Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə1/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
  1   2   3   4   5   6   7   8   9   ...   123





 
3
MİN  MASKA  VƏ  BİR  MƏN 
(sonor) 
                                                             
                      “Məni məndə demə, məndə deyiləm...” 
                                          Yunus İmrə 
 
     SUFİSAYAQ MƏNTİQ VƏ YA MÖVZUNUN PREAMBULASI. “Bir 
mən vardır məndə məndən içəri...” Maskalı bir kimsədir 
bu, yoxsa olduğu kimi görünməyi bacarmayan qeyri-
səmimi bir adam? Bəlkə saxtakarlıq, bəlkə intellektual 
blef? Ancaq hər bir halda “məndən içəridə  mən”, yəni 
“gizli mən” maskanın mövcudluğunu eyhamlaşdırır. Yunus 
İmrənin maskaları  və “mən”i. Cəlaləddin Ruminin 
maskasızlaşmaq ehtirası  və öz “mən”iylə harmoniyada 
bulunmaq xoşbəxtliyi. Sufi Yunus İmrənin bu 
misralarını neçə-neçə azəri yazarı  bəh-bəhlə, fərqinə 
varmadan öz məqaləsinə,  şeirinə, hekayəsinə epiqraf 
götürüb. Qoy min birincisi də  mən olum. Çünki 
məqamıdır, yeridir. Bir də ki “mən”siz nə maska? Maska 
içində isə “mən” həmişə mütləq. 
     MÖVZU  VƏ SÜKUT. Hələliyə “mən” bir yana dursun. 
Maskalanmaq  şakəri təbiətin özünə xas bir əlamət. 
Təbiət Allahın müxtəlif formalarda təzahürü. Hər bir 
zühur isə tanrı maskası. Allahın min bir adı, yəni 
əsma-ül-hüsna onun keyfiyyətlərinin fonoloji şifrəsi 
kimi qavranıla bilər.  Şifrə maskanın simulyakrıdır
1
. 
Təbiətdə görünən və görünməyən hər bir özgür forma 
bənzərsiz və  təkrarsız. Amma di gəl ki, hamısının 
məğzində bir məna - Allah. Deməli, tanrının maskaları 
çeşid-çeşid. “Təbiət don geyir” ifadəsi elə “təbiət 
maskalanır” kimi anlaşılır. Bu “don”lar isə  hər an 
dəyişir, başqalaşır. Məhz bu yerdə mövzu sükut 
vadisinə düşür. Nədən ki, maskalanmaq aktuallığını 
toplum, toplumun mədəniyyəti yox, təbiətin özü insana 
diktə edir. Busa problemi analiz, müzakirə  və  nəzəri 
differensasiya dışına çıxarır. 
     Amma və lakin... 


 
4
     MÖVZU BURULĞANI.  Əgər təbiətdə maskalanma 
müəyyən bir ritmə, ahəngə  və qanuna tabedirsə
cəmiyyətdə maskalanma qaydasız  şəkildə gerçəkləşir. 
Çünki toplum içrə maska fərdin psixosof oyunlarının 
sosial-ideoloji və  bədii-kulturoloji konkretliyidir. 
Maska insan psixologiyasının fenomenidir. Sosial maska 
fərdin yaşayış variantının kompromis obrazıdır. 
     Ona 
görə 
də... 
BİR “MƏN” MİN MASKANIN 
MÜƏLLİFİDİR,  yaradıcısıdır. Min maska isə bir “mən”in 
nağılıdır. “Mən” təsəvvürdə özünü bir cür görür, 
gerçəklikdə isə başqa cür. Özünü qəhrəman kimi düşünən 
bir kimsə real həyatda sıravi məmurdur, vəzifə 
quludur, adi müəllimdir, ya da günəmuzd işləyən fəhlə. 
Fərq böyükdür. Məhz maska bu fərqin ağrısını 
neytrallaşdırır, təsəvvürün nağılları ilə gerçəkliyi 
uzlaşdırır, yəni kompromis variantına çevrilir. Maska 
fərdin sosial dünyaya uyuşmaq qabiliyyətinin 
göstəricisidir; fərdin psixologiyası ilə real ictimai 
münasibətlər sərhədində dayanıb tənzimləyici funksiya 
daşıyır. “İndivid” və “sosium” deyilən nəsnələri bir-
birinə qarşı dözümlü edən, tolerant edən məhz 
maskadır. Bütün variantlarda maska fərdin dünya ilə, 
toplumla, özgələrlə kompromisini gündəmə  gətirir. 
Maska kompromisin ləyaqət üzüdür. Kompromisə getmək 
istəməyən və ya bunu bacarmayan adamlar maskalarını 
itirirlər: yalnız səmimiyyətə güvənirlər və sonucda 
onlara qarşı yönəlmiş aqressiyadan permanent əziyyət 
çıkirlər.  
     PROBLEM. “Maska” anlayışı hansı  mənaları özündə 
qapsayır və necə çözülür? Oyun zamanı, ritualda, 
mərasimdə, ayində maska nəyi bildirir? Niyə 
cəlladların,  şahların və bir də müqəddəslərin üzləri 
həmişə örtülü olub? Niqab (hicab, cilbab, çarşab, 
pərəncə) maskadan nə ilə  fərqlənir? Sosial maska nə 
deməkdir? Doğrudanmı maska davranış  və münasibət 
süniliyinin, gerçək həyat teatrallığının ifadəçisidir? 
Maska nə dərəcədə “məni məndən” ayırmağa qabildir? 


 
5
     MAHİYYƏTİN NƏZƏRİ LOKUSU. Maska ingilisin “mask” 
sözündən törəmədir, nəyisə gizlətmək, ört-basdır etmək 
kimi başa düşülür. Sözün mənşəyi latınca ilə bağlıdır: 
bu dildə “maskus”, “masqa” kəlməsinin mənası kabus 
sözünün sedmantikası ilə eynidir. Güman da var ki, bu 
söz ərəbcədən Avropa dillərinə keçib: ərəblər təlxəyə, 
karnaval adamına “maskqara” (məsxərə: siqar, siqaret 
sözləri də burdandır) deyiblər.    
     Maskalar  tipologiya  etibarı ilə 3 böyük qrupda 
cəmlənir: 1) oyun (teatr, karnaval) maskaları; 2) 
ritual (mərasim, ayin, toy, yas) maskaları; 3) 
istehsalat (funksional, professional, müdafiə)  
maskaları.  Bu maskalarla bağlı elmdə nisbi bir 
aydınlıq mövcuddur. Bir də var gözə görünməyən 
maskalar: üzümüzün maskaları, uyqarlığın,  əxlaqın, 
tərbiyənin, dinin, sosial institutların bizə 
“sırıdığı” maskalar. Bax, mən bunları adlandırıram 
situativ maskalar. Onlar ictimai, məişət, intim 
xarakterli də ola bilir. Situativ maskalar sosial 
maskalardır, adi adamların maskalarıdır və mahiyyətcə 
istehsalat (həyat istehsal konveyeri kimi) maskaları 
ilə qonşudurlar. 
    Gündəlik həyatda hər bir adamın müəyyən 
situasiyalarda  işlətdiyi üz ifadələri, mimikalar, 
ədalar, rəftarlar situativ maskaları meydana 
gətirir. Oyun maskaları statikdir, situativ 
maskalar - dəyişkən. Birincilər predmetivdir, 
ikincilər - imaginativ. Yəni bu tip maskalar 
psixika ilə sosial dünyanın təmas nöqtəsində 
təsəvvürdən qopub insanın davranış manerasının 
şəklini müəyyənləşdirir. Maska libidonun topluma 
inteqrasiya obrazıdır. Maska “mən”,  şüuraltı  və 
bilincsizliyin ictimai sazişinin 
əlamətidir, 
üçünün ortamıdır. Amma tələsməyə  və  məsələni 
qəlizləşdirməyə heç bir hacət yox... Bircə-bircə 
ayaq qoyarlar nərdivanə... 
     PORTRET  VƏ MASKA. Görəsən niyə, bir kimsə, yəni 
hər hansı bir Allah bəndəsi, öldümü, qısa bir vaxt 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə