Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
  1   2   3   4   5   6   7   8   9   ...   20


 
 
 
 
 
 
 
 
 
 
 
 
MAŞTAĞA ZİYALI  
QADINLAR MƏCLİSİ 
(almanax
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI-2012 


 
 
2
 
Kitabı xalq yazıçısı Əzizə Cəfərzadənin  
       əziz xastirəsinə ithaf edirəm 
 
 
Nəşrə hazırlayan 
və 
ön sözün müəllifi: 
SONA XƏYAL 
 
Redaktor: 
PÜNHAN SƏDA 
 
 
Maştağa ziyalı qadınlar məclisi.  
Bakı-“MBM”-2012. 104 səh. 
 
 
Kitabda Maştağada fəaliyyət göztərən “Ziyalı qadın-
lar məclisi” üzvlərinin yazıları toplanmışdır. Burada  ki-
tabları çap olunmuş, Azərbaycan Yazılar Birliyinin üzv-
ləri olan yazıçılarla birlikdə əlinə yenicə qələm alan qa-
dın yazarların da yazıları yer alır. 
 
ISBN 978-9952-29-043-7 
 
© S.Xəyal 
Bakı, “MBM” 
    


 
 
3
 
 
 
 
ZİYALI QADINLAR MƏCLİSİ 
 
Maştağa şeirlə-sənətlə nəfəs alan bir məkandır. Bura-
da bəlkə  hər evdə  əli qələm tutan, ən azından beş-on 
kəlmə bədahətən söz deyən adam tapılar. Ağlım kəsən-
dən kəndimizi belə gördüm, belə tanıdım. Meyxanaçılar 
kəndi kimi tanınsa da, Maştağa,  əslində,  şairlər məka-
nıdır. Sadəcə biz bakılılar bir qədər yerimizdə saymağı 
sevirik. Kəndimizin poeziya tarixini vərəqləyəndə 
görürük ki, hamı elə sandıq ədəbiyyatı yaradıb. Heç kəs 
çap olunmaq, irəli getmək, tanınmaq fikrinə düşməyib...   
Həmişə istəmişəm ki, bizim kəndin yazarları  şəhər-
dəki  ədəbi məclislərə getsinlər, yazıçılar birliyindəki 
tədbirlərdə  iştirak etsinlər, yazsınlar, yazılarını bir-
birinə oxuyub məsləhət alsınlar, dövri mətbuatda çap 
olunsunlar, kitablarını  nəşr etdirsinlər. 2009-cu ildə 
Hacıağa Abbasov adına Maştağa Mədəniyyət Evində 
“Gənc qələm”  ədəbi birliyini yaradanda da məqsədim 
gənclərimizi bu yola istiqamətləndirmək idi. 2010-cu 
ildə birliyin birilliyi münasibətilə əlaqədar olaraq, birlik 
üzvlərindən 16 nəfərin yaradıcılığı haqqında yazılarımın 
və onların yaradıcılıq nümunələrinin toplandığı “Gənc 
qələm” adlı bir kitab nəşr etdirdim. Daha sonra birlik 
üzvlərindən  İlahə Zaur Kamiyabın, Vaqif Fədanın və 
Əlibala Xanların ilk kitablarını çap etdirdim. Təbii ki, 
bu kəndin uğurlarıdır. Amma bir yaralı yerimiz var ki, o 
da bizim kəndin yazar xanımlarıdır. Onların heç də 


 
 
4
hamısı  mədəniyyət evinə  gəlmədi. Çox düşündüm, 
nəhayət, qəsəbədəki kütləvi kitabxanada yazar qadınları 
birləşdirən bir məclis təşkil etmək qərarına gəldim. 
Ziyalılar bu fikri bəyəndilər və müdafiə etdilər.  
Həmişə istəmişdim ki, kəndimizin öz qəzeti olsun. Elə 
ilk yığıncaqda çoxdankı arzumu onlara bildirdim. Məs-
ləhətləşib “Paklıq” qəzetinin nəşrinə başladıq.  Ətrafı-
mızda yazar qadınlardan başqa digər ziyalılar da oldu-
ğundan, məclisimizi “Ziyalı qadınlar məclisi” adlandır-
dıq. Qəzetin ilk sayı işıq üzü görəndə kitabxanada topla-
şıb bu əlamətdar hadisəni qeyd elədik...  
Hər həftənin bazar günü keçirilən məclislərdə oxunan 
yazılar qəzet səhifələrində çap olunduqca, daha bir arzu 
yarandı. Məclisin almanaxını buraxmaq fikrinə düşdüm. 
Artıq yazar xanımlarımızın yazıları toplanmış kitab çapa 
hazırdır. Məclis üzvlərindən Ülviyyə Bahir, Pünhan Sə-
da artıq yazıçılar birliyinin üzvüdür, hərənin iki kitabı 
işıq üzü görüb. Bundan başqa İnsafxanımın və Yeganə-
nin də şeir kitabları çap olunmuşdur. Çalışacağıq ki, gə-
ləcəkdə məclisin digər üzvlərinin kitabları da nəşr olun-
sun.  
Almanaxın nəşri münasibəti ilə  məclis üzvlərini  əv-
vəlcədən təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğur-
ları arzulayıram. 
 
SONA XƏYAL 
AMEA-nın Məhəmməd Füzuli adına 
Əlyazmalar İnstitutunun böyük elmi işçisi, 
Azərbaycan Yazıçılar Birliyinin 
“İRS” komissiyasının sədri 
  


 
 
5
 
GÖVHƏR MAŞTAĞALI 
Gövhərxanım Mirqədir qızı Aslanova 1960-cı ildə 
Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya 
göz açmış, 1978-ci ildə 187 saylı orta məktəbi bitir-
mişdir.  
Atasının, əmisinin də şair təbi olmuş, evlərində daim 
o dövrün şairlərindən Əliəkbər Şahid, Əliağa Bakir, Se-
yidağa və başqaları yığışıb şeirləşmişlər. Belə ədəbi mü-
hitdə böyüyən Gövhərxanım kiçik yaşlarından şeir yaz-
mağa başlamışdır.  
Əvvəllər “Sərraf” təxəllüsü ilə yazan Gövhərxanım, 
sonralar  şeirlərini “Maştağalı” imzası ilə çap etdirmiş-
dir. Qələmini  əsasən dini mövzuda  sınayan  şairin mə-
həbbət lirikası da qüvvətlidir. Fövhər Maştağalı “Ziyalı 
qadınlar məclisi”nin sədr müavinidir. 
 
ALLAHIM 
 
Səni tanımayan gözlərə nifrət
Sənə şəkk gətirən qəlblərə lənət, 
Sən hər bir yerdəsən, görməz bir sifət, 
Allahım, Allahım, böyük Allahım. 
 
Səndən gələn dərdlər xoşdur hər kəsə, 
Xofundan hər yerdə vücudlar əsə. 
Adilsən, qadirsən, haqsan hər kəsə
Allahım, Allahım, böyük Allahım. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə