Microsoft Word KÜLTÜr evreni 26. sayı. doc



Yüklə 54,4 Kb.
tarix25.06.2018
ölçüsü54,4 Kb.
#51352


Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 26 

 

125 

 

 

 



MİLLİ  AZƏRBAYCAN DRAMATURGIYASINDA 

PSİXOLOGİZM 

 

MİLLÎ AZERBAYCAN DRAMA ESERLERİNDE 

PSİKOLOJİZM 

 

PSYCOLOGISME IN NATIONAL AZERBAIJAN  

DRAMATURGY 

 

ПСИХОЛОГИЗМ НАЦИОНАЛЬНЫЙ В АЗЕРБАЙДЖАНСКОЙ 

ДРАМАТУРГИИ 

 

 



Xanverdi TURABOĞLU

*

 

 

 

Öz 

Araştırmaya yönelik çalışmalarda, temeli M. F. Ahundov ile atılan ve onunla başlayan 

millî Azerbaycan dramasında edebî-estetik işlevini yerine getiren; karakterine, konumu ve 

tipine göre belirli yönleri ile bilinen psikolojizmde, onun sanatsal ve estetik talepler 

açısından tarihsel durumuna daha çok önem verilmektedir. 

Modern Azerbaycan drama eserlerinde; özellikle ünlü Azerbaycan yazarı ve 

dramaturgu  İ. Efendiyev’in yaratıcılığında gözlemlenen ve lirik-romantik psikolojizmi 

gerektiren yöntem ve araçların, türün özel şiirsel bütün biçimleri ile birlikte, bilimsel 

analizleri yapılıyor. Bu bakımdan bu makalede, İ. Efendiyev’in dram sanatında 

gözlemlenen psikolojizmindeki karakterlerin dış dünyanın çevre gerçeklilikler ile ilgili 

duyguları, diğer duygusal durumları, tavırları, ilişkileri, sadece lirik-romantik seviyede 

organik ve birlik hâlinde araştırılmaya çalışılıyor. 



Anahtar Kelimeler: Drama eserleri, psikolojizm, M.F. Ahundov. Dramaturg, İ. 

Efendiyev. 



 

Xülasə 

Tədqiqat işində bünövrəsi M.F.Axundovla başlanan milli Azərbaycan  

dramaturgiyasında ədəbi-estetik funksiyanı  yerinə yetirən, xarakterinə, mövqeyinə, tipinə  

görə  spesifik cəhətləri ilə fərqlənən psixologizmin  bədii-estetik tələblər cəhətdən tarixən 

qoyuluşuna daha çox diqqət yetirilir. Müasir Azərbaycan  dramaturgiyasında, xüsusən 

görkəmli Azərbaycan nasiri və dramaturqu İ.Əfəndiyevin yaradıcılığında müşahidə olunan 

                                                 

*

 Azerbaycan Milli Elimler Akademisi Nizami Gencevî adına Edebiyat Enstitutu elmi emekdaşı. 



Bakü/AZERBAYCAN (xanverdi@rambler.ru) 


Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 26 

 

126 

lirik-romantik psixologizmi şərtləndirən üsul və vasitələr janrın spesifik poetik təcəssüm  

formaları ilə  vəhdətdə elmi təhlilə  çəkilir. Bu baxımdan  İ.Əfəndiyevin  dram 

yaradıcılığında müşahidə olunan psixologizmdə  obrazlar aləminin  ətraf gerçəkliklə bağlı 

hissi, emosional vəziyyəti, onların davranışları, münasibətləri məhz lirik-romantik qatda 

üzvi, vəhdət halında araşdırmaya cəlb olunur. 

Açar Sözler: Dramaturgi, psixologizm, M.F. Ahundov, Dramaturg, P. Efendiyev 

 

Abstract  

In research studies, psycologime is starting with the basics with MF Akhundov thrown 

in the national Azerbaijan drama, depend on character, known for its specific aspects, 

depending on the location and types, the historical situation in terms of its artistic and 

aesthetic demands are given more importance. 

In the modern Azerbaycan drama Works; especially the famous Azerbaijani writer and 

dramaturgist İ. Efendiyev nobserved in creativity and lyrical-romantic psikolojizm methods 

and tools required together with all forms of spesific poetic genre, made scientific analysis. 

In this respect this article tries to make a research  about  İ. Efendiyev’s pyscologisme 

characters’ authenticity and feelings about the environment with the outside world, other 

emotional states, attitudes, relationships, lyrical-romantic level just in case the organic and 

unity  connection  observed characters in the drama. 

 Keywords: Drama works, psycologisme, M. F. Akhundov. dramaturgist, İ. Efendiyev. 

 

Резюме 

 Фундамент 

национальной 

исследовательской 

работы, 

начатые 


в 

Азербайджанской  драматургии,  выполняющим  функции  по  характеру,  по  типу 

позиции, отличающийся специфическими особенностями требований с исторически 

больше внимания уделяется внимание художественно-эстетического  в психологизме 

литературно-эстетической M.Ф.Ахундов    В  Азербайджанской  драматургии, 

выдающегося  прозаика  и  драматурга,  обусловливающих  методы  и  средства 

специфической  формы  гармонии  в  себе  научный  анализ  поэтического  жанра 

современного  Азербайджана,  в  частности,  в  творчестве  наблюдается  И.Эфендиева 

лирические-романтические  психологизм  и  снимается.  С  этой  точки  зрения 

наблюдается  окружающей  действительностью,  эмоциональное  состояние,  их 

поведение,  отношение  именно  к  расследованию  привлекаются  в  виде  органическое 

единство,  лирические-романтические  чувство  в  психологизме  образы  мира  в 

творчестве И.Эфендиева драмы. 

 

 



 

Milli Azərbaycan dramaturgiyasında müşahidə olunan psixologizm  janrın spesifik 

cəhətləri ilə  şərtlənir. Başqa sözlə,  dram əsərlərində özünü göstərən  psixologizm nəsrdəki 

kimi  həmişə adi epik təmkini, vəziyyəti ilə  qalmır, burdakı psixologizm  daha çox  fikirlər, 

ehtiraslar, xarakterlər, mənafelər toqquşması fonunda  meydana gəlir. 

Dramda müşahidə  olunan psixologizm o vaxt bədii təsdiqini tapır ki, burada “zamanın 

sərhədlərini pərdənin hərəkətləri müəyyənləşdirir, ... hərəkət, daha doğrusu, bədii həyat 



Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 26 

 

127 

səhnənin açılması ilə başlayır, pərdənin düşməsi ilə bitir. Vizuallıq prinsipi  pyesdə həm də 

zamanın təkcə, sərhədlərini yox, eyni zamanda xarakterini dəyişdirir. 

 Dram əsərlərində zaman əslində sabaha doğru istiqamətlənmiş indidir, bununla belə, 

pyesdə keçmiş mahiyyətini tam itirmir – obrazların indisində yaşamış dünən kimi iştirak 

edir. Pyesdə hadisələrin  əvvəli, obrazların dünəni müstəqil təsvir obyrktinə çevrilmir ... 

informativ təhkiyəni personajların öz danışıqları  əvəz edir, hekayəçi müəllif funsiyasını 

obrazların özləri yerinə yetirirlər” [7, səh.1]. 

Dramda  həyat hadisələri  və  xarakterlərin  təşəkkülü, inkişaf prosesi zahiri və daxili 

hərəkətin üzvi əlaqəsi ilə    səciyyələnir. Bu hərəkət isə müəyyən  xarakterə  və düşüncə 

tərzinə malik müəyyən adamlar tərəfindən edilir. Hərəkətin müəyyən adlandırılması da  elə 

bununla ayırd edilir, onda deməli, buradan təbii olaraq hərəkəti doğuran  iki səbəb meydana 

çıxır: fikir və xarakter – bunların  sayəsində adamlar ya müvəffəq olur, ya da  uğursuzluğa 

düçar olur, xarakterlər dedikdə  iştirak edən  şəxsləri nəyə görə müxtəlif adamlar 

adlandırdığımızı, fikir isə – danışanların müəyyən bir şeyi nə ilə  sübuta yetirmələrini və ya 

sadəcə olaraq öz   mülahizələrini söyləmələri [1,səh.55] öndə dayanır.  

Bu baxımdan zahiri hərəkət bədii hadisə  və xarakterlərin  zahiri  proses və 

davranışların açıq hərəkət forması, reallığı ilə  cərəyan  edirsə, həmin prosesin mahiyyəti 

bilavasitə daxili-psixoloji hərəkətin real məntiqi nəticəsi ilə  şərtlənir. 

 «Zahiri hərəkət  dramda hadisələr  və xarakterlərin, ideal  və dünyagörüşünün, həyat 

baxışlarındakı ziddiyyətin, münaqişənin açıq  mübarizə forması, daxili hərəkət isə  

adamların  öz məqsədlərinə  çatmaq üçün üstüörtülü, dolayı  və  məntiqi mübarizə üsulu, 

psixoloji çarpışma» prosesidir [2,səh.52].    

Dramda   zahiri hərəkətin  real bədii təzahürü olan hər replikada obrazların birinin 

digərinə olan münasibətinin, onların  həyata, cəmiyyətə baxışındakı  bu və ya digər 

tərəflərinin  zahiri açıqlanması ilə    təzahür edir, yaxud da  daxili «şüuraltı» fikir axınına  

zahiri, açıq şərh verilir.  

Zahiri hərəkət  müəyyən bədii məkan və zaman daxilində  tamaşaçıda və ya oxucuda  

müəyyən fiziki-bioloji qıcıqlanmalar oyadaraq sonrakı prosesin bədii  dərki üçün  zəmin 

yaradır.  

Demək, səhnədaxili zahiri hərəkət bilavasitə  həmin  hərəkətin daxili  psixoloji 

hərəkətin real  məntiqini tələb edir.  

Başqa sözlə,  zahiri hərəkət  daxili hərəkətin təzahür formasıdır. Bu isə öz növbəsində 

onu göstərir ki, lirik, epik, ədəbi növlərdə olduğu kimi, dram yaradıcılığında müşahidə 

olunan  psixologizmin  spesifik cəhətləri ilə üzə çıxması üçün geniş bədii imkanlar, yüksək 

estetik  həllini gözləyən bədii şərtləri var.  

Bizim birinci qənaətimizə  görə, bünövrəsi M.F.Axundovla başlanan milli 

dramaturgiyamızda ədəbi-estetik funksiyanı  yerinə yetirən, xarakterinə, mövqeyinə, tipinə  

görə  spesifik cəhətləri ilə fərqlənən psixologizmin  bədii-estetik tələblər cəhətdən tarixən 

qoyuluşu əsasən aşağıdakı şəkildə müəyyənləşir: 

a)  M.F.Axundovun  dramaturgiyasında  əksini tapan  psixologizmin məzmununda 

millilik, milli-fərdi xüsusiyyətlər dayanır. Buradakı psixologizm komik-satirik fonda 

təqdim olunur;  

b) N.Vəzirov,  Ə.Haqverdiyev, N.Nərimanov dramaturgiyasındakı psixologizm milli 

mahiyyətli,  komik- satirik, həm də ciddi-dramatik  və faciəvi planda əks etdirilir; 




Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 26 

 

128 

c) C.Məmmədquluzadə dramaturgiyasındakı psixologizmin mahiyyətində bütöv xalq,  

kəndli psixologiyası dayanır.      Buradakı psixologizm tragikomik və satirik fonda təqdim 

olunur;  

ç) C.Cabbarlı dramaturgiyasındakı psixologizmdə    fəlsəfi-romantik,  şərti-metaforik, 

mistik mahiyyətli, bəşəri, dünyəvi hiss və düşüncələr dayanmaqla əzəmi-fərdi-sosial, həm 

də milli psixologizmdir. Buradakı psixologizm əsasən ciddi-dramatik və faciəvi  şəkildə 

qabardılır;  

d) H. Cavid dramaturgiyasındakı psixologizm fəlsəfi-romantik, şərti-metoforik,  mistik 

mahiyyətli, bəşəri, dünyəvi hiss və düşüncələr  fonunda dayanan əzəmi-fərdi-sosial 

psixologizmdir. Buradakı psixologizm ciddi- dramatik və faciəvi planda təqdim olunur;  

e) Ü.Hacıbəyov dramaturgiyasında  əksini tapan psixologizm milli mahiyyətli, satirik 

planlı;  

ə) S. Vurğun dramaturgiyasındakı psixologizm milli, həm də bəşəri  hiss və düşüncələr 

fonunda gerçəklənən  əzəmi- fərdi-sosial psixologizm, ciddi-dramatik, fəlsəfi-romantik 

planlıdır;  

f) M.Hüseyn, M. İbrahimov  dramaturgiyasındakı psixologizm  fərdi-sosial ruhlu, 

ictimai psixologizm, ciddi-dramatik və satirik planlı;  

g) S. Rəhman  dramaturgiyasındakı psixologizm  fərdi-sosial ruhlu, satirik səciyyəli;  

ğ)  İ.Əfəndiyev dramaturgiyasındakı psixologizm   lirik-romantik, fərdi-sosial 

mahiyyətli, ciddi-dramatik planlı;  

h)  İ.Qasımov, B Vahabzadə, Anar, N.Xəzri, Elçin, Rüstəm və Maqsud 

İbrahimbəyovlar  dramaturgiyasındakı psixologizm   fərdi-sosial mahiyyətli, ciddi- 

dramatik, qismən satirik planlı (Anar,  Elçin);  

x) Ə. Əmirli, F.Mustafa, E. Mehrəliyev pyeslərində lirik-romantik və fəlsəfi, həmçinin 

sərt-realist və fərdi-sosial, dramatik, melodramatik (F.Mustafa) planlı;     

ı) Vəfadarın pyeslərində  sərt-realist, fərdi-sosial, dramatik, A.Həsənoğlu pyeslərində 

şərti metaforik-mifik-fəlsəfi və  sərt-realist, həmçinin bəşəri, dünyəvi hiss-düşüncələr 

fonunda gerçəklənən əzəmi-fərdi-sosial və dramatik planlı;                  

i) İbrahim İbrahimli dram yaradıcılığında sərt-realist qatla üzvi əlaqələnən xaotik hiss-

düşüncələr, münasibətlər, davranışlar üzərində köklənərək meydana çıxan mistik 

mahiyyətli və fərdi-sosial, dramatik planlı və s.  

Bu baxımdan bizim ikinci qənaətimizə görə, müasir Azərbaycan  dramaturgiyasında, 

xüsusən  İ.Əfəndiyevin dram yaradıcılığında müşahidə olunan lirik-romantik psixologizmi 

şərtləndirən üsul və vasitələr janrın spesifik poetik təcəssüm  formaları ilə  vəhdətdə 

aşağıdakı  şəkildə müəyyənləşir:  

1)  bədii obrazda yaddaş  və onun «mən»də    ifadəsi və ya özünütəhlil xarakterdə 

psixcloji  aləmin  təşəkkül üsulu kimi;  



2) dialoq və monoloqda bədii vəziyyət xarakterin   psixoloji özünüifadə  məkanı kimi;  

3)  remarkada hadisə, vəziyyətin və obraz-xarakterin bədii psixoloji  təsviri,        

4) daxili dialoqda bədii şərtilik psixologizmin daxili şərti bədii keyfiyyəti kimi  və ya  

xəyali-psixoloji bədii səhnə, yaxud obraz-xarakterin real və şərti «mən»i  ilə daxili söhbəti;  



5) bədii dil  və ad  psixoloji portretin şərti bədii işarəsi kimi. 


Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 26 

 

129 

Nəzərə çatdıraq ki, qeyd olunan bədii üsul və    vasitələr, bəzən, hətta qovuşaraq  

meydana çıxır.  

İ.Əfəndiyevin dramaturgiyasında müşahidə olunan lirik-romantik  psixologizm 

aşağıdakı pyeslərdə əksini tapır: 

 «Sən həmişə  mənimləsən» yaxud «Boy çiçəyi» (1964), «Mənim günahım» (1967), 

«Unuda bilmirəm» (1968), «Məhv olmuş gundəliklər» (1969), «Mahnı dağlarda qaldı» 

(1971), «Dağlardan gələn səs» (1976), «Büllur sarayda» (1983), «Bizim qəribə taleyimiz» 

(1988) və başqa   bu kimi əsərlərdə  qabardılaraq üzə  çıxan  şəxsiyyət, onun fərdi taleyi, 

ailə, sevgi problemi bədii forma və məzmun  baxımından lirik-romantik qatda gerçəklənən 

psixologizmin daxili mahiyyətində estetik həllini tapır.  

“Pyeslərin mərkəzində ümumi bir mənəvi-əxlaqi problem dayanır: insanın insan 

qarşısında, cəmiyyət qarşısında, xalq qarşısında mənəvi borcu məsələsi. Bütün bunları 

...sənətkar öz istedadına, sənətkarlıq gücünə,  əsərdəki həyat materialına görə ... həll etsə 

...də, ümumi ideya istiqaməti belə bir fikri əsaslandırır ki, insan öz vəzifəsini yalnız mənəvi 

bütövlük və  həqiqətə sədaqət zəminində yerinə yetirə bilir. ... Mənəvi bütövlüyə isə yalnız  

öz təmizliyin, öhdənə düşən kiçik bir vəzifəni yerinə yetirməyin nəticəsində nail olmaq 

mümkün deyildir. Bu, həm də dərin bir narahatlıq, xalqın, onun hər bir nəfərinin taleyinə 

vətəndaşlıq mövqeyindən yanaşmağı  tələb edir; saxtakarlığa, laqeydliyə, qeyri-təbiliyə 

qarşı açıq mübarizə aparmadan belə bir mövqeyi qazanmaq olmaz“ (4, səh.222, 239.). 

“Bu zaman yazıçı sanki qəhrəmanlarını “möhkəmlikdə” – onlara ya yuxarı qaxmağa, 

ya da öz gözlərindən, həm də ətrafındakıların gözündən düşməyə imkan verməklə  sınayır. 

Onun üçün ilk zərbəyə sinə  gərən qəhrəmanlar,  əsl insani, humanist keyfiyyətlərə malik 

qəhrəmanlar maraqlıdır. Bu insanilik onlara şəxsi mənfəət vermir, lakin onları yüksəldir və 

nəcibləşdirir. Belə  əxlaqi motiv əsas bir xətt kimi yazıçının bütün əsərlərindən keçir”[6, 

səh.368]. 

Bu baxımdan İ.Əfəndiyevin “qəhrəmanları ... həyat çətinlikləri ilə üz-üzə gələn, dərin 

psixoloji səpkidə işlənmiş surətlərdir” [8, səh.370]. 

 İ.Əfəndiyev yaratdığı obrazların bədii təqdimində surətlərin  mənəvi  aləminə  nüfuz  

edərək onların özünəməxsus konkret daxili dünyası, hissi, emosional vəziyyətini,  həyata, 

cəmiyyətə, insanlara  münasibətini  lirik-romantik qatda və aydın bədii-psixoloji çalarları 

ilə inikasına nail olur.  

Tənqidçi, ədəbiyyatşünas alim Qurban Bayramovun araşdırmalarında  toxunduğumuz  

mövzu ilə bağlı bir neçə mühüm məqam diqqəti çəkir. 

 Müəllifin «Lirik qəhrəman və zaman»  monoqrafiyasında poeziyada müşahidə  olunan 

lirik qəhrəman, lirik xarakter və  ümumilikdə  lirik xüsusiyyətin ümumiləşmiş elmi-nəzəri 

konseptual mühakimələrini, fikrimizcə, nəsr və dram əsərlərində izlənilən mövzu, ideya, 

obraz, xarakter, personajlar dünyası  və ümumiyyətlə,  əsərin bədii toxuması, 

arxitektonikasında önə  çəkilən lirik xətt, üslub, təmayülün nəzəri  əsası kimi də 

dəyərləndirmək olar.  

Tədqiqatçının nəzərincə, «lirik yaradıcılıq gerçəkliyə daha çox hissi-emosional 

baxışdır. Gerçəkliyə hissi münasibətdə şəxsiyyətin– yaradıcının müxtəlif xarakter cizgiləri, 

psixologiyası, ictimai-etik və estetik görüşünün müəyyən cəhətləri gerçək aləmin çox 

rəngarəng təzahürləri ilə birləşərək…əks olunur [3,səh.23].  

Alimin haqlı  qənaətinə  görə, məhz  «hiss lirikanın  predmetlərindən biridir, obrazın 

təşəkkül vasitəsi,  psixoloji vəziyyətin bir anı,  hiss kiməsə.. kiminsə…nəyəsə  və ya kiməsə 



Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 26 

 

130 

münasibətidir…lirik yaradıcılıqda bu ümumi..aparıcı  ədəbi obraz…gerçəkliyə konkret 

münasibətdə, konkret şərait daxilində…psixoloji vəziyyətin tərcümanıdır» [3,səh.21].  

Kamil Quliyev bu baxımdan  əsərdə qabarıq nəzərə çarpan lirik, həm də romantik 

üslubun oxşar və fərqli və spesifik tərəflərinə aydınlıq gətirir. 

 Tədqiqatçıya görə, «varlığa  fəlsəfi münasibət, predmeti fəlsəfi cəhətdən əhatə etmək 

meyli, fəlsəfi ümumiləşdirmələr lirik üslubun başlıca xüsusiyyətlərindəndir. 

 Lirik üslubda yazılmış əsərlərdə bəzən hadisələr birinci şəxsin dilindən  nəql olunur. 

Belə  əsərlərdə ətraf mühitin predmet və hadisələri, ictimai məzmun, hiss və həyəcanlardan 

süzülərək əsərə gəlir. Ətraf mühit  qəhrəmanların daxili aləmi, onların hiss və həyəcanları 

vasitəsilə  əks etdirilir… insanın, dünyanın və  bəşəriyyətin taleyi haqqında mənəvi-əxlaqi 

problemlər…geniş yer tutur [5,səh.119-200].  

Müəllif bu qənaətdədir ki, romantik üslubda sənətkarın subyektiv əhvali-ruhiyyəsinə, 

hiss və həyəcanlarına, təəssüratlarına  geniş yer  verildiyi halda. lirik üslubda qəhrəmanın 

daxili aləmi onu əhatə edən varlıqla ayrılmaz üzvi vəhdət halında təsvir olunur.  

Lirik üslubda sərbəst təhkiyədən   çox istifadəyə, məsələn,  xatirələrə, tarixi 

ekskursiyalara, avtobioqrafik epizodlara geniş yer verilir [5,səh.200].  

Bu baxımdan  İ.Əfəndiyevin  dram yaradıcılığında müşahidə olunan psixologizmdə  

obrazlar aləminin  ətraf gerçəkliklə bağlı hissi, emosional vəziyyəti, onların davranışları, 

münasibətləri məhz lirik-romantik qatda üzvi, vəhdət halında qovuşaraq ümumiləşir. 

 

ƏDƏBİYYAT 

 1.  Adilov M. Klassik ədəbiyyatda dil və üslub. Bakı: Maarif, 1991, s.85-99, 234 s. 

2. Allahverdiyev M. Teatr tənqidi və müasirlik. Bakı: Maarif, 1990, 192 s.  

3. Bayramov Q. Lirik qəhrəman və zaman. Bakı: Elm, 1986, 140 s. 

4.  Qarayev Y., Səfiyev A. Dramaturgiya: konflikt və xarakter. Sosialist realizmi 

müasir mərhələdə. Bakı: Elm, 1988, 388 s., səh. 221-258. 

5. Quliyev K. Ədəbiyyatımızda sosialist realizmi. Bakı: Yazıçı, 1988, 208s. 

6.  Lukyanova S. Beynəlmiləl  məcrada (Azərbaycanda  rusdilli ədəbiyyat). . Sosialist 

realizmi müasir mərhələdə. Bakı: Elm, 1988,388 s., səh. 362-385. 

7.  Məmmədov A.  M.F. Axundovun əsərlərinin bəzi janr xüsusiyyətləri.// Azərb.SSR 

EA Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası. Bakı: Elm, 1988,  № 1 səh.12-17. 

8.  Nəbiyev B.  Kamalın təntənəsi (Böyük Vətən müharibəsi və Azərbaycan 



ədəbiyyatı). Bakı: Yazıçı, 1981, 407s.  

 

Yüklə 54,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə