Microsoft Word Kitabxanashunasliq biblioqrafiya 2009 2



Yüklə 147,2 Kb.
Pdf görüntüsü
tarix18.07.2018
ölçüsü147,2 Kb.
#56448


 

 

 

 

AKADEMİK ABEL MƏHƏRRƏMOV – 60 

 

 

Bu gün fəxrlə deyə bilərik ki, son zamanlar Bakı Dövlət Universitetində 

böyük quruculuq işlərinin aparılması ali məktəb sistemini dərindən bilən 

Azərbaycan MEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, millət vəkili, 

professor Abel Məmmədəli oğlu Məhərrəmovun adı ilə bağlıdır.  

Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin sərəncamı ilə 

Bakı Dövlət Universitetinə rektor təyin edilmiş Abel Məhərrəmov ilk gündən 

bütün bilik və bacarığını, potensial imkanlarını doğma universitetin tərəqqisinə, 

təhsil sisteminin yüksəldilməsinə  və  təkmilləşdirilməsinə istiqamətləndirmiş, 

bu ali təhsil ocağını beynəlxalq standartlara cavab verən dünya universitetləri 

sırasına çıxara bilmişdir.  

Akademik Abel Məhərrəmovun düzgün və  məqsədyönlü rəhbərliyi 

sayəsində  qısa zaman ərzində BDU-nun maddi-texniki bazası xeyli möhkəm-

lənmiş, yaraşıqlı universitet şəhərciyi yaradılmış, yeni tədris korpusları  və 

idman kompleksi tikilib istifadəyə verilmiş, güclü elmi-pedaqoji potensiala 

malik olan kollektiv formalaşmışdır. Universitetin tədris prosesinin daha da 

təkmilləşdirilməsi, tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçun əsaslı islahatların 

aparılması, tədris prosesinə müasir kompüter texnologiyasının tətbiq edilməsi, 

yeni fakültələrin, ixtisasların, kafedraların açılması, nizam-intizamın möhkəm-

ləndirilməsi, dünyanın qabaqcıl ölkələrinin iş təcrübəsindən istifadə olunması, 

yeni dərsliklərin və  dərs vəsaitlərinin yazılıb çap etdirilməsi bunun əyani 

sübutudur. Bununla da rektor qısa zaman ərzində müstəqilliyin qarşıya qoydu-

ğu vəzifələrə, dövlətin ardıcıl həyata keçirdiyi təhsil islahatının tələblərinə 



uyğun olaraq universitet təhsilinin və elminin inkişafında mühüm nailiyyətlər 

əldə etməyə nail olmuşdur.  

Akademik A.Məhərrəmovun rektorluq fəaliyyəti nəticəsində Bakı Dövlət 

Universiteti son illərdə böyük inkişaf yolu keçmiş, respublikamızdan çox-çox 

uzaqlarda, o cümlədən dünyanın inkişaf etmiş ölkələrində geniş  şöhrət 

qazanmış, məşhur ali təhsil müəssisələri arasında özünəməxsus yer tutmuşdur.  

Hazırda Azərbaycanın ilk və öncül elm və  təhsil müəssisəsi olan BDU-

nun qarşısında duran ən başlıca məqsəd gələcəyin vətənpərvər, ziyalı  vətən-

daşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Müasir dövrdə 

bu vəzifəni düzgün dəyərləndirən professor-müəllim heyəti bu ülvi məqsədlərə 

yetişmək üçün akademik Abel Məhərrəmovun rəhbərliyi ilə bütün imkanlarını 

səfərbər etmiş, eyni zamanda strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir.  

Elə bunların məntiqi nəticəsi kimi akademik Abel Məhərrəmov Azərbay-

can Respublikası Prezidenti İlham  Əliyevin 30 oktyabr 2009-cu il tarixli 

sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.  

Biz də Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti 

və  tələbə kollektivi adından möhtərəm rektorumuz, akademik Abel Məhərrə-

movu həm bu yüksək dövlət mükafatına layiq görülməsi, həm də 60 illik 

yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı 

və doğma Bakı Dövlət Universitetinin daha da çiçəklənməsi və inkişafı naminə 

yeni-yeni ugurlar arzulayırıq! 

İnanırıq ki, 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunan Bakı Dövlət 

Universiteti ölkə  rəhbərliyinin xüsusi diqqət və qayğısı, akademik Abel 

Məhərrəmovun səmərəli fəaliyyəti və  işgüzarlığı sayəsində daha da inkişaf 

edəcək, ali məktəblər arasında özünün lider mövqeyini daim qoruyub 

saxlayacaqdır. 



 

Хəlil İSMАYILОV  

Kitabxanaçılıq-informasiya  

fakültəsinin dekanı, 

tаriх еlmləri doktoru, prоfеssоr 

Yüklə 147,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə