Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
  1   2   3   4   5   6   7   8   9   ...   25


 

3

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  



AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

 

MAG STRATURA MƏRKƏZ  

      Əlyazması hüququnda 

 

 

Nəsrullayeva Şəfəq Nemət qızı 

 

“ xrac-istehsal zonalarının fəaliyyət prinsipləri və xüsusiyyətləri” 

mövzusunda 

 

MAG STR D SSERTAS YASI 

 

xtisasın şifri və adı  __060401_Dünya iqtisadiyyatı 

xtisaslaşma               __ Beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri 

 

 

 

 

 Elmi rəhbər:                                               Magistr proqramının rəhbəri: 

prof. .A.Kərimov                                       i.e.d. M.R.Cəmilov 

 

 

 

                 

                  Kafedra müdiri:   prof. .A.Kərimov 

    

BAKI-2016

 



 

4

G R Ş 



Mövzunun aktuallığı. Maddi material dəyərlərinin əldə edilməsi, istifadəsi 

və  bölüşdürülməsi  onların  təkcə  ölkədaxili  səviyyədə  deyil,  o  cümlədən  də 

ölkələrarası  səviyyədə  mübadiləsini  tələb  edir.  Ölkələr  arasında  mübadilə 

ə

məliyyatlarının 



həyata 

keçirilməsinin 

labudlüyü 

beynəlxalq 

iqtisadi 

münasibətlərin  ayrıca  bir  iqtisadi  kateqoriya  kimi  formalaşmasını  gücləndirdi, 

həmçinin  beynəlxalq  əmək  bölgüsünün  intensiv  inkişafına  və  ticarətin,  kapitalın, 

elmi-texniki biliklərin, işçi qüvvəsinin, informasiyanın hərəkəti sahəsində qarşılıqlı 

ə

laqələrin  möhləmlənməsinə  gətirib  çıxardı.  Əminliklə  söyləmək  olar  ki, 



beynəlxalq  əmək  bölgüsü  və  beynəlxalq  iqtisadi  münasibətlərdən  düzgün  və 

səmərəli istifadə iştirakçı ölkələrin hər birinə böyük fayda verə bilər.   

Açıq iqtisadiyyatın reallaşdırılması prinsipləri içərisində ən vaciblərdən biri 

də  azad  iqtisadi  zonaların  yaradılması  hesab  olunur.  Onların  fəaliyyət  göstərməsi 

xarici  iqtisadi  fəaliyyətin  liberallaşması  və  fəallaşdırılması  ilə  sıx  əlaqədardır. 

Azad iqtisadi zonaların təsərrüfat həyatı xarici dünyaya yüksək formada açıqlığı ilə 

seçilir,    buradakı  gömrük,  vergi  və  investisiya  rejimi  isə  daxili  və  xarici 

investisiyalar  üçün  əlverişlidir.  Bu  mənada  dissertasiyanın  mövzusu  aktualdır, 

mühüm nəzəri və təcrübi əhəmiyyət daşıyır. 

Son  bir  neçə  onilliklərdə  azad  iqtisadi  zonaların  inkişafı  dünya 

iqtisadiyyatında  baş  verən  yeni  hadisələrdən  biridir.  Onlar  dünyanın  bir  çox 

ölkələrində  geniş  yayılmışlar.  Bu  baxımdan  azad  iqtisadi  zonaların  mahiyyətinin 

və onların xarici iqtisadi əlaqələrdə tutduğu rolunun öyrənilməsi mühüm aktuallıq  

kəsb edir.  



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  əsas  məqsədi  azad  iqtisadi 

zonaların mahiyyətinin və formaları-nın araşdırılması, A Z-rin mühüm növü kimi 

ixrac-istehsal  zonalarının  mahiyyəti,  onların  dünyanın  müxtəlif  ölkələrində 

yaradılması  təcrübələrinin  tədqiqi,  həmçinin  bu  cür  zonaların  Azərbaycanda  da 

təşkil edilməsi zəruriyyətinin və perspektivlərinin təhlil edilməsidir. 

Müasir  dünyamızda  beynəlxalq  inteqrasiyaya  qoşulmaqla  milli 

iqtisadiyyatı daha intensiv inkişaf etdirmək obyektiv zərurətdən irəli gəlir. Bu işdə 



 

5

azad iqtisadi zonalar da mühüm əhəmiyyət kəsb edir. Xüsusi azad iqtisadi zonalar 



da bir bazar infrastrukturu kimi sivilizasiyalı bazar iqtisadiyyatı şəraitində mühüm 

spesifik  rola  malikdir.  Bu  zonalar  bir  neçə  tipdə  fəaliyyət  göstərirlər.  Məsələn, 

azad ticarət zonaları, azad istehsal zonaları, azad ixrac-istehsal zonaları, azad bank 

zonaları, azad-açıq iqtisadi şəhər, azad elmi-texniki zonalar, azad liman zonalar və 

s. Son məlumatlara görə, dünyada 700-ə qədər azad iqtisadi zona fəaliyyət göstərir. 

Azad,  sərbəst  iqtisadi  zonaların  yaradılması  hər  bir  müstəqil  dövlətin  xarici 

siyasətinin  tərkib  hissəsidir.  Belə  zonalar  sərbəst  surətdə  xarici  ölkələrin  üzünə 

açılır.  Məqsəd  xarici  ölkələrin  maliyyə  imkanlarından,  qabaqcıl  texnika  və 

texnologiyasından  istifadə  edərək  və  bu  vasitə  ilə  yüksək  xeyir  götürərək  öz 

ölkəsinin iqtisadiyyatını inkişaf etdirməkdir. 



Tədqiqatın  elmi  yeniliyi  və  təcrübi  əhəmiyyəti.  Azad  iqtisadi  zonaların 

fəaliyyət  göstərməsi  həm  bir  tərəfdən  qabaqcıl  xarici  firmalarla,  şirkətlərlə, 

kommersantlarla  əməli  istehsal,  ticarət  əməkdaşlığı,  elmi-texniki  və  digər 

sahələrdə  intensiv  mübadilələr  yaranır  və  həm  də  azad  zona  ölkələrinin  daxili 

bazarına  və  onun  xarici  ticarətinə  çox  fayda  gətirir.  Aşağıdakı  elmi  yeniliklər 

diqqəti cəlb edir: 

1.  xrac-istehsal,  sənaye  istehsalı  və  elmi-sənaye  parkları  istiqamətində 

formalaşan ərazilər aid edilməlidir; 

2.  xrac-istehsal  zonasının  yaradılmasının  və  fəaliyyətinin  idarə  edilməsi 

xüsusi  investisiya  təşkilatları,  yaxud  birgə  müəssisələr  tərəfindən  həyata 

keçirilməlidir; 

3.  Sənaye  istehsal  zonası  ixrac  yönümlü  idxalı  əvəzləyən  məhsullar 

istehsalı üçün ayrılan xüsusi gömrük rejimi ərazilərində yaradılır. 

4.  Bu  zonalarda  milli,  müştərək  və  xarici  tədqiqatçılar,  layihəçilər,  elm-

istehsal firmaları cəmləşir. 

Ümumiyyətlə,  iqtisadi  inkişaf  səviyyələrindən  asılı  olmayaraq  dövlətlər 

azad  iqtisadi  zonalar  yaratmağa  can  atırlar  və  bundan  çox  xeyir  götürürlər.  Bu 

zaman  hər  bir  dövlət  bu  və  ya  digər  zonanın  milli  iqtisadiyyatının  inkişafında 

rolunu və başqa amilləri nəzərə alaraq müəyyən  məhdud əraziləri sərbəst iqtisadi 

zona  elan  edir.  Burada  fəaliyyət  göstərmək  istəyən  xarici  və  milli  sahibkarlar, 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə