Microsoft Word KÜLTÜr evreni 5 son doc



Yüklə 59,36 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü59,36 Kb.
#8184


KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



109 

 

 

 

 

 

ИРАН ТАРИХИНДЯ СОСИАЛ СТРАТИФИКАСИЙАНЫН 

ИНКИШАФ ДИНАМИКАСЫ 

 

АDYNAMICS OF DEVELOPMENT OF SOCIAL 

STRATIFICATION IN HISTORY OF IRAN 

 

ДИНАМИКА РАЗВИТИЯ СОЦИАЛЬНОЙ 

СТРАТИФИКАЦИИ В ИСТОРИИ ИРАН 

 

  

 Mir Ayyub TƏQVATƏLƏB

*

 

 



 

Özet 

Yazıda esasen İran devletinde sosyal tabakalaşmanın ortaya çıkışı tarihi, 

onların özellikleri ve ortaya çıkış nedenlerini araştırılmaktadır. Aynı zamanda, 

İran’ın çağdaş döneminde sosyal tabakalaşmanın cemiyetin gelişmesinde yeri ve 

rolü açıklanmaktadır.  

Anahtar kelimeler: Tarih, sosyal, sosyal sınıflar, tabakalaşma.  

 

Abstract 

In this article, we are tried to introduce the history of the process of formation 

of strats and characteristics of social stratification in addition, the role and 

situation of strats is explained in the process of the present history.  



Key words: Article, history, strats, scacial, stratification.  

 

Şübhəsiz bizim bugünkü bir çox kütləvi davranışımız tarixi keçmişimizdən 



qaynaqlanır.  

Bu əsasda İran ölkəsində ictimai siniflərin və sosial stratifikasiyanın yaranma 

tarixinin analizini apararaq müəyyən dərəcədə aydınlaşdırmaq olar. Sosial 

                                                 

*

 AMEA’nın Fəlsəfə və Siyasi – Huquqi Tədqiqatları İnstitutunun Dissertantı/ 



AZERBAYCAN  

 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

110 

stratifikasiyanı tarixi - sosioloji baxımdan öyrənmək bizə imkan verir ki, İranda 

bugünkü sosial stratifikasiyanın vəziyyətini dərk edərək, xülasə  şəkilində  İran 

tarixində ictimai sinifi sosial stratifikasiyasının dinamikasını müşahidə edək.  

Sosial stratifikasiya və ictimai siniflərin dəyişilmə prosesinin sosioloji tədqiqi 

göstərir ki, ağa və  rəiyyət sistemi, əkinçilik istehsalı yaxud kənd mühiti ilə 

bağlıdır.  Əkinçilik sistemi özünə görə  cəmiyyətdə xüsüsi sosial stratifikasiya 

fəaliyyəti kimi çıxış edir. Bu yaşayış sistemində  hər bir adam ya qrup istehsal 

vasitəsilərinə (sü, yer, insan gücünə) malik olursa, o güclü olub və hakimiyyəti ələ 

ala bilir.  

Həqiqətdə  İranın qədim dövlətlərinin və sülalərinin gücü əsasən üç 

təbəqənin (hərbiçilər, dini rəhbərlər, feodallar) birliyindəydir. (Dr. Nozəri 

Izətullah 1381: 23 ) Hər vaxt bu üç təbəqənin arasında ixtilaf yaranırdı Sultan 

yaxud Şah zəifləmiş və şahlıq dağılıb aradan gedirdi. Bu əsasda qüdrətin irarxiyası 

və ictimai quruluşu sosial stratları bir növ dəyişilirdi və yenidən o adamlar 

hökumət qurur və  cəmiyyətin sərvət, qüdrətini  ələ alıb yüksək mərtəbəyə 

çatırdılar. Bü dövrdə qüdrət, sərvət və bir az da din bir-birin yaxşı qoruyub 

təşşəkül tapırdı.  Əlbətdə,  İran tarixində qüdrət və  sərvət sahibləri ümumən dini 

rəhbərləri özləri ilə yanaşı hakimiyyətə gəlmişlər. Bəzən dini rəhbərlər sulatanlarla 

mübarizə aparıblar, ancaq bu adamların çoxu bidətçilər və dində yenilik 

gətirənlərdirlər. Misal üçün, Məzdək hərəkatında olduğu kimi İran tarixində bəzi 

zərdüşt ruhanilər camaat arasında xüsüsi hörmət sahibi olmuşlar və bəzi sultanlar 

bunların gücü ilə öz iqtidarlarını artırırmışlar. (- Ravəndi Mürtəza, 1354: 234) 

İranın qədim tarixinə ayid demək olar (İslamdan qabaq), qüdrət, sərvət və 

ehtiramın ən yüksək mərtəbəsində dururan sultanlar o zamanın cəmiyətində xususi 

sosial stratifikasiyanı təşkil edirdilər. Qoşun başçıları ikinci pillədə dururlar, ancaq 

demək olar ki, bunlara fürsət düşəndə höküməti  ələ alıb və öz dövlətlərini 

qurublar. Misal üçün, Teymur və Nadir Şah və s. qoşun başçıları idilər sonralar 

hakimiyyəti ələ aldılar. Dini alimlərin gücü azaldıqda qoşun başçıları cəmiyyətin 

və hakimiyyətin qüdrət irarxiyasında ikinci statusunda (pillədə) yerləşirdilər. 

Əlbətdə, deməliyik ki, bəzi vaxtlar sadə camaatın fikrinin gücü özunü bildirirdi, 

amma onlar sosial stratifikasiyanın irarxiyasına üstün gələ bilmirdilər. İranda ordu 

başçılları xalqdan zorakılıqla vergi (bac) almaqla çoxlu sərvətə malik olurdular. 

Bu güc və  sərvət sosial stratifikasiya irarxiyasında onları tarix boyu iqtidarda 

qalmağa səbəb olurdu. İranda  əksər zamanlarda qoşun başçılları sosial 

stratifikasya irarxiyasının ikinci ictimai statusunda (pilləsində) yerləşmişlər.  

Üçüncü sinif yaxud strat İranın qədim tarixində olub öz qüdrətini üçüncü 

mərtəbədə saxlamağa qadir olan dini alimlər idilər. Bəzən bu sinif dövlətə  və 

siyasətə mudaxilə etməklə  cəmiyyətin  ən yüksək mərtəbəsində dururmuşlar. . 

Müasir İran tarixində, Pəhləvi rejimindən sonra dini alimlər cəmiyətin ən yüksək 

mərtəbəsinə qalxmışlar. Ancaq tarix boyu üçüncü təbəqədə dini alimlər durmuş. 

İran tarixinin sosial stratifikasiya irarxiyasında  İslamdan qabaq və sonra, həmişə 

alimlər və mütəfəkkirlər hakimlər tərəfindən himayə olunublar. (- Ahmad Aşrəf, 

1387:18) Buna görə dediyimiz ictimai irarxiyadan sonra, alimlər və mutəfəkkirlər, 




KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



111 

xüsüsilə saray yazıçıları hökumət işlərində nüfuz sahibi olmuşlar və sosial 

stratifikasiyanın irarxiyasının dördüncü mərtəbəsində durmuşlar. Tacirlər, 

peşəkarlar, sənaye işçiləri beşinci ictimai bölümdə durumuşlar və son mərtəbədə 

xırda əkinçilər, rəiyyətlər, qara camaat olmuşlar.  

Tarixdə stratların inkişaf dinamikasına diqqətlə yanaşanda belə görünür ki, 

ölkənin muharibə zamanı  sənaye işçiləri hərbi alətlər düzəltdiyinə görə  şahlar 

onları əzizləyirmişlər. Əmin-amanlıq dövründə ticarətin genişlənməsi baş verdiyi 

zaman tacirlər hörmətlənib, sərvətlənirmişlər. Hətta, onlar İran tarixində  bəzi 

zamanlar hakimiyyətə təsir göstərmişlər. Şübhəsiz müasir İran tarixində Tehran və 

Azərbaycan tacirlərinin məşrütə inqilabının yaranmasıda rolunu inkar etmək 

olmaz.  İran tarixində  əkinçilərin rolunun da ictimai quruluşda öz yeri olmuşdur. 

İranın sosial stratifikasiya sistemində  əkinçilər son pillədə dururlar. Əkinçilər 

özləri ictimai irarxiya sistemində bir neçə yerə bölünürlər : feodal, orta bablar, 

rəiyyət, qara rəiyyət, fəhlələr. . . .  

İran tarixində  İslamdan sonra, əkinçi təbəqələri  İran dövləlti sisteminin 

quruluşunda tədricən nüfuz etmişlər.  

Son beş yüz illikidə, Səfəvi dövləti qurulandan sonra sosial stratifikasiyda 

böyük dəyişiklik baş verdi. Bu dövrdə sufilər və ariflərin (dini rəhbərlər) təsiri 

altında siyasi işlərə mudaxilə etməklə, müridlərlə birgə elxanilər arasında birlik 

yaradıb, siyasi iqtidara yetişdilər. Bu dövrdə dövlətin irarxiyasında geniş 

dəyişikliklər oldu. (Foran Can. 1377: 187) Məişət sistemi və iqtisadi quruluş 

istehsal qaynaqları,  əkinçilk  əsası ilə davam etdiyinə görə sosial stratifikasiya 

sistemi keçmişdə olduğu kimi qaldı və Qacarlar dörünə qədər davam etdi.  

İranda Məşrütə inqilabı yaranandan sonra sosial stratifikasiya sistemində geniş 

dəyişiklik baş verdi.  

  

İranın müasir tarixində Sosial straifikasiya 

İranda Məşrütə inqilabı başlanmaqla bu ölkənin ictimai və iqtisadi 

quruluşunda geniş  dəyişiklikər yarandı. Xüsusilə, xaricin nüfuzu və yeni 

azadliqsevər fikirlərin nüfuzu Avropa ölkələrində  və Rusiyada 1917-ci il 

inqilabından sonra marksist və kommunist fikirlərin  İrana daxil olması,  İranın 

siyasi - ictimai quruluşunu dəyişdirib  İran cəmiyyətinin içərisində  dəyişikliklərə 

yeni təkan verdi.  

Can Foran yazır: 1789-inci ildə Fransa inqilabı, burjuaziyanın koməyi ilə 

burjuaziyanı hakimiyyətə  gətirdi amma, İranın müxtəlif siniflərin inqilabı 

olduğundan tam qələbə çala bilmədi. (Foran Can. 1377: 273) 

İran tarixinə sosioloji baxış, göstərir ki, İran hakimiyətinin mahiyəti  Şah və 

onun sülaləsinə bağlıdır və bu amil inqilablarda və böhranlarda, inqilabçı 

tərəfdarlarını hücuma keçməyə maneəçilik törədir.  



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

112 

Bununla belə burada xaric faktorunu da nəzədən qaçırtmamalıyıq. Rusiya ilə 

İngiltərənin  İranda rəqabəti ictimai dəyişikliklərə, o cümlədən ictimai 

stratifikasiya sisteminin dəyişilməsinə xeyli dərəcədə  səbəb oldu. Əgər 

Qacarlardan qabaq siniflər sistemi İranın öz daxili amillərindən təsir alırdısa, 

Qacarların hakimiyyət dövrünün axırlarında Rus və  İngiltərə siyasətçilərinin 

nüfuzu ilə İranda yeni ictimai siniflər və stratlar yarandı. Beləliklə, böyük torpaq 

sahibləri və hakim saray adamları Ruslar və Avropalılarla  əlaqə bağlayırdılar. 

İranda hakimiyyət sisteminin baş tərəfində dayanıb və xarici ölkələrin mənafeyini 

İranda qoruyub saxladılar və özləri də bir qüdrətli sinifə çevrilirdilər.  

 

Tacirlər və burjüvaziya stratlari  

1880-ci ildən etibarən  İranda, xarici kapital iqtisadiyyatda demək olar ki

dağıdıcı rola malik idi. İran sənayesinin geriliyi bunu daha da gücləndirdi. Ticarət 

burjuaziyasının və iri kənd təsərüfatı burjuaziyasının xarici kapitaldan asılılığı 

İranın milli burjuaziyasını bir sinif kimi aradan götürdü. Ölkənin daxili bazarının 

inkişaf etməsində marağı  və  mənafeyi olan milli burjuaziya xarici kapitala qarşı 

müqavımət göstərə bilmədi və bir sinif kimi məhv oldu. (Pavloviç. 1357: 27) 

 Görkəmli Azərbaycan tarixçisi və İranşünas Professor Z. Abdullahyev yazır: 

İranda 19-cu əsrin sonunda istehsal olunmuş  sənaye malları göstərir ki, İran 

sənayesi də xarici ölkələrin - dünya bazarının sənayesi ilə  əlaqələr yaratmış  və 

ondan asılı olmuşdur.  İranda olan milli burjuaziyanın zavodları istehsal etdiyi 

mallarla rəqabətə davam gətirə bilmədiyi üçün məhv olurdu. Odur ki, milli 

burjuaziya 20-ci əsrin ortalarınadək bir sinif kimi formalaşa bilmədi, yalnız 

komprodor və iri ticarət burjuaziyası bir sinif kimi formalaşdı. (Vətənxah Mustafa. 

1380: 313-319) 



 1905-1911 - ci illərdə baş verən burjua inqilabı məşrutə hərəkatı 1918-1921- 

ci illərdə İranda baş verən milli azadlıq hərəkatı İkinci Dünya Müharibəsi illərində 

İranda baş verən siyasi hərəkatlar, 1953 - cü illər hərbi çevriliş və nəhayət, 1979 –

cu il İslam inqilabı İranın ictimai – siyasi quruluşunda və sosial stratifikasiyasında, 

köklü dəyişikliklərin yaranmasına səbəb oldu və ictimai siniflərin qarşılıqlı 

münasibəti ölkənin siyasi quruluşunda yeni keyfiyyət yaratdı.  

Bu dövrdə burjuaziya bir hakim sinif kimi İranın bütün iqtisadi sahələrinə və 

qaynaqlarına hakim kəsilib. İranda kapitalizmin inkişafı hakim sistemin yuxarıdan 

bağlılığına və burada dövlətin, hakimlərin  əsaslı rol oynamış  və  hərəsi öz 

sahəsində  İran burjuaziyasının stratlarının təşəkkül tapmasına imkan yaradırdı. 

Həmçinin dövlətin və bilavasitə iqtisadi işlərdə dövlət zavodlarının müdirlərə 

verilməsi bir güclü stratı- orta sinifi yaratdı. Baxmayaraq ki, bu adamların 

malikiyyətləri yox idi. Beləliklə,  Şahın ali rütbəli işçiləri bir bürokratik 

kapitalizminə çevrildi. Bütov qruplar, stratlar, burjuaziya sinifini yaratdılar. Iran 

burjuaziyasını mülkiyyət və iqtisadi fəaliyyətinə görə İran burjuaziyasını 4 strata 

bölmək olar :  




KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



113 

1- Böyük səltənət burjuaziyası ; bu burjuaziyanın əsasını bürokratlar, əyanlar, 

əşrəflər və tacirlər təşəkil edirdi.  

2- Yerli komprodor burjuaziya. İranın böyük şəhərlərinin (Tehran, Təbriz, 

İsfahan....) bazarında və ticarətxanalarında bizineslə məşğul olan təbəqə.  

3- 


Libral burjuaziya ; bu burjuaziyanın orta sinif burjuaziyanın 

nümayəndələrindən təşəkkül tapmışdır.  

4- Texnokrat burjuaziya : bu burjuaziya marksist yaxud millətçi sol (marksist) 

partiyanın tərəfdarlarından təşəkkül tapmışdır. Bu burjuaziya siyasi fəaliyyətlərini 

atıb ticarət və iqtisadiyyata girişmişdilər. Bu dörd stratın içində  səltənəti 

burjuaziya  ən köklü və mühüm sayılır və o üç strat, orta burjuaziyaya bağlıdır. 

Baxmayaraq ki,  

səltənət burjuvaziyası ilə  mənafeləri ziddir, amma ona tabe oldular (Sodagər 

Mohəmmədreza. 1383: 26).  

 Iranın Islami inqilabında (orta və milli burjuaziya) tacirlər mühüm rol 

oynadılar. İslam dövləti təşəkkül tapandan sonra onlar hökümətdə iştirak edib və 

İranın iqtisadi, ticarət işlərini əllərinə aldılar 



  

Fəhlələr  

Avropada, xüsusilə  İngiltərədə monofaktura sənayesi inkişaf etdikdən sonra 

torpaqsız kəndlilər monofakturalarda işləyən fəhlələrə çevrildilər. Dünyada 

kapitalizm ictimai-iqtisadi formasiyası imperializm mərhələsinə  qədəm 

qoyduqdan sonra dünya bazarı ilə  əlaqədə olan İranda fəhlə sinifinin təşəkkül 

tapması necə baş verdi? İranşünas alimlərin  əksəriyyəti bu fikirdədir ki, fəhlə 

sinifinin təşəkkül tapması heyvandarlıq və  əkinçiliklə  məşğul olan kəndilərlə 

bağlıdır. Kənddə ilk növbədə torpaqsız kəndlilər sənaye  şəhərlərinə axışaraq 

inkişaf etməkdə olan sənaye obyektlərində  işləməyə başlamışlar. Kapitalizmin 

ümumi inkişafı  İranda da inkişaf etməyə başladı.  İranda fəhlə sinifinin 

formalaşması  İngilis – İran neft şirkətinin təsis olunması ilə bağlıdır. (Dr 

Katoziyan Mohamdali, 1384: 345) Beləliklə,  İranda fəhlə sinifinin klassik 

formada formalaşması neft sənayesinin, ağır sənayenin, toxuculuq sənayesinin, 

balıqçılığın, yüngül sənaye obyektlərinin inkişafı ilə bağlıdır. Lakin 1940-ci illərin 

sonunadək hələ  İranda fəhlə sinifi tam formalaşmamışdı  və siyasi əhəmiyyət 

daşımırdı.  

Yalnız 05 yanvar 1961 - ci ildə  ağ inqilabın baş verməsi, başqa sözlə desək 

ABŞ-  ın təhriki ilə aqrar islahatın aparılması  fəhlə sinifinin inkişafı üçün şərait 

yaratmış oldu. Bu inqilab ictimai təbəqələr arasında böyuk dəyişiklik yaranmasına 

səbəb oldu. Belə ki, ABŞ-ın diqtəsi ilə böyük siyasi nüfuza malik olan iri torpaq 

mülkədarların torpaqları zorla onların  əllərindən alınırdı. Aqrar islahat zamanı 

dövlət tərəfindən qəsb olunan torpaqların bir qismi vəqf (İslam  şəriəti  əsasilə 

verilmiş yerlər) torpaqları idi. Bu aqrar islahat kəndlilərə torpaq vermək  əvəzinə 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

114 

mulkədar torpaqlarınıda müxtəlif üsullarla işləyən kəndliləri də torpaqsız qoydu. 

Onun əvəzində həm ənənəvi kənd təsərrüfatı strukturu dağıldı, digər tərəfdən isə 

limpen fəhlələrin ordusu heç bir iş səriştəsi və peşəsi olmayan fəhlələrlə artmağa 

başladı. Beləliklə, ölkə iqtisadiyyatının müxtəlif sahələri ucuz işçi qüvvəsi ilə 

təmin olundu, cəmiyyətin siyasi qüvvələri arasında qeyri – bərabərlik yarandı. Bu 

isə ictimai iğtişaşlar üçün zəmin yaradırdı.  İran fəhlələri xarici ölkələrə getmək 

imkanı olmadığından ölkənin daxilində çox ucuz muzdla işləyirdilər. Nəhayət, 

1970 – ci illərin sonuna yaxın illərdə  İranda ağır sənayenin metallurgiya, ağır 

maşınqayırma, neft sənayesinin, yüngül sənaye obyektlərinin və toxuculuq 

sənayesinin inkişafı  fəhlə sinifin klassik formada formalaşmasına  şərait yaratdi. 

Fəhlə sinifinin bu cür formalaşması 1979 – cu il İslam inqilabında xüsusi rol 

oynadı.  

  

Əkinçilər  

 Əyan siniflərin və stratların əsas gəlirləri kənd təsərrüfatından alınan gəlir idi. 

İran əkinçiləri və kənd təsərrüfatı haqqında " Ceymz frizer "in bu sözü həqiqətən 

uyğundur : "İran xalqı içərisində elə bir sinif tapılmaz ki, əkinçilər kimi zəhmətkeş 

olub və zülm çəksin. Zorakılıqla onların mallarını alırlar və onlara həmişə zülm 

edirlər.  Əkinçilərin heç birinin çıxış yolları yoxdur və adamın ürəyini ağrıdan 

budur ki, bu zülm kəmiyyət və keyfiyyət cəhətdən də sonu yoxdur." (Ensafpur 

Qülamriza, 1350: 134) 

 Bəzi imperialist dövlətlərin İrana geniş nüfuzu, mülkədar təbəqənin qüdrətini 

artırdı. Şah və dövlət öz ehtiyclarına görə, xaliə ərazini (dövləti yerləri) satırdılar 

və  kəndlilər “əkinçilər " öz borclarını verməyə qadir olmadığı üçün mülkədarlar 

onların yerlərini müsadirə edirdilər. Beləliklə,  əkinçilər öz xüsusi torpaqlarını 

əldən verdilər. Eyni zamanda, hakimiyyət öz ümumi iqtidarını  tədricən  əldən 

verirdi.  

Aydındır ki, belə bir şəraitdə  əkinçilər sinfi şiddətli istismar olunaraq, 

qədimdə olduğu kimi kəndliləri torpaqla birlikdə satmaq mümkün olmadığından 

onları bir işçi qüvvəsi kimi satırdilar.  

  

Rühanilər  

İran cəmiyətində din, bütün maddi, mənəvi, fərdi və ictimai həyat sahəsində 

güclü təsirə malik idi. Bu da ruhanilər stratının,  şəhərlərdə  və  kəndlərdə 

əhmiyyətli dəyərə malik olmasına  şərait yaratdı. Ümumiyyətlə, demək olar ki, 

XVİ  əsrdən etibarən ruhanilər aşağıdakı kimi ölkənin idarə olunmasında  İştirak 

edirdilər : 

1- Dini adətlər, o cumlədən, namaz, dua və cümə namazlarında xütbə oxumaq.  

2- Möqüfələri (İslam şəriyəti əsasila verilmiş yerlər), imamzadələri, türbələri 

və. . . . . idarə etmək imiş ki bu yerlərin gəlirlərindən ruhanilər istifadə edirdilər.  



KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



115 

3- Ictimai və xeyriyyə fəaliyətlərində çalışırdılar, misal üçun yetim üşaqlara, 

yoxsullara və dilənçilərə yardım etmək.  

4- Yeni məktəblər açmaq (1910 - cu ildən qabaq), bütün İran ölkəsində təlim 

və  tərbiyə sahələri ruhanilərin ixtiyarındadır, təkcə dini məktəblərin müəllimləri 

yox bəlkə xüsusi məktəblərin bir çox müəlimləri də ruhanilər idilər.  

5-  İranda bütün məhkəmədə,  ədliyyə  və hüquqi işlər ruhanilərin ixtiyarında 

idi, xüsusilə o hüquqi İslam qanunları ilə  əlaqədar olan işlər, o cumlədən, ailə 

qurmaq, əxlaqi və s.  

Beləliklə, göründüyü kimi bu dövrdə ruhanilər ölkənin idarə olunmasında 

dövlətlə paralel şəkildə iştirak edirdi. Ruhanilərin gəlirləri aşağıdakılardan ibarət 

olmuşdur :  

1-  İslamın qanunu əsasında müsəlmanların gəlirlərinin bir hissəsi rühanilərə 

verilirdi.  

2- Nəzirlər, hədyyələr və ianələr.  

3- Dövlət tərəfindən ruhanilərə büdcə vəsaiti ayrılırdı.  

4- Ruhanilər öz ictimai fəaliyyətləri  əsasında o cümlədən, tədris, məhkəmə, 

vaizlik işlərinə görə maaş alırdılar.  

5- Vəqf (İslam şəriyəti əsasilə verilmiş yerlər) torpaqlarından alınan vergilər. 

(Dr Ayvəzi Mohamədrəhim. 1380: 133)  

Buna görə  də  hər il ruhanilərin ixtiyarında külli miqdarda pul vəsaiti 

toplanırdı.  

Ruhanilər XX əsrin sonlarında  İranda imperializm qarşısında güclü bir strat 

kimi fəaliyyt göstərirdilər və ümumi ictimai fikirin formalaşmasında çox böyük 

nüfuza malik idilər. Bunu 1979-cu il İran  İslam inqilabı aydın göstərdi. Lakin 

ruhanilərin özü də iki qrupa bölünürdü. Mütərəqqi və mürtəce.  



Mütərəqqi  qrupdan olan ruhanilər hər bir cəmiyyətdə ictimai ədalətə, sosial 

bərabərliyi və insanların hüquq bərabərliyini həyata keçirmək üçün ilahi qanunları 

tətbiq etməyə çalışırdılar. Mürtəce qrupa aid edilən ruhanilər isə dövlətin qayğı və 

maddi yardımından bəhrələndiyi üçün ilahi qanunlarının düzgün olduğunu sübut 

etməyə çalışırdılar. Mürtəce ruhanilər bir strat kimi ikili xarakterə malik idilər. 

Hər hansı bir dövlət quruluşu zəifləyən kimi birincilərə - mütərəqqi ruhanilərə 

qovuşurlar.  

  

QAYNAQLAR 

1 -Dr. Nozəri Izətullah - tarixe ictimai İran - İntişarate Xocəstə- Tehran – 1381 

2- Ravəndi Mürtəza- Tarixe ictimai İran – 5inci cild –İntişarate Amir Kəbir – 

Tehran. 1359  



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

116 

3- Ahmad Aşrəf – Təbəqate  İctimai Dovlət və  İnqilab dər  İran – Tərcume, 

Soheyla Torabi- İntişarate Nilufər- Tehran -1387  

4- Foran Can –Tarixe Təhəvvolate  İctimai dər  İran – tərcümə,  Əhməd 

Tədəyyun Müəsseseye Rəsa– Tehran -1377 

5- Pavloviç. M – İnqlabe Maşrute  İran - Tərcumə, M. Huşyar – Şerkəte 

Ketabhaye Cibiye İran – Tehran- 1357  

6- Vətənxah Mustafa - Mavane Tarxiye Tose Nayaftəgi dar İran 

İntişarateVezarəte Fərhəng və İrşad. Tehran. 1380 

7- Sodagər Mohəmmədreza – Toseye Monasebate Sərmayedari dər  İran– 

İntişarate Barane Əndişe – Tehran -1383 

8- Dr Katoziyan Mohamdali- İqtesade Siyasiye İran – Tərcumə, Mohəmadreza 

Nəfisi- Naşre Mərkəz – Tehran- 1384 

9- Ensafpur Qülamriza. Tarixe Zendegi Tabəqate  İctmai Rustaiyane İran. 

Səhami İntişar. Tehran. 1350 

10- Dr Ayvəzi Mohamədrəhim – Təbəqate İctimai dər Rejime Şah – Mərkəze 

Əsnade İnqlabe İslami – Tehran- 1380  



Yüklə 59,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə