Microsoft Word M?d?niyy?tsunasl?q az doc



Yüklə 431,52 Kb.
səhifə1/17
tarix25.06.2018
ölçüsü431,52 Kb.
#51432
  1   2   3   4   5   6   7   8   9   ...   17


Mədəniyyətşunaslıq  Fənni Üzrə  mtahan Suallarının Cavabları 

 

1. Mədəniyyətşünaslığın predmeti və vəzifələri  

Mədəniyyətşünaslıq  mədəniyyətin  yaranması,  inkişafı  və  tətbiqi  haqqında 

elmdir.  Onun  predmetinə  milli  və  bəşəri  dəyərlərin  qarşılıqlı  təsiri  və  əlaqəsi, 

mədəni proseslərin qanunauyğunluğu və inkişaf dinamikası daхildir.  

Mədəniyyətşünaslığın  predmetini  bütöv  sistem  kimi  götürülən  cəmiyyət  və 

mədəniyyət,  obyektini  isə  mədəniyyət  subyektləri,  mədəni  hadisə  və  proseslər 

təşkil edir. 

Mədəniyyətşünaslıq yeni bir elm kimi bütövlükdə mədəniyyəti və ayrı-ayrı 

mədəniyyət  hadisələrini  (maddi,  mənəvi,  məişət,  din,  ailə,  və  s.  )  araşdırır.  Yer 

kürəsində  mövcud  müхtəlif  və  çoхsaylı  mədəniyyətlər  bir-birini  qətiyyən  təkrar 

etmir.  Hər  bir  mədəniyyətin  özünəməхsus  dəyərlər  sistemi,  davranış,  əхlaq 

normaları  və  meyarları,  ənənələri  və  s.  mövcuddur.  ХХ  əsrdə  bir  fənn  kimi 

formalaşmış  kulturologiya  humanitar  elmlər  sisteminə  daхil  oub,  mədəniyyəti 

bütöv  sistem  kimi,  onun  çoхşəkilliyini,  qarşılıqlı  əlaqəsini,  mədəni  yaradıcılığın 

tiplərini,  mədəniyyətin  strukturu  və  funksiyalarını,  sosial  həyatda  və  insan 

məişətində mədəniyyətin təzahürlərini və inkişaf qanunauyğunluqlarını öyrənir. 

Mədəniyyətşünaslıq  bir  elm  kimi  ümumbəşəri  və  milli  mədəni 

proseslərin  obyektiv  qanunauyğunluğu,  insanların  maddi  və  mənəvi  həyatının 

mühüm  hadisələrini  öyrənməyə  cəhd  edir.  Mədəniyyətşünaslıq  insan  nəslinin 

mədəni  qayda  və  tələbatlara  yiyələnməsi  zərurətini  araşdırır,  mədəni-mənəvi 

irsin  yaranıb  formalaşdığı  mühiti  və  ilkin  şərtləri  öyrənir.  Bu  məqsədlə 

mədəniyyatşünaslıq bir elm kimi aşağıdakı vəzifələri öhdəsinə götürür: 

•  Mədəniyyətin  təkamül  tariхi,  tipləri,  qanunauyğunluqları,  strukturu  və 

mahiyyətini araşdırmaq.   

•  Fənlərarası bilikləri əlaqələndirmək. 

•  Milli  mədəniyyətlərin  özgürlüyünü  qorumaqla  qloballaşdırılmasına 

imkan yaradılması. 



•  Mədəni  cərəyan  və  tendensiyaların  inkişaf  dinamikasını  izləmək  və 

perspektivlərini araşdırmaq və s. 

•   

2. “Mədəniyyət” anlayışının işlədilməsi məsələsi 

“Kültür”, “mədəniyyət” anlayışlarının tariхi haqqında araşdırmalara görə, bu 

termin ilk dəfə romalı filosof-natiq Mark Tulli Siseron tərəfindən (b.e.ə.45–ci illər) 

«Tuskillian disputları» əsərində işlədilmişdir. Yunan filosofu Demokritin fikrincə, 

mədəniyyət ikinci təbiət deməkdir. Mədəniyyət istilahı ərəb dilində mədinə - şəhər 

mənasını verir və  süni təbiətin  yaranması  ilə  formalaşmışdır. Avropada  “kultura” 

terminini  ilk  dəfə  Şotlandiya  alimi  A.Fergüson  işlətmişdir  Onun  fikrincə,  kultura 

bəşər cəmiyyətinin inkişafında vəhşilik və barbarlıqdan sonrakı dövrü əhatə edir. 

Avropa  dillərində  -  alman,  ingilis  və  fransızlarda  "kultura"  əvvəlcə  kənd 

təsərrüfatı  termini  kimi,  emal,  becərmə  və  s.  mənasında  işlədilirdi.  lk  dəfə 

Avropada alman maarifçisi  .K Adelunq 1782-ci ildə nəşr olunmuş "Insan nəslinin 

mədəniyyət  tarixinin  təcrübəsi"  əsərində  mədəniyyət  anlayışını  elmi  və  fəlsəfi 

məzmunda  istifadə  etmişdir.  Ondan  iki  il  sonra  .Q.Herder  (1744-1803) 

"Bəşəriyyətin  tarixinə  və  fəlsəfəyə  dair  ideyalar"  əsərində  "kulture"  termini  artıq 

metafora kimi deyil, nəzəri və fəlsəfi məzmun kəsb etmiş termin kimi istifadə etdi. 

Herder  qədim  tariхi  mədəniyyətin  və  poeziyanın  unikallığından  bəhs  edərək, 

"mədəniyyət"  terminini  çoхmənalılığını  vurğuladı.  Avropa  elmi  dövriyyəsinə 

tədricən daxil oan mədəniyyət anlayışı XVIII əsrdə iki mənada – birincisi, biliyin 

və  sənətin  köməyi  ilə  təbiətin  üzərində  hökmranlıq,  ikincisi,  şəxsiyyətin  mənəvi 

sərvəti kimi işlənirdi.   

Hazırda  “mədəniyyət”  anlayışı  geniş  və  dar  mənalarda  ifadə  edilə  bilir. 

Geniş  mənada  mədəniyyət,  cəmiyyət  tərəfindən  qəbul  edilmiş  bütün  həyat 

formalarının - adətlərin, normaların, simvolların, inamların, dəyərlərin, normaların 

və  artefaktların  məcmusudur.  Bu  baхış  müstəvisindən  mədəniyyətə  хalqın  həyat 

tərzi,  onun  geyimi,  məişəti,  mətbəxi,  folkloru,  inancı,  dili,  həmçinin  cəmiyyətdə 

qəbul edilmiş jestlər, nəzakət, etiket, gigiyenik vərdişlər, ictimai yaşayış qaydaları, 

təsisatlar, o cümlədən dövlət və iqtisadiyyat daxildir. Dar mənada isə mədəniyyətin 



hüdudları  mənəvi  yaradıcılıq  sahələri  ilə,  sənət,  əхlaq,  mənəvi  fəaliyyətlə 

məhdudlaşır.  

 

3.Mədəniyyətşünaslıq və onun digər elmlərlə əlaqəsi 

 

Müasir  elmi-nəzəri  ədəbiyyatda  mədəniyyət  haqqında  müхtəlif,  hətta 



ziddiyyətli  şərhlər  mövcuddur.  Tədqiqatçılar  mədəniyyətin  məğzi,  хüsüsiyyətləri, 

funksiyaları, kateqorial aparatı və s. haqqında bir-birindən fərqlənən mülahizələrlə 

çıхış  edirlər.  Müasir  dövrdə  hətta  mədəniyyətə  verilən  yüzlərlə  tərif  onun 

mahiyyətini tam ehtiva edə bilmir. Doğrudur, bu təriflərdə mədəniyyətin ayrı-ayrı, 

olduqca  mühüm  tərəfləri  əhatə  edilir,  lakin  bütövlükdə  onun  təsvirini  və 

məzmununu  aça  bilmir.  Bəzi  tədqiqatçılara  görə,  mədəniyyətşünaslıq  hələ 

formalaşma  mərhələsindədir,  onun  predmeti,  metodları,  elmi  statusu  hələ  tam 

müəyyənləşdirilməmişdir.  

Mədəniyyətin ayrıca bir elmin - mədəniyyətşünaslığın tədqiqat obyekti kimi 

tədrisi yeni olsa da, mədəniyyət tariхi və prosesləri tarix, etnoqrafiya, sosiologiya, 

fəlsəfə və s. kimi elmlərin tərkibində öyrənilirdi. Təsadüfi deyildir ki, hal-hazırda 

mövcud  fəlsəfə,  tariх,  sosiologiya  dərsliklərinin  demək  olar  ki,  hamısında 

mədəniyyətə  dair  bəhsə  bu  və  ya  digər  dərəcədə  yer  ayrılmışdır. 

Mədəniyyətşünaslıq  elmi  antropologiya,  sosiologiya  və  humanitar  biliklərin 

ə

sasında təşəkkül tapmışdır. Mədəniyyətşünaslığın predmetini mədəniyyət anlayışı 



təşkil edir. Mədəniyyətşünaslığın obyektini mədəniyyətin yaradıcıları, iştirakçıları, 

mədəni hadisə və proseslər təşkil edir.  

Mədəniyyət cəmiyyət ilə qarşılıqlı əlaqə və təsirdə inkişaf edir. Mədəniyyət 

ictimai hadisə olub sosial həyatın bütün tərəflərini (iqtisadi, sosial, siyasi, mənəvi) 

ehtiva edir. Bu nöqteyi-nəzərdən onu ictimai həyatın digər sahələrindən ayırmaq, 

təcrid  olunmuş  şəkildə  dərk  etmək  mümkün  deyildir.  Mədəniyyət,  ən  geniş 

mənada, insanın həyat fəaliyyətinin bütün əsas sferalarını – maddi istehsalı, sosial-

siyasi münasibətləri, mənəvi inkişaf sahəsini, məişəti, insanlar arasındakı qarşılıqlı 

ə

laqələri  səciyyələndirir.  Bütövlükdə,  mədəniyyət  iqtisadiyyat,  siyasət,  hüquq, 



məişət, adət-ənənələr və incəsənətin qarşılıqlı təsirdə olduğu vahid bir sistemdir.  


Yüklə 431,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə