Microsoft Word MemmedzadeN2916. doc



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix06.05.2018
ölçüsü0,77 Mb.
#42704
  1   2   3   4   5   6   7   8   9   ...   28


AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  

AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

 

MAG STRATURA MƏRKƏZ  

 

Əlyazması hüququnda 

 

 

 



  

 

Məmmədzadə Nurlan Məhəmmədnəbi oğlu 

(MAG STRANTIN A.S.A.) 

 

   



«

X DMƏT SAHƏLƏR NDƏ RƏQABƏTL L Y N XÜSUS YYƏTLƏR  VƏ 

NK ŞAF PERSPEKT VLƏR

»  

mövzusunda

 

 

MAG STR D SSERTAS YASI 



 

xtisasın şifri və adı: 

         060411 «Kommersiya» 

xtisaslaşma: 

                       «Birja fəaliyyəti» 

 

Elmi rəhbər   



 

                              Magistr proqramının rəhbəri                                      

dos. Hüseynov A.Ş

 

                              dos. M.Q. Əkbərov 

 ______________________ 

 

         _______________________ 

    

 

Kafedra müdiri



v

 dos. M.Q. Əkbərov          _______________________ 

 

 



 

BAKI  - 2015 

 


 

MÜNDƏR CAT 

 

G R Ş .............................................................................................................................. 3 

 

 

I FƏS L.  X DMƏT  SAHƏLƏR NDƏ RƏQABƏT QAB L YYƏTL L Y N N   

                  NƏZƏR  ASPEKTLƏR  

          § 1.1.Müəssisənin rəqabət qabiliyyətliliyi və onun nəzəri aspektləri .................... 5 

          § 1.2. Malların (xidmətlərin) rəqabət qabiliyyətliliyinin qiymətləndirilməsi      

                    metodikaları ............................................................................................... 23 



 

II FƏS L. MÜAS R TUR ZM BAZARI VƏ ONUN RƏQABƏT    

                   QAB L YYƏTL L Y  

          § 2.1. Müasir turizm bazarı və onun inkişaf perspektivləri ................................. 50 

          § 2.2. Azərbaycanın turizm müəssisələrinin rəqabət qabiliyyətlilik  

                    xüsusiyyətləri ............................................................................................. 59 

 

III FƏS L. «FOUR SEASONS HOTEL BAKU» OTEL N N RƏQABƏT  

                     QAB L YYƏTL L Y N N YÜKSƏLD LMƏS   YOLLARI  

          § 3.1. «Four Seasons Hotel Baku»nun  xarakteristikası və onun rəqabət              

                    qabiliyyətliliyinə  təsir edən amillər .......................................................... 68 

          § 3.2. «Four Seasons Hotel Baku»nun rəqabət qabiliyyətlilik strategiyasının   

                     formalaşması.  şçi heyətinin  rəqabət qabiliyyətliliyinin yüksəldilməsi   

                     problemləri ............................................................................................... 76 

 

NƏT CƏ VƏ TƏKL FLƏ........................................................................................ 82 

stifadə olunan ədəbiyyat ............................................................................................ 84 

 

Резюме


 

Resume 

 

 


 

G R Ş 

 

 

Mövzunun  aktuallığı. 



Son  illər  Azərbaycanda  qeyri-neft  sektorunun  inkişafına 

xüsusi  diqqət  yetirilir.  Bu  baxımdan  xidmət  sahələrinin  dinamik  artımı  öz  təzahürünü 

turizm sektorunun, xüsusilə də, otel biznesinin inkişafında göstərilir. Buna təkan verən 

amillərdən ən əsası «Eurovision-2012» mahnı müsabiqəsinin və 2015-ci ildə I Avropa 

oyunlarının    ölkəmizdə  keçirilməsidir.  Ölkəmizdə  yeni  otellərin  sayı  artdıqca  onlar 

arasında gedən rəqabət mübarizəsində də bir sıra problemlər yaranır. Otellər bazarda öz 

mövqelərini qorumaq üçün müxtəlif rəqabət vasitələrindən istifadə edirlər. Bunlara yeni 

avadanlıqlardan  istifadə,  yüksək  xidmət,  təcrübəli  kollektiv,  maliyyə  mənbələrinin 

mövcudluğu,  müştəri  portfeli,  qiymət  siyasəti  və  s.  amilləri  nümunə  göstərmək  olar. 

Buna görə də otellər öz aralarında rəqabət mübarizəsi yolu ilə istehsalda, satışda-alışda 

ə

lverişli  şəraitə  nail  olmağa  çalışırlar.  Bu  mübarizə  isə  həmişə  onları  istehsalı 



təkmilləşdirməkdə,  inkişaf  etdirməkdə  maraqlı  edir,  çünki  rəqabət  mübarizəsinə 

dözməməkdə həmişə iflasa uğramaq təhlükəsi var. 

Daxili  və  beynəlxalq  turizm  bazarı  daim  yüksək  rəqabət  şəraitində  işləyir. 

Turistləri  cəlb  etmək  üçün  həm  ayrı-ayrı  ölkələr  arasında,  həm  də  ölkə  daxilində  - 

regionlar,  şəhərlər,  mehmanxanalar,  xidmət  müəssisələri  və  turizm  firmaları  arasında 

kəskin rəqabət gedir. Sərt rəqabət şəraitində marketinq dəqiq proqramının tərtibi, onun 

ardıcıl  və  konkret  tədbirlər  üzrə  həyata  keçirilməsi,  bazarın  öyrənilməsi,  turizm 

məhsulunun  hazırlanması  və  turizm  bazarında  onun  məqsədyönlü  irəliləməsi  mühüm 

ə

həmiyyət kəsb edir. 



Turizm potensialı yüksək qiymətləndirilən Azərbaycanda beynəlxalq miqyasda 

tanınan  və  artıq  bu  sahədə  seçilən  ölkələrin  təcrübələrindən  faydalanaraq  turizm 

müəssisələrinin  rəqabət  qabiliyyətliliyin  yüksəldilməsi  istiqamətində  müəyyən 

tədbirlər  planının  hazırlanmasına  ehtiyac  duyulur.  Bütün  bunlar  buraxılış  işi 

mövzusunu aktual edir.

 

Tədqiqatın  əsas  məqsədi  və  vəzifələri.

  Tədqiqatın  əsas  məqsədi  bazar 

iqtisadiyyatı  şəraitində  xidmət  sahələrində  rəqabət  qabiliyyətliliyinin  əməliyyat 

mexanizmlərinin  dərindən  araşdırılmasından,  hazırda  dünyada  bu  sahədə  baş  verən 

dəyişikliklərin  öyrənilməsindən,  xidmət  sahəsinin  vacib  sferalarından  biri  olan  turizm 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə