Microsoft Word Kitabxanashunasliq biblioqrafiya 2009 2



Yüklə 166,4 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix22.05.2018
ölçüsü166,4 Kb.
#45427
  1   2   3   4   5   6   7   8


BAKI DÖVLƏT UNİVERSİTETİ - 90 

 

 

Abuzər XƏLƏFOV  

Azərbaycan Respublikasının Əməkdar elm xadimi,  

BMT yanında Beynəlxalq İnformasiyalaşdırma  

Akademiyasının akademiki, BDU-nun  

Kitаbхаnаşünаslıq kаfеdrаsının müdiri,  

tаriх еlmləri dоktоru, prоfеssоr 

  

 

PROFESSOR V.İ.RAZUMOVSKİDƏN  

AKADEMİK A.M.MƏHƏRRƏMOVA QƏDƏR KEÇİLMİŞ  

İNKİŞAF VƏ TƏRƏQQİ YOLU 

 

Bakı Dövlət Universiteti Azərbaycan xalqının,  



Azərbaycan Respublikasının milli sərvətidir. 

      Heydər ƏLİYEV 

Ümummilli lider 

 

2009-cu il sentyabr ayının 1-də respublikamızın ilk elm və təhsil məbəd-



gahı olan Bakı Dövlət Universitetinin 90 illiyi tamam oldu. Bu şərəfli tarixi 

günü dövlətimiz, xalqımız, bütün Azərbaycan ziyalıları, elm və təhsil xadimləri 

böyük fərəh və iftixar hissi ilə qeyd etdi. 

Bakı Dövlət Universitetinin cəmiyyətdə tutduğu böyük mövqeyə, elm, 

təhsil və mədəniyyətin tərəqqisində oynadığı böyük rola yüksək qiymət verən 

dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev universitetin şanlı 

90 illik yubileyini keçirmək üçün 2009-cu il 24 aprel tarixli sərəncam imzala-

mışdır. Sərəncamda deyilir: “Bakı Dövlət Universitetinin müsəlman  Şərqində 

ilk Avropa tipli ali məktəb kimi yarandığı vaxtdan bəri ötən müddət  ərzində 

ölkəmizdə ali təhsilin və elmin tərəqqisi naminə əvəzsiz xidmətlər göstərmiş-

dir. Yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin 

formalaşdırılması, dünya təhsil sisteminə inteqrasiya, eləcə də mədəni-mənəvi 

dəyərlərimizin yaşadılması istiqamətində universitet üzərinə düşən vəzifələrin 

öhdəsindən həmişə layiqincə gəlir”. 

Görkəmli dövlət və siyasi xadim, ulu öndər Heydər Əliyevin layiqli da-

vamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin verdiyi bu 

yüksək qiymət universitetin 90 illik yubileyinə əvəzsiz töhfədir. 

Azərbaycan xalqının milli sərvəti, milli iftixarı olan Bakı Dövlət Univer-

sitetinin keçdiyi keşməkeşli inkişaf və tərəqqi yolu hər şeydən əvvəl milli təh-

silin, elmin, mədəniyyətin, mənəviyyatın inkişaf yoludur. Azərbaycanın intel-




lektual sərvəti olan milli ziyalılarımızın təşəkkül tapıb formalaşdığı yoldur. Bu 

yolun yolçuları olan Azərbaycanın görkəmli alimləri, ziyalıları, elm, ədəbiyyat, 

mədəniyyət və incəsənət xadimlərinin böyük səyi, fədakarlığı, vətənpərvərliyi 

nəticəsində Azərbaycan ali təhsilinin, elminin təməli, bünövrəsi qoyulmuş

Azərbaycan tarixinin, ədəbiyyatının, dilinin öyrənilməsində, tərəqqisində, soy-

kökümüzə qayıdışda böyük elmi əhəmiyyətə malik uğurlar əldə edilmişdir. 

Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin böyük səyi nəti-

cəsində Azərbaycan dilinin elmi əsasları işlənmiş, onun lüğət fondunda olan, az 

işlənən, araşdırılmayan sözlər ortaya çıxarılmış, Azərbaycan dilinin lüğət tərki-

bi yeni sözlərlə  zənginləşmiş, geniş elmi araşdırmalarda, elmi mühazirələrdə 

müvəffəqiyyətlə  işlənən, lüğət tərkibi türk sözləri ilə  zənginləşən bir dilə 

çevrilmişdir. Azərbaycan dilində ilk elmi mühazirələr məhz 1922-ci ildən 

başlayaraq Bakı Dövlət Universitetinin Şərq və filologiya fakültələrində Azər-

baycan dili və ədəbiyyatı, Azərbaycan tarixi fənlərindən oxunmağa başlanmış-

dır. Çox sevindirici haldır ki, qısa bir zaman kəsiyində mühazirələr hazırlayıb 

oxuyan müəllimlər cəmisi bir-iki il əvvəl işləməyə başlayan milli kadrlar idi.  

Beləliklə, fəaliyyətə başladığı ilk günlərdən Bakı Dövlət Universiteti  

Azərbaycan dilinin qorunmasında və daha da inkişaf etdirilməsində, Azərbay-

can ədəbiyyatı və Azərbaycan tarixinin ən mürəkkəb məsələlərinin araşdırılma-

sında, milli şüurun, milli ruhun formalaşmasında mühüm rol oynamışdır. BDU-

nun professor-müəllim heyəti zamanın keşməkeşli, çətin dövrlərində hər cür tə-

qib və  təzyiqlərlə üzləşsə  də  həmişə öz milli tarixi missiyasına sadiq qalmış, 

milli-mənəvi özünəməxsusluğunu uğurla davam etdirmişdir. Məhz buna görə-

dir ki, ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin milli mənəviyyatın 

formalaşmasındakı roluna yüksək qiymət verərək yazır: “Universitet həqiqətən 

axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, bir məktəb olmuşdur.” 

Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və  mənəviyyatının inki-

şafında mühüm rol oynayan Bakı Dövlət Universiteti 1919-cu ilin sentyabrında 

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradıldı. Ölkənin mövcud duru-

munda böyük çətinliklərin olmasına, universitetin təşkili əleyhinə mühafizəkar 

səslərin ucalmasına baxmayaraq universitetin yaranmasını xalqımızın böyük 

gələcəyi kimi qiymətləndirən Cümhuriyyət liderləri öz qərarında israrlı idi. 

Azərbaycan hökuməti Bakı Dövlət Universitetinin təsis edilməsinə dair qanun 

layihəsini parlamentin müzakirəsinə verməyə nail oldu. Uzun müzakirələrdən 

sonra böyük çətinliklə olsa da 1919-cu il sentyabrın 1-də parlament Bakı şəhə-

rində Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi. Bu qəra-

rı  səbirsizliklə gözləyən universitetin ilk rektoru V.İ.Razumovski yazırdı: 

“Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhi-

fə yazıldı. Avropa ilə Asiyanın qovuşuğunda yeni məşəl yandı. Bu böyük tarixi 

hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hesab edirdik.” 




Yüklə 166,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə