Microsoft Word Kitab Remzi Asgerov docx



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix31.10.2018
ölçüsü1,53 Mb.
#77115
  1   2   3   4   5   6   7   8   9   ...   12


 

 

AFAQ ƏSGƏRQIZI 

 

 

 

 

B R AYRILIQ... 

 

 

 

 

 

2015

 

 

 


 

 

 

 

 


Bir ayrılıq... 

(Şəhid olmuş bütün eloğullarıma həsr edirəm) 

1967-ci  ilin  qışın  oğlan  çağı  idi.  Hər  yanı  ağappaq  qar  bürümüşdü.  Qış  öz 

sərt  üzünü  göstərirdi.  Şaxta  qılınc  kimi  kəsirdi.  Yanvar  ayının  21-də  Laçında 

Ə

sgərovlar  ailəsində  bir  oğlan  uşağı  göz  açdı  dünyaya.  Nədən  idisə  bu  oğlanın 



dünyaya gəlişi tək Əsgərovlar ailəsinin yox, bütün qohumlar və tanışların sevincinə 

səbəb  oldu.  Bu  uşaq  Evin  üçüncü  oğlu  idi.  Vaxt  keçirdi.  Uşağa  çox  adlar  təklif 

olundu.  Amma,  anam  Raisə  xanım  bu  adların  heç  birinə  əhəmiyyət  vemrədi. 

Uşağın adını Rəmzi qoydu. Anam Raisə xanım ziyalı olmaqla yanaşı, həm də çox 

qeyrətli  vətənpərvər  bir  qadın  olduğu  üçün  övladlarına  ad  seçməkdə  xüsusilə 

fərqlənirdi.  

Evin böyük oğlu Rövşən, deyirdi ki, Koroğlunun adı Rövşən olub. Zalımlara 

qan  udduran  Rövşən  –Koroğlu.  kinci  oğul  Elxan.  Bu  adı  isə  C.Cabbarlının  «Od 

gəlini»  pyesindəki  Elxan  surətindən  götürmüşdür.  Deyirdi  ki,  mən  oğlanlarıma 

qəhrəmanlıq timsalında olan adlar qoyuram ki, onlar da vətənini, elini, xalqını hər 

ş

eydən uca tutan oğullar olsunlar.  



Anamdan soruşdular ki, nə üçün oğluna Rəmzi adını qoyursan? Anam belə 

cavab  verdi  ki,  bu  oğlumun  ona  görə  adını  Rəmzi  qoyuüram  ki,  qəhrəmanlıq, 

xeyirxahlıq,  yaxşılıq  Rəmzi  olsun  bu  Rəmzi.  Həm  də  indidən  mən  bu  uşaqda 

cəsurluq,  mərdlik,  qorxmazlıq  hiss  etdiyim  üçün  Rəmzi  adını  onun  özünə 

yaraşdırıram.  

Atam  Əsgərov  Əsgər  Eyvaz  oğlu  Laçının  Qarıqışlaq  kəndindəndir.  Onlara 

«Gəloxçu»  tayfası  deyirlər.  «Gəloxçu»  tayfası  haqqında  əfsanə  və  rəvayətlər 

çoxdur. Bunlardan birini söyləmək yerinə düşərdi. Keçmiş zamanlarda hansısa bir 

qüdrətli  ölkənin  xeyirxah  padşahının  ayağı  bu  tayfalar  yaşayan  yerə  düşür.  Onda 

ş

aha  xəbər  verirlər  ki,  bəs  bu  yerin  camaatı  çox  qoçaqdırlar.  stər  kişiləri  olsun, 



istərsə  də  qadınları.  Həm  də  cəsur  və  mərddirlər.  Bir  də  bu  camaat  ox  atmaqda, 

xüsusilə  fərqlənirlər.  Şah  əmr  edir  ki,  şahın  öz  cəngavərləri  ilə  bu  tayfanın 

cəngavərləri  arasında  yarışma  təşkil  edilsin.  Elə  də  olur.  Əvvəlcə  güləşmədə 

gəloxçular  qalib  gəlirlər.  Sonra  isə  nişan  alıb  ox  atırlar.  Ox  atmaqda  da 

«gəloxçu»lar daha yaxşı ox atırlar. Şah əmr edir ki, o cəngavərləri mənim yanıma 

gətirin.  

Ş

ahın hüzurunda baş əyən cəngavərləri bir-bir şah alınlarından öpərək deyir: 



«Gəl, oxçum, gəl». Şah həm də öz cəngavərlərinin, papaqlarını və oxlarını alaraq 

qalib  olanlara  hədiyyə  edir.  Bəli,  gəloxçum  sözündə  m  samitinin  düşməsi 

nəticəsində elə söz, tayfanın adı gəloxçu qalır.  



Atam  həddən  artıq  sakit  təbiətli,  mehriban  bir  insan  idi.  Hündür  boyu, 

yaraşıqlı, dolu bədənli idi. Xasiyyətinə görə ona heç kim çatmazdı. Uşaq vaxtdan 

yetim  qalıb.  Nənəm  Nənəqız  üç  oğul  və  iki  qızı  çox  çətinliklə  böyüdüb. 

Ə

milərimin  böyüyü  Əsgərov  biş  Qarıqışlaq  kəndində  çox  böyük  nüfuz  sahibi 



olub.  Kolxoz  direktorundan  tutmuş,  məktəb  direktoruna  qədər  vəzifələrdə 

işləmişdi. Vətənini sevən, həddən artıq qeyrətli bir şəxs idi. 70 yaşını haqlamasına 

baxmayaraq  ölən  gününə  qədər  əlində  silah  düşmənlərə  qarşı  vuruşdu.  Onu  da 

deyim  ki,  əmim  ilk  dəfə  olaraq  1970-ci  illərdə  Azərbaycandan  Moskvaya  adam 

toplayıb  Qara  gölün  söz  savaşına  çıxan  ilk  Azərbaycanlı  olmuşdu.  O,  hətta 

Moskvada  Azərbaycanın  xəritəsini  çıxartdırıb  sübut  etmişdi  ki,  Qara  göl 

Azərbaycanındır.  Ancaq  gərək  yerli  hakimiyyət  də  belə  deyəydi.  Tək  əldən  səs 

çıxmaz deyirlər.  

Ə

mim ermənilərlə vuruşda itgin düşdü. Vətənpərvər əmim elini-obasını hər 



ş

eydən uca tutan alicənab şəxs idi. Çox savadlı, ali təhsilli riyaziyyatm üəllimi idi. 

Ancaq elmin elə sahəsi olmazdı ki, onu bilməsin. Ömrü boyu öz halal zəhməti ilə 

yaşadı.  Heç  kəsə  baş  əymədi,  yaltaqlıq  nədi,  bilmədi.  Ötkəm  sözü  ilə  hər  yerdə 

qapılar  onun  üzünə  açılardı.  Haqq-ədalət  uğrunda  ömrü  boyu  mübarizə  apardı. 

Mərd, vətənpərvər, qeyrətli olan əmim həm də gözəl, böyük bir ailə başçısı idi. 6 

oğul, 3 qız böyüdüb, hamısına da ali təhsil vermişdi. Həyat yoldaşı, dil-ədəbiyyat 

müəlliməsi  olan  Suqra  xanımla  uzun  illər  ömür  sürmüş,  mənalı  bir  həyat 

keçirmişdi.  Əmim  həyat  yoldaşını  çox  sevmiş,  bir  dəfə  də  olsun  onun  xətrinə 

dəyməmişdi. Bunu bütün el-oba, qohum-əqrəba yaxşı bilirdi.  ndi əmimin övladları 

həkim, müəllim, mühəndis olaraq, müxtəlif elm sahələrində çalışırlar.   

Ermənilərlə vuruşmada  ailənin  üçüncü  oğlu  Nadir  də  düşmənlər  tərəfindən 

ə

sir götürülmüşdü. Çox çətinlik də olsa, əsirlikdən qaytarıldı.  ndi Bərdədə məktəb 



direktoru işləyir.  

Kiçik  əmim  Həsən  də  ali  təhsilli  iqtisadçı  idi.  Uzun  illər  Laçın  rayon 

stehlak Cəmiyyətində yoxlayıcı revizor işləmiş, hamının hörmətini qazanmışdı. O 

da təbiətcə atam kimi sakit təbiətli idi. 2009-cu ildə rəhmətə getdi.  

Atam  orta  məktəbi  çox  çətinliklə  bitirmişdi.  Sonra  Bakı  Plan-Uçot 

texnikumuna daxil olmuş, oranı bitirdikdən sonra Laçına gəlmiş, ömrünün sonuna 

qədər Laçında müxtəlif idarə və təşkilatlarda müdir vəzifəsindən tutmuş, mühasib 

vəzifəsinə qədər işləmişdi.  

Həm  də  işləyə-işləyə  Azərbaycan  Xalq  Təsərrüfatı  institutnu  qiyabi  olaraq 

bitirmişdi.  

Atam  olduğu  üçün  demirəm.  Ancaq  bunu  bütün  Laçınlılar  yox,  həm  də 

kənar  rayonlarda  yaşayan  atamın  dostları da bilir  ki,  atam,  tayı-bərabəri olmayan 




Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə