Microsoft Word KÜLTÜr evreni doc



Yüklə 46,3 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü46,3 Kb.
#42878


KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



361 

 

 



 

 

 



QRAMMATİK İNTERFERENSİYA HAQQINDA 

 

 

 



Zəhra İdriskızı ƏLİYEVA

*

 

 

 

 

Özet 

Bu bildiride iki dilli sistemde (Rus-Avrupa) dillerin birbirine linguistik etkisi 

araşdırılmışdır. Morfoloji interferensiya ile Y.D. Polivanov, L.V. Şerba, V.Y. 

Rozensveyg, A.V. İsaçenko, L.M. Uman, Y.M. Vereşagin ve başka araşdırmacılar 

meşgul olmuşlar. Y.Polivanov Rus-Özbek ve Özbek-Rus bilinguizm konularını 

araşdırmışdır. O kendi eserlerinde bu dillerde olan grammatik kuruluşların keskin 

farklanmasına göre Kayri-Rusların Rus dilini öyrenmesine engel olduğu fikrini 

ileri sürmektedir.  



Anahtar kelimeler : problem, Rusya, bildiri, dil, linguistik 

 

Summary 

The problems of interference in bilinqvizm are stated and Russian and 

European linqvists’ views are considered in this article. The interference is 

considered as the fact of universality in the language.  

 Key words: problem, Russian, article, language, linqvists 

 

 



Morfoloji interferensiya ilə Y.D.Polivanov, L.V.Şerba, V.Y.Rozensveyq, 

A.V.İsaçenko, L.M.Uman, Y.M.Vereşagin və bir sıra digər tədqiqatçılar məşgul 

olmuşlar. Y.Polivanov, əsasən, rus-özbək və özbək-rus bilinqvizm məsələlərini 

araşdırmışdır. O öz əsərlərində  məhz qrammatik quruluşlarının kəskin  şəkildə 

fərqlənməsi qeyri-rusların rus dilini öyrənməsi və  mənimsəməsini çətinləşdirir 

fikrini irəli sürür. Buna görə  də müqayisəli-tutuşdurma qrammatiklarını 

                                                 

*

 Azerbaycan İnşaat ve Mimarlık Üniversitesi Dekan Yardımcısı 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

362 

hazırlayarkən ilk növbədə bu fərqli xüsusiyyətləri təsvir etmək lazımdır (2). Eyni 

ideya A.V.İsaçenkonun  əsərlərində  də  əsaslandırılır və  nəzəri baxımdan 

ümumiləşdirilir. 

L.B.Şerba, əsasən, bilinqvizmdə fonetik interferensiya problemlərini araşdırsa 

da morfoloji interferensiya məsələlərinə  də ara-sıra toxunmuşdur.  Əsərlərinin 

birində o yazır: “Morfologiya sahəsində ikidillilik bütün istiqamətlərdə  hər cür 

yeksənəkliyə, sadə  və aydın sistemin yaranmasına aparır. Bütün canlı olmayan 

tiplər elmiləşir, belə ki, dil daşıyıcılarının qaydadan kənara çıxma hallarını yadda 

saxlamaq üçün kifayət qədər təcrübəsi yoxdur” (Щерба1958: 38-39). 

“Qrammatik interferensiyaya dair” adlı  məqalədə V.Y.Rozensveyq və 

L.M.Uman yazırlar, yad dili öyrənərkən “danışanın təfəkküründə öyrənilən dilin 

qrammatik diferensial əlamətlər sisteminin ondan fərqli olan başqa sistemlə və ana 

dilinin qrammatik diferensial əlamətlər sisteminin təsiri ilə qurulmuş  dəyişməsi 

prosesi baş verir. Bu proses qrammatik interferensiya adlanır” (Розенцвейг :73). 

Artıq qeyd edildiyi kimi, dilçilik ədəbiyyatında indiyədək,  əsasən, fonetik 

interferensiya məsələləri araşdırılmış, qrammatika, o cümlədən morfologiya 

səviyyəsində interferensiya məsələlərinə az diqqət yetirilmişdir. Hələ üstəlik, bəzi 

dilçilər qrammatik sistemdə qarşılıqlı nüfuz imkanını inkar etmişlər. Lakin daha 

dərin araşdırmalar göstərir ki, iki fərqli dil sistemindən istifadə edən adam heç vaxt 

təkcə fonem və leksem sistemlərini təcrid edə bilməz, bilinqvizmin dilində mütləq 

qramemlərin də  təcridi baş verməlidir. Qrammatik interferensiya hər hansı dil 

əlaqəsində baş verməlidir və baş verir də. Rus dilçisi Y.M.Vereşagin yazır: 

“İnterferensiya hadisəsini qabaqcadan xəbər vermək olar. Əgər iki dil sisteminin 

təsviri varsa, onda, məsələn, fellərin paradiqma sistemini tutuşdurub 

aydınlaşdırmaq olar ki, birincisi, onlar nə ilə oxşardır, ikincisi, onlar nə ilə 

fərqlənir. Elə bu da interferensiya təhlilinin ilkin fərqi olacaqdır. Oxşarlıq 

sahəsində interferensiya gözləmək lazım deyil, o, fərqlər müəyyənləşdirilmiş yerdə 

özünü göstərir. Məsələn, alman və rus dillərinin qayıdış fellərinin prezent 

paradiqmasında zamanda olduğu kimi, felin məna növlərində  də,  şəxsdə  də, 

kəmiyyətdə də və bir sıra hallarda – tərzdə də oxşarlıq mövcuddur. Fərq ondadır ki, 

alman dilindəkindən fərqli olaraq, rus dilində qayıdış növünün göstəricisi şəxsdən 

asılı olaraq dəyişmir. Məhz burada interferensiya gözləmək lazımdır və o, 

həqiqətən də müşahidə olunur (Ich wasche sich) tipində.  İnterferensiya hadisəsi 

sintaksis səviyyəsində  də müşahidə olunur; burada interferensiya özünü çərçivə 

konstruksiyalarının, söz sırasının sərbəstliyinin pozulmasında göstərir” 

(Верещагин 1968:104). Tələbəyə dili öyrətməmişdən xeyli əvvəl interferensiya 

hadisəsini qabaqcadan xəbər verməklə  əlaqədar olaraq, metodik məqsədlərlə 

səhvləri qabaqcadan xəbər vermək, daha doğrusu, səhvlərin qarşısını almaq üçün 

ana dili və öyrənilən dilin sistemlərini tutuşdurmaq üzrə vəsaitlər hazırlanmışdır(1). 

Dilçilik ədəbiyyatında çox vaxt belə fikirlərə rast gəlmək olar ki, interferensiya 

danışanda üçüncü dil sisteminin yaranması ilə  nəticələnir (təbii ki, həmin sistem 

ana dilinin və öyrənilən, mənimsənilən dilin sistemindən fərqli olur, daha doğrusu, 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



363 

olmalıdır); bu üçüncü sistem özündə ana dilinin ünsürlərini də, yad dilin ünsürlərini 

də ehtiva edir. Dilçilərdən, məsələn, V.Y.Rozensveyq və L.M.Uman böyük 

qızğınlıqla bu fikri müdafiə edirlər. Lakin başqa dilçilər belə hesab edirlər ki, “əgər 

bu həqiqətən belə olsa idi, onda müəyyən konstruksiyaların manifestasiyası olan 

düzgün olmayan nitq əsərləri müntəzəm şəkildə törəyərdi. Lakin praktika göstərir 

ki, düzgün olmayan söyləmlər ehtimallıq proseslərinin qanunauyğunluğu üzrə 

törəyir, bu isə o deməkdir ki, eyni bir tələbə bəzən düzgün danışır, bəzən isə səhv 

danışır, belə ki, qeyri-şərtsiz təsdiq etmək olmaz ki, əgər müəyyən konstruksiyanın 

təzahürü gözlənirsə, onda mütləq düzgün olmayan nitq tələffüzü törəyəcəkdir. 

Beləliklə, ciddi determinləşdirici qanunauyğunluq müşahidə olunmur. Yalnız 

ehtimallıq qanunauyğunluğu tərtib etmək olar: məsələn, qayıdış konstruksiyanın 

iştirak etdiyi cümlələrin ümumi sayının müəyyən faizi qeyri-düzgün qurulmuş 

olacaqdır. Dilə yiyələndikcə, bu rəqəm dəyişəcəkdir. O, tədrisin davamlılığı  və 

intensivliyindən asılıdır. Tələbə xarici dili nə  qədər uzun müddət və intensiv 

şəkildə öyrənirsə, düzgün olmayan nitq ifadələri də bir o qədər az törəyəcəkdir. 

Sabitlik müşahidə olunmadıqda demək olmaz ki, düzgün olmayan nitqin səbəbi 

əmələ gələn üçüncü nitq sistemidir” (Верещагин1968 :105-106). 

B.Y.Rozensveyq və L.M.Uman interferensiya prosesini belə  təsvir edirlər: 

“Xarici dili sistemli şəkildə öyrənmələrinə baxmayaraq, tələbələr qrammatik 

səhvlər buraxırlar. Onları, adətən, iki dilin – ana dili və onunla əlaqəyə girən dilin 

qarşılaşdırılmış  təsviri vasitəsilə qabaqcadan qarşısını almağa çalışırlar. Lakin bu 

qarşılaşdırma, bir qayda olaraq, qrammatik kateqoriyalarla məhdudlaşır, yəni bu 

dillərdə qrammatik vahidlərin struktur və distributiv funksiyaları  nəzərə alınmır. 

Bundan  əlavə, iki müxtəlif dildə  bəzi dil kateqoriyalarının qarşılaşdırılmış 

araşdırılması  nəzərə alınmır. Bu da iki dil sisteminin əlaqəsi zamanı üçüncü 

sistemin təzahür etməsinə  səbəb olur ki, onun strukturu da əvvəlki iki dillə 

müəyyənləşdirilir. Belə sistem xarici dili öyrənən adamın  şüurunda qurulur. 

Onların buraxdığı qrammatik səhvlər yalnız o zaman başa düşülə  və islah edilə 

bilər ki, bu səhvlərə həmin sistemin qurulması ilə əlaqədar hadisə kimi baxılsın” ( 

Розенцвейг1962:60). “Üçüncü sistemin” yaranması mexanizmi mürəkkəbdir. 

Nəzərə almaq lazımdır ki, dil əlaqəsi prosesində ana dili və xarici dilin ayrı-ayrı 

hadisələri yox, hər bir dilin daxilində vahid bir bütövün hissəsi kimi bir-biri ilə 

əlaqəli olan dil sisteminin vahidləri qarşılıqlı  hərəkətə  gəlir. Məlumdur ki, dilin 

qrammatik sistemi qrammatik müxalifət (oppozisiya) sistemi təşkil edir. Beləliklə, 

iki dilin əlaqəsi zamanı danışanın təfəkküründə hər biri öz spesifikasına malik olan 

bir-birinə qarşı qoyulmuş iki müxalifət sistemi qarşılıqlı hərəkətə gəlir. Xarici dildə 

düzgün olmayan nitqin araşdırılması göstərir ki, xarici dilin bəzi müxalifət 

sistemləri ana dilinin uyğun müxalif sistemləri ilə qarşılıqlı  əlaqəyə girərək, 

sonuncuların təsirinə məruz qalır, bu və ya digər dərəcədə dəyişir, bəzən isə sadəcə 

olaraq onları  əvəz edir. Xarici dildə nitqdəki tipik səhvlərin təhlili, 

interferensiyanın səbəbini hər bir konkret halda öyrənilməsi bu konkret halda 

qarşılıqlı  əlaqəyə girən hər iki sistemin həmin müxalifətini bərpa etməyə imkan 

verir ( Розенцвейг1962.: 104). 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

364 

 İkidilli adamın təfəkküründə ana dilinin diferensial əlamətləri olduqca sabitdir. 

Belə əlamətlər bu əlamətlərin fərqləndirə biləcəyi formalar mövcud olmayan xarici 

dilə köçürdükdə danışan ümumi sistemdən hansısa formanı ayırır və başqa 

formaları qarşı qoyur. Həmin formanın seçilməsi üçün ana dilində gizli olan hər 

hansı bir imkandan istifadə edilir, çalışır ki, ana dilinin xarici dilə gətirilmiş əlaməti 

onda (yad dildə) saxlanılsın və onun üçün yeni olan sistemdə mövcudluğu bir təhər 

“qanuniləşdirilsin”. Çoxu qrammatik hadisələrin təhlili belə bir fikri təsdiq edir ki, 

qrammatik interferensiya prosesi öyrənilən dilin qrammatik interferensial 

əlamətləri sisteminin onu rədd edən ana dilinin qrammatik diferensial əlamətləri 

sisteminin təsiri ilə qurulmuş sistemlə  əvəzlənməsidir. Bu proses qrammatik 

interferensiya adlanır. 

“Dil faktların təhlili habelə göstərir ki, qrammatik interferensiyanın bu tipləri 

ola bilər: 

a) Qrammatik diferensial əlamət xarici dildə mövcud olanda və ana dilində 

həmin əlamət olmayanda (R-, F+) xarici dilə xas olan əlamət üçüncü sistemə dərhal 

daxil edilmir. Başlanğıc mərhələdə dil əlaqəsi xarici dildə müxalifət üzvləri 

arasındakı  fərqləndirici hüdudların silinməsinə  və müxalifət üzvlərindən birinin 

mənasının digər üzvünün mənası sahəsinə yayılmasına gətirir. Beləliklə, müəyyən 

bir dövrdə üçüncü sistem xarici dilin diferensial əlamətindən məhrum olmuş olur. 

b) Diferensial əlamətin ana dilində mövcud olanda və  həmin  əlamət xarici 

dildə olmayanda (R+, F-) ana dilinə xas əlamət üçüncü sistemə köçürülür. Dil 

əlaqəsi xarici dilə xas olmayan müxalifətin təzahürünə  gətirir. Beləliklə, üçüncü 

sistem həmin xarici dilə xas olmayan artıq diferensial əlamət qazanır.  Əgər ana 

dilində xarici dilə xas olmayan diferensial əlamət varsa, o, həmin müxalifət (cavab 

verə biləcəyi müxalifət) üzvlərini də  fərqləndirən hansısa başqa  əlamətlə 

möhkəmləndirilmir. Belə  əlamət üçüncü sistemə daxil edilmir, interferensiya 

həyata keçirilmir. 

ç) Eynicinsli diferensial əlamətin hər iki dildə mövcudluğu (R+, F+) müxalifət 

üzvlərinin müxtəlif distribusiyası zamanı, həmin  əlamətin ana dilinə xas 

distribusiya ilə üçüncü sistemə köçürülməsinə aparır. Xarici dildə müxalifət üzvləri 

arasındakı  fərqləndirici, ayırıcı hüdud dəyişir, ana dilindəki fərqləndirici hüduda 

xas olan vəziyyət alır. Bu da müxalifət üzvləri arasında distribusiya dəyişməsinə 

aparır” (5). 

V.Y.Rozensveyq və L.M.Uman, əsasən, rus və fransız ikidilliliyə 

interferensiya məsələlərini araşdırmışlar. Onların tədqiqat obyekti rusların 

fransızca nitqində qaydadan sapmalar üzərində müşahidələr aparmış  və 

məqalələrindən birində bu müşahidələri ümumiləşdirmişlər. Onlar fransızca 

danışan rusların nitqində təsdiq\inkar ədatının, sayların və zaman mənalı önlüklərin 

işlənməsi zamanı baş verən interferensiya hadisəsini təsvir edirlər. “Rusların 

fransız dilinin təsdiq-inkar  ədatlarını  işlətmələri üzərində aparılan müşahidələr 

göstərir ki, bir sıra hallarda interferensiya yoxdur. Bir sıra başqa hallarda, əksinə, 

interferensiya tez-tez baş verir. Qeyd etmək lazımdır ki, inkar məzmunlu suallara 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



365 

verilən cavablarda interferensiya tez-tez olur, halbuki inkar məzmunu daşımayan 

suallara verilən cavablarda interferensiya yoxdur. Birinci qrup hallarda 

interferensiyanın olmaması  hər iki dildə eyni diferensial əlamət mövcud olmasını 

güman etməyə imkan verir. İkinci qrup hallarda isə daimi interferensiya göstərir ki, 

bir dilə xas olan diferensial əlamət o biri dildə yoxdur. İnkar məzmunlu suala istər 

təsdiqdə, istərsə inkarda verilən cavabda oui və non ədatlarının işlənməsi şahidlik 

edir ki, (fransız dilinə xas olan) да  və  нет  ədatlarının qarşı qoyulmalı olduğu 

hansısa əlamət məhz rus dilində yoxdur.  

Müəlliflər araşdırmalarında aşağıdakı nəticələri əldə etmişlər:  

1. Rus və fransız dillərində təsdiq və inkar mənaları qrammatik mənadır, belə 

ki, onların ifadəsi üçün aydın  şəkildə bir-birinə qarşı qoyulma xüsusi formalar 

mövcuddur. Təsdiq etmə  və inkarı inkar etmə  mənalarına gəlincə, onlar yalnız 

fransız dilində qrammatikdir, çünki bu dildə  si-non qarşıladırılması mövcuddur. 

Rus dilində bu mənaları ifadə etmək mümkündür, lakin onları qarşılaşdırmaq 

mümkün deyildir. Buna görə də rus dili üçün onları qrammatik hesab etmək olmaz. 

2. Əşyaların miqdarı və sıra nömrəsi mənası hər iki dil üçün qrammatik hesab 

edilə bilər, çünki onların hər ikisi hər iki dildə ifadə edilməsinin qarşılaşdırma 

formaları mövcuddur. 

3. Nisbi zaman mənası təkcə fransız dili üçün qrammatikdir, çünki onlar xüsusi 

formalarla ifadə edilir, öz aralarında, habelə bütövlükdə mütləq zaman formaları ilə 

qarşı-qarşıya qoyulur. Xüsusən,  dans  və  apr



és önlüklərinin ifadə etdiyi mənaları 

qrammatik hesab etmək olar, belə ki, müəyyən bir andan zamanı hesablamaq zəruri 

olanda fransız dili mütləq bu iki önlükdən birini seçmək məsələsini qoyur. Rus 

dilində belə seçim yoxdur. Lazım olanda nisbi zaman mənasını bu və ya başqa 

vasitə ilə ifadə etmək mümkündür, lakin bu vasitələr qarşı-qarşıya qoyulma sistemi 

yaratmır, buna görə də həmin mənalar məcburi deyildir, başqa sözlə desək, onlar 

rus dili üçün qrammatik deyildir. Bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq 

olar: qrammatik mənalar qarşı-qarşıya qoyulma sistemi yaradan formalarla ifadə 

edilir. Qrammatik olmayan mənalar müxtəlif vasitələrlə ifadə oluna bilər, lakin 

onların ifadə formaları aydın qarşı-qarşıya qoyulma sistemi yaratmır. Qrammatik 

mənalar dəsti hər iki dil üçün özünəməxsusdur. Bu mənaları ifadə etmə formalarına 

gəlincə, onlar da dildən dilə əhəmiyyətli dərəcədə fərqlənə bilər. İnterferensiyanın 

müfəssəl araşdırılması  aşağıdakıları aydınlaşdırmağa: a) müəyyən bir dildə bu və 

ya digər kateqoriyanın mövcudluğunu müəyyənləşdirməyə imkan verir; b) 

qrammatik formaların məzmunu təşkil edən mənaların bütün komponentlərini və 

bu mənaların qarşılaşdırıldığı bütün diferensial əlamətləri dəqiq 

müəyyənləşdirməyə imkan verir; c) qrammatik kateqoriyaların ifadə sisteminin 

xüsusiyyətlərini aşkara çıxarmağa imkan verir; ç) qrammatik olmayan mənaların 

ifadəsi üsullarını aşkara çıxarmaq imkanı verir.  

 

 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

366 



ƏDƏBİYYAT 

1.  Верещагин  Е.М.  Понятие  интерференции  в  лингвистической  и 

психологической литературе. Журн. «Иностранные языки в высшей школе», 

М., 1968, № 4. 

2. Исаченко А.В. Грамматический строй русского языка в сопоставлении 

со слованским. Морфология, ч. I, II, Братислава, 1954, 1960. 

3. Поливанов Е.Ю. Опыт частной методики преподования русского языка 

узбекам. ч.I, Ташкент, 1935. 

4.  Розенцвейг  В.Ю.,  Уман  Л.М.  Интерференция  и  грамматические 

категории. В кн. «Исследования по структурной типологии». М., 1963. 

5.  Розенцвейг  В.Ю.,  Уман  Л.М.  К  проблеме  грамматической 

интерференции. В кн. «Проблемы структурной лингвистики». М., 1962. 

6. Щерба Л.В. Некоторые выводы из моих диалектологических мужичких 

раблюдений.  В  кн. «Избранные  работы  по  языкознанию  и  фонетике».  Л., 



1958.  

Yüklə 46,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə