Microsoft Word KÜLTÜr evreni 11. sayı. doc



Yüklə 57,21 Kb.
Pdf görüntüsü
tarix24.12.2017
ölçüsü57,21 Kb.
#17917


KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



107 

 

 



 

 

KAMANÇA ALƏTİNİN MƏNŞƏYİ VƏ İNKİŞAF 



MƏRHƏLƏLƏRİ

 

 



ORIGIN AND DEVELOPMENT STAGES OF KAMANSHA 

 

ПРОИСХОЖДЕНИЕ ИНСТРУМЕНТА КЯМАНЧА И ЭТАПЫ 

ЕГО РАЗВИТИЯ 

 

Toğrul Mirnazimoğlu ƏSƏDULLAYEV

*

 

 

 

Özet 

Bu yazıda keman enstrümanının kökeni, onun çeşitli dönemlerde temel türün-

den başlayarak günümüze kadar geçirdiği gelişim evreleri araştırılmaktadır. Bu 

araştırmalarda klasik şiir sanatı örnekleri, sözlü halk edebiyatı eski yazılı risaleler 

ana kaynak olarak benimsenmiştir. 



Anahtar Kelimeler: Keman enstrümanı, gelişim evreleri, yaylı çalgılar 

 

Summary 

The present article analyzed origin of kamancha, its stages of development in 

different periods beginning from its original type. Examples of classic poetry, folk-

lore and ancient written letters are considered main sources in these researches.  

Key Words: Violin, development stages, bow instruments 

 

Резюме 

В  данной  статье  исследуются  происхождение  инструмента  кяманча, 

стадии его развития в различные периоды, начиная с первичного вида по сей 

день.  Основными  источниками  данных  исследований  считаются  образцы  из 

классической поэзии, устное народное творчество и древняя письменность 

 

 

 

                                                 

*

 Azərbaycan Milli Konservatoriyası Bakı / AZƏRBAYCAN 




KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



108 

 Azərbaycanda məskunlaşan ibtidai insanlar maddi tələbatlarını ödəməkdən 

ötrü çoxlu sayda primitiv əmək alətləri hazırlamışlar. Bu insanlar mənəvi 

ehtiyaclarını ödəməkdən ötrü də bir sıra çalğı alətləri icad etmişlər. Sonralar bu 

alətlərin bir qismi unudulmuş, tarixin keşməkeşli yollarında itib-batmış, bir qismi 

isə inkişaf etdirilmiş, təkmilləşdirilmiş, mükəmməl alətə çevrilərək dövrümüzə 

qədər gəlib çıxmışdır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında belə çalğı 

alətlərinin böyük rolu və əhəmiyyəti olmuşdur.  

Dünyanın  ən qədim yaşayış  məskənlərindən biri olan Azərbaycanda çalğı 

alətlərimizin qədimliyini təsdiqləyən kifayət qədər tarixi, arxeoloji, etnoqrafik, 

ədəbi və linqvistik mənbələr var. Araşdırmalardan aydın olur ki, Azərbaycanda 

musiqi mədəniyyətinin inkişafı Daş dövründən, e.ə. XVIII-XV minilliklərdən 

başlayır.  

Müxtəlif dövrlərdə yaşayan və özündə ixtiraçılıq istedadı olan Azərbaycan 

sənətkarları musiqi mədəniyyətimizə ecazkar səsli bir sıra çalğı alətləri bəxş 

etmişlər. Bu alətlər Azərbaycan musiqi mədəniyyətinin ilkin təzahür formalarından 

biri olmaqla onun ən qədim köklərinin, təşəkkül dövrünün öyrənilməsində böyük 

rolu vardır. Belə alətlərin sırasında kamança da özünəməxsus yer tutur.  

Kamança yayla (kamanla) çalınan telli alətdir. Ümumiyyətlə, çalğı alətləri səs 

mənbəyi nəzərə alınmaqla 4 qismə ayrılır: 1. İdiofonlu (özənsəsli) alətlər; 2. 

Aerofonlu (səs mənbəyi hava, nəfəslə alınan) alətlər; 3. Membranofonlu (səs 

mənbəyi dəridən alınan) alətlər; 4. Xordofonlu (telli, səs mənbəyi tellərdən alınan) 

alətlər.  

Xordofonlu alətlər qrupuna daha çox alət daxildir. Bu qrupa aid edilən alətlər 3 

üsulla səsləndirilir: 1. Mizrabla; 2. Yayla (kamanla); 3. Vurmaqla (çubuqları 

döyəcləməklə).  

Kamança xordofonlu qrupun yayla səsləndirilən telli alətlər sırasında özünə yer 

almışdır. Bir sıra çalğı alətləri təkamül və inkişaf mərhələləri keçdiyi kimi, 

kamança da təkamülləşərək müəyyən dəyişikliklərə məruz qalmışdır.  

Qədim telli alətlərin yaranma tarixi Azərbaycan ərazisində uzaq keçmişə gedib 

çıxır. Bu alətlərin tarixi inkişafını iki mərhələdə – antik (qədim) və Orta əsr 

dövrlərində təhlil etmək, araşdırmaq tələb olunur.  

Təkcə onu demək kifayətdir ki, indiki İran  ərazisində, azərbaycanlıların 

yaşadığı Cığamış şəhəri yaxınlığında tapılan və üstündə telli alətlərin təsviri həkk 

olunmuş gildən hazırlanmış qabın yaşı 8 min ili ötür. 

 İlk yaradılmış telli alətin elmi adı “monoxord”dur. Monoxord yunan 

(monoxordos) sözüdür, “mono” – tək, “xord” isə tel deməkdir 

1

.  



                                                 

1

  Келдыш  Г.В.  Музыкалъный  энциклопедический  словаръ.  Москва,  Советский 



Энциклопедия, 1980, с. 353; Должанский  А.Н.  Краткий  музыкалъный  словаръ.  Ленинград, 

Музыка, 1964, с. 208-209.  




KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



109 

Sənətşünaslıq namizədi (sənəşünaslıq üzrə fəlsəfə doktoru

2

) Aslan Məmmədov 



“Simli musiqi alətlərimiz” adlı əsərində monoxord tipli alətləri dilimizdə “musiqili 

yay”  şəklində  təqdim edir. O, monoxord alətləri araşdırarkən yazır: “Coğrafi 

şəraitdən, düzəldildiyi materialdan, eləcə də alətlər arasındakı ölçü fərqi və ən əsası 

isə tayfaların etnik köklərindən irəli gələn dil xüsusiyyətləri monoxordun müxtəlif 

cür adlanmasına gətirib çıxarmışdır. Məsələn, Hindistanda – pinaka, marilərdə – 

kon-kon, Yeni Zelandiyada – ukeke və s.” 

3



Daha sonra A.Məmmədov R.İ.Qruberə istinad edərək bu alətlərin müxtəlif 



üsullarla səsləndirildiyini bildirir 

4

: “Bir tayfada alət yerə qoyularaq, digərində 



alətin bir ucu ağız boşluğunda, bir başqasında isə çiyin bərabərində tutularaq ifa 

edilmişdir” 

5

.  


İlk telli çalğı alətlərinin yaranma tarixini dəqiq təyin etmək mümkün 

olmamışdır. Lakin quruluşunun sadəliyinə görə, ilk telli çalğı alətlərini kifayət 

qədər qədim dövrə aid etmək olar. Bu qəbildən olan alətlərin təxmini də olsa 

yaranma tarixini müəyyənləşdirmək üçün kaman və oxun kəşf olunma dövrünü 

öyrənməliyik.  

Təsviri incəsənətin tanınmış nümayəndəsi, sənətşünaslıq doktoru Nəsir Rzayev 

(1919-1998) “Əsrlərin səsi” əsərində kamanla bağlı yazır: “Azərbaycanın ən qədim 

sənət abidələrini biz, hələlik, ancaq Qobustan qaya təsvirlərində görə bilirik. İti 

uclu daş ilə qaya üzərində cızılmış bu təsvirlər e.ə. XIII-X minilliyə aiddir. Onlar 

siluet  şəklində, ön, arxa və yan tərəfdən təsvir edilmiş, kürəklərində kaman olan 

ovçuların sxematik təsvirlərindən ibarətdir”

6

.  



Kaman qədim silah alətlərindən biridir. Belə alətlərdən Azərbaycanda Mezolit 

dövründə ov və döyüş zamanı istifadə edilərdi, kamanın kəndirinə ox qoyub atırdı-

lar. Qədim yunan coğrafiyaşünası və tarixçisi Strabon (e.ə. 64/63 - e. 23/24) “Coğ-

rafiya” əsərində Qafqaz Albaniyası, Atropatena (indiki Azərbaycan ərazisi) və Xə-

zər dənizi haqqında geniş  məlumat verir 

7

. O, əsərində burada yaşayan tayfaların 



kamandan silah kimi çox gözəl istifadə etdiklərini bildirir.  

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli  Əliyev 

“Gəmiqaya rəsmləri” adlı  məqaləsində (“Tarixin izləri ilə”  əsəri) yazır: 

“Qayalardan birinin üzərində maraqlı ov səhnəsi var. Ayaq üstə dayanmış ovçu 

şəkli diqqəti daha çox cəlb edir. Ovçunun sərrast atdığı ox keçilərdən birinin 

köksünə sancılıb. Arxeoloji qazıntılardan məlumdur ki, ox və kaman qədim 

Azərbaycan tayfalarının həyatında da uzun müddət mühüm rol oynamışdır. Odur 

ki, Gəmiqayadakı ov səhnələrində bu alətlərin əks etdirilməsi heç də təsadüfi deyil. 

                                                 

2

 2010-cu ildən etibarən Azərbaycanda AAK-nın qərarı ilə “sənətşünaslıq namizədi” elmi dərəcəsi 



“sənətşünaslıq üzrə fəlsəfə doktoru” sözləri ilə əvəz olunmuşdur.  

3

 Məmmədov A.K. Simli musiqi alətlərimiz. B.: Nafta-Press, 2001, s. 6.  



4

 Грубер Р.И. История музыкалъной кулътуры. Том, частъ. Москва, Музыка, 1941, с. 141.  

5

 Məmmədov A.K. Simli musiqi alətlərimiz. B.: Nafta-Press, 2001, s. 7.  



6

 Rzayev N.İ. Əsrlərin səsi. B.: ADN, 1974, s. 4. 

7

 Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, V c., B.: 1981, s. 229.  




KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



110 

Daha sonra Vəli Əliyev “Gəmiqaya rəsmlərinin ən qədim nümunələrinin təxminən 

4000-5000 il bundan əvvələ aid olduğunu” qeyd edir 

8

.  



Musiqi alətşünaslığında yayla (kamanla) səsləndirilən çalğı alətlərinin vətəni 

Qədim Misir sayılır 

9

. Eramızdan əvvəl təxminən IV-III əsrlərdə yayla (kamanla) 



səsləndirilən ilk alət – rübab (yaxud rebab) yaradılmışdır. 

Araşdırmalar nəticəsində aydın olmuşdur ki, yaylı-kamanlı çalğı alətlərinin 

dərindən tədqiqi üçün məhz Orta əsrlərin qaynaqları daha etibarlı mənbələr sayıla 

bilər. Onu da qeyd edək ki, Orta əsrlərdə ayrı-ayrı adlarla bir sıra ölkələrdə 

müxtəlif kamanlı alətlər icad olunub. Lakin dövrümüzə  qədər onlardan daha çox 

kamança “mühafizə” edə bilmişdir.  

Azərbaycanda kamanlı alətlərin VII-VIII əsrlərdən yayıldığı ehtimal edilir. Bu 

da  İslam dininin yaranması ilə  əsaslandırılır. Yəni, başqa ölkələrdə, o cümlədən 

Azərbaycanda  İslamı  təbliğ edən  ərəblər özlərinin musiqi mədəniyyətlərini də 

yayırdılar. Kamanlı (yaylı) rübab da beləcə Azərbaycana yol açmış, sonrakı 

mərhələlərdə – müxtəlif dövrlərdə bu alətin  əsasında azərbaycanlılar tərəfindən 

fərqli  şəkildə digər yaylı alətlər yaradılmışdır. Nümunə üçün Azərbaycanda 

müxtəlif dövrlərdə istifadə edilən çəğanə, yektay, qabaq kamanə, çaqanaq, bəm ça-

qanaq, əhsən vəlləz, ğicək, iklik, kamança, bəm kamança, əsa kamança, ney-kaman 

(yaxud neykamança), pandur, şeşkaman, yaylı tənbur, yaylı qopuz, qıl qopuz və s. 

yaylı-telli alətlərin adlarını qeyd edə bilərik.  

Azərbaycanda kamançanın ilkin forması kamanlı rebab (rübab) adlanmışdır. 

Bu alət quruluşca primitiv, yəni at quyruğunun tüklərindən topa halda hazırlanmış 

bir teli, nisbətən kiçik ölçüdə çanağı olmuşdur. Sonrakı  mərhələlərdə qol, şiş 

(dəmir ayaqcıq), tac (kəllə) hissəsi və çanağın ölçüləri və materialında müəyyən 

dəyişikliklər edilmişdir.  

Məlumdur ki, kamançanın araşdırılmasında  əsas mənbələr klassik poeziya 

nümunələri,  şifahi xalq yaradıcılığı, təsviri sənət nümunələri və  qədim yazılı 

risalələr hesab olunur. Məhz bu kimi nümunələrdən kamançanın yaranması, 

təkmilləşməsi və istifadə olunma məkanı haqqında aydın təsəvvür almaq 

mümkündür.  

Kamançanı Orta əsrlərdə yaşamış Nizami Gəncəvi (1141-1209), Fədai Təbrizi 

(XVI əsr), Rüknəddin Məsud Məsihi (1580-1636) və Azərbaycanın başqa klassik 

şairləri  şeirlərində  vəsf etmiş, onların quruluşuna, tembr xüsusiyyətlərinə dair 

məlumat vermişlər. Deməli, XII-XVII əsrlərdə müasir formalı kamança aləti 

formalaşırdı.  

Kamançanın Orta əsrlərdə inkişafda olduğunu təsdiqləyən başqa bir faktı da 

qeyd edə bilərik. Azərbaycanın, eləcə də Şərq dünyasının böyük musiqişünas alimi 

                                                 

8

 Əliyev V.H. Tarixin izləri ilə. B.: Gənclik, 1975, s. 51.



9

 С.Л.Сперанский. Музыкальные товары. Москва, “Экономика”, 1987, с. 52 (rus dilində). 




KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



111 

Səfiyəddin Urməvi “Kitabül-ədvar”  əsərində kamançanın təsvirindən, köklənmə 

qaydalarından, texniki imkanlarından, ifa xüsusiyyətlərindən söz açmışdır

10

.  



Azərbaycanın böyük musiqi alimi, şair, xəttat, həm də bir sıra müxtəlif 

üsullarla səsləndirilən çalğı alətlərinin mahir ifaçısı Kamaləddin  Əbdülqadir bin 

Qeybi  əl-Hafiz Marağalı (1353-1435) farsca yazdığı “Məqasidül-əlhan” (Rauf 

Yekta bəy nüsxəsində) və “Fəvaid-i  əşəra” risalələrində kamança, qicək,  əhsən 

vəlləz, nayi tənbur kimi yayla çalınan alətlərin adlarını  çəkir. O, bu alətlər 

haqqında dəyərli məlumat verməklə onların bir-birinə bənzər və fərqli cəhətlərini 

qeyd edir 

11

.  



Xatırladaq ki, Ə.Marağalı çalğı alətlərini təsnifatlaşdırarkən onların mütləqat, 

müqəyyədat və məcrurat növlərə ayrıldığını bildirir 

12

. O, telli alətlərin bir qismini 



müqəyyədat qrupa aid edir. Müqəyyədat – çalınarkən telləri barmaqla basılan 

alətlərə deyilir. Ə.Marağalı kamanla (yayla) səsləndirilən alətləri də bu qrupa aid 

edir. Lakin yayla səsləndirilməsinə görə Ə.Marağalı kamança, qicək, əhsən vəlləz 

və nayi tənburu məcrurat tipli alətlər adlandırır.  

M.Bardakçının tərcüməsində Ə.Marağalının kamança ilə bağlı qeydləri belədir:  

“Kamança: Yaylı çalğı alətlərindəndir. Bəzi kamançaların çanağı təbii şəkildə 

– hind cevizindən (qoz, kokos – T.Ə.) hazırlanır. Telləri isə at quyruğunun 

tüklərindən (topa halda – T.Ə.) ibarətdir. Bəzi kamançaların çanağı isə içi oyulmuş 

ağacdan olur, üzərinə isə inəyin ürəyinin pərdəsi çəkilir və ipəkdən hazırlanmış 

teldən istifadə olunur. İkinci, yəni sonuncu kamançalar daha mükəmməldir” 

13

.  


Filologiya elmləri namizədi Məmmədəli Müsəddiqin kamança ilə bağlı 

tərcüməsində “əhsən vəlləz” adlı əlavə bir yaylı alət də təqdim olunur:  

“Kamançanın ikinci növü də vardır. Bu əhsən vəlləz adlanır. Onun kökləmə və 

istifadə qaydası da o birisi kimidir. Amma simdə çalınan nəğmə yuxarı simdə 

çalınan mütləq nəğmənin dörddə üçü qədər olur. Qalan məsələlər və  nəğmələrin 

çalınması çalğıçının özündən asılıdır. Onu istənilən havaya kökləyə bilər” 

14

.  


Deməli, əhsən vəlləz quruluşca eyni ilə təqdim edilən kamança formasındadır. 

M.Müsəddiqin tərcüməsindən  əhsən vəlləzin telləri kvarta nisbətində kökləndiyi 

aydın olur. Burada köklənmə qaydasına görə  əhsən vəlləz kamançadan 

fərqlənirmiş.  

Kamançanın adına Orta əsrlərin digər mənbələrində  də rast gəlirik 

15

. 1474-



1478-ci illərdə Təbrizdə Uzun Həsənin sarayında Venetsiyanın elçisi olmuş İosafat 

                                                 

10

 Əsədullayev T.M. Kamança alətinin yaranmasına və təkamülünə bir baxış. // “Konservatoriya” 



jurnalı. B.: 2009, №3-4, s. 68.  

11

  Ə.Marağalı. Musiqi alətləri və onların növləri (farscadan tərcümə M.Müsəddiqindir). // 



“Qobustan” №1, 1977, s. 76-77.  

12

 Murat Bardakçı. Maragalı Abdülkadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 100 (türkcə).  



13

 Murat Bardakçı. Maragalı Abdülkadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 106 (türkcə).  

14

 Ə.Marağalı. Musiqi alətləri və onların növləri (farscadan tərcümə: M.Müsəddiq). // “Qobustan” 



jurnalı №1, 1977, s. 77.  

15

  Səfərnameha-ye Veneziyan dər  İran. Mənuçöhr  Əmirinin ingiliscədən fars dilinə  tərcüməsi. 



Tehran: 2003 (1381 hicri), s. 69.  


KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



112 

Barbaroya (1413-1494) istinadən tarix elmləri doktoru, professor Seyidağa 

Onullahi (1924-2003) “Qədim Təbrizin mədəniyyət tarixindən (X-XVII əsrlərdə)” 

adlı  məqaləsində qeyd edir: “…Digər venetsiyalı elçi İosafat Barbaro 

16

 yazır ki, 



mən şahın yanına getdiyim ilk gündə (Təbrizdə Uzun Həsənin sarayında olmuşdur 

– S.O.) xanəndələr və çalğıçılar onun yanında idi. Bu çalanların bir yard (0,7 metr) 

uzunluğunda zəngləri var idi. Zənglərin nazik ucunu yuxarı tuturdular. Bundan baş-

qa cəng, ud, kamança, sinc, ney də var idi və yaxşı çalırdılar. Sonra bir dəstə 

rəqqasə qadınlar Uzun Həsənin xidmətinə  gəldi. Onlar oynayır və musiqi ça-

lırdılar” 

17

.  


S.Onullahi daha sonra həmin məqalədə Uzun Həsənin sarayında dəf, təbil, 

zurna, nağara, luli, zəng, cəng, çəng, bərbət, ud, kamança, ney və sinc alətlərindən 

istifadə olunduğunu yazır 

18

.  



Deməli, XV əsrin sonlarında Uzun Həsənin sarayında digər çalğı alətləri ilə 

yanaşı kamançadan da geniş istifadə edilirdi.  

II  Şah  İsmayılın (1533-1577) hakimiyyəti illərində saray musiqisində önəmli 

yer tutan alətlərdən biri də kamança olmuşdur. Həmin illərdə kamança ilə yanaşı 

ud, çəng, tənbur və çahartardan da sarayda geniş istifadə edilirdi.  

İ.Barbaro (1413-1494), F.Kotov (XVII əsrin I yarısı), A.Oleari (1603-1671), 

E.Kempfer (1651-1716), P.Vostrikov (XIX əsrin sonu) kimi səyyahlar xatirələrində 

Azərbaycanda rastlaşdıqları və dinlədikləri çalğı alətləri haqqında qeydlər etmişlər. 

Təəssüf ki, onlar (E.Kempfer istisna olunmaqla) milli alətlərimizi öz adı ilə deyil, 

tanıdıqları Avropa alətlərinin adı ilə qələmə almışlar: ney – svirel, gərənay – truba, 

nağara – baraban, qaval – buben, qanun – sitra, balaban –fleyta, ud – lyutniya, 

zurna – rojok, santur – simbal, sinc – tarelka, tütək – dudka, kamança – qudok və s.  

Alman səyyah və təbiətşünası Engelbert Kempfer

19

 (1651-1716) İsveç səfirliyi-



nin nümayəndəsi kimi XVII əsrin sonunda Azərbaycanda (19 dekabr 1683-cü ildə 

Şamaxıda, 6-9 yanvar 1684-cü ildə isə Bakıda) olmuşdur. O, yol qeydlərinin “XVII 

əsr  Şərq musiqi mədəniyyəti” adlı  fəslində Azərbaycanda rastlaşdığı 23 çalğı 

alətinin həm rəsmini çəkmiş, həm də bu alətlərin hər biri haqqında ayrıca məlumat 

vermişdir . Bu alətlərdən biri də haqqında söhbət açdığımız kamançadır. Engelbert 

Kempfer rəsmdə kamançanı 18 rəqəmi ilə göstərmişdir.  

Maraqlıdır ki, E.Kempfer digər səyyahlardan fərqli olaraq gördüyü çalğı 

alətlərini öz adı ilə latınca yazmışdır. Məhz bu baxımdan onun xatirələri daha 

dəyərlidir.  

                                                 

16

  Səfərnameha-ye Veneziyan dər  İran. Mənuçöhr  Əmirinin ingiliscədən fars dilinə  tərcüməsi. 



Tehran: 2003 (1381 hicri), s. 69.  

17

 Onullahi S.M. Qədim Təbrizin mədəniyyət tarixindən (X-XVII əsrlərdə). // “Qobustan” jurnalı. 



B.: 1974, №3, s. 56.  

18

 Yenə orada.  



19

 Kaempfer E. Amoenitatum exoticarum politico-physico-medicarum. Fasciculus V. Lemgoviae, 

Typis & impensis H.W/ Meyeri, 1712. p. 740-745. 

 

 




KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



113 

Nəticə olaraq kamançanın mənşəyini araşdırarkən məlum oldu ki, ilk yaylı 

alətlər Qədim Misirdə yaranmışdır. Daha sonra dünyanın  ən qədim xalqları 

özünəməxsus  şəkildə  fərqli yaylı alətlər hazırlamışlar. Azərbaycanda da bir sıra 

müxtəlif adlarla yaylı çalğı alətləri hazırlanılmışdır: yaylı rübab, çəğanə, kamança, 

qicək, nayi tənbur, çaqanaq və s.  

Beləliklə gördüyümüz kimi, adları sadalanan yaylı alətlərin Azərbaycanda  ən 

mükəmməli kamançadır. Elə Orta əsr mənbələrini də izlədikdə kamança digər yaylı 

alətlərlə müqayisədə üstün tutulmuşdur. Bu alət  əsrlərin süzgəcindən keçərək 

inkişaf etdirilmiş və dövrümüzə qədər gəlib çıxmışdır. 



Yüklə 57,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə