Microsoft Word KÜLTÜr evreni doc



Yüklə 360,55 Kb.
Pdf görüntüsü
tarix20.08.2018
ölçüsü360,55 Kb.
#63659


KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



413 

 

 



 

 

İRANLI MÖCÜZŞÜNASLAR 



 

IRANIAN RESEARCHES OF MOJUZ 

 

ИРАНСКИЕ ИССЛЕДОВАТЕЛИ "М.А.МОДЖУС" 

 

 

Fərman XƏLİLOV

*

 

 

 

Özet 

Makalede, ilk kez olarak İranlı Möcüzşünaslar M. Nikabi və H.S.Kurrayi’nin 

Azerbaycanın görkemli satirik (mizah) şairi M.A. Möcüz hakkındaki 

araştırmalarından bahsediliyor. 

Yazarın kanaatine göre, ismi söylenen Möcüzşünasların araştırmaları M. A. 

Möcüzün hayatı ile bağlı belirli makamların araştırılması ve yaradıcılığının bazı 

karakteristik özelliklerinin meydana çıkarılmasını kapsıyor. 

Makalede M.Nikabi və H.S.Kurrayi’nin araştırmalarının eksikleri ve 

çatışmayan taraflarına da değiniliyor. 

Anahtar kelimeler: Möcüşünaslar, M. Nikabi, H.S. Kurayyi, İran, M.A. 

Möcüz 


 

Summary 

For the first time the article talks about the works of M.Niqabi and 

H.S.Qurraie, researches of the notable satirist poet of Azerbaijan Mojuz. 

In the author’s opinion research of the above mentioned Mojuz researches 

covers some moments of Mojus’ life and discover some characteristic features of 

his creative work. 

The article also talks about the shortcomings and gaps in the research work of 

M.Nigabi and H.S. Qurraie. 



Key words: M. Niqabi, H.S. Qurraie, Azerbaijan Majuz, Iran 

                                                 

*

 Filologiya Elmləri Namizədi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan 



Bölməsi 


KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

414 

İranda M.Ə.Möcüzün (1874-1934) həyatı  və  ədəbi irsinin tədqiqi tarixi 60 

ildən artıq bir dövrü əhatə edir. Bu illər ərzində Cənubi Azərbaycan müəlliflərindən 

M.Səfvət, M.Tahir, S.Novruz, Ə.Möhtəvi, M.Müctəhidi,  Ə.Nabdil, M.Deyhim, 

M.C.Fərqani,  İ.Səlahi, M.Səttari,  Ə.Əliəhmədi, B.Fəğfuri, Q.Rza, M.Səməndər, 

Y.Şeyda, Ə.Möhsüni, C.Heyət, M.T.Zehtabi və başqalarının İran mətbuatında irili-

xırdalı xeyli məqaləsi dərc olunmuş və Möcüz həm Azərbaycan türklərinə, həm də 

farsdilli oxuculara tanıdılmışdır. Cənublu tədqiqatçılardan M.Niqabi və 

H.S.Qurrayinin isə Möcüzün həyat və yaradıcılığının tədqiqində xüsusi xidmətləri 

olmuşdur. Bu məqalədə  məhz onların araşdırmalarından bəhs etməyi qarşımıza 

məqsəd qoymuşuq. 



MƏMMƏDƏLİ NİQABİ (1938). Şəbüstər yaxınlığında Dizəc Xəlil kəndində 

anadan olan və hazırda orada yaşayan, xüsusi ali təhsil almasa da, şəxsi mütaliə 

yolu ilə Azərbaycan  ədəbiyyatı  və tarixini dərindən öyrənən M.Niqabi «Simayi-

Dizəc Xəlil» adlı kitabın müəllifi, «Uşaq nağılları», «Azərbaycan bayatıları», 

«Uşaqların bağçasında qönçələr», «Aşıq Xəstə Qasım», «Həsən və  Məhbubə 

nağılı» (Ə.Şəriətidən tərcümə) kimi kitabların isə  tərtibçisidir (5, s. 9). Bu 

xidmətləri ilə yanaşı, M.Niqabi 70 illik ömrünün 30 ilindən çoxunu M.Ə. Möcüzün 

həyatı, yaradıcılığı və ədəbi irsinin tədqiqinə həsr etmişdir. Onun Möcüzün əsərləri 

ilə ilk tanışlığı  gənc yaşlarında başlamış, lakin o vaxtkı  «şahlıq rejimində 

Azərbaycan dili rəsmən yasaq olduğu üçün» (8, I məq., s. 3) şairin şeirlərini yalnız 

gizli şəkildə oxumaqla kifayətlənmişdir. 1978-1979-cu illərdə İran inqilabı zamanı 

və İran İslam Cumhuriyyətinin təsisindən sonra Azərbaycan dili ilə bağlı yaranan 

nisbi azadlıq  şəraitində bir çox milli şair, yazıçı, jurnalist və alimlər üçün 

Azərbaycan dilində  əsərlər yazıb çap etdirməyə  əlverişli imkan yarananda 

M.Niqabi də özü yazdığı kimi «Möcüzü daha geniş səviyyədə Azərbaycan xalqına 

... tanıtdıracaq bir kitabın yeri boş olduğu üçün ... hövsələ  və usanmadan bu 

zəmində çalışmağa başlayıb  İstanbul,  Şəbüstər, Tehran, Təbriz və  Şahrud 

şəhərlərində  şair haqqında bir çox tədqiqat» aparır (8, I məq., s. 3). Uzun illərin 

axtarışları və araşdırmalarından sonra M.Niqabi Azərbaycan, fars və türk dillərində 

Şimali Azərbaycan,  İran və Türkiyə  mətbuatında Möcüzə aid 20-dən çox məqalə 

dərc etdirməyə nail olur. Bunların içərisində Təbrizdə çıxan «Ərk» qəzetinin on iki 

nömrəsində dalbadal dərc olunan «Şəbüstərli Mirzə  Əli Möcüz» adlı  məqalə öz 

həcmi və elmi əhəmiyyətinə görə daha çox diqqəti cəlb edir. Məqalədə Möcüzün 

dövrü, həyatı, yaradıcılığı,  əsərlərinin nəşri tarixi və  bəzi müasirləri haqqında bir 

sıra yeni mülahizələr, fakt və  məlumatlara rast gəlirik. Möcüzün dostları  və 

pərəstişkarlarından olan Məşədi  Ələkbər, Mirzə  Əli Yəhyazadə, Mirzə 

Məhəmmədəli Pur Əliməhəmmədi, Mahmud Bəhrami, Ağa Abdullah İrani, Mirzə 

Əli xan Asi, Əli bəy Yəhyazadə, Hacı  ağa  Şəbgahi, Mirzağa Pəyami kimi 

Şəbüstərin qabaqcıl  şəxsləri ilə görüşüb fikir mübadiləsi aparması  və  şeirlərini 

onların vasitəsilə yayması, bacanağı Hacı Xəlil Möhdəvi Nadirin dəvəti ilə Şahruda 

getməsi, orada vəfat etməsi və «Köhnə  məzar» qəbiristanlığında dəfn olunması, 

Ə.Naxçıvaninin Möcüzün əlyazmalarını  təhvil almasına aid şairin pərəstişkarı 

M.Müəddəbə verdiyi qəbz və ona yazdığı üç məktubu (11, s. 3) haqqındakı 

məlumatlar bu qəbildəndir. M.Niqabinin 1992-2005-ci illərdə yazdığı 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



415 

məqalələrində və mətbuata verdiyi müsahibələrində Möcüzün yaradıcılığı haqqında 

da maraqlı və orijinal mülahizələri vardır. Onun fikrincə, «Möcüzün yaradıcılığının 

ən parlaq dövrü 1928-1934-cü illər arasında» olmuşdur (8, IX məq., s. 3). Möcüzün 

«şeirlərində  Cənubi Azərbaycanın bütün ictimai məsələləri  əks etdirilmiş, xalqın 

ənənə  və folkloru canlanmışdır» (8, V məq., s. 3). «Farsca şeirlərində satirik ruh 

türkcə şeirlərindən zəifdir. Farsca şeirləri daha çox ciddiliyi ilə diqqəti cəlb edir» 

(5, s. 9). Sovet dövründə  Şimali Azərbaycanda Möcüzün dinə  və Allaha 

münasibətini  əks etdirən bəzi  şeirlərinin mahiyyətinə varmadan onu ateist 

səviyyəsinədək «yüksəldən» tədqiqatçılardan fərqli olaraq M.Niqabinin bu 

məsələyə dair fikri daha obyektiv və inandırıcıdır: «Möcüz yüksək insanlıq ruhuna 

malik olduğu üçün bütün yaradıcılığında islam dininə  və böyüklərinə sonsuz 

hörmət bəsləmişdir... Bir çox şeirlərindən ulu tanrıdan insanlara kömək diləmiş və 

həzrəti-Məhəmməd və Əli insanlıq nümunəsi olaraq göstərilmişdir. Amma cəhalət 

dünyasında qərq olan bir şəxs və ya came əfradı barəsində danışanda onların inanıb 

və cismi-qail olduqları allahı, doğrusu bütpərəstliyi intiqadi tənzi-şivəsi ilə 

qamçılamışdır və eləcə camaatı baş yarmağa təşviq və xurafata sövq edən 

ruhaninümaları da haqlı olaraq tənqid etmişdir» (8, IV məq., s. 3). 

M.Niqabinin silsilə  təşkil edən bir sıra məqalələri isə Möcüzün əsərlərində 

işlədilən pul və çəki vahidləri, üzüm növləri, bulaq, meyvə, bitki, xörək, içki, quş, 

həşərat, musiqi alətləri, geyim və parça adlarının izahına həsr olunmuşdur (4, 6). 

Bu məqalələrdə Möcüzün öz əsərlərində xalq məişətini incəliklərinədək bilməsi və 

əks etdirməsi məsələsi konkret bədii materiallarla əsaslandırılır. 

M.Niqabinin Möcüzün müxtəlif şəxslərdə saxlanılan əlyazmalarının surətindən 

köçürdüyü təhrifsiz 300 beyti, farsca şeirlərindən 700 beyti, şairlə bağlı 25 foto 

şəkli və 14-dək xatirə materialını (1, s. 5) toplaması isə möcüzşünaslıq üçün çox 

dəyərli töhfələrdir. 

M.Niqabi ildən-ilə Möcüz haqqında araşdırmalarının coğrafiyasını 

genişləndirərək  Şimali Azərbaycan  ədəbiyyatşünaslarından Q.Məmmədli, 

A.Zamanov və F.Xəlilovla məktublaşmış (12, s. 4), 1993-cü ildə isə Bakıya gələrək 

S.Mümtaz adına Azərbaycan Dövlət  Ədəbiyyat və  İncəsənət Arxivində mühafizə 

olunan Möcüzün avtoqrafları ilə tanış olmuşdur (7, s. 5). Bu istiqamətdəki 

fəaliyyətinin məqsədini açıqlayan tədqiqatçı bizə göndərdiyi 18 avqust 1990-cı il 

tarixli məktubunda yazır: «Mən də sizin kimi çox maraq göstərirəm ki, bu əlaqə 

həmişəlik olsun və Möcüz haqqında dəyərli materialları  mətbuatda çap etdirə 

bilək».  Şimali Azərbaycanda Möcüzə aid ilk məqaləsi bizim tərəfimizdən 

oxuculara təqdim edildikdən sonra (10, s. 4) M.Niqabinin şairlə bağlı daha iki 

məqaləsi Bakıda və Naxçıvanda dərc olunmuşdur (3, 9). Bu məqalələr Möcüzün 

həyat və yaradıcılığına aid M.Niqabinin yuxarıda bəhs etdiyimiz araşdırmalarının 

nəticələri ilə Şimali Azərbaycan möcüzşünaslarını tanış edən qiymətli mənbələrdir. 

Peşəkar  ədəbiyyatşünas olmadığı üçün M.Niqabinin Möcüz haqqında yazdığı 

məqalələrdə publisistik ruhun elmi üslubu üstələməsi, bu və ya digər fikri 

əsaslandırmaq üçün, yaxud hər hansı bir yeni fakt və  məlumatdan söz açarkən 

istinad edilməli olan məxəzlərin göstərilməməsi və müəllifin özünütəkrara yol 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

416 

verməsinə baxmayaraq, onları  şairin tədqiqi tarixində bu gün də öz əhəmiyyətini 

itirməyən mənbə hesab etmək olar. 



HADİ SULTAN QURRAYİ (1944). Əslən təbrizli olan H.S.Qurrayi hazırda 

ABŞ-ın Kaliforniya ştatında yaşayır. İran ədəbiyyatına aid bir sıra monoqrafiya və 

məqalələrin müəllifidir. Azərbaycan  şairlərindən N.Gəncəvi, M.H.Şəhriyar və 

B.Vahabzadəyə aid araşdırmaları da vardır. H.S.Qurrayi elmi yaradıcılığının bir 

neçə ilini də Möcüzün ədəbi irsinin öyrənilməsinə  həsr etmişdir. O, 1997-ci ildə 

«Mirzə  Əli Möcüz Şəbüstəri və  Məşrutə dövrü» adlı ingilis dilində yazdığı 

doktorluq dissertasiyasını tamamlayaraq Vaşinqton Universitetində müdafiə 

etmişdir. Həmin dissertasiya 2003-cü ildə  İndiana  ştatında monoqrafiya şəklində 

çap olunmuşdur (2). 244 səhifəlik bu monoqrafiya «Möcüzün tərcümeyi-halına bir 

nəzər», «Möcüz poeziyasının əsas istiqamətləri», «Möcüz İranın məşrutə dövrünün 

fonunda», «Möcüz və Azərbaycan yumor və satira ənənələri», «Möcüz və 

Azərbaycan mənliyi problemi» adlandırılan beş fəsildən ibarətdir.  

I fəslin əvvəlində müəllif Cənubi Azərbaycanda yaxşı tanınan Möcüzün İranın 

farsdilli oxucularına naməlum qalması  məsələsinə toxunur və bunun səbəblərini 

şairin «Şəbüstər kimi ucqar bir guşədə yaşaması», «əsərlərini Azərbaycan dilində 

yazması», «şeirlərinin anonimliyi və qadağalı mövzulara toxunması» və «yaşadığı 

dövrdə fars dilinin digər dilləri sıxışdıraraq hüquqi üstünlüyə malik olmasında» 

görür (2, s. 13). Bu fəsildə müəllif Möcüzün «Şimali Azərbaycanın  ədəbi 

prosesində  və siyasi-ictimai sistemində tam olaraq qəbul edilməsinin» (2, s. 19) 

səbəbləri üzərində  də dayanır. Alimin fikrincə, Möcüz Şimali Azərbaycanda 

«kommunist dövründə ona görə yüksək qiymətləndirilirdi ki, Azərbaycan dilini 

seçmişdi,  şeirlərində  İrandakı zülmdən, pis vəziyyətdən danışırdı» (2, s. 19). 

Əsərlərinin bu xüsusiyyətlərinə  əsaslanıb Sovet Azərbaycanında  şairi 

kommunistləşdirməyə cəhd edənlərin əksinə olaraq H.S. Qurrayi yazır: «Möcüz ... 

heç vaxt kommunist olmağı arzu etməmişdir» (2, s. 19). 

Monoqrafiyanın 45 səhifəsi müəllifin Möcüzün həyatına dair mülahizələrini 

əks etdirir. Bu hissədə Möcüz haqqında yazılan məqalə və monoqrafiyalara, şairin 

dostlarına yazdığı  məktublara və  tərcümeyi-halına, həmçinin avtobioqrafik 

şeirlərinə əsaslanan H.S.Qurrayi onun həyatının İstanbul, Şəbüstər və Şahrud dövrü 

haqqında  ətraflı  məlumat verir. Sonra H.S.Qurrayi Möcüzün klassik və müasir 

ədəbi  ənənələrlə bağlılığını, köhnəliyə  və mühafizəkarlığa, qadın probleminə 

münasibətini, elmi, biliyi və  hər cür mütərəqqi ictimai yeniliyi müdafiə etməsini 

onun poeziyasının  əsas istiqamətləri kimi dəyərləndirir. H.S.Qurrayinin Möcüz 

yaradıcılığının özünəməxsus xüsusiyyətləri ilə bağlı  bəzi elmi müşahidələri də 

diqqəti cəlb edir: «Möcüz öz şeirlərində önəmsiz və az əhəmiyyətli  şeyləri hədəf 

seçir və onların nəzərə çarpmayan mahiyyətini göstərir» (2, s. 43), «Şair insan 

həyatının müxtəlif və üzdə olmayan komponentləri arasındakı  əlaqələri tədqiq 

edir» (2, s. 43), Möcüzün növhələrində «ana yurdun dözülməz vəziyyəti və Kərbəla 

hadisələrinin faciəvi epizodlarının üzüntüləri» (2, s. 23-24) yaşanır. 

Monoqrafiyanın III fəslində H.S.Qurrayi möcüzşünaslıqda ilk dəfə olaraq 

İranın Məşrutə dövrünün aparıcı şairlərindən olan Məlüküş-Şüəra Bahar (2, s. 99-



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



417 

103), Ə.Lahuti (2, s. 104-107), İrəc Mirzə (2, s. 108-111) və Ə.Gilaninin (2, s. 111-

112) cəhalət və xurafatın ifşasına və qadın mövzusuna həsr etdikləri  şeirlərlə 

Möcüzün həmin mövzulardakı əsərləri arasında paralellər aparır, olduqca maraqlı 

və orijinal mülahizələr irəli sürür. Bu mülahizələrdən o da aydın olur ki, Möcüz 

İranın farsdilli poeziya ənənələrinə də bələd imiş. 

H.S.Qurrayi monoqrafiyasının IV və V fəsillərini Möcüzün M.F.Axundzadə, 

Ə.Talıbov, Z.Marağayinin islahatçı düşüncələri, tənqidi fikirləri, həmçinin 

C.Məmmədquluzadə  və M.Ə.Sabirin yazılı  ədəbiyyatımıza gətirdiyi satira və 

yumor ənənələrini yaradıcılıqla davam etdirməsinə həsr etmişdir (2, s. 145-223). 

H.S.Qurrayinin tədqiqatında yeniliyi ilə diqqəti cəlb edən cəhətlərdən biri də 

müəllifin ilk dəfə olaraq Möcüzün əsərlərini «nəinki tariximizdə, ictimai 

şüurumuzda, milli təfəkkürümüzdə ciddi dəyişikliklər yaratmış, eləcə  də  bədii 

fikrimizdə, ədəbiyyatımızda tamamilə yeni bir mərhələ ilə nəticələnmiş» (13, s. 3) 

Məşrutə dövrü ədəbiyyatının fonunda təhlil edib qiymətləndirməsidir. 

Möcüz haqqında araşdırmalar aparan Şimali Azərbaycan 

ədəbiyyatşünaslarından professorlar M.Cəlal, C.Xəndan, Ə.Mirəhmədov, filologiya 

elmləri namizədi F.Xəlilovun tədqiqatlarından xəbərsiz olduğu üçün təkcə 

filologiya elmləri namizədi L.Ömərovanın «Mirzə  Əli Möcüz» kitabına istinad 

etməsi,  şairin  əsərlərinin nəşri tarixindən bəhs edərkən (2, s. 16-17) tekstoloji 

təhlillər aparmaması, bəzi yanlış fikirlər irəli sürməsi (məsələn, «Möcüz «qeyri-

qanuni» (!) Milli Hökumət zamanında «kəşf olunduğu» üçün adı M.Tərbiyətin 

«Daneşməndani-Azərbaycan» kitabına düşməmişdir») (2, s. 12), Azərbaycan 

dilində yazan sənətkarları diqqətdən kənarda saxlayaraq Möcüzün şeirlərini 

Məşrutə dövrünün yalnız fars dilində yazan iranlı  şairlərin əsərləri ilə müqayisəli 

təhlilə  cəlb etməsi kimi nöqsanları  və çatışmayan cəhətlərinə baxmayaraq, 

H.S.Qurrayinin monoqrafiyası bir sıra yeni fakt və orijinal mülahizələri özündə əks 

etdirdiyinə və ingilis dilində yazıldığı üçün Avropa şərqşünaslarını Möcüzün həyat 

və yaradıcılığı ilə tanış etdiyinə görə böyük elmi əhəmiyyətə malikdir. 

Nəticə olaraq deyə bilərik ki, iranlı möcüzşünaslar M.Niqabi və 

H.S.Qurrayinin elmi araşdırmaları Möcüzün həyatı ilə bağlı müəyyən məqamların 

aydınlaşdırılması, yaradıcılığının bəzi səciyyəvi xüsusiyyətlərinin aşkara 

çıxarılması, klassik və müasir ədəbi  ənənələrlə bağlılığı, qismən də olsa, ədəbi 

irsinin toplanılması  və  nəşri tarixi məsələlərini  əhatə etmiş, bəzi qüsurlarına 

baxmayaraq, möcüzşünaslığı bir sıra yeni fakt və orijinal mülahizələrlə 

zənginləşdirmişdir. 

 

ƏDƏBİYYAT 

1.   Böyük  möcüzşünаs M.Niqаbi (jurnаlist Rzа  Əlinin M.Niqаbi ilə 

müsаhibəsi). «Əsrе-Аzərbаycаn» qəz., Təbriz, 20 mеhr 1383 ş. (12 оktyаbr 2004). 



2.  Qurrаiе H.S. Mоdеrn  Аzеri litеrturе: idеntity, gеndеr  Аnd pоlitics in thе 

pоеtry  оf Mо’jus. Indiаnа Univеrsity  Оttоmаn  аnd Mоdеrn Turkish Studiе 

Publicаtiоns Blооmingtоn, 2003, 244 pg. 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

418 



3.  Niqаbi M. İlаhi, ildırım göndər. «Ədəbiyyаt qəzеti». Bаkı, 3 sеntyаbr 

1993.  


4.  Niqаbi M. M.Ə.Möcüzün mənəvi хəzinəsində pul vаhidi. «Azəri el dili və 

ədəbiyyаtı» jur., Tеhrаn, 1382 ş. (2003), № 7, s. 35-41. 



5.  Niqаbi M. Möcüz rа fəqət bа Sаbir mitəvаn mоqаyеsе kərd (jurnаlist Rzа 

Əlinin M.Niqаbi ilə müsаhibəsi). Ruznаmеyе-«Əhrаr», Təbriz, 6 хоrdаd 1382 ş. 

(27 mаy 2003). 

6.  Niqаbi M. M.Ə.Möcüzün seçilmiş əsərlərində yiyəcək adları. «Azəri el dili 

və ədəbiyyatı» jur., Tehran, 1384 ş. (2005), № 9, s. 143-147. 



7.  Niqаbi M. Sərqоzаştе-dəstnеvеştеhаyе-Möcüzе-pаksеrеst. Ruznаmеyе-

«Əsrе-аzаdi», Təbriz, 25 оrdubеhişt 1384 ş. (15 mаy 2005). 



8.  Niqаbi M. Şəbüstərli Mirzə Əli Möcüz. «Ərk» qəz., I məqalə – 24 iyun, II 

məqalə – 27 iyun, III məqalə – 29 iyun, IV məqalə – 02 iyul, V məqalə – 04 iyul, 

VI məqalə – 06 iyul, VII məqalə – 11 iyul, VIII məqalə – 13 iyul, IX məqalə – 15 

iyul, X məqalə – 18 iyul, XI məqalə – 20 iyul, XII məqalə – 22 iyul. Təbriz, 1371 

ş. (1992). 

9.  Niqаbi M. Möcüzün şəхsiyyəti və dili. Nахçıvаn Dövlət Univеrsitеtinin 

Elmi Əsərləri, Nахçıvаn, 2002, № 9, s. 81-84. 



10. Niqаbi M. Ön söz (M.Ə.Möcüz hаqqındа  çаpа  hаzırlаdığı kitаbа 

müqəddimədir). Təqdim  еdən F.Хəlilоv. «Şərq qаpısı» qəz., Nахçıvаn, 18 аprеl 

1991.  

11. Niqаbi M. Təhrifе-əşаrе-Mirzə Əli Möcüz Şəbüstəri. Ruznаmеyе-«Məhdi-

аzаdi», Təbriz, 7 хоrdаd 1382 ş. (28 mаy 2003). 



12. Təbrizli möcüzşünаs. «Səhər» qəz., Bаkı, 15 iyul 1993. 

13. Vəhdətniya D.M. Məşrutə dövrü Azərbaycan ədəbiyyatı (namizədlik dis.). 

2009, 150 s. Naxçıvan Dövlət Universitetinin kitabxanası. 



 

Yüklə 360,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə