Microsoft Word Kitabxanashunasliq biblioqrafiya 2009 2



Yüklə 31,52 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü31,52 Kb.
#8834


Xəyalə ZÜLFİYEVA  

Magistran

 

 

RESPUBLİKA ELMİ-PEDAQOJİ KİTABXANASININ   

ELMİ-METODİK FƏALİYYƏTİ (2002-2009-cu illər) 

 

 



 Müasir dövrdə cəmiyyətdə kitabxana-informasiya proseslərinin son də-

rəcə mürəkkəbləşdiyi, yeni texnologiya ilə zənginləşdiyi, kitabxanaların dünya 

informasiya məkanına fəal surətdə müdaxilə etdiyi bir şəraitdə onların idarə 

edilməsi prosesində metodik təminatın rolu və əhəmiyyəti getdikcə güclənir. 

Müasir dövrdə kitabxana işinin idarə olunması prosesinin metodik təmi-

natı dedikdə, metodik mərkəzlər tərəfindən kitabxanaların fəaliyyətinin dina-

mik inkişafına yönəlmiş, nəzəri  əsaslara və mütərəqqi təcrübəyə söykənən, 

özündə rəngarəng forma və üsulları birləşdirən təşkilati-metodik əməliyyatların 

hazırlanıb həyata keçirilməsi nəzərdə tutulur. Belə  əməliyyatlara  əhalinin ki-

tabxana xidmətinin optimallaşdırılması ilə əlaqədar meydana çıxan problemlə-

rin həlli, idarəetmə orqanlarının qərar və sərəncamlarının icrası, kitabxana işçi-

lərinin peşə  səviyyəsinin artırılması, normativ sənədlərin yerinə yetirilməsi

əmək məhsuldarlığının artırılması, bir sözlə, kitabxanaların öz sosial funksiya-

larının həyata keçirilməsinə yönəlmiş təşkilati-metodik tədbirlər daxildir. Bun-

lara yazılı metodik vəsaitlərin (tövsiyələrin, göstərişlərin,  əsasnamələrin, təli-

matların və s.) tərtib edilməsi, kitabxana işçilərinin yerlərdə təlimatlandırılma-

sı, kitabxana işinə dair müşavirə, seminar, konfrans, praktikum, treninqlərin 

təşkili, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, kitabxana işinə dair məqsəd-

li proqramların, strateji planların hazırlanması  və  həyata keçirilməsi  və s. iş 

üsullarını misal göstərmək olar (4, s. 99-100). 

Ölkəmizin çoxsaylı kitabxanaları içərisində Respublika Elmi Pedaqoji 

Kitabxanasının xüsusi yeri və rolu vardır. Bu respublika əhəmiyyətli kitabxana 

ölkəmizdə  təhsilə dair ədəbiyyatı toplayıb saxlayır, təhsil işçilərinə, təhsil 

sistemində  fəaliyyət göstərən müəssisələrə, nazirliyin kitabxana şəbəkəsinə 

məlumat-biblioqrafiya xidmətini həyata keçirir, ümumtəhsil peşə  məktəbləri, 

orta ixtisas təhsil müəssisələri kitabxanaları üçün elmi-metodik mərkəz 

funksiyasını yerinə yetirir. 

Təhsil Nazirliyinin “Respublika Elmi-Pedaqoji Kitabxanasının təkmil-

ləşdirilməsi haqqında” 2002-ci il 3 may tarixli əmrinə  əsasən kitabxanada 

struktur dəyişikliyi aparılmış, yeni nizamnamə hazırlanmışdır. Nizamnamədə 

deyilir: “Respublika Elmi Pedaqoji Kitabxanası (REPK) Azərbaycan Respubli-

kası  Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən təhsil və pedaqoji sahələrdə 

milli və xarici ədəbiyyat fondlarına malik olan elmi-sahəvi kitabxanadır” (5). 



REPK təhsilin, təlim-tərbiyə  işinin inkişafına yaxından köməklik etmək 

üçün ümumtəhsil, peşə məktəbləri və orta ixtisas müəssisələri kitabxanalarının 

fəaliyyəti haqqında 2002-ci ildən Məlumat (Verilənlər) Bazası yaradılmasına 

başlamış və bu bazanı müntəzəm olaraq təkmilləşdirmişdir. Kitabxana yaradıl-

mış  məlumat bazası  əsasında 2003-cü ildə “Təhsil Nazirliyi sistemindəki 

ümumtəhsil məktəb kitabxanalarının fəaliyyəti” adlı 10 cilddən ibarət məlumat 

kitabı hazırlamışdır. Burada respublikamızın 10 zonası, bu zonaların hətta  ən 

ucqar ərazidə yerləşən hər bir məktəb kitabxanası haqqında informasiya almaq 

olar. 

Qeyd etdiyimiz kimi, kitabxananın fəaliyyətində məktəb kitabxanalarının 



metodik təminatı mühüm yer tutur. Öz statusuna görə respublika məktəb kitab-

xanalarının metodik mərkəzi hesab edilən REPK böyük elmi-metodik şöbə ya-

ratmışdır ki, bu şöbədə bilavasitə məktəb kitabxanalarının metodik təminat sis-

temini təşkil edən metodistlər fəaliyyət göstərirlər. Onlar ümumtəhsil, peşə və 

orta ixtisas təhsili müəssisələrinin kitabxanaları üçün metodik vəsaitlər, təlima-

ti metodik məktubların hazırlanmasında, yazılı və şifahi məsləhətlərin verilmə-

sində, həmçinin bu məktəb kitabxanalarının fəaliyyətinə dair statistik məlumat-

ların alınması, təhlil edilməsi və elektron baza yaddaşına köçürülməsi işində 

məktəb kitabxanalarının işinə kömək məqsədilə ezamiyyələrdə, müşavirə  və 

konfranslarda iştirak edirlər.  

Şöbə metodik işi planlaşdırır və onların icrasını  təşkil edir. Həmçinin 

respublikada kitabxana işi üzrə aparılan elmi-tədqiqat işlərində  iştirak edir

yeni informasiya texnologiyalarının tətbiqində  məktəb kitabxanaçıları üçün 

REPK-da kurslar təşkil edir, Təhsil Nazirliyi sistemində  fəaliyyət göstərən 

ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrinin kitabxanaları arasında 

yeni informasiya texnologiyaları əsasında pedaqogikanın, məktəbşünaslığın və 

kitabxana işinin maraq doğuran sahələrinə dair məlumat mübadiləsi təşkil edir, 

onların fəaliyyətini öyrənir, təklif və tövsiyələrini verir, müəyyənləşdirilmiş 

qaydada onların illik statistik hesabatlarını alır və onları elektron məlumat 

bazasında yerləşdirir.  

2007-ci ildə REPK Azərbaycan Respublikası Prezidentinin “Azərbay-

canda kitabxanaların fəaliyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 20 aprel 

2007-ci il tarixli Sərəncamının III bəndinin icrasını  təmin etmək məqsədilə 

Bakı şəhərində, Qazax, Şəmkir, Gəncə, Şəki, Yevlax, Kəlbəcər, Qəbələ rayon-

larında məktəb kitabxanaçılarının seminar tədbirlərini təşkil edib keçirmiş  və 

alınmış  təkliflər ümumiləşdirilərək bu sərəncamın tələbinə uyğun tədbirlər 

planının hazırlanması işində nəzərə alınaraq istifadə edilmişdir (6). 

Kitabxananın Elmi-metodik və  təhlil  şöbəsi “Məktəb kitabxanası  işinin 

planlaşdırılması”, “Kiçik yaşlı məktəblilərdə mütaliə mədəniyyətinin formalaş-

dırılması  işinin  məzmunu və prinsipləri”, “Kitabxana işinə dair normativ 

aktlar” (2002), “Məktəb kitabxanalarının manifesti” (2003), “I-IV siniflər üçün 



kitabxana-biblioqrafiya bilikləri proqramı” (2003), “İkirəqəmli cədvəl” (2006), 

“Kitabxana işçilərinin ideya-siyasi səviyyəsinin yüksəldilməsi və ixtisasının 

artırılması”, “Məktəblərdə kitabxanaların texniki təşkilinə aid normativlər” 

(2007), “Məktəblilərə kitabxana xidməti və  ədəbiyyatın təbliği”, “Valideyn-

lərlə iş”, “Kitabxana şurası”, “Siyasi aktuallığını itirmiş, məzmunca köhnəlmiş 

nəşr materialların kitabxana və  məlumat-informasiya fondlarından çıxarılması 

haqqında”, “Heydər  Əliyev irsinin öyrənilməsi və  təbliği sahəsində  məktəb 

kitabxanalarının vəzifələri” (2008), “Universal Onluq Təsnifat Cədvəli”(2008) 

və s. metodik vəsaitlər tərtib edib bölgələrə göndərmişdir. 

Kitabxana işinin müxtəlif sahələrinə  həsr edilmiş belə metodik vəsaitlər 

və tövsiyələr kitabxanaçıların təcrübi işinə, peşə səviyyəsinin yüksəldilməsinə 

kömək edir. 

Respublikamızda gedən geniş  təhsil islahatlarında yaxından iştirak edən 

kitabxana məktəb kitabxanalarının işinin təhsil islahatları ilə  əlaqələndirilmə-

sinə, islahatların qarşıda qoyduğu vəzifələrlə əlaqədar məktəb kitabxanalarının 

işinin məzmununda baş verən yeni keyfiyyət dəyişikliklərinin ümumiləşdiril-

məsinə və yayılmasına böyük metodik köməklik göstərmişdir (3, s.123). 

Etiraf etməliyik ki, bu uğurlarla yanaşı, çatışmayan cəhətlər də az deyil. 

Ümumiyyətlə, ölkəmizdə kitabxana işinin metodik təminatının vəziyyəti qəna-

ətbəxş deyil. Maliyyə çatışmazlığı və müvafiq cavabdeh şəxslərin bu işə laqeyd 

yanaşması metodik mərkəz funksiyasını daşıyan kitabxanaların o cümlədən 

REPK-nın fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşa bilməsinin 

qarşısını almışdır. Bu işin gələcəkdə yaxşılaşdırılması üçün REPK dünya 

kitabxana-informasiya proseslərinin inkişaf qanunauyğunluqlarını  nəzərə al-

maqla respublika kitabxanalarının dünya informasiya məkanına daxil olma-

sının təşkilati-metodik mexanizmini hazırlamalıdır. Bunun üçün ölkə, regional, 

şəbəkə,  şəbəkələrarası, MKS və eləcə  də ayrı-ayrı kitabxanalar səviyyəsində 

kitabxana-informasiya xidmətinin optimallaşdırılmasına yönəlmiş kompleks və 

lokal xarakterli strateji və taktiki proqramlar hazırlanmalıdır. 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-infor-

masiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın təs-

diq edilməsi barədə verdiyi Sərəncamı ölkəmizdə kitabxanaların inkişafında 

yeni yol açmaqla Azərbaycan dövlətinin davamlı inkişafının mühüm strateji 

istiqamətini müəyyən edəcəkdir (1). 

Ümid edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 

2008-ci il tarixli 450 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Məktəb kitabxana-

larının maddi-texniki bazasının möhkəmləndirilməsinə  və müasir informasiya 

texnologiyaları ilə təchizatına dair Tədbirlər Planı”nın icrası üzrə Təhsil Nazir-

liyinin fəaliyyət planının uğurla yerinə yetirilməsi bu problemləri həll 

edəcəkdir (2). 



 


ƏDƏBİYYAT 

 

1.



 

“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-

2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Respublika. - 7 oktyabr, 

2008. 

2.

 

Fəaliyyət Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası 

təhsil nazirinin əmri // Azərbaycan müəllimi, 2009.- 18 sentyabr. 

3.

 

Xələfov A.A. Heydər  Əliyev və Azərbaycanda kitabxana işi.-B., 2006.-

312 s. 

4.

 

İsmayılov X.İ. Kitabxana menecmentinin əsasları.-B.,2005.-199s. 

5.

 

Respublika Elmi-Pedaqoji Kitabxanasının Nizamnaməsi.- 3 may, 2002. 

6.

 

REPK-nın 2002-2009-cu illər hesabatları. 

 

Х. ЗУЛЬФИЕВА   

 

НАУЧНО-МЕТОДИЧЕСКАЯ ДЕЯТЕЛЬНОСТЬ 

РЕСПУБЛИКАНСКОЙ НАУЧНО-ПЕДАГОГИЧЕСКОЙ 

БИБЛИОТЕКИ (2002-2009 гг.) 

 

РЕЗЮМЕ 

 

В  статье  раскрыта  научно-методическая  деятельность  Респуб-



ликанской Научно-Педагогической библиотеки на современном мире. Так 

же указывается методический материал, изданный этой библиотекой в 

последние годы. 

 

 

Kh. ZULFİYEVA  

 

SCİENTİFİC AND METHODİCAL ACTİVİTY  

OF THE REPUBLİCAN SCIENTİFİC PEDAGOGİCAL LİBRARY 

(2002-2009 YEARS) 

 

SUMMARY 

 

In the article describes contemporary scientific and methodical activity of 



the Republican Scientific Pedaqogical Library. Also shows methodical tools 

edited by this library at last years. 

Yüklə 31,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə