Microsoft Word Menzil fondunun ozellesdirilmesi haqqinda



Yüklə 70,25 Kb.
Pdf görüntüsü
tarix04.04.2018
ölçüsü70,25 Kb.
#35880


 Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

 

M a d d ə  1.  Dövlət  və  ya  ictimai  mənzil  fondunun  mülkiyyətçisi  ilə  mənzil  kirayə 

müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan 

şəxslərin  yaşadıqları  mənzilləri  (evləri)  bu  Qanunla  müəyyən  edilmiş  şərtlərlə  və  qaydada 

əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 

1

 



 

M a d d ə  2.  Bu  Qanun  Azərbaycan  Respublikasında  dövlət  mənzil  fondunun 

özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair 

əsas müddəaları müəyyən edir. 

 

M a d d ə  3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: 

mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması;  

mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması;  

yaşadıqları  mənzillərin  bu  Qanunda  müəyyən  edilmiş  şərtlər  və  qaydalarla  mülkiyyətə 

verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; 

özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. 

 

M a d d ə  4.  Dövlət  mülkiyyətində,  habelə  ictimai  mülkiyyətdə  olan  mənzil  fonduna 

məxsus  yaşayış  evlərindəki  mənzillərin  (evlərin)  özəlləşdirilməsi,  vətəndaşların  müraciətləri 

əsasında  bu  Qanunun  9-cu  maddəsində  göstərilən  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən həyata keçirilir. 

2

 

 



M a d d ə   5.  Mənzillər  (evlər),  özəlləşdirilməsi  üçün  müraciət  edilən  anda  mənzil  kirayə 

müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış 

ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə 

üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə

 

verilə bilər. 



Bir neçə kirayəçinin yaşadığı biri digərindən təcrid olunmamış, məhdud kommunal şəraitli 

mənzillərin  (evlərin)  özəlləşdirilməsinə  hər  bir  kirayəçinin  və  onların  yetkinlik  yaşına  çatmış 

ailə üzvlərinin razılığı ilə yol verilir. 

KM1

 

Biri  digərindən  təcrid  olunmamış  məhdud  kommunal  şəraitli  mənzillər  (evlər) 



özəlləşdirilərkən,  həmin  mənzillərdəki  (evlərdəki)  ümumi  istifadə  yerləri  mülkiyyətçilərin 

ümumi mülkiyyətinə verilir. 

3

 

 



M a d d ə  6. 

Təhsil müəssisələrinin yataqxanalarında

, qəza vəziyyətində olan evlərdə, 

qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə 

yol verilmir.

4

 



Dövlət  mülkiyyətində  olan  yataqxanalar  (təhsil  müəssisələrinin  yataqxanaları  istisna 

olmaqla)  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarı  əsasında  müvafiq  icra  hakimiyyəti 

orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada 

faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər 

tərəfindən özəlləşdirilə bilər; 

Memarlıq,  tarixi  və  mədəni  abidə  sayılan  binalardakı  mənzillər  özəlləşdirildikdən  sonra 

həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək 

qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir.

 

5

 



 


M a d d ə   7.  Dövlət  və  yaxud  ictimai  mənzil  fondu  mənzillərini  əvəzsiz  özəlləşdirmək 

hüququndan yalnız bir dəfə istifadə edilə bilər. 

6

 

 



M a d d ə  8.  Mənzili  (evi)  özəlləşdirmək  istəyən  vətəndaşa  müraciəti  əsasında  mənzil-

istismar  təşkilatı  beş  gündən  kec  olmayaraq  həmin  mənzilə  (evə)  hüququ  olan  şəxslər  və 

mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. 

Mənzil  sahəsinin  orderi  itdikdə  və  ya  istifadəyə  yararsız  hala  düşdükdə  vətəndaşa 

müraciəti  əsasında  on  gündən  gec  olmayaraq  müvafiq  dövlət  orqanı  tərəfindən  arxiv  arayışı 

verilir. 

Vətəndaş  yaşadığı  mənzili  (evi)  özəlləşdirmək  barədə  müvafiq  icra  hakimiyyəti  orqanına 

verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: 

mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə 

(evə)  hüququ  olan  18  yaşı  tamam  “olmuş,  həmçinin  müvəqqəti  olaraq  başqa  yerə  getməsi  ilə 

əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; 

mənzilə  (evə)  hüququ  olan  şəxslər.  və  mənzilin  (evin)  kommunal-məişət  vəziyyəti  barədə 

mənzil istismar təşkilatının arayışı (2 №-li forma); 

mənzil sahəsinin orderi. 

Mənzili  özəlləşdirmək  üçün  müraciət  etmiş  vətəndaşdan  göstərilən  sənədlərdən  əlavə 

sənədlər tələb edilə bilməz. 

7

 

 



M a d d ə  9.  Müvafiq  icra  hakimiyyəti  orqanı  yaşadığı  mənzili  (evi)  özəlləşdirmək  istəyən 

vətəndaşın  ərizəsi  daxil  olduğu  gündən  sonra  iyirmi  gün  ərzində  həmin  mənzilin  (evin) 

vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın 

mənzilə  (evə)  mülkiyyət  hüququnun  əmələ  gəlməsini  daşınmaz  əmlakın  dövlət  reyestrindən 

çıxarışla  rəsmiləşdirib  həmin  çıxarışı  mənzilin  mülkiyyətçisinə  verir  və  müvafiq  yerli  icra 

hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. 

Vətəndaş  saxta  sənədlər,  təqdim  etdikdə,  yaxud  yaşadığı  mənzil  (ev)  mübahisəli  olduqda 

müvafiq  icra  hakimiyyəti  orqanı  mənzilin  özəlləşdirilməsindən  imtina  edir.  Belə  hallarda 

vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina 

barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.  

Yerli  icra hakimiyyəti  orqanı  müvafiq  mənzilin  (evin)  özəlləşdirildiyi  barədə  müvafiq  icra 

hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. 

Mənzillərin  özəlləşdirilməsi  qaydalarının  və  vətəndaşların  bu  Qanunla  müəyyən  edilmiş 

hüquqlarının  pozulması  üstündə  vəzifəli  şəxslər  Azərbaycan  Respublikası  qanunvericiliyində 

müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 

8

 



 

M a d d ə   10.  Mənzil  (mənzil-tikinti)  kooperativinin  mənzilinin  kooperativ  üzvünün 

mülkiyyətinə  keçməsi  üçün  pay  hüququnun  tam  ödənilməsi  barədə  həmin  mənzil 

kooperativinin idarə heyətinin arayışı əsasında texniki inventarlaşdırma orqanı bu Qanunun 9-

cu maddəsində nəzərdə tutulmuş qaydada müvafiq sənəd verir. 

9

 

 



M a d d ə  11. (Çıxarılıb) 

10

 



 

M a d d ə  12. Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış 

ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan 

istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya 

bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya 

bilərlər.  Mənzilə  (evə)  mülkiyyət  hüququnun  həyata  keçiril-məsi  başqa  şəxslərin  hüquqlarına 

və qanuni mənafeyinə xələl gətirməməlidir. 




Yaşayış evlərinin və şəxsi yardımçı təsərrüfat üçün tikililərin yerləşdiyi torpaq sahələrinin 

verilməsi torpaq qanunvericiliyi ilə tənzimlənir. 

Mənzillərin  mülkiyyətçiləri  Azərbaycan  Respublikası  qanunvericiliyinin  müəyyən  etdiyi 

qaydada  razılaşdırılmış  layihəyə  uyğun  surətdə  mənzillərin  quruluşunu  dəyişdirmək,  onları 

modernləşdirmək, rekonstruksiya və ya əsaslı təmir etmək hüququna malikdirlər. 

 

M a d d ə  13. Özəlləşdirilmiş mənzillərə (evlərə) xidmət və onların təmiri mülkiyyətçilərin 

vəsaiti  hesabına  dövlət  mənzil  fondunun  evləri  üçün  müəyyən  edilmiş  şərtlərlə,  mənzil 

fondunun istismarının və təmirinin vahid qaydalarına və normalarına mütləq əməl edilməklə 

həyata keçirilir. 

Mənzil  sahəsinin  və  kommunal  xidmətlərin  haqqının  ödənilməsində  imtiyazları  olan 

vətəndaşlar  kommunal  xidmətlərin  dəyərinin  müəyyən  edilməsində,  habelə  özəlləşdirilmiş 

mənzillərə  (evlərə)  dövlət  mənzil-istismar  və  təmir-tikinti  təşkilatları  tərəfindən  xidmət 

göstərilməsində və onların təmirində də imtiyazlarını saxlayırlar. 

 

M a d d ə  14. Dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin 

(evlərin)  mülkiyyətçiləri  (mülkiyyətçilərinin  şirkətləri,  digər  birlikləri)  ilə  ancaq  müqavilə 

əsasında bu mənzillərə ( evlərə) xidmət göstərə bilərlər. 

Müqavilənin  pozulması  Azərbaycan  Respublikasının  qanunvericiliyində  müəyyən  edilmiş 

məsuliyyətə səbəb olur. 

Tam özəlləşdirilmiş evdəki mənzillərin mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün 

müstəqil  surətdə  təşkilatlar,  o  cümlədən  dövlət  mənzil-istismar  və  təmir-tikinti  təşkilatları, 

kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçı subyektlər seçməyə ixtiyarı vardır. 

Qismən  özəlləşdirilmiş  evlərdə  mənzillərə  xidməti  və  onların  təmirini  bu  evlərə 

özəlləşdirmədən  əvvəl  xidmət  etmiş  mənzil-istismar  və  təmir-tikinti  təşkilatları  həyata 

keçirirlər. 

 

M a d d ə   15.  Özəlləşdirilmiş  mənzil  fondunun  texniki  vəziyyətinə  və  vaxtında  təmir 

olunmasına yerli icra hakimiyyəti orqanları nəzarət edirlər. 

Özəlləşdirilmiş  yaşayış  evlərinin,  mənzillərin,  texniki  avadanlığın  və  evyanı  ərazinin 

istismarı qaydalarının pozulması müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 

 

M a d d ə   16.  Bu  Qanunun  tətbiqi  ilə  əlaqədar  meydana  çıxan  mübahisələrə  Azərbaycan 

Respublikası qanunvericiliyinə müvafiq qaydada məhkəmədə baxılır. 

11

 

 



Azərbaycan Respublikasının Prezidenti  

Əbülfəz ELÇİBƏY. 

 

Bakı şəhəri, 26 yanvar 1993-cü il.  



№ 463. 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

 

1.

  24  iyun  1994-cü  il  tarixli  834  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 18, maddə 246)  

2.

  19  sentyabr  1995-ci  il  tarixli  1116  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 22, maddə 359)  

3.

  23  aprel  2002-ci  il  tarixli  311-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)  

4.

  30  aprel  2004-cü  il  tarixli  643-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 


Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505

     21 aprel 2006-cı il tarixli 

100-IIIQD

 nömrəli Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik  



Toplusu, 2006-cı il, № 6, maddə 478

     26 dekabr 2006-cı il tarixli 218-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan   



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 74

 

 



 

                                                      



QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

 

1

 

24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası 



Ali  Sovetinin  məlumatı,  1994-cü  il,  №  18,  maddə  246)  ilə  1-ci  maddə  yeni  redaksiyada  verilmişdir. 

Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



“M a d d ə  1. Bu Qanunda özəlləşdirmə dedikdə, vətəndaşların yaşadıqları dövlət və ya ictimai 

mənzil fondu mənzillərinin (evlərinin) onların mülkiyyətinə verilməsi nəzərdə tutulur”. 

 

2

  19  sentyabr  1995-ci  il  tarixli  1116  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikası  Ali  Sovetinin  məlumatı,  1995-ci  il,  №  22,  maddə  359)  ilə  4-cü  maddə  yeni  redaksiyada 

verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



“ M a d d ə  4. Mənzil fondunun özəlləşdirilməsini aşağıdakılar həyata keçirirlər: 

dövlət mənzil fondunun özəlləşdirilməsini—ixtiyarında mənzil fondu olan müvafiq yerli dövlət 

hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr, təşkilatlar; 

ictimai  mənzil  fondunun  özəlləşdirilməsini—mülkiyyətində  mənzil  fondu  olan  müvafiq 

kooperativ təşkilatları, həmkarlar ittifaqı təşkilatları, başqa ictimai təşkilatlar”. 

      


    21  aprel  2006-cı  il  tarixli 

100-IIIQD

  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 4-cü maddədə "dövlət texniki 

inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanları" sözləri "müvafiq icra hakimiyyəti 

orqanı" sözləri ilə əvəz edilmişdir. 

 

KM1



 

30 oktyabr 2000-ci il tarixli Azərbaycan  Respublikasının Konstitusiya Məhkəməsinin Qərarı 

(“Azərbaycan”  qəzeti    2  noyabr  2000-ci  il,  №  251,  Azərbaycan  Respublikası  Konstitusiya 

Məhkəməsinin  Məlumatı  №2/2001)  ilə  1.  «Azərbaycan  Respublikasında  mənzil  fondunun 

özəlləşdirilməsi  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  5-ci  maddəsinin  ikinci  hissəsi 

Azərbaycan  Respublikası  Konstitusiyasının  25-ci  maddəsinə,  60-cı  maddəsinin  I  hissəsinə  və  71-ci 

maddəsinin II hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmişdir. 

 

 

3



 

24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası 



Ali  Sovetinin  məlumatı,  1994-cü  il,  №  18,  maddə  246)  ilə  5-ci  maddə  yeni  redaksiyada  verilmişdir. 

Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



“ M a d d ə   5.  Özəlləşdirmə  qaydasında  vətəndaşların  mülkiyyətinə  onların  yaşadıqları 

mənzillər (evlər) verilə bilər. Mənzillər (evlər) kirayəçi ilə birlikdə yaşayan bütün yetkin yaşlı ailə 

üzvlərinin razılığı ilə mülkiyyətə verilir. Onların arzusu ilə mənzil (ev) onların ümumi (paylı, birgə) 

mülkiyyətinə verilə bilər”. 

 

4

 



26 dekabr 2006-cı il tarixli 218-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №2,  maddə  74)  ilə  6-cı  maddəsinin  birinci 

hissəsində  "Yataqxanalarda"  sözü  "Təhsil  müəssisələrinin  yataqxanalarında"  sözləri  ilə  əvəz 

edilmişdir 

və 


həmin 

hissədən 

sonra 

maddəyə 


yeni 

 

ikinci 

hissə 

əlavə 


edilmişdir, ikinci hissə isə üçüncü hissə hesab edilmişdir.

 

 




                                                                                                                                                                           

5

 

24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası 



Ali  Sovetinin  məlumatı,  1994-cü  il,  №  18,  maddə  246)  ilə  6-cı  maddə  yeni  redaksiyada  verilmişdir. 

Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



“ M a d d ə  6. Qəza vəziyyətində olan evlər (mənzillər), ərazinin yenidən qurulması ilə əlaqədar 

söküləsi evlər, yataqxanalarda, qapalı hərbi şəhərciklərin evlərində, memarlıq, tarix və mədəniyyət 

abidələri sayılan evlərdə mənzillər, eləcə də xidməti mənzillər özəlləşdirilmir”. 

 

6

 24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası 

Ali  Sovetinin  məlumatı,  1994-cü  il,  №  18,  maddə  246)  ilə  7-ci  maddə  yeni  redaksiyada  verilmişdir. 

Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



“ M a d d ə  7. Vətəndaşların yaşadıqları mənzilləri (evləri) pulsuz olaraq mülkiyyətə yalnız bir 

dəfə almaq hüququ vardır”. 

 

7

  19  sentyabr  1995-ci  il  tarixli  1116  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikası  Ali  Sovetinin  məlumatı,  1995-ci  il,  №  22,  maddə  359)  ilə  8-ci  maddə  yeni  redaksiyada 

verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



“ M a d d ə  8. Yaşadıqları mənzilin vətəndaşların mülkiyyətinə verilməsi mənzilin mülkiyyətçisi 

və ya onun vəkil etdiyi orqan ilə bağlanan və notarius tərəfindən təsdiq edilən müvafiq müqavilə 

ilə rəsmiləşdirilir”.  

21  aprel  2006-cı  il  tarixli  100-IIIQD  nömrəli  Qanunu(Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 8-ci maddədə, birinci hissədə "on" sözü "beş" 

sözü  ilə,  üçüncü  hissədə  isə  "dövlət  texniki  inventarlaşdırma  və  mülkiyyət  hüquqlarının  qeydiyyatı 



orqanına" sözləri "müvafiq icra hakimiyyəti orqanına" sözləri ilə əvəz edilmişdir. 

 

8

  19  sentyabr  1995-ci  il  tarixli  1116  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikası  Ali  Sovetinin  məlumatı,  1995-ci  il,  №  22,  maddə  359)  ilə  9-cu  maddə  yeni  redaksiyada 

verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



“ M a d d ə  9. Özəlləşdirilmiş mənzillər qanunvericiliyin fərdi mənzil fondu evləri (mənzilləri) 

üçün  müəyyən  etdiyi  qaydada  texniki  inventarlaşdırma  orqanında  dövlət  qeydiyyatından 

keçirilməli və uçota alınmalıdır”. 

21  aprel  2006-cı  il  tarixli  100-IIIQD  nömrəli  Qanunu(Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 9-cu maddədə, birinci hissədə "Dövlət texniki 

inventarlaşdırma  və  mülkiyyət  hüquqlarının  qeydiyyatı  orqanı"  sözləri  "Müvafiq  icra  hakimiyyəti 

orqanı"  sözləri  ilə,  "bir  ay"  sözləri  "iyirmi  gün"  sözləri  ilə,  "mülkiyyət  hüququ  barədə  qeydiyyat 

vəsiqəsini tərtib edib onu" sözləri "mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət 

reyestrindən  çıxarışla  rəsmiləşdirib  həmin  çıxarışı"  sözləri  ilə  əvəz  edilmişdir,  ikinci  hissənin  birinci 

cümləsində  "dövlət  texniki  inventarlaşdırma  və  mülkiyyət  hüquqlarının  qeydiyyatı  orqanı"  sözləri 



"müvafiq  icra  hakimiyyəti  orqanı"  sözləri  ilə  əvəz  edilmişdir  və  həmin  hissənin  ikinci  cümləsi  yeni 

redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

Həmin  orqan  bu  barədə  əsaslandırılmış  qərar  çıxarır  və  qərarın  surətini  üç  gün  ərzində  vətəndaşa 

verir, yaxud poçtla göndərir. 

üçüncü  hissədə  "dövlət  texniki  inventarlaşdırma  və  mülkiyyət  hüquqlarının  qeydiyyatı 



orqanının" sözləri "müvafiq icra hakimiyyəti orqanının" sözləri ilə əvəz edilmişdir. 

 

9

  23  aprel  2002-ci  il  tarixli  311-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 10-cu maddə yeni redaksiyada 

verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



“ M a d d ə   10.  Mənzil  (mənzil-tikinti)  kooperativinin  evində  mənzilə  mülkiyyət  hüququ  pay 

haqqının tam ödənildiyi barədə müvafiq mənzil (mənzil-tikinti) kooperativi idarə heyətinin arayışı 




                                                                                                                                                                           

əsasında texniki inventarlaşdırma orqanının vəsiqə verdiyi andan əmələ gəlir”. 

 

10

  30  aprel  2004-cü  il  tarixli  643-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №  7,  maddə  505)  ilə  11-ci  maddə  çıxarılmışdır. 

Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



“ M a d d ə   11.  Mülkiyyətinə  mənzillərin  (evlərin),  pulsuz  verildiyi  vətəndaşlar  mənzilə  (evə) 

mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödəməkdən azad edilirlər”. 

 

11

 

24 iyun 1994-cü il tarixli 834 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası 



Ali  Sovetinin  məlumatı,  1994-cü  il,  №  18,  maddə  246)  ilə  16-cı  maddə  yeni  redaksiyada  verilmişdir. 

Maddənin əvvəlki redaksiyasında deyilirdi: 

M a d d ə   16.  Yaşadıqları  mənzilləri  onların  mülkiyyətinə  verməkdən  imtina  edildikdə, 

vətəndaşlar məhkəməyə şikayət edə bilərlər”. 



Yüklə 70,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə