Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə1/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
  1   2   3   4   5   6   7   8   9   ...   71



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
AKADEMIK ZİYA BÜNYADOV adına ŞƏRQŞÜNASLIQ İNSTİTUTU 
 
 
Elmira FİKRƏTQIZI 
 
 
 
OSMAN TÜRKAYIN 
POETİK İRSİ  
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – “ELM” – 2010 


Osman Türkayın poetik irsi 
 
 
2
 
Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq 
İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunur. 
 
Elmi redaktorlar:        Gövhər Baxşəliyeva  
professor, filologiya elmləri doktoru  
Səadət Şıxıyeva 
 filologiya elmləri namizədi 
 
Rəyçilər:                      Əsgər Rəsulov 
 professor, filologiya elmləri doktoru  
Azadə Musayeva 
filologiya elmləri doktoru  
Nazim Muradov 
filologiya elmləri namizədi  
 
Osman Türkayın poetik irsi. Elmira Fikrətqızı.  
Bakı, “Elm, 2010, 256 səh. 
 
ISBN-978-9952-453-20-1  
 
Çağdaş Kıbrıs türk ədəbiyyatının dünya səviyyəsində məşhur, iki 
dəfə Nobel mükafatına namizəd göstərilən, «Kosmos əsri şairi» epi-
tetli təmsilçisi Osman Türkay (1927-2001) türk və ingilis dillərində 
bir çox kitabların, tənqidi məqalələrin müəllifidir. Simvolizm və mo-
dernizm kimi cərəyanların təsiri altında klassik şeir ənənəsindən ya-
rarlansa da, novator şair kimi özünü təsdiqləyən şairin poeziyası Şərq 
və  Qərb dünyagörüşünün sinkretik ifadəsinə çevrilmişdir. Monoq-
rafiya Azərbaycanda Osman Türkayın həyat və yaradıcılığının öyrə-
nilməsinə həsr olunmuş ilk tədqiqat işidir
 
4603000000 
655(07)-2010 
 © – Elmira Fikrətqızı, 2010 


Elmira Fikrətqızı 
 
3
 
 
 
 
 
  
 
Dostum Big Ben’le bir uzay şarkısında baş başa yıldızlarla 
Değişen durumlarınızı çizeriz gökyüzü tutanaklarına  
O, zamanda bir uzak dalgayı gösterir tik‐tak parmağıyla 
Ben, uzayda bir noktaya koşar, dururum  
Osman Türkay 


Osman Türkayın poetik irsi 
 
 
4
İÇİNDƏKİLƏR 
 
 
Kainat ozanı...................................................................... 6 
“Ozanın ruhu qalasıdır...”............................................. 12 
 
I Fəsil. Kıbrıs türk ədəbiyyatının təşəkkül  
tarixindən ....................................................................... 19 
1.1.Kıbrıs türk ədəbiyyatının inkişaf mərhələləri ..... 19 
 
II Fəsil. Müasir Kıbrıs türk ədəbiyyatında  
yeniləşmə prosesi və Osman Türkayın poeziyası ........ 40 
2.1.Həyatı. Yaradıcılığının ilk dövrü: klassik poeziya 
      və simvolist türk şerindən bəhrələnmə ............... 40 
2.2.Kosmik əsr şairinin yaradıcılığında yeni  
       mövzu və üslub axtarışları ................................. 74 
2.3.Türkayın söz sənətkarlığı.................................. 133 
2.4.Çağdaş Kıbrıs türk şerində Türkay ənənələri ... 151 
 
III Fəsil. Osman Türkayın ədəbi-tənqidi və  
estetik görüşləri ............................................................ 176 
3.1.Kıbrıs türk ədəbiyyatı və çağdaş ədəbi  
      cərəyanlara münasibəti ..................................... 176 
3.2.Ədəbi-nəzəri, estetik və fəlsəfi görüşləri .......... 184 


Elmira Fikrətqızı 
 
5
 
 
Nəticə............................................................................. 196 
Son söz əvəzi ................................................................. 199 
Резюме .......................................................................... 202 
Summary.......................................................................204 
İstifadə edilmiş ədəbiyyat ............................................ 206 
Adlar göstəricisi ........................................................... 226 
Əsər və qaynaq adları.............................................. 226 
Şəxs adları ............................................................... 232 
Coğrafi və astronomik adlar.................................... 239 
Terminlər................................................................. 242 
 
 
 
 
 
 
 
 
 
 


Osman Türkayın poetik irsi 
 
 
6
KAİNAT OZANI 
 
Türk dünyasının “yavru vətəni” sayılan Şimali Kipr Türk 
Cümhuriyyətinin  müasir  poeziyasının  formalaşması  və  inki‐
şaf  yollarının  araşdırılması  kimi  mürəkkəb  prosesin  elmi‐
nəzəri  təhlilinə  həsr  olunmuş  monoqrafiyanın  mövzusu  son 
dərəcə aktual və yenidir.  
Məlumdur  ki,  uzun  müddət  ərzində  müxtəlif  qadağalar, 
siyasi‐ideoloji  maneələr  Kipr  xalqının  gerçək  soykökünü, 
milli‐mənəvi  dəyərlər  sistemini  öyrənməyə,  qədim  tarixə  və 
zəngin mədəniyyətə malik və türk sivilizasiyasının ayrılmaz 
hissəsi  olan  bu  etnosun  öz  halalca  ədəbiyyatını  araşdırmağa 
imkan verməmiş, türkologiyamızı bu zəngin ədəbi‐bədii mi‐
rasdan  bixəbər  buraxmışdır.  Əvvəllər  daha  çox  keçmiş  SSRİ 
məkanında yaşayan türkdilli xalqların və Türkiyə türklərinin 
ədəbiyyatı  tədqiqata  cəlb  edildiyi  halda,  ölkəmiz  öz  dövlət 
müstəqilliyini  yenidən  bərpa  etdikdən  sonra  həm  Türkiyə 
ədəbiyyatı daha geniş və dərindən tədqiq olunmağa, həm də 
onun  sərhədlərindən  kənarda  –  Bolqarıstan,  Makedoniya, 
Misir,  İraq,  Kipr  və  s.  ölkələrdə  təşəkkül  tapan  türk  ədəbi‐
estetik 
fikrinin 
öyrənilməsi 
və 
tədqiq 
edilməsinə 
başlanılmışdır.  Bu  baxımdan,  Azərbaycan  şərqşünaslığında 
kiprşünaslığın  bir  elm  sahəsinə  çevrilməsi  işində  Elmira 
xanım  Məmmədovanın  böyük  xidməti  qeyd  olunmalıdır. 
Çox  müxtəlif  məqalələrdə  (müəllifin  bu  sahədə  ölkəmizdə, 
Kiprdə,  Türkiyədə,  İranda  və  Qazaxıstanda  iyirmidən  çox 
elmi  məqaləsi  və  konfrans  materialları  nəşr  edilmişdir) 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə