Microsoft Word KÜLTÜr evreni 5 son doc



Yüklə 355,51 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü355,51 Kb.
#53862


KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



179 

 

 



 

İRƏVAN ƏDƏBİ MÜHİTİNİN XIX ƏSR VƏ XX ƏSRİN 

20- Cİ İLLƏRİNİ ƏHATƏ EDƏN DÖVRÜNÜN TARİXİ 

ÖZÜNƏMƏXSUSLUĞU 

 

COVERING HISTORICAL SELF –BELONGING OF 

LITERARY ENVIRONMENT OF IRAVAN OF THE XX – 20 

OF THE XX CENTURY 

 

ИСТОРИЧЕСКАЯ САМОБЫТНОСТЬ ЕРЕВАНСКОЙ 

ЛИТЕРАТУРНОЙ СРЕДЫ, ОХВАТЫВАЮЩИЙ ПЕРИОД 

ХIХ века и 20 гг. XX ВЕКА 

 

 

Doç. Ziyəddin Həmiloğlu MƏHƏRRƏMOV

*

 

 



 

Özet 

Yazıda; İrevan edebi muhitinde Kürekçay ve Gülüstan anlaşmalarından sonra 

Azerbaycan halkına, onun kültürüne, edebiyatına, güzel sanatlarına yapılan 

kötülükler, Ermenistan olarak adlandırılan Batı Azerbaycan arazisinden, 

Azerbaycan Türklerinin kendi yurdlarından zorla çıkarılması, buralarda 

Ermenileşdirme siyasetine kovuşma yolları açıklanmaktadır.  



Anahtar kelimeler: Azerbaycan, Kürekçay, Gülüstan, İrevan, Ermenistan.  

 

 Summary 

Tragedies of Azerbaijan nation, its culture literature, аrt that took place after 

Kurachay and Gulustan treaties and the problems of achievement of armenisation 

policy accrued after the forced deportation of Azerbaijanis from their native 

territories of Iravan khanligi, today called Armenia.  



Key words: Azerbaijan, Kurachay, Gulustan, Iravan, Armenia.  

 

                                                 



*

 Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının 

Dosenti, Filologiya Elmləri Namizədi/AZERBAYCAN 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

180 



İrəvan ədəbi mühiti ümumi Azərbaycan mədəniyyətinin mühüm və ən çox da 

ermənilərin heç bir əsası olmadan qədim Oğuz yurdunun əzəli, həm də əbədi dədə-

baba torpaqlarını,  İrəvan xanlığının tarixi ərazilərindəki yaşayış  məskənlərinin 

adlarının erməniləşdirilməsini həyata keçirməklə, guya bu torpaqlarin “həqiqi” 

sahibi olduqları barədə dünya ictimaiyyətində cəfəng uydurmalarla yanlış təsəvvür 

yaratdıqları indiki şəraitdə bu ədəbi mühitin tədqiq olunması son dərəcə böyük 

əhəmiyyət kəsb edən sahələrdəndir.  

Xalqımızın dünya mədəniyyəti xəzinəsində adları  fəxrlə  çəkilən çoxsaylı 

yazıçı,  şair, publisist, alim və saz-söz sənətkarlarının həyatı, fəaliyyəti, ictimai-

siyasi mübarizəsi və yaradıcılıq inkişafı  İrəvan  ədəbi mühit timsalında 

formalaşmışdır.  

XIX  əsrin birinci qərinəsinin mürəkkəb hadisələri Azərbaycan xalqının 

taleyində ağır məşəqqətlər, qırğınlar, talanlar, işğallar və köçürmələrlə xarekterizə 

olunması, Qafqazın, həmçinin ikiyə bölünən Azərbaycanın rus çarizmi tərəfindən 

işğalı  və  İrandan, Türkiyənin müxtəlif  ərazilərindən köçürülən ermənilərin[А.  С. 

Грибоедов1989: 387] Araz çayı sahillərində məskunlaşdırılması həyata keçirildiyi 

bir  şəraitdə[Н.  Н.  Шавров 1911:63, 64] çarizmin yeritdiyi bu siyasətin nələrlə 

nəticələnəcəyini qabaqcadan qiymətləndirən ziyalıların öncül dəstəsinin 

nümayyəndələri yetişməkdə idi.  

Rusiyanın Zaqafqaziyada yeritdiyi siyasəti Azərbaycan xalqının mənəvi 

sarsıntıları ilə yanaşı, onun mədəni həyatında bir sıra diqqətəlayiq yeniliklərin 

yaranmasına da səbəb olmuşdu. Azərbaycanda realist ədəbiyyatın inkişafı, yeni 

tipli məktəblərin, gimnaziya, seminariya və teatrların açılması  mədəni 

yeniliklərdən idi.  

XIX  əsrdə Zaqafqaziyada xalqların rus inqilabçı-demokratları ilə əlaqəsi olan 

yeni fikirli ziyalıların zamanın ictimai-siyasi ziddiyətlərindən baş  çıxardan bütöv 

bir dəstəsi yetişmişdi. Ümummilli ədəbi-ictimai fikrimiz Mirzə  Fətəli Axundzadə 

realist  ədəbi  ənənələrinin davamiylə, “Molla Nəsrəddin”  ədəbi məktəbi ilə 

səciyyəvidir. Həmin dövrün başlıca cəhəti olaraq, “ədəbiyyatımızda yeni düşüncə 

tərzi, milli realist- maarifçilik[Nazim Axundov 1959:8] məfkurəsi, eləcə  də 

publisistika, mətbuat milli taleyin, gerçəkliyin həqiqətləri kimi əks olunmuşdur. 

”[Şurəddin Məmmədli 2003:143] XX əsrin  əvvəllrində müstəqil ideya-estetik 

konsepsiya formalaşdırmağa müvəffəq olan “Molla Nəsrəddin” və “Füyuzat” 

jurnallarının adları ilə bağlı satirik və romantik ədəbiyyat məktəbləri milli 

mədəniyyət tariximizə bir sıra parlaq nümunələr bəxş etmək yolunda əvəzsiz rol 

oynamaqda idi. [Şamil Vəliyev 1999:3, 5] 

 “Tiflis 

ədəbi mühiti ədəbi mühiti öz əhəmiyyəti və  zənginliyi ilə 

Azərbaycan ədəbiyyatşünaslarınin diqqətini həmişə cəlb etmişdir. Onlar Tiflisdəki 

Azərbaycan ədəbi mühiti ilə bağlı sənətkarların həyat və yaradıcılığına dair çoxlu 

tədqiqat  əsərləri yazmışlar. Bu mühit haqqında geniş  təsəvvür yaradan 

ədəbiyyatşünas alim Əziz  Şərif, xalq yazıçısı Mirzə  İbrahimovun Cəlil 

Məmmədquluzadəyə həsr etdiyi “Çöyük demokrat”, Şıxəli Qurbanovun “Puşkin və 



KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



181 

Azərbaycan poeziyası”, “XIX əsrdə Azərbaycan-rus  ədəbi  əlaqələrinin inkişaf 

mərhələləri”,  Şamil Qurbanovun “XIX əsrin sonu, XXəsrin  əvvələrində 

Azərbaycan-rus 

ədəbi 

əlaqələri”, “Açılmamış 



səhifələr”, Alməmməd 

Alməmmədovun “XX əsrin  əvvəllərində Azərbaycan-rus  ədəbi  ədəbi  əlaqələri”, 

Dilarə Əliyevanın “Azərbaycan-gürcü ədəbi əlaqələri tarixindən” adlı elmi-tədqiqat 

əsərlərində Tiflis ədəbi mühitinin işıqlandırılmasına, onun Azərbaycan 

ədəbiyyatının inkişafındakı roluna, qarşılıqlı ədəbi əlaqələr tarixinə dair geniş fikir 

və  zənginmaterial vardır. Qocaman jurnalist Qulam Məmmədlinin “Molla 

Nəsrəddin” adlı salnaməsi və “Azərbaycan teatrının salnaməsi” kitabları da Tiflis 

ədəbi mühitini işıqlandıran faktlarla zəngindir”{Abbas Hacıyev1980:6}  

Ümumi Azərbaycan ədəbi mühitinin aparıcı qollarından biri olan İrəvan ədəbi 

mühiti  ədəbi simalarının yaradıcılığı timsalında namizədlik və doktorluq 

dissertasiyaları müdafiələri edilmişdir. Bu iş indi də davam etdirilir. Həmin 

dissertasiyalarda  əhatə edilən dövrün ictimai-siyasi hadisələri, ermənilərin 

xalqımızın başına açdığı amansız vəhşiliklər, qəddarlıqlar, qırğınlar, işğallar barədə 

tarixi faktlara söykənən həqiqətlər öz əksini tapmışdır.  

İrəvan  ədəbi mühitinin nəzərdə tutulan dövründə  İrəvan xanlığınının tarixi 

özünəməxsusluğunu görkəmii sənət adamlarının həyat və yaradıcılığı timsalında 

araşdırılması  əsas məqsəd kimi qarşıya qoyulmuş, məktəbdarlıq, kitab nəşri, 

maarifçilik, rəssamlıq, nəccarlıq, teatr truppalarının yaradılması, mətbuatın inkişaf 

etdirilməsi sahəsində vaxtı ilə həyata keçirilən, ötən əsrlərin Qafqazla bağlı mətbu 

orqanlarında öz əksini tapan, lakin dövrün ictimai-siyasi durumunun qanunlarının 

qoyduğu qadağaların tələbləri baxımından araşdırılmayan, yalnız və yalnız arxiv 

sənədlərində yatıb qalan maraqlı  məlumatların üzə  çıxarılması  əsasən təmin 

olunmuşdur. Mühitin ictimai-siyasi və ədəbi tarixinə  nəzər yetirilmiş, həm yazılı, 

həm də  şifahi xalq ədəbiyyatının nümayəndələrinin İrəvan xanlığının əhatə etdiyi 

ərazilərdə yaradıcılıqlarının bu və ya digər cəhətlərinin bədii nümunələr  əsasında 

səciyyələndirilməsi, sənətkarlıq məsələlərinin təfsiri tədqiqatın  əsas predmetidir. 

İrəvan ədəbi mühitinin bu və ya digər məsələlərinin, araşdırılması lazım olan bütün 

məqamların əsasən elmi təhlilə cəlb olunması, ədəbi-bədii prosesin tarixi zəmində 

ümumi mənzərəsi barədə  bəzi məsələlərin  şərhi maraq doğurur. Burada 

Azərbaycanının ayrı-ayrı  ərazilərini  əhatə edən  ədəbi mühitlərinin ümumi 

prinsirləri həm nəzəri, həm də praktik prinsipləri  əsas götürülmüş,  ədəbi-tarixi, 

tarixi-müqayisəli, müqayisəli-tipoloji metodlardan istifadə olunmuşına daha çox 

diqqət yetirilir. Azərbaycanın ədəbi mühitlərinin araşdırılması baxımından yazılmış 

monoqrafiya və dissertasiyaların elmi-nəzəri metod və prinsipləri bir istiqamət 

kimi əsas paritet təşkil edir.  

    İrəvan  ədəbi mühiti ümumi Azərbaycan  ədəbi mühitləri içərisində 

özünəməxsusluğu ilə seçilən mühitlərdəndir. Tədqiqatda  İrəvan  ədəbi mühitinin 

XIX  əsrdə  və XX əsrin 20-ci illərindəki dövrünün amansızlıqlarına və 

məşəqqətlərinə  məruz qalan, bunların nəticəsində deportasiyalara, köçürmələrə, 

qırğınlara düçar olan soydaşlarımızın vətən, torpaq, doğma yurd eşqi barədə 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

182 

yaddaşlardan,  ədəbi nümunələrdən götürülən materiallar, söyləmələr, hadisələr, 

həmçinin bu mühitlə bağlı araşdırmalar öyrənilib nzərdən keçirilmişdir.  

 Mövcud 

durumundan 

hər hansı vasitə ilə  çıxarmaq üçün ədəbi-bədii 

mübarizədə  əllərindən gələni  əsirgəməyən mütəfəkkirlərin, Tiflisdə  və  İrəvanda 

fəaliyyət göstərən “Molla Nəsrəddinçilərin”, o cümlədən ilk yazılı mətbuat abidəsi 

kimi  İrəvanda işıq üzü görən “Lək-lək”, “Bürhani-həqiqət” jurnalları  ətrafında 

cəmləşənlərin yaradıcılıqları, tərcümeyi-halları, Qərbi Azərbaycan ədəbi mühitinin 

sözü gedən dövrünün sənət həyatı, istər yazılı, istərsə də şifahi ədəbiyyatın ənənə, 

novatorluq və bu anlayışların qarşılıqlı  əlaqəsi,  ədəbiyyatın, incəsənətin, 

mədəniyyətin inkişafı sahəsində araşdırmaların nəticələri barədə elmi-nəzəri qənaət 

və mülahizələr irəli sürülmüşdür. Bütün bunlar tədqiqatın elmi yeniliyi sayıla bilər.  

İrəvan xanlığı yaradılan zamandan, yəni 1410-cu ildə Pir Hüseyn Əmir Sədi 

xandan başlamış, ta 1828-ci ilə Hüseynqulu xana və qardaşı  Həsən xana qədər 

xanlıq taxtında  əyləşən 49 nəfər xanın hamısı Azərbaycan türkləri olub. Bu bir 

daha göstərir ki, İrəvan xanlığının ərazisinin əsl sahibləri Azərbaycan türkləridir.  

Həmin dövrlərdə İrəvan xanlığında bir sultanlıq və on beş mahal olmuşdur. Bu 

mahallarda irili-xırdalı 2300 yaşayış  məntəqəsinin 1500-dən çoxunda büsbütün 

Azəri türkləri yaşayırdı. 1828-ci ildə xanlıqda 310 erməni məskəni vardı ki, bu da 

xanlıqda yaşayan Azərbaycan türklərinin cəmi 25 faizini təşkil edirdi və etnik 

müxtəlifliyi baxımından belə idi.  

...Rusların işğal etdiyi ərazilərdən, xüsusən də  İrəvan və Naxçıvan 

xanlıqlarından 240 min əhali, özü də rus istibdadına boyun əyməyən və rus 

təəbəliyini özlərinə təhqir sayan varlı təbəqə İrana və Türkiyəyə köç elədi. İrəvanın 

boşalmış  ərazilərdə isə  dərhal  İrandan və Türkiyədən qaçan kürdlər və ermənilər 

məskunlaşdılar.  

 “Türkmənçay müqaviləsi”ndə öz əksini tapan bir neçə  şərtlə yanaşı  hər iki 

dövlət –İran və Rusiya dövlətləri, İrandan və Türkiyədən Rusiyaya, Azərbaycandan 

isə  İran və Türkiyəyə köçən müsəlmanların yerləşdirilməsini öz üzərinə götürdü. 

Və beləliklə, həmin müqaviləyə  əsasən, çox az bir vaxtda İrandan 40 minə, 

Türkiyədən isə 80 mindən çox erməni  İrəvan quberniyasına və  Gəncə 

quberniyasının dağlıq  ərazilərinə köçürüldü. Bu azmış kimi 1828-ci ildə 21 mart 

tarixli fərmanı ilə İrəvan quberniyası ərazisində erməni mahalı yaradıldı.  

... Həmin vur-haydan, köçhaköçdən, o zaman Vedibasar mahalı az da olsa, yan 

keçmişdir. Və bunun da əsl səbəbkarı o zaman burada böyük hörmət və nüfuz sahi-

bi Mahmud ağa və onun oğlu  Şəfər bəy olmuşdur. Mahmud ağa başqa bəylərə, 

bəyzadələrə və xanzadələrə qoşularaq İrana köç etməmiş, əksinə Göyçəli Vəli ağa-

dan nümunə götürərək oğlu  Şərəf bəyi özünə layiq sovqatlarla İrəvana – Qədim 

Azərbaycan  şəhərini özünə  qərargah edən və adını tarix səhifəsinə “Paskeviç—

İrəvanski” kimi yazdıran rus generalının hüzuruna göndərmişdir.  Şərəf bəy 

generala layiqli hədiyylər verdikdən sonra, rus təəbəliyini qəbul edərək, bəylik 

silkini, bəylik xənanadını, malını-mülkünü qorumaqla yanaşı, Azərbaycanlılar ya-



KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



183 

şayan kəndlərin də  İrana köç etməsinin qarşısını aldı. Bu həmin Mahmud ağa və 

Şərəf bəydir ki, onların səcərə rişələrindən və qol-budaqlarından düzü-dünyanı 

dolduran məşhur “Hacılar nəsli” törəmiş  və  həmin törənin biri də ömürü 

mübarizələrdə  və doğma xalqına sədaqətlə xidmətdə keçən Eyyub ağa və onun 

oğlu Maqsud Hacıyev olmuşdur” [Məmməd Əfşan 2008: 18, -17].  

Şəhər dirçəldi, əhali bərpa olunmuş evlərə qayıtmağa başladı"[Əsgər Zeynalov 

1999: 6, 7][Ermənistan azərbaycanlılarının coğrafiyası 1995: 5]. XYIII əsrin 

ortalarında  İrəvan xanlığının yaradılıdığı, xanlığın  əsasının Mir Mehdi xan 

tərəfindən qoyulduğu, ərazisinin Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı 

torpaqlarda yerləşdiyi və naiblər tərəfindən idarə olunan on beş mahalı əhatə etdiyi, 

İrəvan  şəhərinin bu xanlığın mərkəzi olduğu, buranın daimi aboregtn əhalisinin 

hamısını türklər təşkil etdiyi təkzibolunmaz tarixi faktdır.  

Özünü imperiya elan etmiş Rusiyada bu dövlətin siyasi strategiyasını  əks 

etdirən I Pyotrun “Vəsiyyətnamə”si yazılmış, beyinləri  şiəlik təriqəti ilə 

zəhərlənmiş fars feodalları Azərbaycanın varlığı ilə heç cür hesablaşmaq istəmir. 

Həticədə formal bir müharibədən sonra XIX əsrin  əvvəllərində Azərbaycan ikiyə 

bölündü, həm coğrafi, həm də dövlət müstəqilliyini itirdi. 1918-ci ilin mayın 28-nə 

Şimali Azərbaycanda milli dövlət yaranana qədər müstəqilliyimiz, milli varlığımız 

laylaların, bayatıların ümidinə qaldı, muğamın ürəkparçalayan hücrələrində 

daldalandı, həsrətlə, gizli-gizli Araza göz yaşı axıtdı[Nizaməddin  Şəmsizadə 

2008:100-101]. Hələ 1896-cı ildə  Dərbəndi  ələ keçirən Rus qoşunları bir neçə 

istiqamətdə Zaqafqaziyaya hərəkata başlayaraq, ilk növbədə Gürcüstanı Rusiyanın 

tabeliyinə  qəbul etdi. Təəssüf ki, Quba xanı  Fətəli xanın xanlıqların vahid dövlət 

kimi birləşdirmək barədəki uzaqgörən, inadkar mübarizəsi o dövrdə kifayət qədər 

gücü olan Azərbaycan xanlıqları “mənəmlik” iddiasından yurdu yağıya qurban 

etdi. “Mənəm-mənəm” deyən xanlardan yalnız ikisi – Gəncə xanı Cavad xan və 

İrəvan xanı Hüseynqulu xan axıra qədər ruslara müqavimət göstərdilər... Gürcü 

əsilli rus generalı Sisianovla[Azərbaycan tarixi 1994:571, 572] Cavad xanın 

məktublaşması bu baxımdan ibrətamizdir.  

1805-ci ildə Gəncə yaxınlığında Kürəkçay müqaviləsinin imzalanması, 1813-

cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Rusiya və Iran arasında tarixə 



Gülüstan müqaviləsi kimi daxil olan ikinci sülh müqaviləsinin bağlanması 

Azərbaycanın iki imperiya arasında bölüşdürülməsinin əsasını qoydu,  

Ruslar Arazın o tayındakı vilayətləri tutandan sonra heç vaxt bu bölgənin 

insanlarına etimad göstərmədilər. Ermənilərə qol-qanad vermək nəticəsində onlar 

Rusiyanın iqtisadi, mədəni, siyasi, hərbi sahələrində  iştirak edərək nüfuz 

qazandılar. Lakin bütün bu himayədarlıqlara və  cəmiyyətin ermənilərin xeyrinə 

dəyişdirilməsinə baxmayaraq, ta 1918 - ci ilə qədər ermənilər nəinki Qafqazın heç 

bir məntəqəsində  əhalinin  əksəriyyətini təşkil etmirdilər,  əksinə, erməni yazıçısı 

Anahid Terminasyanın dediyi kimi, fərqli təsir dairəsindən də faydalanmırdılar. 

Adıçəkilən yazıçı  əlavə edir: "Tiflis konqresinin əsas nigarançılıqlarından biri 

Qafqazda konkret erməni milli nüfuzunun çatışmamazlığı idi. Yerli idarəçilik 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

184 

muxtariyyəti əldə etmək üçün xahişnamə ilə bərabər, zemstvolar təsis etmək üçün 

pərakəndə erməni camatını  əhatə edən çox məhdud miqyasda əyalət vahidlərinin 

planı da təqdim edildi". (2. Anahid Ter Minasyan. "Müasir tarixdə Qafqaz". səh. 

63) 


"İrəvan vilayətindəki 211 azəri kəndi xarabalığa çevrildi və 100 minlərlə insan 

qətliam olundu. Beləliklə, təxminən 300 min İrəvan azərisi məhv edildi..." (3 - 

Mənije Turabzade və... "Mərkəzi Asiyada və Qafqazdakı  dəyişiklərin mahiyyəti" 

səh. 71). Müsəlmanların soyqırım və təmizlənməsi sonralar da amansızlıqla davam 

etdirildi.  

General Paskeviçin komandanlıq etdiyi çar ordusu hissələrinin 1827-ci il 

martın 13-də Eçmiədzinə daxil olması, həmin ilin iyunun 7-də Naxçıvanı tutması, 

iyulun 7-də Abbasabad qalasının süqut etməsi,  İrəvan sərdarı Hüseynqulu xanın 

müqavimət göstərməsinə baxmayaraq, 1827-ci il sentyabrın 20-də  Sərdarabad 

qalası, oktyabrın 1-də isə İrəvan qalası[Qlinka S. N. 1995] xaç yürüşünün sonuncu 

qurbanlığı oldu.  

Qeyd olunmalıdır ki, Irəvan etnik arealından söhbət gedərkən bu etnik arealın 

onun coğrafiyasından daha geniş olduğunu söyləmək olduqca zəruridir. Son 

deportasiyayadək Ermənistan adlanan Qərbi Azərbaycan  ərazisinin  əksər 

bölgələrində tarixən daimi yaşayan azərbaycanlılardan  əlavə,  İrəvan xanlığındakı 

müxtəlif yaşayış  məskənlərində doğulan, boya-başa çatanların çoxusu 

Azərbaycanın müxtəlif rayonlarında, habelə Sovetlər ittifaqının bir sıra 

şəhərlərində zərurət üzündən məskumlaşmışlar. Irəvan xanlığı təkcə coğrafi məkan 

deyil, həm də güclü ədəbi-estetik informasiya məkanıdır. Bu xanlığın adı çıkiləndə, 

ilk növbədə, Gərnibasar, Göyçə, Dərəçiçək, Dərələyəz, Ağbaba mahalları –saz-söz 

yada düşür. Bu mahallar türk əxlaqı  və  mədəniyyətinin oparıcı ocaqları, “ana 

sazımızın beşiyi, bədii sözümüzün çağlayan çeşməsi yada düşür”.  İndi  əlçatmaz 

olan adı  çəkilən bu ərazilər başdan-başa erməniləşdirilmişdir. Bu, yaşayış 

məskənləri, yer, çay, dağ adlari, məscid, məhəllə  və bağ adları coğrafiyaçıların, 

siyasətçilərin yaddaşlarda Qarabağ  məsələsinin həllinə yönəldilən aktual 

söhbətlərdə və bir də bu adların, yerlərin həsrətini çəkən ixtiyar qocaların ara-sıra 

söhbətlərində yaşayır. Lakin Qərbi Azərbaycan və  İrəvan mövzusu yaradıcı 

ziyalıların yaradıcılığında, alimlərin, tədqiqatçıların tədqiqatlarında gündəmdədir.  

Coğrafiya elmləri doktoru, prof. E. Q. Mehrəliyevin soydaşlarımızın 

mütaliəsinə  təqdim etdiyi “İrəvanilər” [Çaşıoğlu nəşriyyatı, Bakı, 2000] kitabının 

müqəddiməsində gürcü xalqının mütəfəkkirlərindən  İlya Çavçavadzedən gətirdiyi 

sitatda göstərir ki, “Millət öz tarixini unudanda onun süqutu başlayır... Tarix 

millətin bütün varlığını ürəyinin dərinliyində gəzdirir və bununla da hər bir millətin 

mətanəti, qüdrəti, gələcəyi üçün topladığı qüvvə və ehtiyatı güzgü kimi özündə əks 

etdirir. ”[Şurəddin Məmmədli 2003: 22], İlya Qriqoryeviç Çavçavadze 1902: 2, 3] 

[Амрали Исмаилов2006:12]Görkəmli şəxslərin fəaliyyəti nəinki özləri haqqında, 

eləcə  də millətinin bu və ya digər dövrlərdə  nəyə qadir olduğundan xəbər verir. 



KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



185 

Odur ki, “İrəvanilər” kitabçası Azərbaycan tarixində,  ədəbiyyatında və 

mədəniyyətində rolu olan şəxsiyyətlərin məkani təxəllüsləri ilə diqqəti çəkir.  

Erməni tarixşünası M. Vartanyan 1914-cü ildə Cenevrədə çap olunau “Erməni 

hərəkatının tarixi” monoqrafiyasında qeyd edir ki, “Türkiyə erməniləri rus 

ermənilərinə görə erməni mədəniyyəti, dili, tarixi və  ədəbiyyatı baxımından çox 

güclü və  sərbəst idi. XIX əsrin  əvvəllərində ermənilik bir millət olaraq hələ 

Avropada bilinmirdi, ... milliyətsiz, sərsəri kimi tanıyırdılar”. 1813-cü ildən sonra 

rus sərkərdələri tərəfindən  İranda Rusiyanın səlahiyyətli səfiri olan A. S. 

Qriboyedovun köməyi ilə İrandakı ermənilərə mərhəmət göstərilərək, onları İranın 

Loristan vilayətindən Azərbaycanın geniş  ərazisinə - Zəngəzura, Qarabağa, 

Vedibasara, Dərələyəzə, Zəngibasara, Göyçə mahalına köçürmüşlər və bunun 

nəticəsində də milli tərkib dəyişilmişdir. {Амрали Исмаилов 2006:12} 

Biz müsəlmanlara çox təsir etməyə çalışırdıq ki indiki vəziyyətlə barışsınlar. 

Hətta biz onlara bildirirdik ki, ermənilər bu ərazidə çox qalmayacaqlar. Amma 

onlar təlaş içində deyirdilər ki, ermənilər bu torpaqları həmişəlik ələ keçirəcəklər. 

[А. С. Грибоедов1989: 387] 

Rus qoşunlarının 1827-ci ilin 1 oktyabrında  İrəvanı  çətinliklə  zəbt etdikdən 

sonra bədnam Türkmənçay müqaviləsinə (1828) əsasən  İrəvan xanlığı Rusuyaya 

birləşdiriləndə azlıq təşkil edən ermənilər də azərbaycanlılarla dinc əməkdaşlıq 

şəraitində yaşamışlar.  

 Köçürülmə və nəzərdə tutulmayan xərclər üçün onlara 14. 000 çerivon qızıl və 

400 rubl gümüş verilmişdir. Lazarev (milliyətçə ermənidir-Z. M) Rusiyaya 40. 000 

nəfər yeni təbəə köçürmüşdür[С. Глинка 1831: 92]. Paskeviçin vaxtında erməniləri 

dəvət etmək üçün palkovnik Ermənilərin Azərbaycan torpaqlarına, 

azərbaycanlıların daha sıx yaşadıqları  ərazilərə kütləvi  şəkildə köçürülməsini rus 

tədqiqatçıları və alimləri hələ XIX əvvəllərində geniş əks etdirmişlər. 1826-1828 ci 

illərdə müharibədən keçən iki il ərzində  İran və Türkiyə erməniləri Yelizavetpol 

(Gəncə) və İrəvanın ən yaxşı torpaqlarında, Göyçə gölünün sahillərində, Vedibasar 

mahalında və sair yerlərdə sistemli köçürülərək məskunlaşdırılması  həyata 

keçirilmişdir. [Н.  Н.  Шавров 1911:63, 64] Rusiya torpaqları adlandırılan 

Azərbaycana ermənilərin köçürülməsinin təşkilindən söz açan müəllif : üç ay yarım 

ərzində 8. 000-dən çox ailənin Arazı keçdiyini qeyd etmişdir. Lazarev İrana 

göndərilmişdir. Karapet adlı  Ərzurumdan olan bir keşiş özü ilə 70. 000 erməni 

gətirmişdir... müsəlman dövlətlərindən Rusiyaya ermənilərin köçürülməsi fasiləsiz 

olaraq davam etdirilmişdir. [В.  Л.  Величко 1904: 87]. İrəvan xanlığının 

süqutundan sonra yerli kübar azərbaycanlı ailələrinin bir hissəsi doğma yerlərini 

tərk etmiş, həmin dövrdə  İrəvanda doğma yurd-yuvasını  tərk edən ailələri nəzərə 

almasaq, azərbaycanlılar 1807 ailə  və ermənilər isə 567 ailə olmuşdur. Burada 4 

xan, 41 bəy və sultan- azəri ailəsi, 8 məlik və ağa-erməni ailəsi, 50 axund və molla, 

13 keşiş yaşamişdır.  

Irəvan xanlığını yalnız azərbaycanlı xanların idarə etdiyini tarixi fakt olaraq 

erməni alimləri etiraf etməli olmuşlar Tarixi öz xeyirlərinə saxtalaşdırmaqda mahir 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

186 

olan erməni onların Yerevan adlandırdıqları paytaxt şəhəri  İrəvanı 1504-cü ildə 

Şah  İsmayılın tapşırığı ilə  vəziri Rəvan xan tikdirmişdir.  Şah Ismayıl vəzirin 

gördüyü işi yüksək qiymətləndirərək  şəhərə onun adını vermişdir. Irəvan xanlığı 

Azərbaycanın on səkkiz xanlığından biri kimi 438 il yaşamışdır..  

Ermənistan respublikasının ensiklopediyasında verilən məlumatda göstərilir ki, 

İrəvanı 438 il azərbaycanlı xanlar idarə etmişlər. Erməni tarixçisi Havanes 

Şahxatunyan tam dəqiq xronologiya tərtib etmiş  və orada göstərmişdir ki, 

azərbaycanlı hakimlər 1390-cı ildən başlayaraq 1828-ci ilə qədər İrəvan bölgəsində 

hökmran[Ermənistan Ensiklopediyas III cild, 571] olmuşlar. Havanes Şahxatunyan 

tarixi araşdırmalarında bu hakimlərin adlarını  və hakimiyyətdə olduqları illəri 

ardıcıllıqla əks etdirmişdir. Bu siyahıda 49 nəfər xanın adını qeyd etmiş, əvvəlinci 

xan Əmir Sədd(1390-1410), sonuncular isə(1806-1827) Hüseyn xan və Həsən xan 

qardaşları olmuşdur.  

Rus qoşunları ermənilərin təhriki və fəal iştirakı ilə İrəvan üzərinə hücumlarda 

məğlub edilmiş, bir neçə illik döyüşlərdə xanlığı  təslim olmağa məcbur edə 

bilməmişdi.  İrəvan xanlığının sonuncu hakimləri olan Hüseyn xan və  Həsən xan 

qardaşları  şəhəri alınmaz qalaya çevirərək birləşmiş erməni-rus ordularını 

məğlubiyyətə  uğratmışlar. Nəhayət, 1827-ci ildə  təcrübəli rus generallarının 

başçılıq etdiyi birləşmiş qoşunlar həlledici döyüşdə qalib gəlmiş  və çar hökuməti 

İrəvan xanlığını  ləğv etmişdi. Bundan sonra xaricdə yaşayan ermənilərin  İrəvan 

xanlığı  ərazisinə köçürülmələrinə başlanmışdır. Mərhələ-mərhələ  həyata keçirilən 

bu mənfur siyasətin davamı olaraq 1918-ci ilin mart soyqırımı ermənilərin 

Azərbaycan torpaqlarını işğal etmək planının tərkib hissələrindən biri adlandırmaq 

olar. Soyqırımı  nəticəsində onlar Qərbi Azərbaycan torpaqlarını odlara qaladılar, 

əhalini didərgin saldılar, Göyçəni, Zəngəzuru zəbt etdilər. Qana və özgə 

torpaqlarına susamış vandal ermənilər Azərbaycana qarşı  mənfur siyasətlərini 

iyriminci yüzillik boyu[İbad  İbrahimov 2009, 115] və indinin özündə  də davam 

etdirmişlər. [“Respublika” qəzeti, 2 aprel 2008] 

 Indiki  Ermənistan  ərazisi Azərbaycan torpağı olmuş, burada yaşayanlar isə 

azərbaycanlılar olmuşlar. Tarixdən məlumdur ki, Türkiyə  və  İranın Rusiya ilə 

dəfələrlə olan müharibələri zamanı Rusiyanın bu iki müsəlman ölkələrlə 

həmsərhəd olan ərazilərini  ələ keçirib özü üçün müdafiə bazası yaratsın. Bu işdə 

ona sədaqətlə xidmət edə biləcək, satqınlığı, cəsusluğu, ikiüzlülüyü bacaran elə 

adamlar yerləşdirsin ki, onlar bu müsəlman dövlətlərinə qarşı düşmən olub, 

Rusiyanın mənafeyini müdafiə etsin. Belə xarakterli millət ermənilər idi. 1812-ci 

ildə Rusiya-Türkiyə müharibəsi zamanı ermənilər Türkiyənin məğlub olması, 

Krımın zəbt edilməsi işində Rusiya hökumətinə  və onun qoşun hissələrinə  hər 

cəhətdən  ən yaxından kömək etmişdilər. Ermənilərin sədaqətlə xidmət edəcək 

millət olduğuna  əminliyi yəqin edən Rusiya dövləti 1813-1826-1827-ci illər 

müharibələrində Türkiyə  və  İranla apardığı müharbələrdə  qələbə  əldə etdi və 

Qafqazda böyük torpaqlar ələ keçirdi. Fürsəti  əldən verməyən Rusiya dövləti 

İrəvan və Naxçıvan xanlıqları torpaqlarından qovulmuş azərbaycanlıların 

torpaqlarında  İrandan (40 min)və Türkiyədən(90 min) gətirdiyi erməniləri 



KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



187 

yerləşdirmişdir. Həmin dövrdə Rus çarı I Nikolay əmr verib İrəvan və Naxçıvan 

xanlıqlarını erməni vilayəti elan etmişdi.  

Uzun illər Ermənistanın müxtəlif rayonlarında rəhbər vəzifələrdə  işləmiş, 

erməni psixologiyasına, erməni məkrinə  və erməni  şərinə yaxından bələd olan 

görkəmii siyasi və ictimai xadim Talıb Musayev özünün “Nurlar” çapdan çıxan 

“Ermənilər və faciələrimiz” kitabında maraq doğuran faktları təfərrüatı ilə qələmə 

almışdır. [Talıb Musayev. 2008, 18, 21] 

 

İSTİFADƏ OLUNAN ƏDƏBİYYATIN SİYAHISI 

1. Abbas Hacıyev. “Tiflis ədəbi mühiti”. B., Yazıçı, 1980, səh., 6.  

2. Azərbaycan tarixi(Z. Bünyadovun və Y. V. Yusifoun redaksiyası ilı). I cild, 

Bakı, 1994, səh 571, 572.  

3. Azərbaycan Respublikası DA. Fond 28. siy. 1, iş 116.  

4.  Амрали  Исмаилов,  Тайны  и  явъ  Армянства, «Муаллим»  нешриййаты, 

Баку, 2006. стр., 12,  

5. Axundov N. ”Molla Nəsrəddin” jurnalının nəşri tarixi”. Bakı. 1959, səh. 8.  

6. Azərbaycan tarixi(Z. Bünyadovun və Y. V. Yusifoun redaksiyası ilı). I cild, 

Bakı, 1994, səh 571, 572.  

 7.  Величко  В.  Л.  Кафказ.  Русское  дело  и  междуплеменные  вопросы.  С. 

Петербург, 1904, ст., 87.  

8. “Vedibasar” qəzeti, N 07(122), 01-15 aprel 2008.  

9. Vəliyev Şamil. Füyuzat ədəbi məktəbi, Bakı-Elm-!999, 3-5.  

10. Qlinka S. N. Ermənilərin Azərbaycana köçürülməsi. Bakı, 1995.  

11.  Глинка  С.  Н.  Переселения  армянъ  Азербайджанских  в  переделы 

России. М., 1831, ст., 92.  

12. ГрибоедовА. С. Гореот ума. Письма и записки. Баку, «Маариф», 1989. 

ст.. 387.  

13. Ermənistan Ensiklopediyası, III cild, cəhifə 571.  

14. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, 1995, 5.  

15. Ədəbi irsimizə qayğı, Nərgiz Qurbanov. “Respublika” qəzeti, N 123(2551) 

9 iyun 2009.  

16. İbad İbrahimov. Alınmaz qala. Gəncə “Gəncə Poliqrafiya” ASC, 2009, səh, 

115.  

17. Mahmudov M. VII-XII əsr  ərəb dilli Azərbaycan alimləri. Bakı. AMEA-



nın nəşri. 1983-ci il. səh. 188-191  


KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

188 

18. Məmmədli Şurəddin. Azərbaycan ədəbiyyatının Borçalı qolu. Tiflis, 2003, 

səh., 143, 22 

19. Məmməd  Əfşan. ”Əzablı  və  uğurlu yollar yolçusu-Maqsud müəllim 

(sənədli roman) “Səda “, Bakı 2008 səh 16-17.  

20. Musayev Talıb. Ermənilər və faciələrimiz. Bakı. 2008, səh., 18, 21.  

21. Nizaməddin  Şəmsizadə. seçilmiş  əsərləri. I cild, Bakı, “Elm”, 2008, səh, 

100, 101.  

22. “Respublika” qəzeti, 2 aprel 2008, səhifə 4.  

23. Çavçavadze. İlya Qriqoryeviç «Армянские ученые и вопиющие камни». 

Тифлис, 1902, стр., 2, 3.  

24. Zeynalov Əsgər, İrəvan ziyalıları, Bakı, 1999, s. 6-7.  

25. Шавров Н. Н. Новая угроза русскому велу в Закавказье: предстоящая 

распродажа Мугани инородцам. С. Петербург, 1911. стр. 63, 64.  

 

 



Yüklə 355,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə