Microsoft Word KÜLTÜr evreni doc



Yüklə 67,54 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü67,54 Kb.
#37817


KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



25 

 

 

 

 

 

AZƏRBAYCAN TEATRLARI VƏ 

DÜNYA DRAMATURGİYASI  

 

 

 

Ələkbər QASIMOV

*

 

 

 

 

Özet 

 Bildiride dünya dramaturjisinin antik, klasik ve çağdaş örnekleri yer almışdır. 

Söz edilen eserlerin Azerbaycan tiyatrosunun gelişmesindeki rolü göz önüne 

çekilmiştir. Aynı zamanda Bakü tiyatroları ile beraber bölgelerdeki Nahçıvan, 

Gence, Şeki, Ağdam, Lenkeran, Sumqayıt ve bunun gibi tiyatroların faaliyetleri de 

araştırılmıştır.  

 Anahtar kelimeler: Bildiri, klasik, Nahçivan, Gence, Şeki 

 

 

Summary 

The article covers ancient, classical and modern samples of the world drama. 

Furthermore, this article covers the role of these works in the formation and 

prosperity of Azerbaijan theatres. Effective activities of Baku theatres, as well as 

Nakhchivan, Ganja, Shaki, Aghdam, Lankaran, Sumgait and other theatres in this 

field are broadly elucidated in this article.  

 Key words: Article, classic, Nakhchivan, Ganja, Shaki 

 

                                                 



*

 

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, Azərbaycan Teatr  Xadimləri İttifaqının və 



Jurnalistlər  Birliyinin üzvü 

 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

26 

Vətənpərvərlik prinsipləri əsasında yaranan, daim xalqına bağlı olan, onu hər 

bir dövr- də milli azadlığa səsləyən, yeniliyə, gözəl işlərə ruhlandıran 136 yaşlı 

Azərbaycan teatrının ideya mənbəyi həm də Avropa və Rusiyanın mütərəqqi teatr 

sənəti, o cümlədən dünya dramaturgiyası olmuşdur. 

1873-cü il martın 10-da, yeni təqvimlə 22-də - Novruz bayramının ikinci 

günündə, Bakıda M.F.Axundovun “Lənkəran xanı  vəzirinin sərgüzəşti” 

komediyasının tamaşası ilə Yaxın Şərqin ilk teatrı – Azərbaycan teatrı doğuldu. Elə 

həmin gündən, 20 ildən artıq vaxt ərzində Azərbaycan teatrı Axundov 

komediyaları ilə kövrək addımlarını atdı, Nəcəf bəy Vəzirovun, Sultanməcid 

Qənizadənin, Əbdürrrəhim bəy Haqvrdiyevin pyeslərilə formalaşdı.  

Nəhayət, 1894-cü ilin mayında, Bakıda L.Tolstoyun “Əvvəlinci  şərabçı” 

pyesinin tamaşası göstərildi. Həmin pyesi tərcümə edən S.Qənizadə Azərbaycan 

səhnəsinə ilk dəfə olaraq rus dramaturgiyasını gətirmiş oldu. Bu hadisədən bir neçə 

il sonra, 1896-cı ildə, yenə Bakıda Nəriman Nərimanov N.V.Qoqoldan tərcümə 

etdiyi “Müfəttiş”  əsərinə özünün rejis- sorluğu ilə ilk dəfə Azərbaycan dilində 

səhnə həyatı verir. Tamaşaçılar tərəfindən çox bəyə- nilən və rəğbətlə qarşılanan bu 

tamaşa bir neçə il dəfələrlə nümayiş etdirilmişdir. 1900-cü ildə “Kaspi” qəzeti 17 

sentyabr tarixli nömrəsində Azərbaycan səhnə  həvəskarlarının bu tama şadakı 

uğurlu çıxışlarının bəyənildiyini, xüsusən də Qorodniçi rolunda N.Nərimanovun 

oyu- nunun yüksək qiymətləndirildiyini bildirərək, bu tamaşanın tez-tez, heç 

olmasa, ayda iki dəfə göstərilməsini arzu edirdi. Qəzetlər həmin tamaşanın 

“Tağıyev Teatrı”nda göstərildiyini də vurğulayırdılar. Bəli, Bakıda belə bir teatr 

binası 1880-ci ildən mövcud idi. Milyonçu-messanat Hacı Zeynalabdin Tağıyev 

dəniz kənarına yaxın bir ərazidə, özünün buğda anbarının yerində, xüsusi layihə 

əsasında gözəl bir teatr binası tikdirmişdi. Bina elə belə də adlanır dı – “Tağıyev 

Teatrı”. Bakıya ara-sıra qastrola gələn müxtəlif teatr truppaları ilə yanaşı, vaxt aşırı 

yerli teatr truppaları da tamaşalalarını bu binada göstərmək imkanı əldə etmişdilər.  

XIX  əsrin sonlarında Bakıda Azərbaycan milli teatrının formalaşması  və 

inkişafı  əyalətlərdə  də yerli ziyalıları teatr təşkil etməyə  həvəsləndirirdi. 1883-cü 

ildə Naxçıvanda, 1884-cü ildə  Şuşada, daha sonralar Şəkidə, Gəncədə, Qubada 

yerli teatr truppaları yarandı. Maraq lıdır ki, bu əyalət teatr truppaları arasında ilk 

dəfə olaraq Şuşada tərcümə pyesinə müraciət olunmuş  və 1884-cü ildə burada 

V.Şekspirin “Otello” faciəsi tamaşaya qoyulmuşdur. Hətta dünyaşöhrətli 

bəstəkarımız Üzeyir Hacıbəyov “Kaspi” qəzetində bu barədə belə  məlumat 

vermişdi: “Otello”ya mən təxminən 20 il bundan qabaq, Şuşa Şəhər Teatrında, tatar 

dilində (Azərbaycan dilində - Ə.Q.) tamaşa eləmişəm” (“Kaspi” - № 260, 25 

noyabr 1917-ci il).  Şuşada, 1904-cü il avqustun 22-də göstərilən “Otello” tamaşası 

isə elə böyük uğur qa- zanmışdı ki, onun əks-sədası müxtəlif yerlərdən gəlirdi. 

Bakıda “Kaspi” (7.IX.1904), Tiflis- də “Kafkaz” (26.IX.1904), Moskvada “Novosti 

dnya” (8.IX.1904) qəzetləri Azərbaycanın bir əyalət teatrında hazırlanan bu 

müvəffəqiyyətli tamaşa barəsində oxucularına geniş məlumat vermişdilər. 

 XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan teatrının budaqları daha da 

şaxələnə  rək geniş coğrafi miqyas alır. Belə ki, bu dövrdə Tiflisdə,  İrəvanda, 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



27 

Təbrizdə, Aşqabadda Azərbaycan teatr truppaları təşəkkül tapır və formalaşır. XX 

əsrin ilk illərindəndən, xüsusən də 1905-ci ildən sonra Türkiyə yazıçıları arasında 

dramaturgiyaya meyl xeyli güclənmişdi. Həmin dövrdə Azərbaycan teatrlarında da 

Türkiyə dramaturgiyasına maraq artdı. Türkiyə- dən gətirilən pyeslər bəzən 

tərcümə olunmadan belə Bakıda və əyalətlərdə tamaşaya qoyu- lurdu. N.Kamalın 

“Vətən, yaxud Silistrə” pyesi ilk dəfə 1907-ci ilin dekabrında, gəncəli mü əllim 

M.Axundzadə  tərəfindən tərcümə edilərək, 1908-ci ilin yanvarında Gəncə teatr 

truppa sının ifasında nümayiş etdirilmişdi. Bundan sonra 1912-ci ildə  həmin  əsər 

Bakıda, “Nicat” Cəmiyyətinin aktyorları  tərəfindən “Vətən, yaxud Osmanlı 

müharibəsi” adı ilə tamaşaya qo yulmuş, baş rolda Hüseyn Ərəblinski, bir neçə gün 

sonra isə Abbasmirzə  Şərifzadə  çıxış et- mişlər. Bu vaxt “Nicat” Cəmiyyətinin 

sədri Məmmədəmin Rəsulzadə idi.  

1918-ci ildə isə  həmin pyesə Naxçıvan Teatrı da müraciət etdi. O zaman 

burada olan Türkiyə qoşunlarının komandanı Kazım Qarabəkir paşa “Vətən, yaxud 

Silistrə” tamaşasının baş  məsləhətçisi olmuş, rejissor Rza Təhmasibə  və  rəssam 

Bəhruz Kəngərliyə  dəyərli tövsi- yələr verərək, tamaşanın real və gözəl 

alınmasında yaxından köməklik göstərmişdir. Məhz həmin dövrdə - 1918-1920-ci 

illərdə Azərbaycan Demokratik Respublikasında Bakıda və  əyalətlərdəki teatrlara 

diqqət və qayğı xeyli dərəcədə artmışdı. Teatrların repertua rına  şəxsən 

M.Rəsulzadə ciddi fikir verir, Azərbaycanın klassik, o cümlədən dünya və rus 

dramaturgiyasının  ən yaxşı nümunələrinin tamaşaya qoyulmasını tövsiyə edirdi. 

Azərbaycanda 1920-ci ilin 28 aprel çevrilişindən sonra ictimai-siyasi vəziyyətin 

kökün- dən dəyişməsi bütün sahələr kimi teatrlara da öz təsirini göstərdi. 1921-ci 

ildə “Tağıyev Teatrı”  əsaslı  təmir olunaraq, 1922-ci ilin yanvarından təntənəli 

açılışla D.Bünyadzadə adı- na Türk Dövlət Akademik Dram Teatrı adı ilə 

fəaliyyətə başladı. 1923-cü ildə isə Bakıda Yaxın  Şərqin ilk Teatr Texnikumu 

açıldı. 


Bu dövrdə teatrın repertuarında əsasən klassik milli dramaturgiya nümunələləri 

və yeni quruluşu təbliğ edən müasir pyeslər, səhnələşdirmələr və səhnəciklər əsas 

yer tuturdu. Tərcü mə  əsərlərindən isə  əsasən Türkiyə dramaturgiyasına üstünlük 

verilirdi. Lakin 1924-cü ildən Türkiyə dramaturqlarının  əsərləri repertuara daxil 

edilmədi və 1925-ci ildən bütün teatrların repertuarında olan belə pyeslər 

“pantürkizm”i, “panislamizm”i təbliğ edən  əsərlər damğası ilə qadağan edildi. 

1937-ci ildə isə belə  əsərlərin müəllifləri, rejissorları  və aktyorlar (baş rol ların 

ifaçıları) repressiya burulğanında məhv edildilər. 37-ci il fırtınasında milli 

səhnəmiz Hüseyn Cavid kimi dramaturqunu, Abbasmirzə  Şərifzadə, Ülvi Rəcəb 

kimi aktyorlarını itir-di. 

1929-cu ildə Bakıda Uşaq Teatrı yarandı. Görkəmli sənət xadimləri N.Vəzirov, 

Ə.Haq-verdiyev, C.Məmmədquluzadə, N,Nərimanov hələ 20-ci illərin 

əvvəllərindən Bakıda uşaqlar üçün bir teatr yaradılması  təklifini irəli sürürdülər. 

Yaranan yeni teatr Azərbaycan və rus böl mələrindən ibarət idi. Azərbaycan 

bölməsi ilk tamaşasını 1930-cu il yanvarın 30-da göstərdi Bu “Qırmızı qalstuk” 

(müəllif  İvanter) tamaşası idi. Bakı  Uşaq Teatrı 1936-cı ilin iyun ayın dan 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

28 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlandırıldı. Bakıda yaranan yeni 

teatrlar (Bakı İşçi Teatrı, Bakı Uşaq Teatrı) müəyyən yaradıcılıq nailiyyətləri əldə 

etsələr də, bu dövrdə (30-cu illərin  əvvəllərində) milli səhnə  sənətimiz öz 

yüksəlişini Azərbaycan Dövlət Akademik Dram Teatrının fəaliyyətilə büruzə 

verirdi. Həmin illərdə A.Korneyçukun “Platon Kreçet” (“Polad Qartal”, rej. 

A.İskəndərov), J.B.Molyerin “Skapenin kələkləri” (rej. R,Darablı), V.Şekspirin 

“Romeo və Cülyetta”, “Maqbet” (rej. A. Tuqanov) kimi tərcümə pyesləri tamaşaya 

qoyulyr. 

30-cu illərdə Naxçıvan, Gəncə  və  Ağdam teatrları da məhsuldar yaradıcılıq 

yolu keç-mişlər. 1922-ci ildə “dövlət dram teatrı” statusunu alan Naxçıvan Teatrı 

elə həmin ildə N.V. Qoqolun “Evlənmə” komediyasını uğurla tamaşaya qoymuşdu. 

1931-ci ildə görkəmli səhnə xadimi Sidqi Ruhulla Naxçıvan Dövlət Dram Teatrının 

direktoru və baş rejissoru təyin edilir. O, buradakı  fəaliyyəti dövründə milli 

dramaturfgiya ilə yanaşı xarici əsərlərə  də quruluş verir. Onun rejissoru olduğu 

“Otello” tamaşası (1932) böyük uğur  əldə etmiş  və geniş  əks-səda doğurmuşdu. 

Həmin tamaşada baş rolda yerli aktyor (sonralar xalq artisti) İsa Musayevlə ya naşı 

A.Şərifzadə də bir neçə dəfə çıxış etmişdi. 

1935-ci ildə isə Naxçıvana dəvət olunan rejissor İsmayıl Hüseynov “Hamlet” 

tamaşası na quruluş verir. Moskvada ali rejissor təhsili almış  Həsən Ağayev də 

Naxçıvan DTD-dakı  fəaliyyəti dövründə (1936-1939) A.Ostrovskinin “Günahsız 

müqəssirlər”, K.Trenyovun “Lyubov Yarovaya”, G.Mdivaninin “Vətən namusu”, 

V.Şekspirin “Otello”, “Hamlet” əsərlə rini də tamaşaya qoymuşdur.  

1932-ci ildən fəaliyyətə başlayan Gəncə Dövlət Dram Teatrı 30-cu illərdə 

A.Korney- çukun “Polad Qartal”, V.Vişnevskinin “Nikbin faciə”, V.Şkvarkinin 

“Özgə uşağı” kimi tər- cümə əsərlərinə də müraciət etmişdir.  

1937-ci ildə  təşkil edilmiş  Ağdam Dövlət Dram Teatrında həmin illərdə 

belorus dra- maturqu K.Krapivanın “Son gülən” və G.Mdivaninin “Vətən namusu” 

pyesləri tamaşaya qo yulmuşdu.  Böyük Vətən müharibəsinin başlanması 

Azərbaycan teatrlarının da repertuar siyasəti- nə öz təsirini göstərdi. Bu dövrdə 

Bakı teatrları kimi, Naxçıvan, Gəncə, Ağdam teatrları da əsasən vətənpərvər ruhlu 

əsərlərə müraciət edərək arxa cəbhədə, həm stasionar, həm də səy- yar tamaşalar, 

səhnəciklər göstərir, xalqı mübarizəyə ruhlandırır, qələbəyə inam yaradırdılar.  

1941-1945-ci illər arası teatrlar tərcümə pyeslərinə  də müraciət etmiş  və bu 

zaman həmin  əsərlərin dövrlə  səsləşməsini  əsas götürmüşlər. Azərbaycan Dövlət 

Akademik Dram Teatrının bu qəbildən ilk quruluşu K,Simonovun “Bizim şəhərli 

oğlan”  əsəri  əsasında hazırladığı “Vətən oğlu” tamaşası olmuşdur. Bundan sonra 

V.Kokkun “Mühəndis Sergeyev” pyesi tamaşaya qoyuldu. Teatr həmçini qeyri-

müha- bə mövzulu, klassik tərcümə əsərlərinə də müraciət etmişdir. 1943-cü ildə 

A.Ostrovskinin “Tufan” əsəri əsasında hazırlanmış tamaşa bu qəbildəndir.  

Müharibə illərində Naxçıvan Dövlət Dram Teatrı da tərcümə pyeslərini 

tamaşaya qoy muşdur. Burada müharibə mövzulu tamaşaların hazırlığında milli 

dramaturgiyaya müraciət olunsa da V.Şekspirin “Otello”, “Hamlet”, F.Şillerin 

“Qaçaqlar”, K.Qoldoninin “İki ağanın bir nökəri”  əsərləri də vaxtaşırı nümayiş 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



29 

etdirilmişdir. Fərəhli haldır ki, Naxçıvan Teatrın- dan cəbhəyə yollanan 15 

nəfərdən biri – aktyor Abbas Quliyev müharibədən Sovet İttifaqı Qəhrəmanı kimi 

qayıtmışdı. Bu dövrdə muxtar respublikada ikinci bir teatr da – Ordubad Dövlət 

Dram Teatrı fəaliyyət göstərirdi. 1944-cü ildə bu teatra Məmmədsəid Ordubadinin 

adı verilmiş, elə  həmin ildə Naxçıvan Teatrının 60 illiyi də  təntənə ilə qeyd 

olunmuşdur. 

 1946-cı ilin fevralında Bakıda “Klassik rus dramaturqlarının  əsərlərinə 

Ümumittifaq baxışı keçirildi. Baxışın yekunlarına həsr olunmuş konfransda SSRİ 

Nazirlər Soveti yanında  İncəsənət  İşləri Komitəsinin komissiyası Azərbaycan 

DADT-nın “Tufan” və “Cehizsiz qız” tamaşalarını böyük nailiyyət kimi qeyd etmiş 

(hər iki tamaşanın quruluşçu rejissoru Ələsgər Şərifov olmuşdur), Gəncə Teatrının 

“Müfəttiş” tamaşasını  qənaətbəxş hesab etmiş, Azərbay can Dövlət Rus Dram 

Teatrının “Qurdlar və qoyunlar”, Azərbaycan Dövlət Gənc Tamaşaçı- lar Teatrının 

“Müfəttiş” tamaşalarını isə zəif quruluş kimi qiymətləndirmişdi. Həmin ildə gənc 

rejissor Mehdi Məmmədov Azərbaycan DAD Teatrında V.Şekspirin “On ikinci 

gecə” komediyasına uğurlu quruluş verir.  Müharibədən sonrakı illərdə  də  əyalət 

teatrlarında kollektivləri canlandırmaq, yaradıcı lıq ruhunu yüksəltmək işinə xüsusi 

diqqət yetirilirdi. Müharibə dövründə Azərbaycan  İncəsə  nət  İşləri  İdarəsinin 

sərəncamı ilə Quba Dövlət Dram Teatrının direktoru və baş rejissoru tə- yin 

olunmuş Naxçıvan Teatrının aparıcı aktyoru və rejissoru İsa Musayev artıq doğma 

teatrı na qayıtmışdı. 1948-ci ilin martında isə Naxçıvan DDT-nın direktoru və baş 

rejissoru  İbra- him Həmzəyev Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrına 

qısamüddətli rəhbər təyin olunur. Burada milli dramaturgiya ilə yanaşı opera və 

operettalara da quruluş verən və de- mək olar ki, bütün baş rollarda arvadı 

Z.Həmzəyeva ilə birlikdə  çıxış edən  İ.Həmzəyev J.B. Molyerin “Jorj Danden” 

əsərini də tamaşaya qoymuşdur. 

1948-ci ilin yayında isə Gəncə DDT Naxçıvana qastrol səfəri edir, klassik və 

müasir milli əsərlərdən ibarət repertuarla yanaşı, Lope de Veqanın “Bostan iti”, 

V.Şkvarkinin “Öz- gə uşağı” tamaşalarını da nümayiş etdirir. Ümumiyyətlə, demək 

olar ki, 1950-ci illərdən başlayaraq Naxçıvan və  Gəncə teatrları repertuarında 

xarici dramaturgiyanın zənginliyilə digər əyalət teatrlarından fərqlənir. Bu dövrdə 

Naxçıvan Teatrında Lope de Veqanın “Sevilya ulduzu”, A.Ostrovskinin “Cehizsiz 

qız “, Fiqeyredonun “Ezop”, G.Mdivaninin “Konsulu ogurladılar”, R. Kauqverin 

“Ağır cəza”, N.Hikmətin “Kor padşah”, V.Lavrenyovun “Hücum”, K.Qoldoninin 

“Mehmanxana sahibəsi”, Ə.Nesinin “Toros canavarı”, A.Makayonokun “Tribunal” 

kimi yaddaqalan tamaşaları  rəğbətlə qarşılanmışdır. Teatr 1970-ci ildə 

“Mehmanxana sahibəsi” tamaşası ilə Bakıda olmuş, tamaşa televiziya ilə bütün 

respublikaya translyasiya edilmişdir. Mətbuatda bu tamaşa haqqındakı 

resenziyalarda rejissor (B.Qələndərli), rəssam (M.Qasımov) işi və baş rolun Ifası 

(Z.Həmzəyeva) xüsusilə yüksək qiymətləndirilmişdir. 

Gəncə Dövlət Dram Teatrı bu illərdə N.Hikmətin “Kəllə” (bu tamaşaya müəllif 

özü də baxmışdır),  Ə.Nesinin “Buraya gəlin”, F.Şillerin “Məkr və  məhəbbət”, 

A.S.Puşkinin “Qara- çılar”, Fiqeyredonun “Tülkü və üzüm”, Evripidin “Medeya”, 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

30 

E.Braqinski və E.Ryazanovun “Həmişə  təmizlikdə” kimi əsərlərinə müraciət 

edərək maraqlı tamaşaların hazırlanmasına nail olur. Xüsusən “Medeya” tamaşası 

(rej. Yusif Bağırov) nəinki respublika, hətta Ümumit- tifaq miqyasında geniş əks-

səda doğurmuşdu. Bu barədə “Teatr” jurnalının 1970-ci il tarixli 8-ci nömrəsində 

yazılır ki, Kirovabad (Gəncə - Ə.Q.) Teatrının “Medeya” tamaşasının  əsas 

mövzusunu insanların  ədalət uğrunda mübarizəsi təşkil edir. Bu mübarizə yalnız 

ərlə arvad arasında getmir. Medeya rolunu ifa edən gənc aktrisa Zemfira Əliyeva 

temperamentə  və ca- zibədarlığa malikdir. O, ... iradəli, qorxmaz, ehtiraslı  və 

incikliyə görə intiqam almağı baca- ran bir qadının sonsuz və  dəhşətli qəzəbini 

inandırıcılıqla göstərir.” 

1968-ci ildə  Ağdam Dövlət Dram Teatrı yenidən bərpa edildi, Sumqayıt və 

Mingəçevir, 1973-cü ildə  Lənkəran  şəhərlərində dövlət dram teatrları  fəaliyyətə 

başladılar. 1975-ci ildə isə  Şəki Dövlət Dram Teatrı  bərpa edildi. Yarandığı ilk 

illərdən tərcümə pyeslərinə, xüsusən də dünyaşöhrətli  əsərlərə maraq gös- tərən 

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına “Tartüf” (J.B.Molyer), “Qış 

nağılı” (V.Şekspir). “Nikbin faciə” (V.Vişnevski), “Qaçaqlar” (F.Şiller), 

“Müfəttiş” (N.V.Qoqol), “Soldat Şveykin macəraları” (Y.Qaşek), kimi tamaşalar 

böyük uğur və şöhrət qazandırdı. S.Rəhman adına Şəki Dövlət Dram Teatrı 1981-ci 

ildə Bakıya qastrol səfəri edərək milli və dünya dramaturgiyasından nümunələrlə 

paytaxt tamaşaçılarına uğurlu hesabat ver- mişdir. Kollektivin təqdim etdiyi 

“Arturo Uinin karyerası” (B.Brext), “Pələng və kaftar” (Ş.Petefi), “Meteor” 

(F.Dürrenmatt) tamaşaları da teatr tənqidi tərəfindən yüksək qiymətlən- dirilmişdir. 

Şəki Teatrı 1984-cü ildəki Moskva qastrolunda da böyük müvəffəqiyyət qazandı. 

Həmin ilin “Pravda” qəzetinin 201-ci nömrəsində  şəkililərin nümayiş 

etdirdikləri 17 tamaşa haqqında Moskva sənətşünaslarının və teatr tənqidçilərinin 

müsbət fikirləri geniş  dərc olun- du. Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram 

Teatrının 1989-cu ilin noyabrında Bakı qastrolunda digər tamaşalarla bərabər 

“Qismət” (A.Kamyu) tamaşası da böyük rəğbətlə qar- şılandı. 

1960-70-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında tərcümə 

əsərlərinin tamaşaya qoyulması daha məhsuldar olmuşdur. “Vanya dayı” 

(A.P.Çexov), “Canlı meyid” (L.Tolstoy), “Cehizsiz qız” (A.Ostrovski), “Zıkovlar”, 

“Meşşanlar” (M.Qorki), “Unudulan adam”, “Məhəbbət  əfsanəsi” (N.Hikmət), 

“Şeytanın  şagirdi” (B.Şou), “Mariya Tüdor” (V.Hüqo), “Antoni və Kleopatra”, 

“Hamlet”, “Fırtına”, “Heç nədən hay-küy” (V.Şekspir), “Məkr və  məhəbbət”, 

“Orlean qızı” (F.Şiller), “Nazirin xanımı” (B.Nuşiç), “Qızıl” (Y.O* Nil), 

“Darıxma, ana!” (N.Dumbadze) kimi gözəl, məzmunlu tamaşalar indi də 

xatirələrdə, yaddaşlarda yaşamaqdadır. 

60-cı illərdə Dövlət Gənc Tamaşaçılar Teatrı da dünya dramaturgiyasından 

bəhrələn- miş, bir sıra baxımlı tamaşalar ərsəyə gətirmişdir. O zaman baş rejissor 

olan Zəfər Neməto- vun məhz bu sahədə xidmətləri danılmazdır. Hələ 1961-ci ildə 

onun quruluş verdiyi və Ə.İs- mayılovla birgə V.Hüqonun eyniadlı əsəri əsasında 

səhnələşdirdiyi “Qavroş” tamaşası və 1966-cı ildə tamaşaya qoyduğu V.Şekspirin 

“Romeo və Cülyetta” əsəri böyük maraq və  rəğ- bətlə qarşılanmış, yüksək 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



31 

qiymətləndirilmişdir. Maraqlı haldır ki, 80-ci illərdə paytaxt teatrlarında dünya 

dramaturgiyasına, xüsusən də klassikaya müraciət say etibarı ilə xeyli azalsa da 

əyalət teatrlarında bu ənənə davam et- mişdir. 70-ci illərin ikinci yarısında Gəncə 

Teatrında hazırlanmış “Antiqona” (Sofokl) və “Otello” (V.Şekspir) tamaşaları öz 

uğurları ilə böyük əks-səda doğurmuş, uzun illər teatrın repertuarında olmuşdur. 

Bu baxımdan C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram 

Teatrının da o dövrdə  və xüsusən 80-ci illərdəki fəaliyyəti çox səmərəli 

qiymətləndirilir . Həmin illərdə teatrın səhnəsində “Dördüncü” (K.Simonov), 

“Zirehli qatar 14-69” (V.İvanov), “Məzəli hadisə”(K.Qoldoni), “Bayramın birinci 

günü”(N.Hikmət), “Dörd ekiz haqqında nağıl” (P.Pancev), “Qaraağaclar altında 

məhəbbət”(Y.O*Nil), “Sükut divarı” (P.Messina), “Gülən adam” (G.Vayzenborn), 

“Günahsız müqəssirlər”(A.Ostrovski) kimi tamaşalara quruluş verilmişdir. 

 1987-ci  ildə isə özünün gecikmiş 100 illiyini qeyd edən Naxçıvan Teatrının 

həyatında daha bir əlamətdar hadisə baş verir. Teatrda yenicə tamaşaya qoyulmuş 

Sofoklun “Elektra” faciəsi həmin il Tbilisidə keçirilən Ümumittifaq Teatr 

Festivalında nümayiş etdirilir və xüsusi diploma layiq görülür. Mərkəzi Televiziya 

tərəfindən lentə alınan həmin tamaşanı bir neçə gündən sonra bütün sovet 

tamaşaçıları seyr etmək imkanı qazanmışdılar. 

 90-cı illərdə Naxçıvan Teatrı heç bir tərcümə pyesinə müraciət etməmişdir. 20 

ilə yaxındır ki, böyük sənət  ənənələrinə malik olan bu qədim teatrın səhnəsində 

dünya klassik dramaturgiyasından heç bir nümunə görünmür. 90-cı illərin 

əvvəllərində respublikadakı ictimai-siyasi vəziyyət, o cümlədən Ermənistanla 

müharibə bütün sahələr kimi teatrlara da öz təsiri-ni göstərdi.  Əyalətlərdəki 

xüsusən döyüş bölgələrindəki teatrlar iflic vəziyyətə düşdülər.  İrəvan Dövlət 

Azərbaycan Dram Teatrı, Şuşa və Ağdam teatrları bu gün Bakıda “Qaçqın te- atr” 

statusu ilə fəaliyyət göstərirlər. 

 1991- ci ilin sonlarından Azərbaycan Akademik Milli Teatrı adlanan ana 

teatrımız həmin ildə K. Fiqeyredonun “Məhəbbət və azadlıq” (rej.M.Fərzəlibəyov) 

tamaşasını hazırlamışdı. 1944-cü ildən ölkədə  əmin-amanlıq və sabitlik 

yarandıqdan sonra Milli Teatrın bu dir çəliş dövrü başlandı. Bu dövrdə 

“Qaraağaclar altında ehtiras (Y.O*Nil), “Şah Edip” (Sofokl), 

“Kral Lir” (V.Şekspir) kimi əsərlər tamaşaya qoyuldu. Hətta “Kral Lir” (rej. 

Bəhram Osma- nov) 1966-cı ilin mayında Moskvada A.P.Çexovun şərəfinə hər il 

keçirilən Beynəlxalq Teatr Festivalında uğurla nümayiş etdirildi.  Bağlanmaq 

təhlükəsilə üzləşmiş Dövlət Rus Dram Teatrı və Musiqili Komediya Teatrı da 90-cı 

illərin ortalarından fəaliyyətlərini tam bərpa etdilər. Yenicə yaradılmış Bakı 

Bələdiyyə, Kamera və Gənclər teatrlarına “dövlət” statusu verildi. 

 XXI əsrin ilk illərindən paytaxt teatrlarında dünya dramaturgiyasına, xüsusən 

də klassikaya müraciət meyli geniş vüsət aldı. Bir neçə teatr müxtəlif illərdə 

V.Şekspir  əsərlərinə yeni səhnə  həyatı verdi. Akademik Milli Teatrda “Hamlet” 

(rej. Azərpaşa Nemətov), Dövlət Rus Dram Teatrında “Kral Lir” (rej. Aleksandr 

Şarovski), Bakı Kamera Teatrında “Otello”(rej. İrina Perlova) tamaşaya qoyuldu. 

“Uzaq sahillərdə” filminin Mixaylosu – xalq artisti Nodar Şaşıqoğlu kral Liri 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

32 

özünə məxsus tərzdə, böyük uğurla ifa etdi, “Otello” tamaşaçılara tamamilə müasir 

variantda, yeni traktovkada təqdim olundu və böyük rəğbətlə qarşılandı. 2002-ci il 

dekabrın 7-də, Milli Teatrda “Hamlet” ə baxdıqdan sonra yaradıcı heyətlə görüşən 

ümummilli lider Heydər  Əliyev tamaşadan aldığı  təəssüratı bölüşərkən demişdir: 

“...Əsərlər var ki, müəyyən dövrə həsr olunub, ancaq o dövrdə yaşayır, klassiklərin 

əsərlərisə  həmişə yaşayır. Xüsusilə  Şekspir yaradıcılığı, onun əsərləri...Şekspir 

həmişə ona görə yaşayır ki, onun hər bir əsəri özündə fəlsəfi fikirlər daşıyır. Ona 

görə  də  mən çox məmnunam ki, siz bu əsəri səhnəyə qoymusunuz. Əgər siz 

gələcəkdə də belə əsərləri unutmasanız yaxşı olar...” 

 Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab  İlham  Əliyevin böyük 

diqqət və qayğısı sayəsində Bakıda və bölgələrdə olan bütün dövlət teatrlarının 

maddi-texniki bazası tamamilə yeniləşdirilərək möhkəmləndirilir, binaları, xüsusən 

səhnələri dünya standartlarına uyğun şəkildə əsaslı təmir olunur. Ötən il 125 illik 

yubileyi qeyd olunan Naxçıvan Dövlət Musiqili Dram Teatrında da muxtar 

respublika rəhbərliyinin təşəbbüsü ilə  səhnənin və tamaşa zalının 

yenidənquraşdırılması, binanın isə əsaslı təmirinə bu günlərdə start veriləcəkdir. 

 İnanırıq ki, dövlətin bu diqqət və qayğısına teatrlarımız yeni yaradıcılıq 

uğurları, sanballı səhnə əsərləri və möhtəşəm tamaşalarla cavab verəcəklər. 

  

ƏDƏBİYYAT 

1. “Azərbaycan teatrının salnaməsi” 1975, Bakı “Azərnəşr”, 584 s.  

2.  İ.Kərimov 2002, “Azərbaycan peşəkar teatrının tarixi və inkişaf 

mərhələləri”, Bakı, “Maarif”, 576 s.  



3. İ.Kərimov 1978, “Azərbaycan Dram Teatrı”, Bakı, “İşıq”, 200 s. 

5. M.Məmmədov 1966, “Teatrlar, aktyorlar, tamaşalar”,Bakı,“Azərnəşr”,220 s. 

6. C.Səfərov, A.Babayev 1974, “Şərəfli yol” Bakı, “Azərnəşr”, 155 s. 

7.  Ə.Qəhrəmanov 2004, “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət 

Musiqili Dram Teatrı”,   Bakı, “Min bir mahnı”, 414 s. 

 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 67,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə