Microsoft Word Kitabca Son doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55179
  1   2   3   4   5   6   7   8


AZƏRBAYCANIN

ELM XADİMLƏRİ

BİBLİOQRAFİYA

Ə

jd

ər

 A

Ğ

A

Y

E

V

Ə

jd

ər

 A

Ğ

A

Y

E

V

Qafqaz Universiteti Yayınları

Bakı - 2007



 

 

 

АZƏRBАYCАNIN  

ЕLM  

ХАDİMLƏRİ

 

 

 

Əjdər Əbdülhüseyn оğlu  

AĞAYEV 

 

 

 

Bibliоqrаfiyа 

 

 

 

 

Bаkı – 2007 



 

Аzərbаycаnın еlm хаdimləri 

 

 

 

Əjdər Əbdülhüseyn оğlu  

AĞAYEV 

 

Bibliоqrаfiyа 

 

 

Tərtib edən: 

Günel Muxtarlı 



Rеdаktоr: 

Pedaqoji elmlər namizədi 

Ənvər Abbasov 

Dizayn: 

Sahib Kazımov 



 

 

Copyright © Qafqaz University


 



Redaktordan 

 

Zəhmətdən yoğrulmuş bir ömrün zirvəsinə 



ucalan,  həyatını  qətrə‐qətrə  əridib  əsərlərinin 

varlığına  hopduran  bir  insanın  pərvəriş  yolu 

bəşəriyyətin işıqlı sabahından keçir. Bu sabahın 

günəşi onu ziyalandırmaqla, həm də ondan güc, 

qüvvət  alır,  parıltısını  artırır.  Bu  gün  pedaqoji 

elmlərin  tale  yükünü  çiyinlərində  daşıyan,  öz 

zamanının görkəmli pedaqoqu kimi tanınan, sö‐

zün əsl mənasında “cəfakeş alim” (H. Əhmədov, 

F. Rüstəmov) pedaqoji elmlər doktoru, professor 

Ə. Ağayev məhz belə şəxsiyyətdir. 

Məktəbin,  pedaqoji  fikrin  tarixi,  təlim  və 

tərbiyənin  nəzəri  və  praktik  problemləri,  müx‐

təlif  fənlərin  tədrisinin  aktual  məsələləri,  cə‐

miyyətimizin bu və ya digər sahələrinə aid olan 

əsərləri  saf‐çürük  edilərək  çeşidlənmiş,  onların 

adları  kitaba  daxil  edilmişdir.  Eyni  zamanda 

alimin yaradıcılığını və şəxsiyyətini səciyyələn‐

dirən  müxtəlif  adlı,  məzmunlu  əsərlərin  siya‐

hısı verilmişdir. 

Nəzərə  almaq  lazımdır  ki,  professor  Ə. 

Ağayevin  alim  şəxsiyyətinin  bütövlüyünü  yal‐

nız  adı  çəkilən  məqalələri  və  müxtəlif  sənət, 

peşə adamlarının qeyd etdikləri fikirlər əhatələ‐

mək  qüdrətinə  malik  deyildir.  Mənəvi  zəngin‐

liyi, dünyagörüşü, məntiqi, canlı düşüncə tərzi, 

 

bənzərsiz  nitqi  onun  varlığını  bəzəyən  və  ya‐

zılarda  ifadəsi  mümkün  olmayan  gözəlliklər 

kimi  qalmaqdadır.  Əlbəttə,  bunları  görmək, 

duymaq üçün Əjdər müəllimin özü ilə təmasda 

olmaq gərəkdir. 

Elmlə məşğul olmaq, bəşəriyyətin gələcəyə 

doğru uzanan yolunu işıqlandırmaq müqəddəs 

işdir.  Bu  müqəddəs  işdə,  xalqımızın  gələcəyi 

naminə daha böyük əsərlər yaratmaqda professor 

Ə. Ağayevə möhkəm cansağlığı, yüksək yaradı‐

cılıq əhvali‐ruhiyyəsi arzulayıram. 

Allah ona yar olsun! 

 

  Ənvər Abbasov 

Pedaqoji elmlər namizədi 

 

 



 

 

 



 

 

 



 

 



 



Tərtibçidən 

 

Çağdaş  Azərbaycan  təhsili  və  pedaqoji 



fikrinin görkəmli nümayəndəsi, pedaqoji elmlər 

doktoru, əməkdar müəllim, Rusiya Pedaqoji və 

Sosial  Elmlər  Akademiyasının  həqiqi  üzvü, 

professor  Əjdər  Əbdülhüseyn  oğlu  Ağayevin 

anadan  olmasının  70  illiyi  münasibətilə  tərtib 

edilən bu kitabça onun həyatı, yaradıcılığı haq‐

qında  yığcam  məlumat  vermək  məqsədilə 

hazırlanmışdır. 

Əjdər  Ağayevin  əsərlərinin  biblioqrafiyası 

ilk  dəfə  1997‐ci  ildə  nəşr  edilmişdir.  Həmin 

kitabda  alimin  əsərlərinin  böyük  əksəriyyəti 

əhatə  olunmuşdur.  Bu  nəşrdə  onun  əsərlərin‐

dən seçmələrə yer verilmişdir. 

Kitabçada  professor  Əjdər  Ağayevin  yara‐

dıcılığı  haqqında  yığcam  məlumat  verildikdən 

sonra  həyatı  və  fəaliyyətinin  əsas  tarixləri  də 

təqdim olunur. 

Biblioqrafik  nəşr  Qafqaz  Universiteti  pe‐

daqoji fakültəsi elmi şurasının qərarı ilə yayım‐

lanır. 


      Günel Muxtarlı 

 

 



 




 



Əjdər AĞAYEV 

 

Çağdaş  Azərbaycan  təhsili  və  pedaqoji 



fikrinin  görkəmli  nümayəndəsi,  Rusiya  Peda‐

qoji  və  Sosial  Elmlər  Akademiyasının  akade‐

miki,  pedaqoji  elmlər  doktoru,  professor  Əjdər 

Əbdülhüseyn  oğlu  Ağayevin  yaradıcılığı,  fəa‐

liyyət  dairəsi  olduqca  genişdir.  O,  pedaqoji 

problemlərin  tədqiqi,  tədrisi,  təbliği  ilə  yanaşı, 

ədəbi yaradıcılıqla da məşğul olur. 

Ə.Ağayev  1937‐ci  ildə  (10.10.)  Salyan  rayo‐

nunun  Qırmızıkənd  kəndində  anadan  olmuş‐

dur.  Atası  Əziz  nəvəsi  Məşədi  Əbdülhüseyn 

Ağası  oğlu  əsli  ərdəbillidir.  Əkinçiliklə,  ovçu‐

luqla,  dəmirçiliklə  məşğul  olmuşdur.  Anası 

Ceyran  xanım  Məşədi  Həsən  qızı  xalq  ədəbiy‐

yatı  və  islami  bilikləri  mükəmməl  bilmiş,  öv‐

ladlarının əxlaqi‐mənəvi tərbiyəsində böyük rol 

oynamışdır. 

Ə.Ağayev  orta  təhsilini  Qırmızıkənd  yed‐

diillik  və  Salyan  şəhər  2  saylı  orta  məktəbində 

almışdır. V.İ. Lenin adına APİ‐nin (indiki ADPU) 

tarix‐filologiya fakültəsini bitirərək, tarix, dil və 

ədəbiyyat  müəllimi  ixtisasına  yiyələnmişdir. 

Beş il orta məktəbdə  müəllim işlədikdən sonra 

Azərbaycan  Elmi‐Tədqiqat  Pedaqogika  İnstitu‐

tunun  pedaqogika  tarixi  üzrə  aspiranturasına 

qəbul  olunmuş,  professor    Əhməd    Seyidovun 

 

elmi  rəhbərliyi  ilə  “Fərhad  Ağazadənin  peda‐

qoji  fəaliyyəti  və  görüşləri”  mövzusunda  dis‐

sertasiya müdafiə edərək pedaqoji elmlər nami‐

zədi alimlik dərəcəsi almışdır. (1970)  

Hələ  tələbəlik  illərində  mətbuatda  və  küt‐

ləvi  informasiya  vasitələrində  bədii  yazılarla  

çıxış  edən  Ə.Ağayev  elmi‐pedaqoji  səciyyəli 

məqalələri  ilə  də  tezliklə  diqqəti  cəlb  etmişdir. 

O,  ictimai  fəallığı, zəngin nəzəri  və  praktik  pe‐

daqoji hazırlığı, tədqiqatçılıq səriştəsi, geniş ya‐

radıcılıq imkanları ilə seçildiyinə görə az müd‐

dətdə işlədiyi institutda baş elmi işçi, bölmə və 

şöbə  müdiri,  elmi  işlər  üzrə  direktor  müavini 

vəzifələrini  daşımış,  1974‐cü  ildən  Maarif  Na‐

zirliyinin  elmi‐nəzəri  və  metodik  orqanı  olan 

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru 

kimi səmərəli fəaliyyət göstərmişdir.  

Bu müddətdə jurnalın həm poliqrafik, həm 

də  elmi‐nəzəri  səviyyəsini  xeyli  yüksəldə  bil‐

mişdir.  O,  “Azərbaycan  məktəbi”nə  əlavə  nəşr 

olunan  7  metodik  məcmua  sırasına  “Məktəbdə 

bədən  tərbiyəsi”  məcmuəsini  də  daxil  edərək, 

böyük bir elmi‐metodik pedaqoji nəşrlər komp‐

leksinin  təlim‐tərbiyə  prosesinə  təsirini  məha‐

rətlə istiqamətləndirmişdir. 

Ə.  Ağayev  1981‐ci  ildən  yenidən  ETPEİ‐na 

dönərək,  elmi  ‐  tədqiqatla  və  elmi  –  pedaqoji 

kadr  hazırlığı  ilə  məşğul  olmuşdur.  Hazırda 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə