Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
  1   2   3   4   5   6   7   8   9   ...   30


 

 

BƏKİR NƏBİYEV 

 

 

 



 

 

 



ЯЩМЯД ЪАВАД 

 

Əhməd Cavadın 120 illik  



yubileyi münasibətilə

 

 

 



 

 

 



Bakı-Proqres-2012 

 

 



2

 

 



UOT: 82-94 (929) 

 

 



 

Redaktor:  

 Teymur KƏRİMLİ 

   


 

 

AMEA-nın müxbir üzvü



 

 

 



 

 Bəkir  Nəbiyev.  “Əhməd  Cavad”.  Bakı:  Proqres- 

2012, 130 s. 

 

ISBN: 978-9952-8207-5-1 

 

 



Tanınmış  alim  və  ədəbiyyat  tənqidçisi,  akademik  Bəkir  Nə-

biyevin  bu  kitabı  görkəmli  Azərbaycan  şairi,  1937-ci  ilin  repressiya 

qurbanlarından  olan  Əhməd  Cavad  haqqında  ilk  tədqiqatlardan  biridir. 

Şairin  qısa,  lakin  çox  məzmunlu,  ibrətamiz  həyat  və  yaradıcılıq  yolu 

əsərdə  mənbələr  əsasında  xülasə  edilmiş,  onun  Azərbaycan  lirikasının 

nadir  inciləri  sayılan  şerləri,  poemaları  təhlil  olunmuş,  bu  zəmində 

Əhməd  Cavadın  ədəbiyyatımızın  tarixində  tutduğu  yer  işıqlandırılmış-

dır. Şairin söz üzərində işinin incəliklərinə, onun dünya ədəbiyyatı klas-

sikasından  dilimizə  tərcümə  etdiyi  sanballı  nəsr,  poeziya  və  dram 

əsərlərinin təhlilinə kitabda xüsusi fəsillər ayrılmışdır. 

Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. 

 

© Bəkir Nəbiyev, 2012 




 

3

 



 

 

 

Əhməd Cavadın 120 illik yubileyinin  

keçirilməsi haqqında Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı 

 

2012-ci  ilin  may  ayında  müasir  Azərbaycan  ədəbiyyatının 



görkəmli  nümayəndələrindən  biri,  böyük  şair  və  maarifçi,  tanın-

mış ictimai xadim, Azərbaycanın Dövlət Himninin sözlərinin mü-

əllifi Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) 

anadan olmasının 120 illiyi tamam olur. 

Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq 

qalan  Əhməd  Cavad  Azərbaycan  poeziyasında  yeni  bir  ədəbi 

məktəbin bünövrəsini qoymuşdur. Şairin zəngin yaradıcılığı milli 

azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqe-

yi  ilə  səciyyələnərək  dövrün  ictimai-siyasi  mənzərəsini  dolğun 

əks etdirir. 

Azərbaycan  ədəbiyyatına  dəyərli  töhfələr  vermiş  Əhməd 

Cavadın 120 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək 

məqsədi  ilə,  Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu 

maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram: 

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Na-

zirliyi  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  və  Azərbay-

can Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan  Yazıçılar 

Birliyinin  təkliflərini  nəzərə  almaqla,  Əhməd  Cavadın  120  illik 

yubileyinə  həsr  olunmuş  tədbirlər  planı  hazırlayıb  həyata  keçir-

sin.  


2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu 

Sərəncamdan irəli gələn məsələləri həll etsin. 

 

İlham ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 9 fevral 2012-ci il.

 

 

4



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

5

 



 

 

 

 

 

 



TАЛЕ ЙАЗЫСЫНДАН СЯЩИФЯЛЯР…  

 

 



hməd Cavad Axundzadə XX əsr Azərbaycan poeziyası-

nın  görkəmli  nümayəndələrindən  biridir.  Onun  adı 

haqlı olaraq ədəbiyyatımızın tarixində H.Cavid, A.Səhhət, M.Ha-

di, A.Şaiq kimi böyük sənətkarlarla bir sırada çəkilir. Bir roman-

tik  şair  kimi  yaradıcılığa  başlayan  Ə.Cavad  keçən  əsrin  əvvəllə-

rinin tez-tez dəyişən gurultulu ictimai-siyasi hadisələri içində əv-

vəllər bir qədər tərəddüd etsə də zaman keçdikcə onun ilham pə-

risinin qanadları bərkimiş, xalqın tərəqqisi, milli istiqlal, əslə-kö-

kə qayıtmaq, türkçülük, dövlətçilik idealları onun həyat mövqelə-

rini  daha  da  möhkəmləndirmiş,  sənətkarlıq  baxımından  yeni  zir-

vələrə ucalmasını təmin etmişdir.  

Hüseyn  Cavid,  Yusif  Vəzir  Çəmənzəminli,  Seyid  Hüseyn, 

Mikayıl Müşfiq kimi Ə.Cavadın da yaradıcılığı uzun müddət süni 

surətdə  xalqın  taleyindən,  tarixindən  ayrı  salınmışdı.  Buna  görə 

də  gecdən-gec  işıq  üzü  görmüş  tək-tük  naqis  nəşrlər  istisna 

edilərsə, demək olar ki, sovet hakimiyyəti illərində Azərbaycanda 

Əhməd Cavadın mükəmməl elmi-tekstoloji araşdırmalar əsasında 

Я

 



6

 

 



tərtib olunmuş bircə dənə də sanballı kitabı çap edilməmişdir. Nə 

qədər  kədərli  olsa  da  belə  bir  faktı  etiraf  etmək  lazımdır  ki, 

indiyədək  əlimizdə  Ə.Cavadın  müvafiq  sənədlər  əsasında  yazıl-

mış müfəssəl elmi tərcümeyi-halı da yoxdur. Ədəbiyyatımızın bu 

ağ  ləkələrini  aradan  qaldırmaq,  şairin  həyat  və  yaradıcılığını 

əsaslı  şəkildə  öyrənmək  və  əsərlərinin  elmi-tənqidi  mətnini  ha-

zırlayıb nəşr etdirmək ədəbiyyatşünaslıq elmimizin yaxın müddət 

üçün  ən  vacib  vəzifələrindən  biridir.  Lakin  Türkiyədə  nəşr  edil-

miş “Çırpınırdın, Qara dəniz!” (Ankara, 1990) kitabına onun tər-

tibçisi  Sərvət  Gürcanın  yazdığı  müxtəsər  müqəddimədə  Ə.Cava-

dın  tərcümeyi-halı  barədə  çox  müxtəsər  də  olsa  məlumat  vardır. 

“Sən ağlama, mən ağlaram” (Bakı, 1991) kitabında şair Məmməd 

Aslanın  müqəddimə əvəzinə verilmiş “Ruhların  kölgəsində”, Ni-

yazi  Axundovun  yenə  də  həmin  kitabın  sonunda  dərc  edilmiş 

“Atam  Əhməd  Cavad”  adlı  məqalələrində  şairin  tərcümeyi-halı-

nın  bir  sıra  vacib  məqamları,  özü  və  ailə  üzvləri  haqqında  uzun 

müddət oxuculara və ədəbi ictimaiyyətə məlum olmayan bəzi çox 

mühüm faktlar açıqlanmışdır. 

Y.İsmayılovun  “Tale”  (“Azərbaycan  gəncləri”,  1  oktyabr 

1988-ci il), Rəhman Həsənovun “Əhməd Cavad yanğısı” (“Azər-

baycan müəllimi”, 24 fevral 1989-cu il), K.Muradov və A.Şərifo-

vun  “Xüsusi  arxivdə  saxlanan  qovluq”  (“Xalq  qəzeti”,  7  mart 

1992-ci  il)  məqalələri  də  bu  baxımdan  maraq  doğurur.  “Əhməd 

Cavad  yanğısı”  məqaləsində  müəllif  şairin  vaxtilə  suallarına  öz 

əli ilə cavab yazdığı anketinə əsasən onun tərcümeyi-halının bəzi 

faktlarını dəqiqləşdirməyə çalışmışdır. “Azərinform” xəttilə bura-

xılmış  son  məqalədə  isə  Ə.Cavadın  həbs  edilməsi,  saxta  ittiham 

əsasında  “mühakiməsi”,  ömrünün  son  günləri,  güllələnməsi  və 

ailəsinin  başına  gətirilmiş  faciələr  haqqında  dəqiq  məlumat  var-

dır.  



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə