Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə1/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
  1   2   3   4   5   6   7   8   9   ...   144
Microsoft Word - Kitab111 _Восстановлен_

 

 




 

 



 

 



 

 



 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD 

FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU 

 

 



 

 

 



HÜSEYN NADİM NAXÇIVANİ 

 

 



 

 

DİVAN 

 

 

 



 

 

 



 

 

 



Bakı‐2011 


 

 



        Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar 

İnstitutu elmi şurasının 23‐24 noyabr 2011‐cu il tarixli 10 №‐li 

iclasının qərarı ilə nəşr edilir. 

 

 



 

 

Rəyçilər: 



Möhsün Nağısoylu 

filologiya elmləri doktoru 

 

Əskər Qədimov 



filologiya elmləri doktoru 

 

 



 

 

Toplayıb tərtib edən, ön söz, lüğət və izahların müəllifi: 



Hacı Mustafa Mailoğlu 

 

 



 

 

Redaktor:  



Hacı Arif Buzovnalı 

 

 



 

 

 



  


 

 



ÖN SÖZ 

 

XIX  əsrin  əvvəlləri  və  XX  əsrin  20‐ci  illərinə  qədər  – 



sovet  hakimiyyəti  qurulanadək  –  Azərbaycanın  demək  olar 

ki,  əksər  böyük  şəhərlərində  ədəbi  məclislər  fəaliyyət 

göstərmişdir.  Baxmayaraq  ki,  Azərbaycan  xalqının  mədəni 

həyatında  ədəbi  məclislərin  tarixi  çox  qədimdir,  lakin  XIX 

yüzillik  ədəbi  məclislərin  tarixində,  əgər  belə  demək 

mümkünsə, intibah dövrüdür. 

Həmin  yüzillikdə  Tiflisdə  Mirzə  Şəfi  Vazehin  və 

Gəncədə  Mirzə  Mehdi  Nacinin  başçılıq  etdikləri  “Divani‐

hikmət”,  əsrin  30‐cu  illərində  Qubada  A.A.  Bakıxanovun 

rəhbərliyi ilə “Gülüstan”, yüzilliyin 30‐cu illərindən etibarən 

Ordubadda  Şıxəli  Naib  tərəfindən  əsası  qoyulmuş,  əsrin 

ortalarından etibarən Hacağa Fəqirin, onun vəfatından sonra 

isə  Məhəmməd  Tağı  Sidqinin  başçılığı  ilə  “Əncümənüş‐

şüəra”,  1850‐1900‐cu  illərdə  Lənkəranda  Mirzə  İsmayıl 

Qasirin  rəhbərlik  etdiyi  “Fövcül‐füsəha”,  1867‐ci  ildən 

Şamaxıda  əvvəlcə  Seyid  Əzimin,  sonra  isə  Molla  Ağa 

Bixudun  başçılığı  ilə  “Beytüs‐səfa”,  1864‐cü  ildən  Şuşada 

əvvəlcə  Hacı  Abbas  Agəhin,  daha  sonra  Xurşid  Banu 

Natəvanın rəhbərlik etdikləri “Məclisi‐üns”, 1872‐ci ildə Mir 

Möhsün  Nəvvabın  təşəbbüsü  ilə  yaradılmış  “Məclisi‐

fəramuşan”,  əsrin  80‐cı  illərində  Bakıda  Məhəmmədağa 

Cürminin  rəhbərliyi  ilə  “Məcməüş‐şüəra”  kimi  ədəbi 

məclislər fəaliyyət  göstərmişdir.

1

  Qeyd  edək  ki,  klassik  irsin 



öyrənilməsində,  söz  sənətinin  xalq 

arasında 

təbliğ 

olunmasında, 



həmçinin 

yeni‐yeni 

istedadların 

üzə 


çıxmasında ədəbi məclislərin böyük əhəmiyyəti olmuşdur. 

                                                 

1

 Poetik məclislər. Bakı, Yazıçı, 1987 




 

 



Belə istedadlardan biri də, Azərbaycan ədəbiyyatına bir 

çox böyük sənətkarlar bəxş etmiş “Əncümənüş‐şüəra” ədəbi 

məclisinin  fəal  üzvlərindən  biri,  Naxçıvan  ədəbi  mühitində 

özünəməxsus  yeri  olan    Kərbəlayi  Hüseyn  Nadim 

Naxçıvanidir.  

Azərbaycan ədəbiyyatı tarixində “Nadim” təxəllüsü ilə 

yazıb‐yaradan bir neçə şair olmuşdur. Lakin bunlardan ikisi 

daha  çox  məşhurdur.  Birincisi  XIX  əsrdə  yaşamış  və 

özündən  sonra  çox  böyük  irs  qoyub  getmiş  navahılı  Mirzə 

Baxış  Nadim,  ikincisi  isə  növhə  və  sinəzənləri  indi  də  dillər 

əzbəri olan Hüseyn Nadim Naxçıvanidir. Çox təəssüflə qeyd 

etmək lazımdır ki, hər iki sənətkarın əsərləri bu vaxta qədər 

bütöv  halda  çap  olunmamış,  yaradıcılıqları  ətraflı  şəkildə 

araşdırılmamışdır. 

 

* * * 


 

Yazın  əvvəlləri  idi.  İstedadlı  qəzəlxan‐şair,  dostum 

Hacı  Arif  Buzovnalı  mənə  zəng  vurub  Nadim  adlı  şair 

haqqında  nə  bildiyimi  soruşdu.  Mən  Mirzə  Baxış  Nadimi 

nəzərdə tutduğunu zənn edib dedim ki, mərhum tədqiqatçı 

Cəfər Rəmzinin tərtib etdiyi “Deyilən söz yadigardır” adlı 

topluda  onun  haqqında  bəhs  olunmuş  və  bir  neçə  qəzəli 

verilmişdir. 

Əlyazmalar 

İnstitutunda 

da 

əsərləri 

qorunmaqdadır.  Lakin  Hacı  Arif  cavabında  başqa  Nadimi 

nəzərində tutduğunu dedi. Məlum oldu ki, bu, Naxçıvanın 

Nehrəm  kəndindən  olan  və  orada  yaşayıb‐yaratmış  və 

orada da vəfat etmiş Hüseyn Nadim Naxçıvanidir. Mən bu 

şair  haqqında  eşitdiyimi,  lakin  təəssüflər  olsun  ki,  həyatı 

və  yaradıcılığı  barədə  məlumatsız  olduğumu  dedim.  Hacı 

Arif  məndən  onun  Əlyazmalar  İnstitutunda  saxlanılan 

əsərləri  haqqında  məlumat  əldə  etməyimi  xahiş  etdi  və 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə