

 

 NATION’S TRADITIONS WITH ECOLOGICAL ESSENCE IN AZERBAIJAN 



 

SUMMARY 

 

The article deals with the useful nation’s traditions with ecological essence and their importance in 

preserving  wild nature. 

The  creation and formation of Azerbaijan  nation’s traditions with its hundreds years history have 

positive great influence of people towards nature. As the customs of nation towards nature have a long 

period of testing experience, they are right and useful. The nation’s traditions of Azerbaijan show that 

protection of some kinds of plants and animals or their killing were connected with nation’s customs. Our 

ancestors considered to struggle against harmful animals as right action, tut destroying useful kinds assin. 

For the protection of  nature they also used respect for muslim religion. 

Some actions formed  as nation’s custom was said bu name of islam and  was widely propoganted. 

The actions of the owner of sin were blamed by people and sometimes they were sentenced to crime. The  

people  who did right actions were everywhere praised. And it is natural that in this condition everybody 

wanted to do right actions. 

The main result about unfluense of  nation’s  customs towards nature is that the majority of customs 

is useful for  nature and it is necessary to spread them and old customs mustle explained to people and 

eliminate them. 



Key words: nature, tradition, people, holiday, animal 


23 

 

– Bibliography – 



 

1) Animal world of Azerbaijan, lll volume, (vertebrals)./Baku, “Elm,2004, p.620 (az) 

2)Proverbs (collector:Abulgasım Hüseynzadeh) //Baku, “Azernashr”,1949, 

1956,1981,1986 (az) 

3) Aliyeva R.A.,Mustafayev Q.T., Hacıyeva S.R. “The basis of ekology” (manual for high schools) // 

Baku, “Bsu publising”,2006;p.536 (az) 

4) Bağırov H. “İ.Aliyev's  successful ekological policy” // Baku, “Sharg-Garb”, 2008; p.400 (az) 

5) Bünyadov Z.M., Mammadaliyev V.M. “Gurani-Karim” // Baku, “Chirag”,2004; p.680 (az) 

6) “Kitabi-Dada Gorgud Ensiklopediya”, II volumes;I volume // Baku, “Yeni Nashrar Evi”, 2000 (az) 

7) Mammadaliyev V.M. “Koran and sciense” // Baku, “Gismat”,2006; p.128 (az) 

8) Mammadov A.T., Mustafayev G.T. “Attitude towards nature in the saga Kitabi-Dada Gorgud”(First 

information). The materials of Republican scientific Conferense dedicated to the 100-th anniversary 

of academican Abdullah Garayev on the theme of “The actual problems of biology in XXI century” 

// Baku, “Bsu publising”, 2010; pgs.153-155 (az) 

9) Mammadov A.T., Mustafayev G.T., Gasimzadeh M.A.  “The attitude towards nature in “Avesta” rules 

collection and in “Kitabi-Dada Gorgud” saga // Baku, “Scientific news of Bsu”, the series of nature 

sciences; 2010; №2 (az) 

10) Mustafayev G.T. “Protection of nature” (manual) // Baku,“Asu publication”,1999; p:197 (az) 

11) Mustafayev G.T. “Conspect from Ekology” (manual) // Baku, Echocommittee”,1993; p:204 (az) 

12) Mustafayev G.T. “ The ekology of human” (manual) // Baku, “Bsu publication”, 1999; p.197(az) 

13) Mustafayev G.T., Mammadov A.T. “Life and poetry” // Baku, “MBM”, 2006;p.544(az) 

14) Mustafayev G.T., Mammadov A.T. “Proverbs-Public opinion” // Baku, “Taknur”, 2008;p.303(az) 

15) Mustafayev G.T. “Action is micror” // Baku, “Sabah”, 2009;p.303 (az) 

16) Mustafayev G.T., Mammadov A.T. “Ekology of Azerbaijan”(First information). // Fundamental 

sciences and practicl;collection of  scientific work with the materials of   work 

Of the 2-nd international teleconference”, Tomsk, 2010; volume 1; p.p.40-45 (rus) 

17) Nabiyev A. “Novruz” (collection) // // Baku, “Yazıchı”, 1989;p.128 (az) 

18) Nabiyev A. “The last wednesdays” // // Baku, “Azernashr”, 1992;p.62 (az) 

19) Nabiyev A. “Azerbaijan folk literature” in 2 volumes; 1-th volume // Baku, “Chırag”, 2009;p.640 (az) 

20) Gasimzadeh F.F. “From Avesta” till today”// Baku, “Bilik”, 1982;p.52 (az) 

21) Gasimzadeh F.F. “Novruz-spring holiday”// Baku, “Bilik”, 1989;p.62 (az) 

22) Gudratov G., Gudratov N. “Prophet Muhammad”: hiss life and sayigs // Baku, 1970;p.174 (az) 

23) Pashazadeh A. “İslam in Caucasus” // Baku, “Azernashr”,1991;p.242 (az) 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 55,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə