Microsoft Word jurnal k&bN2 27



Yüklə 238,97 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü238,97 Kb.
#67124


Şəbnəm XEYRULLAYEVA 

Kitabxana resursları və informasiya  

axtarış sistemləri kafedrasının magistrantı 

 

RESPUBLİKA PATENT FONDUNUN MÜASİR VƏZİFƏLƏRİ 

 

Azərbaycan Respublikasının demokratik dövlət və hüquqi cəmiyyət 



quruculuğu istiqamətində inamla irəlilədiyi bir dövrdə ictimai-siyasi, sosial-

iqtisadi və elmi-mədəni sahələrdə köklü islahatlar aparılır. Məlumdur ki, 

ölkənin  əsas inkişaf göstəriciləri onun elminin, texnikasının, iqtisadiyyatının 

səviyyəsi ilə  ölçülür.  Bu  səviyyənin yüksəldilməsi üçün isə kitabxanaların, 

xüsusilə  də elmi-texniki kitabxanaların qarşısında çox böyük məqsədlər və 

vəzifələr durur. 

Azərbaycanın ilk elmi-texniki kitabxanası 1930-cu ildə “Neftçi” klubu 

kitabxanasının bazasında yaradılan AzNeftin Mərkəzi texniki kitabxanası 

olmuşdur. 1957-ci ildə bu kitabxana Azərbaycan SSR Nazirlər Sovetinin 

Dövlət Elm və Texniki Komitəsi nəzdində Respublika Elmi-Texnika 

Kitabxanasına çevrilmişdir. Bu gün kitabxana Azərbaycan Respublikasının 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində 

fəaliyyət göstərir. Komitə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 

dekabr tarixli, 623 nömrəli Fərmanı ilə Dövlət Agentliyi statusunda yaradılmış, 

Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli sərəncamı 

ilə isə Dövlət Agentliyinin əsasında Standartlaşdırma, Metrologiya və Patent 

üzrə Dövlət Komitəsinə çevrilmişdir. 

Bu gün Respublika Elmi-Texniki Kitabxanası respublikanın nazirlik

idarə, şirkət və müəssisələri, elmi-tədqiqat və layihə institutlarına, eləcə də elm 

və texnika sahəsində tədqiqat aparan ayrı-ayrı şəxslərə, ali məktəb tələbələrinə 

məlumat-biblioqrafiya və kitabxana xidməti göstərən respublika mərkəzi hesab 

olunur. RETK respublikanın  ən böyük kitabxanalarından biri olmaqla yanaşı, 

ənənəvi kitab təbliği və kitabxana-biblioqrafiya xidmətindən  əlavə müəllif 

şəhadətnamələri və patent ədəbiyyatı, normativ-texniki sənədlər, xarici 

ölkələrin jurnalları  və s. özündə  əks etdirən, elmi tədqiqat işi və metodik 

fəaliyyətlə məşğul olan böyük müəssisədir. Təbii ki, bu kitabxananın fondu da 

digər kitabxanaların fondundan xeyli dərəcədə  fərqlənir. Kitabxananın 

fondunda patentlər, sənaye məmulatı kataloqları, normativ-texniki sənədlər

informasiya mərkəzlərinin buraxdığı texniki və informasiya vərəqələri, 

istehsalat plakatları, elmi-texniki icmallar, xarici sənaye nümunələrinin 

mikrofişdə  və ultrafişdə pozitiv, neqativ və çoxrəngli fototekası, elmi-texniki 

hesabatlar üzrə jurnallar və s. mühafizə edilir. 

Kitabxananın fondu özlüyündə bir neçə yerə bölünüb. Əsas fonddan 

başqa, Kitabxananın 1967-ci ildə yaradılmış Respublika Patent fondu, 1969-cu 




ildə yaradılmış Respublika Normativ-texniki sənədlər fondu və Depozitar 

fondu mövcuddur. Hazırda bu fondların hər biri ayrıca təşkil olunmuş 

binalarda yerləşdirilmişdir.  

Respublika Patent Fondu respublikanın yeganə fondudur ki, ölkə 

daxilində  və xaricdə  nəşr olunan patent ədəbiyyatını özündə  əks etdirir. Bu 

fond 27 dildə dünyanın 35 ölkəsinin Beynəlxalq və Avropa patent idarələrinin 

sənədləri ilə komplektləşdirilir. Fondun əsas tərkibini keçmiş SSRİ-nin patent 

ədəbiyyatı təşkil edir. Hazırda fondda 11 milyona yaxın ədəbiyyat toplanıb. 

Respublika Patent Fondunda 3 şöbə fəaliyyət göstərir: 

1.Komplektləşdirmə şöbəsi 

2.Mikrofilm işləmə şöbəsi 

3.Xidmət və məlumat-biblioqrafiya şöbəsi 

Hər bir şöbənin özünəməxsus iş prinsipi və vəzifə bölgüləri vardır. 

Komplektləşdirmə şöbəsi aşağıdakı vəzifələri yerinə yetirir: 

-

 

Keçmiş SSRİ-nin dövlət qeydiyyatından keçmiş bütün müəlliflik 



şəhadətnamələri və patentləri, patent bülletenləri (kəşflər, ixtiralar), 

biblioqrafik bülletenlər (xarici ixtiralar), respublika və başqa ölkələrin patent 

sənədlərinin komplektləşdirilməsi; 

-

 



Yuxarıda adları qeyd olunan bütün patent materiallarının elmi və 

kitabxana-biblioqrafik cəhətdən işlənməsi; 

-

 

Fondun soraq-axtarış aparatının mərkəzləşdirilmiş və ixtisaslaşdırılmış 



kataloq və kartotekalarının tərkibi və redaksiyası; 

-

 



Ərazidə yerləşən idarə  və müəssisələrin patent xidməti işçiləri və 

kitabxanalar üçün məsləhət guşəsi kimi fəaliyyət göstərməsi. 

İxtiralar, sənaye nümunələri,  əmtəə nişanları  və coğrafi göstəricilər 

tətbiqi xarakterli informasiyalardır. Onların hüquqi mühafizəsi üçün verilən 

sənəd isə patent və şəhadətnamədir. Onlar ümumilikdə “patent informasiyası” 

adlanır. Patent işinə dair elmi, hüquqi, tədris, metodiki və normativ sənədlər 

ümumi halda “patent ədəbiyyatı” anlayışı ilə ifadə edilir.  

Respublika Patent fondu Beynəlxalq  İxtira Təsnifatının bütün mövzu 

rubrikalarına görə çapdan çıxan müəllif şəhadətnamələri ilə (kağız daşıyıcıda, 

mikrofilm və mikrofiş halında) komplektləşdirilmişdir. Ümumilikdə 

Respublika Patent fondunun tərkibinə  aşağıda göstərilən növlərdə patent 

sənədləri daxildir: 

-

 

Keçmiş SSRİ-nin patent sənədləri fondu (SSRİ Dövlət  İxtiraçılıq 



Komitəsinin rəsmi bülletenləri, SSRİ-nin müəllif  şəhadətnamələri və 

patentlərinə verilən ixtira təsvirləri); 

-

 

Xarici ölkə  sənədlərinin fondu (xarici patent idarələrinin rəsmi 



bülletenlərinin surətləri və xarici ölkə patentlərinin ixtira təsvirləri mikrofilm 

və mikrofiş və kağız daşıyıcılarda); 




-

 

ÜİETMİ-nin rus dilində xarici ölkə ixtiraları haqqında biblioqrafik və 



referativ məlumatları əks etdirən bülletenlər; 

-

 



Sənaye nümunələri haqqında məlumat materialları (ayrı-ayrı ölkələrin 

sənaye nümunələri fototekası, beynəlxalq təsnifata görə sənaye nümunələrinin 

mövzu fototekası halında) patent-lisenziya, patent məlumatı, ixtiraçılığa aid 

rəsmi və normativ sənədlər; 

-

 

Keçmiş SSRİ  və xarici ölkə  sənədlərinə soraq-axtarış aparatı 



materialları (ixtira sənədlərinin göstəricisi, nömrəli, sistemli adlı göstəricilər, 

kataloq və kartotekalar); 

-

 

İxtiraçılığa, patent hüququ və patent lisenziya məsələlərinə dair tədris, 



metodiki və axtarış ədəbiyyatı; 

-

 



İxtiraçılıq və patentşünaslığa dair nəşrlər

-

 



Soraq, lüğət ədəbiyyatı; 

Göründüyü kimi, Respublika Patent Fondu elə ilk baxışdan sənədlərinin 

çeşid zənginliyi ilə diqqəti cəlb edir. Fondun komplektləşdirmə  mənbələri də 

eyni qədər öz müxtəlifliyi ilə seçilir. Bu mənbələr aşağıdakılardır: 

-

 

İxtiralar və kəşflər komitəsi; 



-

 

“Sənaye mülkiyyəti” bülleteni; 



-

 

Sahə institutlarının nəşrləri; 



-

 

Rusiya Federasiyasının “Патенты  и  лицензии”, “Интеллектуальный 



собственность”, “Изобретатель” jurnalları; 

-

 



Mətbuat mərkəzinin nəşrləri 

-

 



Xarici ölkə bülletenləri 

Respublika Patent Fondu həmçinin sənədlərinin forma müxtəlifliyi ilə də 

seçilir.  Əvvəldə qeyd etdiyimiz kimi, burada təkcə kağız formasında olan 

sənədlər qorunmur. Xarici ölkələrin patent bülletenləri mikrofilm şəklində olur. 

Belə ki, fondun əhəmiyyətli bir hissəsini təşkil edən 27 xarici ölkə materialları 

lent  şəklində öz əksini tapmışdır. Fonda daxil olan materiallar Mikrofilm 

işləmə  şöbəsinin  əməkdaşları  tərəfindən rulon şəklində  işlənilir və  dəmir 

qutularda stelajlarda yerləşdirilir. Daha sonra isə informasiya istifadəçilərinin 

istifadəsinə verilməsi təşkil olunur. 

Fondun mütləq miqdarı  və dolğunluğu fondun tərkibindəki sənədlərin 

miqdarı ilə ölçülür. Bu məqsədlə patent sənədlərinin və patent ədəbiyyatının 

hesabat forması xüsusi qaydada aparılır. Patent sənədlərinin fərdi hesabatı 

nömrəli qeydiyyat kitabları hesab olunur. Hər bir ölkə üçün fərdi olaraq 

nömrəli kitab açılır. Patent ədəbiyyatının fərdi hesabatı isə inventar kitabları 

vasitəsilə aparılır.  

Respublika Patent Fondunda Komplektləşdirmə  və Mikrofilm işləmə 

şöbələrinin ümumi işini təbliğ etmək vəzifəsi Xidmət və məlumat-biblioqrafiya 

şöbəsinin öhdəsinə düşür.  Əvvəldə  də qeyd etdiyimiz kimi, həm Respublika 




Elmi-Texniki Kitabxanasının, həm də onun tərkib hissəsi hesab olunan 

Respublika Patent Fondunun informasiya istifadəçiləri kontingenti öz 

intellektual və  təhsil səviyyəsi ilə xüsusi olaraq seçilir. Belə informasiya 

istifadəçilərinə xidmət etmək üçün kitabxana işçilərindən hərtərəfli biliyə  və 

elmi-texniki savada malik olmaları  tələb olunur. Həmçinin, fondda təşkil 

olunmuş geniş  məzmunlu Soraq-axtarış aparatı da istifadəçilərin ixtiyarına 

verilib. 

İstənilən kitabxananın gördüyü işin nəticəsi təbii ki, göstərdiyi xidmətin 

kəmiyyət və keyfiyyət göstəriciləri ilə ölçülür. Bu mənada Respublika Patent 

Fondunun gördüyü işin bariz nümunəsi olan rəqəm göstəricilərinə müraciət 

etmək maraqlı olardı. Bu məqsədlə Respublika Elmi-Texniki Kitabxanasının 

2007-ci il hesabatından məlum olur ki, Respublika Patent Fondunda 

informasiya istifadəçilərinin sayı 815 nəfər olmuş, 594 gəliş qeyd olunmuşdur. 

İstifadəçilərə verilən  ədəbiyyat sayı 342989 nüsxə olmuşdur. Fonda bir il 

ərzində daxil olmuş  ədəbiyyatı isə  “Изобретатель,  рационализатор”, 

“Патенты  и  лицензии”, “Интеллектуалъный  собственностъ” jurnalları, 

“Sənaye mülkiyyəti” bülleteni, “Azərbaycan” qəzeti, Azərbaycan Respub-

likasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 

tərəfindən təqdim olunmuş 300 nüsxə müxtəlif sənədlər təşkil edib.  

Göstərilən faktlardan da aydın olur ki, Respublika Patent Fondu 

müstəqilliyimizin ilk illərində - keçid dövründə yaşadığı  çətinlikləri tədricən 

geridə qoyaraq böyük perspektivlərə doğru addımlayır. Müstəqillik illərində 

RETK və  həmçinin, Respublika Patent Fondu öz fəaliyyətini informasiya 

cəmiyyətinin tələblərinə uyğun qurmaq, oxucuların informasiyaya durmadan 

artan tələbatını ödəmək məqsədilə avtomatlaşdırma, yeni kitabxana və 

informasiya vasitələri ilə təmin etmə və kitabxana işinin kompüterləşdirilməsi 

üçün əməli addımlar atılmağa başlamışdır.  

 

ƏDƏBİYYAT 

 

1.

 

Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik (3 hissədə. 

h. 3). – Bakı: Bakı Universiteti nəşriyyatı, 2010. – 432s. 

2.

 

Rüstəmov  Ə.M. Patentlər və  əmtəə nişanları:tərtibi, mühafizəsi, 

axtarışı. – Bakı, 2004. – 443s. 

3.

 

Rzayeva Z.T. Müstəqillik  şəraitində Respublika Elmi-Texniki 

Kitabxanasında informasiya axtarış sistemlərinin formalaşması// 

Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və təcrübi jurnal. – 2010. - №2. 

– s. 75-82 

4.

 

Respublika Elmi-Texniki Kitabxanasının 1993-2008-ci il hesabatları 

5.

 

Республиканский 

патентный 

фонд 

РНТБ 

Госплана 

Азербайджанской ССР. – Баку: АзНИИНТИ, 1987. – 136s. 



 

Ш.Дж. ХЕЙРУЛЛАЕВА 

СОВРЕМЕННЫЕ ОБЯЗАННОСТИ  

РЕСПУБЛИКАНСКОГО ПАТЕНТНОГО ФОНДА 

РЕЗЮМЕ 

 

В  данной  статье  освещено  современные  обязанности  Республикан-

ского  Патентного  фонда.  Республиканский  Патентный  фонд  предназ-

начен  для  удовлетворения  информационных  потребностей  в  патентной 

документации предприятий, организаций республики, а также отдельных 

читателей. 



 

SH.J.KHEYRULLAYEVA  

MODERN DUTİES OF REPUBLİCAN PATENT FUND 

SUMMARY 

 

This article is devoted modern duties of Republican Patent fund. The 

republican Patent fund is intended for reception of the information of the patent 

documentation of the enterprises, the republic organizations, and also separate 



readers. 

 

Yüklə 238,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə