Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə1/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
  1   2   3   4   5   6   7   8   9   ...   75


                                                 
 
 
 
 
 
Azərbaycan Dövlə
qtisad Universitetinin 
tələbələri ilə keçirilə
Mülki müdafiə dərsinin 
konspekti 
 
 
 
Mövzu 1: “Fövqəladə hallar və 
 onların xarakteristikası” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
                                                                                             “Təsdiq edirəm” 
                                                                                         Mülki müdafiə  
                                                                                         kafedrasının  müdiri   
                                                                                          ___________   Elçin Əliyev 
 
                                                                                          “___”  yanvar 2015-ci il 
 
Azərbaycan Dövlət  qtisad Universitetinin 
t\ələbələri ilə keçirilən Mülki müdafiə dərsinin 
konspekti 
 
  Mövzu  1:        “Fövqəladə hallar və onların xarakteristikası” 
 
  Keçirmə vaxtı :      8   saat 
       
  Keçirmə üsulu :     Mühazirə 
 
  Keçirmə yeri :       auditoriya 
 
  Dərsin məqsədi:  1. Tələbələrə “Mülki müdafiə” fənninin tədrisini izah etmək,  Mülki      
                              müdafiə üzrə rəhbər sənədlərlə və onların tələbləri ilə tanış etmək.  
                              2. Dinc və müharibə dövründə yaranan fövqəladə halların təsnifatı,   
                              onların yaranma səbəbləri və anlayışı barədə tələbələri    
                              məlumatlandırmaq. 
 
  Dərsin sualları: 1. Fövqəlada hallarda mülki müdafiənin rolu və vəzifələri 
                            Azərbaycan Respublikasının “Mülki müdafiə  haqqında” Qanunu, 
                            “Mülki müdafiənin təmin edilməsi barədə”  Azərbaycan         
                            Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193           
                            nömrəli Qərarı, onların məzmunu və tələbləri. 
                            2. Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və           
                             anlayışı. 
 
  Ədəbiyyat :       -  Azərbaycan Respublikasının “Mülki müdafiə  haqqında” Qanunu; 
                            -  “Mülki müdafiənin təmin edilməsi barədə”  Azərbaycan         
                            Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193           
                            nömrəli Qərarı; 
                            -  H.Ocaqov  -  “Mülki Müdafiə”;  
                            -  Fövqəladə hadisələr zamanı necə davranmalı;                                                                          
                            -  Fövqəladə  Hallar Nazirliyinin qəzetləri. 
 
 
 
 
 
 
 
 
 


 
I .Giriş hissə - 5 dəq. 
 
T\ələbələrin dərsə hazırlığını yoxlayıram.  
Dərsin mövzusunu, məqsədini, sualları çatdırıram. 
 
II. Əsas hissə - 80 dəq. 
 
1-ci  sual.Fövqəlada  hallarda  mülki  müdafiənin  rolu  və  vəzifələri  Azərbaycan 
Respublikasının “Mülki müdafiə  haqqında” Qanunu, “Mülki müdafiənin təmin edilməsi 
barədə”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193                                      
nömrəli Qərarı, onların məzmunu və tələbləri. 
 
1931-ci  ilin  mayında  tibbi  xidmət  generalı  fransız  Corc  Sant-Pol  Parisdə  “Cenevrə 
Regionu  Assosiasiyası”  təşkilatını  yaradır.  Sonralar  o  Beynəlxalq  Mülki  müdafiə 
Təşkilatına (BMMT) çevrilir. 
“Cenevrə  regionu”  anlayışı  altında  müharibə  zamanı  əhalinin  bəzi  kateqoriyaları 
(qadınlar, uşaqlar, xəstələr və qocalar)  sığınacaq tapa biləcək neytral zona, yaxud açıq 
səhər nəzərdə tutulurdu. 
Son illərdə insanların təhlükəsizliyinin təminatı kəskin hal almışdır. Bu ona görədir 
ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər 
sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır. 
Elmi-texniki  tərəqqinin  yüksəlişi,  mürəkkəb  sistemlərin  tətbiqi  ilə  elmi-texniki  və 
istehsalat  fəaliyyətinin  miqyasının  genişlənməsi,  onların  istismarında  riskin  artması 
insanların  həyat  və  sağlamlığına,  ətraf  mühitə  və  istehsalatın  normal  fəaliyyətinə 
təhlükə yaradırlar. 1988-ci ildən Azərbaycan müharibə şəraitində yaşayır.  
Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir sülh dövründə və  silahların 
tətbiqi zamanı istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini 
təmin etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir. 
Mülki müdafiə insanın ətraf mühitdə təhlükəsizliyi və sağlamlığının qorunması 
haqqında elmdir.  
O,  təhlükəli  və  zərərli  amilləri  aşkara  çıxarmalı  və  eyniləşdirməli,  insanın 
mühafızəsinin  metod  və  vasitələrini,  yollarını  zərərli  və  təhlükəli  amillərin  minimum 
dərəcəyə  qədər  azaldılmasını  araşdırmalı,  dinc  və  müharibə  dövrü  baş  verən  qəza 
hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır.  
Mülki  müdafiən
in  müharibə  vaxtındakı  rolu  xüsusilə  böyükdür.  Bununla  belə  qeyd 
etmək  lazımdır  ki,  əmin-amanlıq  dövründə  MM-in  rolu  təbii  fəlakətlərin,  böyük 
istehsalat qəzalarının nəticələri ilə mübarizədə xeyli artmışdır. 
Böyük  maddi  itkilər  və  insan  tələfatına  səbəb  olan  (AES-də,  dəmir  yolunda,  güclü 
təsirli  zəhərli  maddələrdən  istifadə  olunan  müəssisələrdə  baş  verən  qəzalar  və  tez-tez 
baş  verən  təbii  fəlakətlər  və  s.)  fövqəladə  hadisələr  göstərir  ki,  indi  mövcud  olan 
şə
raitdə  insanları  və onların  yaşadığı  mühiti  fövqəladə  hallarda  mühafizə  etmək  üçün, 
insanların  psixoloji,  mənəvi  cəhətdən  əsaslanmış  səmərəli  formada  hazırlanması 
məsələlərini  tamamilə  yenidən  qurmaq  lazımdır,  xüsusilə  əmin-amanlıq  dövründə 
fövqəladə  hal  olan  MM  tədbirlərinə  yenidən  baxılmalı  və  onun  vəzifə  və  yollarını 
yenidən  qiymətləndirmək  lazımdır.  Bu  məsələ  indiki  iqtisadi  münasibətlərin  keçid 
dövründə daha böyük əhəmiyyət kəsb edir. 
Azərbaycan  Respublikasının  Prezidenti  1992-ci  il  iyulun  31-də  "Azərbaycan 
Respublikasının  Mülki  Müdafiəsi  haqqında  Əsasnamənin  təsdiq  edilməsi  barədə  73 
saylı  fərmanı  və  1998-ci  il  aprelin  18-də  "Mülki  müdafiə  haqqında  Azərbaycan 
Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə  700  saylı  fərmanı  imzalanmışdır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə