Microsoft Word lalayev text 75. doc



Yüklə 175,7 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü175,7 Kb.
#54503


MUSİQİ DÜNYASI ____________________________________________________2 (75), 2018 

 

7903



 

 

 

 

Əliqismət LALAYEV 

 

TÜRKMƏN DRAMATURQU HÜSEYN MUXTAROVUN 

PYESLƏRI AZƏRBAYCAN SƏHNƏSİNDƏ 

 

 

Orta Asiya dramaturqlarının pyeslərinin Azərbaycan səhnəsində tamaşaya qoyulma tarixi 

XX əsrin 50-ci illərindən başlanmışdır.  

Həmin dövrdaən etibarın, türkmən dramaturqu Hüseyn Muxtarovun, özbək dramaturqu 

Abdulla Qəhharın, tacik dramaturqu Qəni Abdullanın, qırğız dramaturqları Çingiz Aytmatovun, 

Mar Bayciyevin və b. əsərləri bir çox teatrlarımızda uğurla səhnəyə qoyulmuşdur. Bu baxımdan ən 

böyük pay türkmən dramaturqu, SSRİ Dövlət mükafatı laureatı Hüseyn Muxtarova (1914—1980) 

məxsusdur. 

1914-cü ildə  İranın Məşhəd  şəhərində doğulmuş,  əslən azərbaycanlı olan Hüseyn 

Muxtarovun ölkəmizdə qoyulan ilk əsəri «Ailə namusu» («Allanın ailəsi») olmuşdur. 

Dramaturqun «Allanın ailəsi» pyesi Azərbaycan Akademik Dram Teatrında «Ailə namusu» adı ilə 

ilk dəfə 1951-ci il, oktyabrın 30-da tamaşaçılara göstərilmişdir. İnsanların əxlaqi saflığını, təmiz 

və namuslu əməyini əks etdirən bu əsərin bir çox cəhətdən əlamətdar olan tamaşası azərbaycanlı 

tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdı. 

Tamaşanın quruluşunu Moskvada ali teatr məktəbini yenicə bitirib Bakıya qayıtmış, gənc, 

istedadlı rejissor Tofiq Kazımov vermişdi. Bu, onun Akademik teatrda ilk müstəqil işi idi. Gənc 

rejissor tamaşada xalqı aldadan, xalq malına xor baxan adamlara qarşı yeni insanın mübarizəsini 

ön plana çəkmişdi. Rejissor əsas ideyanı tamaşaçıya çatdırmaq üçün teatrda olan bütün 

imkanlardan bacarıqla istifadə etmiş, bəstəkar, rəssam və aktyor kollektivi ilə birgə  işləməsi 

nəticəsində  əsərin  əsas qayəsini tamaşaçıya çatdırmağa nail olmuşdu. Yuxarıda qeyd etdik ki, 

hadisələr bir otaqda cərəyan edir. Lakin buna baxmayaraq, rejissor real, inandırıcı  və maraqlı 

mizanlar yaratmışdı. Rejissorun aktyor kollektivi ilə  səmərəli yaradıcılıq işinin nəticəsi idi ki, 

tamaşada düşünülməmiş, təkrar olunan hərəkətlərə, mizanlara yol verilməmişdi.  İstər 

Azərbaycanın xalq artisti Bədurə Əfqanlının verdiyi bədii tərtibat, istər bəstəkar Zakir Bağırovun 




MUSİQİ DÜNYASI ____________________________________________________2 (75), 2018 

 

7904

ahəngdar musiqisi tamaşanın ümumi ruhuna uyğun olmaqla yanaşı, həm də  əsərin ideyasının 

açılmasında rejissora kömək etmişdi.  

Tamaşanın diqqətçəkən cəhətlərindən biri də, burada səhnəmizin görkəmli ustaları ilə 

bərabər gənc qüvvələrin də  iştirak etməsi idi. Maraqlıdır ki, tamaşa təkcə quruluşçu rejissorun 

deyil, həm də bir neçə gənc aktyorun teatrda debütü idi. Belə ki, əsas rolların ifaçılarından Məlik 

Dadaşov, Osman Həqqi və Əfrasiyab Məmmədov institutu elə həmin ildə – 1951-ci ildə bitirib, 

teatrda işə başlamışdılar. 

Əsərin mərkəzi surəti Allandır. Rejissor bu rolu səhnəmizin görkəmli aktyoru Əli 

Qurbanova tapşırmışdı. Allan – Əli Qurbanov mehriban ata, namuslu ailə başçısı, cəsarətli işçi 

kimi hərəkət edirdi. Bu obrazın həm rejissor, həm də aktyor tərəfindən düzgün səhnə şərhi əsərin 

ideyasının bütünlükdə düzgün açılmasını təmin edə bilmişdi.  

«Ailə namusu» pyesinin tamaşasında Arif obrazı öz gözəl xüsusiyyətləri, açıq və geniş 

dünyagörüşü, təmiz arzuları, şairanə təbiəti ilə tamaşaçıları cəlb edirdi. O, doğma Türkmənistanı 

olduğundan daha gözəl görmək istəyir. Onun işi ilə arzuları arasında sıx bir bağlılıq var. Məhz 

buna görə də o, « … Eh, Yazgül, mənim arzum bu şopanlıqları məhsulduar torpaqlara çevirmək, 

onlarda bağlar, tarlalar salmaqdır» deyərkən tamaşaçı Arifə bütün varlığı ilə inanır, onu ürəkdən 

sevir və bu işlərin görülməsində onunla birlikdə olmağa can atırdı. Bu sözlər gənc aktyor Məlik 

Dadaşovun ifasında öz işinə inanan, qurub yaratmaq eşqi, həvəsi ilə yaşayan, xalq malını hər bir 

şəraitdə qoruyan gənc bir alimin fikri kimi çox qüvvətli səslənirdi.  

Kolxoz hesabdarı Azad rolunu Əfrasiyab Məmmədov ifa edirdi. Onun ifasında Azad 

namuslu, nikbin, dostluqda möhkəm, sevgisinə sadiq gənc kimi nəzəri cəlb edirdi. Ailənin son 

beşiyi, şən və gülərüzlü Qurban rolunda artist Sadıq Saleh, Yazgül rolunda isə Sofiya Bəsirzadə 

çıxış edirdi. aktrisa Sofiya Bəsirzadə öz rolunun xarakterinə uyğun maraqlı ştrixlər tapmışdı.  

Tamaşada ana obrazı da ən maraqlı surətlərdən biri idi. Ana Bikə şüur etibarilə geri qalmış, 

mövhumatçı, köhnə dünyanın qayda-qanunlarına riayət etməyə çalışan bir qadındır. Bu rolu 

səhnəmizin görkəmli sənətkarı Mərziyə xanım Davudova ifa edirdi. Aktrisa rolun daxili ailəmini 

açıb göstərməyə tam müvəffəq olmuşdu. kimi mənim üçün də  əziz deyilmi?» deyə Bayramı 

ittiham etməyə başlayırdı. 

«Ailə namusu» əsəri «xalqlar dostluğu», «beynəlmiləlçilik» ruhundan da xali deyildi. 

Buradakı Zina surəti ilə müəllif rus xalqının nəcib sifətlərini göstərməyə çalışmışdı. Zina rolunu 

Hökumə Qurbanova ifa edirdi. Böyük Vətən müharibəsi zamanı bütün ailəsini itirmiş Zina – 

Hökumə Qurbanovanın ifasında səmimi, mehriban, namuslu, ağıllı bir rus qızı idi.  

Lakin 1950-ci illərdə bütün Sovet dramaturgiyasında «Konfliktsizlik nəzəriyyəsi» hökm 

sürürdü. Və «Allanın ailəsi» də  bədnam nəzəriyyə  əsasında yazılmışdı. Pyes məhz dramaturji 




MUSİQİ DÜNYASI ____________________________________________________2 (75), 2018 

 

7905

konfliktdən məhrum idi. Sözsüz ki, bu, dramaturqun istedadsızlığının deyil, dövrün tələbinə, daha 

dəqiq desək, partiyanın göstərişinə əməl etmək cəhdinin nəticəsi idi. 

Əsərdə «Sovet adamının yüksək  əxlaqı», «Sovet gənclərinin vətənpərvərliyi», «Sovet 

quruluşunun üstünlüyü», «sosializm cəmiyyətinin mükəmməlliyi» və s. ifadələr, cümlələr bol-bol 

işlənmişdi və belə bir fikir hasil olurdu: Allan kişi, onun oğlu Arif ona görə ailə namusunu, ailə 

şərəfini üstün tuturlar ki, onlar sovet adamlarıdırlar,  ən yüksək  əxlaqi keyfiyyətlər, mənəvi 

zənginliklər yalnız sovet adamlarına xas olan cəhətlərdir. 

1964-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrı türkmən dramaturqu Hüseyn 

Muxtarovun yaradıcılığına yenidən müraciət etdi. Həmin il dekabrın 11-də onun «Kimdir 

müqəssir» pyesinin [1] ilk tamaşası göstərildi. 

Dramaturq «Kimdir müqəssir»  əsərində gözəl bir məqsədə xidmət edirdi. Müəllif  əsərdə 

böyük amallarla yaşayan adamların yüksək mənəvi keyfiyyətlərini,  əxlaqi xüsusiyyətlərini  əks 

etməyə, onların yalnız cəmiyyətə yad olan tüfeylilərə, əliəyrilərə, dələduzlara qarşı deyil, həm də 

maymaqlara, vəzifəsində  səhlənkarlıq edənlərə qarşı  kəskin mübarizə apardıqlarını göstərməyə 

çalışmışdı. 

Əsərdəki hadisələr istedadlı sovet jurnalisti Səltənətin tikinti-quraşdırma idarəsinə gəlməsi 

ilə başlanırdı. İdarənin rəisi Həsənov onu sevinclə qarşılayır, xəbərsiz gəldiyi üçün Səltənəti hətta 

səmimiyyətlə  məzəmmət edir. Uşaqlıqdan dost olduğu,  şirin və xoş xatirələrlə bağlandığı bu 

qadını layiqincə qarşılamaq üçün evinə sifariş göndərir, yaxşı bir məclis təşkil etməyi tabeliyində 

olan Qurd Bəşirə tapşırır. Ancaq Həsənovun sevinci uzun sürmür. Az sonra rayon məhkəməsinin 

sədri Salmanov, prokuror Fərəcova, milis rəisi Səfərova və milis nəfəri Allanəzər buraya gəlirlər. 

Məlum olur ki, bir neçə ay bundan əvvəl həbs edilmiş sürücü Toylunun işinə yenidən baxmaq 

üçün həmin adamları  Səltənət özü buraya çağırtdırmışdır.  İdarə  rəisinin otağında məhkəmə 

qurulur, sual-cavab başlanır, hadisələrdən və söhbətlərdən aydınlaşır ki, Toylunun heç bir günahı 

yoxmuş, o, namuslu kəndçidir, nahaq yerə həbs edilib. Bəs Toylunun faciəsinə nə səbəb olmuşdu? 

Bu işdə günahkar kimdir? Əsərdən alınan cavab belədir: rayonun məsul işçilərinin maymaqlığı və 

səhlənkarlığı üzündən əliəyrilər, dələduzlar çoxalmış, Toylu kimi düzlüyü sevən adamların işi isə 

çətinləşmişdir. Toylu Qurd Bəşir kimi dələduzlarla mübarizədə tək qalır, müraciət etdiyi yerlərdən 

mənfi cavab alır, onu demaqoq adlandırırlar. Toylunun həbs olunması isə ailəsində faciə yaranır. 

Arvadı xəstələnir, böyük arzu ilə gözlədiyi körpəsini itirir.  

Bu cinayətdə  məhkəmə  sədri Salmanovun, prokuror Fərəcovanın, milis rəisi Səfərovun 

günahları ondadır ki, onlar hər biri öz növbəsində, ayrı-ayrılıqda Qurd Bəşir, Bərkəli, Allanəzər 

kimi alçaq adamların fitvasına uymuş, sənədləri yoxlamadan imzalamış, bacarıqlı, işküzar, 

namuslu bir gənc olan Toylunun nahaq yerə  həbsə alınmasına razılıq vermişlər. «Böhtan ayaq 




MUSİQİ DÜNYASI ____________________________________________________2 (75), 2018 

 

7906

tutsa da yeriməz» demişlər. Toylu respublikanın mərkəzi qəzetinə  şikayət etmişdir. Nəhayət, 

jurnalist Səltənətin işə qarışması ilə bütün məsələlər həll olunur, müqəssirlər cəzalarına çatırlar. 

«Kimdir müqəssir?» gənc rejissor Məmmədkamal Kazımovun Azərbaycan Dövlət 

Akademik Milli Dram Teatrı  səhnəsində ikinci müstəqil işi idi. Əlbəttə, heç şübhəsiz ki, 

Məmmədkamal Kazımov dramaturji cəhətdən mükəmməl bir əsər tamaşaya hazırlasaydı, onun 

rejissorluq bacarığı daha aydın nəzərə çarpardı. «Kimdir müqəssir?» tamaşasında onun 

yaradıcılığının yaxşı cəhətləri duyulurdu. Tamaşa dramaturji kamill olmasa da, mizanlar aydın və 

ifadəli verilmişdi. Quruluş əsas hadisələrin inkişafı üçün əlverişli idi. Bu işdə teatrın baş rejissoru 

Tofiq Kazımovun və aktyor kollektivinin əməyi az olmamışdı. Əsas rolları ifa edən aktyorlardan 

Mirvari Novruzova (Səltənət), Ağahüseyn Cavadov (Bərkəli), Möhsün Sənani (Qurd Bəşir), 

Əliağa Ağayev (Allanəzər), Məcid Şamxalov (Səfərov), Sadıq Hüseynov (Salmanov) və başqaları 

öz bacarıqlı çıxışları ilə rejissor işinin kamil olmasına kömək etmişdilər.  

Tamaşanın iştirakçıları sübut edirdilər ki, insan gözəl xilqətdir, ona qayğı  və  məhəbbətlə 

yanaşmaq lazımdır. Sovet məhkəmə işçiləri, prokurorları, milis nəfərləri öz vəzifələrinə daha ciddi 

və vicdanla yanaşmalı, hər yerdə, hər zaman obyektiv olmalı, namuslu hərəkət etməlidirlər. 

Onların kiçik bir səhvi insan həyatını  məhv edə bilər. Tamaşadakı  Bərkəli, Allanəzər və Qurd 

Bəşir rollarını ifa edən, səhnəmizin görkəmli komediya ustaları  Ağahüseyn Cavadov, Əliağa 

Ağayev və Möhsün Sənani oynadıqları obrazları satirik boyalardan məharətlə istifadə edərək 

yaradırdılar. Toylunun faciəsində  əsas rol oynayanlardan biri tikinti-quraşdırma idarəsinin rəisi 

Həsənov idi. Artist Atamoğlan Rzayev aydın bir şəkildə göstərirdi ki, Qurd Bəşir, Bərkəli və 

Allanəzər kimi üzdəniraq adamların qol-qanad açmasına məhz Həsənovun tamahkarlığı, zəifliyi 

imkan yaratmışdı. Tamaşanın ideya məzmunu Mirvari Novruzovanın ifa etdiyi jurnalist Səltənət 

obrazında aydın  şəkildə  nəzərə çarpırdı. Səltənət – Mirvari Novruzova işgüzardır, təvazökardır, 

təmkinlidir. «Kimdir müqəssir?» sualını bütünlüklə aydınlaşdırmaq üçün Səltənət – Mirvari 

Novruzova böyük fədəkarlıq göstərirdi. Vicdanlı, hərəkəti, işi, layiqli davranışı ilə tamaşaçılara 

güclü müsbət təsir göstərirdi. 

«Kimdir müqəssir?» tamaşasında teatrın gənc aktyorları da çıxış edirdilər.  Şahmar 

Ələkbərov Toylu rolunda çox yaxşı təsir bağışlayırdı. Aqşin Vəlixanovun səmimiyyətlə oynadığı 

Pəltək kimi surəti epizodik olmasına, yalnız bir dəfə  səhnəyə  gəlməsinə baxmayaraq, yadda 

qalırdı.  

Hüseyn Muxtarovun pyesləri təkcə Bakıda deyil, paytaxtdan kənarda da tamaşaya 

qoylmuşdur. Mingəçevir Dövlət Dram Teatrı 1969-1970-ci il mövsümündə dramaturqun «Şeytan 

nəsli» [1] əsərinə  səhnə  həyatı vermişdir. Müharibənin  ən ağır nəticələri, kimsəsizlərə xeyirxah 

adamlar tərəfindən  əsil ata qayğısı göstərilməsi teatrın aktyorları Nisə Rzayeva (Klara), Şərqiyə 




MUSİQİ DÜNYASI ____________________________________________________2 (75), 2018 

 

7907

Rəsulova (Bibi), Lətifə Hüseynova (Aypəri), Elmira Yaqubova (Ağgül), Neftun Tağıyev (Elman), 

Əli Məmmədov (Bazarağa) və başqalarının yaratdıqları  səhnə obrazları vasitəsilə öz əksini 

tapmışdı. Mingəçevir tamaşaçıları tərəfindən hər dəfə rəğbətlə qarşılanan bu tamaşa onun qastrol 

repertuarında da xüsusi yer tutmuşdu.  

Hüseyn Muxtarovun dramaturgiyası Sumqayıt Dövlət Dram Teatrının kollektivini də cəlb 

etmiş, teatrın səhnəsində türkmən dramaturqunun «Mən nənə ilə evlənirəm» adlı komediyası [1] 

(tərcümə edəni İnqilab Kərimov) tamaşaya qoyulmuşdur. 

Beləliklə, Hüseyn Muxtarovun səmimiliyi ilə seçilən dramaturgiyası ölkəmizin teatr 

səhnələrində tamaşaya qoyulmaqla teatrlarımızın repertuarına rəng qatmış, həmçinin eyni kökə 

malik qardaş türkmən xalqı ilə mədəni-teatr əlaqələrinin genişlənməsinə yardım etmişdir.  

 

ƏDƏBİYYAT 

 

1. Muxtarov 

H. 

Pyesləri. M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası. «Not 



nəşrləri və səsyazmaları» şöbəsi, əlyazmaların arxivi bölməsi, f.53, siy. 5, iş 8. 

2. Rəhimli İ.Ə. Akademik Milli Dram Teatrı. İki kitabda. II k., Bakı: Qapp-Poliqraf, 

2002, 438 s. 

3. 


Kerimi K. Turkmenskiy teatr. Moskva: İskusstva, 1964, 220 s.

 

Yüklə 175,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə