Microsoft Word KÜLTÜr evreni 17. sayı. doc



Yüklə 45,94 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü45,94 Kb.
#38308


KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



75 

 

 

 

 

İRAN HÜQUQ QANUNLARINA GÖRƏ CİNAYƏT VƏ 

CİNAYƏTKARLARIN  XARAKTERİ 

 

İRAN HUKUK İLKELERİNE GÖRE SUÇ VE SUÇLULARIN 

ÖZELLİKLERİ 

 

THE CHARACTERISTIC OF CRIMINALITY AND CRIMINALS 

WITH LEGALITY PRINCIPLES IN IRAN 

 

ОСОБЕННОСТЬ ПРЕСТУПНОСТИ И ПРЕСТУПНИКОВ В 

ПРИНЦИПАХ ЗАКОННОСТИ В ИРАНЕ 

 

 



Soheila BAYBORDİ

*

 

 

 



 

Özet:  

Kriminolojide üç ana grup vardır: Suç, suç işleyen ve ceza. Bütün hukuki düzenlemeler 

bu üç grup üzerinden gerçekleştirilir. Suç, yasalara aykırı bir eylemdir. Bir eylem, başka 

zamanda ve yerde suç sayılırken yine başka zaman ve yerde suç sayılmaz. Suç, göreceli bir 

kavramdır. Sosyal olmayan davranışların nedeni hukuktaki boşluklardır. Farklı nedenlerle 

sosyal ortamlarda suça sebep insanlardır. 

Sosyal çevre, aile, rastlantılar, seçici veya kendiliğinden oluşan ortamların bileşimidir. 

Genel olarak yaygın suç kapsamı birbirine benzemez. Burada; coğrafya, iklim, sosyal-

lik, ekonomik durum, aile yapısı, kültürel koşullar, özel yeterlilik gibi subjektif nedenler 

dikkate alınmalıdır. 



Anahtar Kelimeler: Kriminoloji, suç, ceza, yasalara aykırılık, sosyal ortamlar  

 

Summary 

From viewpoint of criminology, crime, criminal and gory constitutes three main 

groups. The performance or abandonment of act that make the problems in discipline and 

comfort of society and law defined the payoff for them are crime. This crime is voluntary 

                                                 

*

 Department of Theology, Science And Vesearch Branch, Islamic Azad University, 



Astara/IRAN 

 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



76 

act against the law. The crime is relative social phenomenon, because many acts in 

particular time and location are crime whereas in other time and location aren’t crime. The 

juridical vacuum cause accession of unsocial behavior. The social environments with 

different reasons lead the humans into the crime. The social environments divided into the 

family, randoms, selective and levy environments. In general the range of outbreak crime 

isn’t similar and this range impressible frome the geography, climatic, sociality, economic, 

family, cultural conditions and take of subjective adequacy. 



Key Words: Criminology, criminal, punishment, against the law, social environments, 

 

 



I Cinayət anlayışları: 

İran İslam cəza qanunun ikinci maddəsinə əsasən, hər hansı bir cinayətin törədilməsi 

və ya törədilməməsindən asılı olamayaraq, qanunala cəza müəyyən olubsa o, cinayət hesab 

edilir. Beləliklə, hər hansı bir şəxsin ictimaiyyətə ziyanverici və qeyri-adi davranışı hüquqi 

mətnlərdə əksini tapmayıbsa, işi törədən təqib olunmalı deyil (1375-ci il hicri-şəmsi, islam 

cəza qanünun 575-ci maddəsi) (Ğolduziyan İ.R. 2009: 65-66). 



1.1 Cinayət və cinayətkarın xarakteri: 

Sosioloq Durxeimin fikrinə görə: “hər hansı bir əməl çəza ilə müvafiq olsa, cinayət 

hesab olunur. Belə ki, hər bir əməl və ya o əməlin yerinə yetirilməməsi, sosial inzibati 

qaydaları  və rahatçılığı pozarsa, qanuna görə  cəza müəyyən edilsə, bu hal cinayət hesab 

olunur. Durxeimə görə cinayətkar o zaman məhkum olunur ki, onun törətdiyi hal cinayət 

hesab olunsun. Qanun baxımından, cinayət elə bir əməldir ki, hər bir ölkənin ümumi cəza 

hüquqi halları ilə fərqli olsun və cinayətkar o kəsdir ki, müəyyən bir zamanda onun əməli 

dövlət hüququ ilə zidd olsun. 



Cinayətkara yanaşmanın üsulları: 

1. Hüquqi və qanuni yanaşma:  Cinayət, qanun əleyhinə könüllü bir əməldir ki, 

müdafiə olmadan bağışlanmayır, cinayətkar həbs olunmalıdır və hökumət tərəfindən 

cəzalandırılmalıdır. 

2. Hüquqi-sosial yanaşma: Qanunvericilik tədbirlərinin boş olması, anti sosial davra-

nışın baş verməsinə səbəb olur. Cinayət hüququnun müəyyənləşdirilməsi iki meyarla təyin 

olunur. Birincisi: sosial qaydaları pozan və ya ona təcavüz edən davranışlar üçün, ikincisi 

hüquqi qaydaları pozaraq, törədilən iş üçün cəza. Başqa sözlə, sosial baxımdan hüquq 

pozuntularına görə  cəza demək olar ki, cəmiyyətdə normal fenomendir. Çünki, 

ictimaiyyətdə cinayətkarın törətdiyi düşmənçilik və nifrət hissləri əsasında müəyyən olunur. 

Əlbəttə düşmənçilik və nifrətin dərəcələri müəyyən ictimaiyyət daxilində insanlarda 

fərqlidir. 



3. Mədəniyyətlərarası yanaşma:  Hər bir qrupun davranışı bir sıra meyarlara 

malikdirlər ki, bu norma adlanır. Bu normalar mütləq hüquqi əsaslarla tənzimlənməyib. 

Lakin qrup üzvü olan hər bir kəs normal və ya anormal cinayət əməli edirsə, bu normalar 

hər bir icmanın mədəni dəyərləri ilə müəyyənləşdirilir. 



4. Böhtani yanaşma: Bu yanaşmaya görə cinayətkar o kəsdir ki, o, başqaları 

tərəfindən günahlandırılır. (Sütüdə H.İ. 2001:2). Bu yanaşma hesab edir ki, davranışlar bir 

başa cinayətdən kənarlaşmayır, lakin, bu mədəni qrupların davranışları kütləvi cinayət 

hesab edilir. 




KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



77 

5. Dünyəvi yanaşma: Bu yanaşmanın prinsiplərinə görə bütün şəxslərin gərək sosial 

təminatı olsun və vətəndaş hüquqları, rifah özəllikləri, təhsil, səhiyyə və s. ilə təmin edilsin 

və cinayət hüququnda bu hallar nəzərə alınsın. Bu hüquqların inkarı və ya ondan yayınmaq 

cinayət hesab edilsin.(2, s.128-130). 



1.2. Kütləvi nisbilik fenomeni: Qeyd etmək lazımdır ki, cinayət bir sosial fenomendir 

və olduqca nisbi anlayışdır, çünki cinayət baş vermə zamanına və yerinə görə  bəzi 

ölkələrdə cinayət halı hesab edilər, bəzilərində isə cinayət hesab edilməz. Məsələn: İslam 

dinindən öncə  qız körpələrinin diri-diri basdırılması  ərəb qəbilələri arasında həyata 

keçirildiyi halda bu əmələ görə heç bir cəza nəzərdə tutulmurdu. lakin İslam dininin 

qəbulundan sonra bu əməl günah sayılmışdır. Afinada və Çukçi qəbilələrində mavilik, 

Spartada oğurluq cinayət sayılmasa da, bu hallar bir çox cəmiyyətlərdə cinayət hesab edi-

lirmiş. Valideyin qətli Fici adalarında, ata qətli Eskimoslarda, qız öldürmək qədim Çində 

cinayət kimi tanınmayıb. ABŞ-da qırmızıdərililərin, bir çox məzlum yoxsulların əcnəbilərin 

mülkiyyətlərini qarət etmələrini oğurluq və pis hal hesab etməmişlər, lakin sosial 

mütəfəkkirlər bu şərhlərin heç birini qəbul edilməmişdir. Eskimos qadınları əgər ərlərindən 

daha güclü bir kişi tərəfindən oğurlanarsa, cəzalanmaq  əvəzinə o kişi (qadını  oğurlayan) 

eskimos camaatı  tərəfindən alqışlanır. Çünki, o kişi az təminatlı bir ailəni məhv etməsini 

bacarıb. Lakin demək olar ki, hər yerdə cinayətə münasibətdə  cəmiyyətin baxışı eyni 

deyildir(Şeyxavəndi D.A. 2000: 8-82). 

1.3. Cinayət, cinayətkar, cinayətkarliq: Kriminologiyada cinayət, cinayətkar və 

cinayətkarlıq fenomenləri üç əsas qrupa bölünür. İctimai qaydaları pozan və həmin hərəkətə 

görə cəza müəyyən olunan əməl cinayət adlanır. Hər bir cinayətin formalaşması üçün şəxsə 

təsir göstərən səbəblər var ki, bu onu münaqişə və dözümsüzlüyə sarı aparır. Bu təsirlərin 

nəticələri səhvin törədilməsidir və səhvi törədən şəxs cinayətkar adlanır. Cinayətkarlıq bir 

qrup cinayətlərdir ki, müəyyən zaman və  məkanda törədilir. Jambo-Merlene görə: 

“cinayətkarlıq bir fenomenidir ki, cinayətkar nəzərə alınmadan da araşdırma aparmaq olar. 

Bu halda cinayətin kütləvi sıxlığı, müxtəlif cinayət növlərinin  əhəmiyyəti, cinayətlərin 

sosial dəyişikliklərinin zamanı, məkanı, irqi, dini və başqa xüsusiyyətləri diqqətlə  tədqiq 

edilsin (Ğolduziyan İ.R. 1999:236-237). 

Bu istiqamətdə Lak - Saynın fikirlərinə diqqət edək: ”cinayətkarlıq bir sosial 

mikrobdur. Bu mikrob cinayət üçün münbit şərait olmayınca baş vermir və heç bir cinayət 

törədilmir. İranda cinayətkarlıq, bütün cinayətlərə deyilir. Elə cinayət var ki, cinayətkardan 

qisas yəni, ölümə-ölüm tələb olunur. Bəziləri diyətlə, yəni, maddi cəzalanmaya sövq edilir. 

Bəzi cinayətlər var ki, şəriətdə miqdarı müəyyən olunan hədd cəza qanunları ilə 

cəzalandırılır. Təziri cəza qanunları isə miqdarı  şəriətlə deyil, hakim tərəfindən müəyyən 

edir (Tacdar Ə.H. 2009:3). 

II Cinayətin mənşəyi: 

Cinayətin mənşəyini araşdırarkən sosial mühit mütləq nəzərə alınmalıdır. 

Sosial mühit, müxtəlif səbəblərin təsirindən insanları cinayət törətməyə  səbəb olur. 

Buna görə də, mövzunu araşdırmaq üçün, sosial mühiti bir neçə istiqamətdən təhlil etmək 

lazım gəlir. Sosial mühiti bir neçə qrupa bölmək olar: ailə mühiti, təsadüfi mühit, seçilmiş 

mühit və tətbiqi mühit. Hər bir mühitin öz daxilində cinayətin törədilməsində böyük rolu 

var. 

1. Ailə mühiti: Ailə elə bir mühitdir ki, şəxs orada doğulur və bu mühitdə onun 

şəxsiyyəti formalaşır. Bu mühit sosial yayınmaqları ilə o cümlədən, cinayətin törədilməsi 

ilə birbaşa  əlaqədardır. Nəzərə almaq lazımdır ki, ailənin dağılması, uşaqların evdən, 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



78 

məktəbdən yayınmasına səbəb olur. Bu hal onların boş-boş dolanmasına və sonda müxtəlif 

mənfi işləri törətmələrinə  gətirib çıxarır. Beləliklə, demək olar ki, uşağın sosial mühitdə 

formalaşma prosesləri ailədən başlanır. Ailə ictimaiyyətin kiçik bir üzvüdür. Uşağın 

doğulub, böyüdüyü ailə mühitinin onun mənəvi və cismi təkmilləşməsində mühüm rolu 

var. Ona görə də bu mühit saf tutulmalıdır. 



2. Təsadüfi mühit: 

Təsadüfi və ya müvəqqəti mühit, məktəb, iş və əsgərlik zamanına deyilir. Bu mühitlər 

həyatın bir mərhələsidir və öz növbəsində insanın formalaşmasında və tərbiyəsində, onların 

normal sosial həyata uyğunlaşmasına, yayınma hallarına və cinayətin törədilməsinə  təsir 

edir. 

3. Seçilmiş mühit: 

Seçilmiş mühit elə bir mühitdir ki, onu şəxs özü seçir. Buraya: ailə qurmaq, iş yeri 

seçmək, istirahət mərkəzləri secmək və s. daxildir. 

4. Tətbiqi mühit: 

Tətbiqi mühitdə şəxsin azadlığı məhdudlaşır və şəxsin özünün bu barədə qərar vermə 

ixtiyarı yoxdur. Bu mühitə misal olaraq həbsxanaları, tərbiyə  və islah mərkəzlərini və s. 

göstərmək olar. 



III Mühit amilləri: 

Cinayətin törənməsində mühit amillərinin rolu danılmazdır. Belə ki, şəraitdən asılı 

olaraq cinayətin səviyyəsi müxtəlif olur. Cinayətin səviyyəsi coğrafi, iqlimi, sosial-iqtisadi 

və  iş  şəraitindən, habelə ailə  vəziyyətindən, tərbiyə aldığı mühitdən, fərdlərin 

düşüncələrindən və insanlararası münasibətlərdən asılıdır. 

1.Şəhər həyatı və kənd sakinlərinin şəhərlərə səbəbsiz miqrasiyaları: 

Şəhər həyatının cəlbediciliyi kənd sakinlərinin  şəhərlərə  səbəbsiz və  mənasız 

miqrasiyalarına yol açır. Bu miqrasiyalar çox ağır nəticələrlə sonlanır. Miqrasiyaların 

kütləviliyi bir çox problemlər yaradır. Çünki, bu səbəbdən əhalinin sayı kəskin artırdığın-

dan zorla məskunlaşma, qeyri-qanunu mənzil tikintisi nəticəsində  şəhərlərin  əsas mərkəzi 

məhv olur və onun əvəzində xarabalıqlar, yoxsul və aşağı səviyyəli məhələlər yaradılır ki, 

bu amil öz növbəsində sosial münasibətlərdə, qeyri əxlaqi davranışlarda və cinayətin 

törədilməsində mühüm rol oynayır. İri şəhərlərdə əhalinin həddən artıq artması nəticəsində 

şəhər sakinləri arasında həyəcan, çaşqınlıq, narahatlıq, qorxu, təşviş yaranır. Belə ki, tez-tez 

vətəndaşlar arasında münaqişə baş verir. Bu şəhərlərdə cinsi yayınmaq, narkomanlıq, 

sərxoşluq, qaçaq mal alveri, mənfəət axtarışı  və qeyri-sağlam münasibətlər, iqtisadi 

gərginlik daha çox artır.  Şəhərlərdə ailələr təcrid olunmuş  səraitdə özünə qapanır, üz-üzə 

səmimi münasibətlər şəhər sakinləri arasında aşağı səviyyədədir. Kənd sakinlərinin şəhərə 

miqrasiyaları, kəndin yoxsulluğunu şəhərə köçürür və lazımsız işlərin törədilməsinə səbəb 

olur. Kənd sakinlərinin  şəhərdə  məskunlaşması  əvvəlcədən planlaşdırılmadığından 

şəhərlərə miqrasiyaları ilə, bir çox problemlərlə üzləşirlər ki, onlardan biri də  işsizlikdir. 

İşsizlik nəticəsində cəmiyyətə zidd və qeyri-qanuni işlərə, o cümlədən narkotik maddələrin 

alverinə, vasitəçiliyə  və s. bu kimi neqativ işlərə  gətirib çıxarır ki, bunlar içtimayyətdə 

cinayətin yayılmasına yardım edir. 

2. Təcrid: 

Təcrid, gecəqondularda yerləşmək anlayışdır ki, bu qeyri-ənənəvi yaşayış  və ya 

xoşagəlməz mühiti olan məhəlləyə aiddir. Çarlz-Abramz gecəqondu yerlərini belə izah edir: 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



79 

“Şəhərin və ya tikintinin tibbi xidmətlə  təmin olunmayan, yaşayış  məntəqəsində yüksək 

əhali sıxlığı yaşanan, lazımı rahatlığın olmaması və təbii fəlakətlər üzündən risklərin olması 

və b. səbəblərlə seçilən ərazi xarabalıq və ya xaraba yaşayış yerləri adlanır”. 

Beləliklə, demək olar ki, təcrid və ya gecəqonduda yaşayış, cinayətə yol açan faktordan 

biridir. Böyük şəhərlərdə yaranan sosial təbəqələşmə nəticəsində təntənəli yaşayış tərzi ilə 

onların durumu kəskin fərqlənir. Şəhərdə carı yaşayış xərclərinin ağırlığı və eyni zamanda 

onların gəlirinin xərclərindən aşağı olması  səbəbindən və ehtiyaclarını ödəmək üçün 

qanunsuz yollara əl atmağa məcbur olurlar. Belə  ərazilərdə insani dəyərlərin və sosial 

çəkingənliyin itirilməsi səbəbindən bir sıra hərəkətlər, o cümlədən, oğurluq, narkotikaya 

meyillilik, qadağan mal və insan alveri, fahişəlik və başqa bu kimi neqativ hallar inkişaf 

edir. 


3. Yoxsulluq və işsizlik: 

Yoxsulluq və  işsislik hallarının cinayətin törədilməsində rolu büyükdür. Bəzi 

sosioloqların fikrinə görə, yoxsulluq və işsizlik, yoxsul fərdlərdə əskiklik hislərini yaradır 

və bu da cinayət törətməyə sövq edir. Məsələn, bir çox qızların yüngül həyat tərzi yaşama-

larına məhz sosial durumları  səbəb olur. Bəzi qızlar  şəhər dəbində olan gözəl, zərif 

paltarlara sahib olmaq, dəbdəbəli həyat tərzi yaşamaq üçün belə yüngül həyat tərzi seçirlər. 

Edvar-Glover yazır: Bütün günü çalışan yoxsul ailələrin qızları nəzarətsiz qaldıqlarından 10 

yaşından sonra cinsi məsələlərdən hali olurlar. Cinsi yetkinliyin əvvəlindən bu barədə öz 

həmyaşıdları ilə söhbət edir, əlaqə yaradırlar. Cinsi yetkinlikdən sonra utancaqlıq və 

təvazökarlıq hissi tanımadan, bu cinsi əlaqələri yaşamaq üçün lazım olan vasitələrdən biri 

hesab edirlər (Şeyxavəndi D.A. 2000:148-150). 

Bu deyilənlərdən belə  nəticəyə  gəlmək olar ki, cinayət sözü layiqsiz, ədalət və 

doğurluq ilə zidd hərəkətlərin törədilməsinə istinad olunur. Sosial mühit, müxtəlif 

səbəblərin təsirindən insanları cinayət törətməyə  gətirib çıxarır. Ailənin dağılması, 

uşaqların evdən, məktəbdən yayınmasına və onların avara həyat tərzi sürməsinə, nəhayətdə 

isə müxtəlif mənfi işləri törətmələrinə  səbəb olur. Şəhərə miqrasiya edən kənd sakinləri 

yeni bir mədəniyyət ilə qarşılaşırlar. Həyat tərzində mövcud olan müxtəliflik yeni 

məskunlaşma nəticəsində  şəxsiyyətlərinin az və ya çox itməsinə  səbəb olur və bunun da 

nəticəsində şəhərin ekzotik mühütlərində cinayət törədirlər.   Beləliklə, sərvət bölgüsü 

qeyri ədalətli olan cəmiyyətdə, hər gün qeri-bərabər sosial təbəqələşmənin şahidi olacağıq. 

Bu şərait, cəmiyyət arasında yaşayış vəziyyətlərinin kəskin səviyyədə fərqlənməsinə səbəb 

olur və dağıdıcı  təsir edir, o cümlədən cəmiyyətdə cinayətin baş verməsi və yayılmasına 

səbəb olur (Sütüdə H.İ. 2001:34). 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI: 

1. Tacdar Ə.H. 2009.Cinayət nədir ? Cənubi xorasan vilayətinin həbsxanalar baş 

idarəsinin təhsil və təhlükəsizlik tədbirləri. Khorasangprisons.ir. 

2. Sütüdə H.İ. 2001. Sosial patoloji : ( Sosial kənarlaşma ), İran, Tehran, Araye Noor 

nəşri. 


3.Şeyxavəndi D.A. 2000. Sosiologiya kənarlaşma: (İctimai məsələlər),İran, Tehran, 

İrannomanəşri. 

4. Ğolduziyan İ.R. 1999. Ümumi cinayət hüququn ğərəkləri. İran,Tehran, Mizan nəşri. 

5. Ğolduziyan İ.R. 2009. Xüsusi cinayət hüququ, İran, Tehran Universiteti. 



Yüklə 45,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə