Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
  1   2   3   4   5   6   7   8   9   ...   39


 

 
 
Salam Sarvan 
Etimad Başkeçid 
Kamal Abdulla 
 
 
 
 
 
Kamal  Abdullanın  yaradıcılığı     
 ətrafında  ədəbiyyat  söhbəti 
 
 
 
 
 
 
Bakı – 2011 


 

Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsinin  
qərarı ilə çap olunur. 
 
 
Redaktor və ön sözün müəllifi 
Aqşin Yenisey 
 
 
 
Salam Sarvan, Etimad Başkeçid, Kamal Abdulla. Məqamlar 
(Kamal  Abdullanın  yaradıcılığı ətrafında  ədəbiyyat  söhbəti).  
– Bakı: Mütərcim, 2011. – 172 səh. 
 
 
Kamal  Abdullanın  yaradıcılığı ətrafında  ədəbiyyat  söhbəti юз кю-
кцнц  мцхтялиф  вахтларда  мятбуатда  дяръ  олунмуш  мцсащибялярдян  эютц-
рцр. Йягин, диггятли охуъу бу мцсащибяляри хатырлайыр. Онлар вахтиля ядяби 
иътимаиййятин диггятини чякмишди. Анъаг даща сонралар, мцяллифляр бу мя-
гамлара йенидян нязяр салмыш, сющбят ъилаланмыш, мювзунун ящатя даиряси 
эенишлянмишдир.  Бу  эцн  бу  балаъа  китаб,  яслиндя  о  мцсащибялярин  ядяби 
сющбятя чеврилмиш вариантыдыр. 
Инанырыг ки, дяйярли охуъу китабын даща бир щямсющбяти кими мцяллиф-
лярля бирэя ядябиййат аляминин naməlum дяринликляриня баш вураъагдыр.  
 
 
ISBN 978-9952-28-077-7 
 
 
© Mütərcim, 2011 


 

 
 
 
16-cı məqam  
 
 
Tanrı peyğəmbərdə öyrədir, filosofda düşünür,  şairdə 
isə  əzab çəkir; buna görə peyğəmbər inanır, filosof şübhə 
edir, şair isə... şair isə özünü günahkar bilir.  İnam, şübhə və 
günah – yazmaq üçün insana bundan artıq bir şey lazım 
deyil. Əfəndim oxucu, əlinə götürdüyün bu kitabda sən həm 
inanacaq, həm şübhələnəcək, həm də – əgər qəlbin hələ daşa 
dönməyibsə – bir az əzab çəkəcəksən, deyim niyə. Əlindəki 
kitab  ədəbiyyat haqqında  ədəbiyyat kitabıdır: üç nəfər yazı 
adamı – Kamal Abdulla, Salam Sarvan və Etimad Başkeçid   
qədim Misir kahinləri kimi bir kahaya çəkilib  ədəbiyyatın, 
sözün  “qeybətini qırıblar”; bir növ, Platonun “Dialoqlar”ın-
da, yaxud Volterin “Kandid”ində olduğu kimi. Səhifələri 
çevirdikcə özünü Heminqueyin “Qoca və dəniz”indəki qoca 
kimi hiss edəcəksən, yəni sən balığı quruya çıxarmaq əvəzi-
nə, balıq səni dartıb suların  ənginliklərinə aparacaq. Bu ki-
tabdakı söhbət də səni darta-darta sənət dünyasının sirli ge-
dərgəlməzliyinə – ona görə gedərgəlməzliyinə ki, bu dünya-
ya baş vurdunsa, geriyə qayıtmaq mümkünsüzləşir – qərq 
edəcək. Ancaq qorxma, sənət dünyasının dərinliyi Aidin 
yeraltı  səltənəti  kimi  ölüm  və qaranlıqdan yox, işıq və sev-
gidən ibarətdir.  
Elə yazıçılar var ki, onların müsahibələri, yazıçılıq sənə-
ti, ədəbiyyat haqqında düşüncələri elə yazdıqları əsərlər qə-
dər maraqlı olur. Kafkanın gündəlikləri, Folknerin, Marke-
sin müsahibələri, Borxesin esseləri və s. həmişə onların əsər-


 

ləri ilə bir yerdə  tərcümə  və  nəşr olunur. Çünki bu gündə-
liklər, müsahibələr, esselər olmasaydı, söz sənəti, bəlkə  də, 
şikəst görünərdi. Bu kitabda da sən  şair Salam Sarvanın və 
Etimad Başkeçidin iştirakı ilə yazıçı Kamal Abdullanın ədə-
biyyat, həyat, yer, göy haqqında fikirləri ilə tanış olacaqsan. 
Bu kitaba qədər oxuduğun “Yarımçıq əlyazma”, “Sehrbazlar 
dərəsi”, “Unutmağa kimsə yox” romanlarının hansı yazıçı 
zəkasından, yazıçı  əzabından, zəhmətindən yoğrulduğunu 
biləcəksən. Gözündə “Yarımçıq əlyazma” bütöv görünəcək, 
“Sehrbazlar dərəsi”nin sehri açılacaq və sonda “unutmağa 
özündən başqa bir kimsən” qalmayacaq. Redaktor olaraq 
bəri başdan sənə bir ixtiyar da verirəm; istədiyin an 
kitabdakı söhbət iştirakçılarının sözünü ağzında qoyub, öz 
müdaxiləni edə bilərsən, çünki bu kitabda sənin yerin görü-
nür,  əfəndim oxucu. Sənsiz  ədəbiyyatın nə  mənası!? Yeri 
gəlmişkən, sənə bir sirr də açım: əlindəki kitabda həm də sə-
nin haqqında danışılıb.  Əgər bilmək istəyirsən ki, Kamal 
Abdulla, Salam Sarvan, Etimad Başkeçid sənin haqqında nə 
və necə düşünür, kitabı  əlindən yerə qoyma, əlavə bir cüt 
göz də  mən sənə verə bilərəm, dörd gözlə oxumaq üçün.  
Narahat olma, bu kitabda heç kim sənə yol göstərməyəcək
çünki buradakı müəlliflər sənin tanıdığın yol göstərənlərdən 
deyil, özləri yol olmağı bacaranlardır. Düzdür, söhbətin bir 
yerində Kamal Abdulla Braziliyada çap olunan “Yarımçıq 
əlyazma”nın ziyarətinə getməməsinə belə izah verir: “...yol 
gözümü qorxutdu”. İnanma, “şair sözü, əlbəttə, yalandır”. 
Sadəcə, o, öz əsərinin taleyinə, uğuruna şərik olmaq istəmə-
yib. Qoy özü öz ayağıyla gedib okeanın o tayına çıxmış bu 
əsər öz taleyini yaşasın. Bədbəxt yazıçılar o yazıçılardır ki, 
öz əsərlərini “ələ öyrədirlər”. Sənət ərköyünlüyü sevmir, heç 
deyəsən, ərköyünlüyün də onu görən gözü yoxdur.  


 

Yazı adamlarının çox sevdiyi bir deyim var: “mən özüm 
üçün yazıram”. Adını xatırlamağa çalışdığım bir yazıçı isə –
gərək ki, Sartr idi – belə deyirdi: “Mən hamı üçün yazıram”. 
Kamal Abdulla da söhbət əsnasında özü üçün yazan yazıçı-
ları daha səmimi hesab etdiyini deyir. Sözsüz ki, ilkin mər-
hələdə, yəni kağızla üz-üzə qalanda yazıçı, ilk növbədə, özü 
üçün yazır. Lakin bu yazılmış kağız başqalarının  əlinə dü-
şəndən sonra hamılaşır, hamının olur. Hərdən götürüb bir 
vaxtlar atama yazılmış məktubları oxuyuram, elə bilirəm, bu 
məktubları nə vaxtsa mənə yazıblar. Əsərlər də belədir, oxu-
yanda elə bilirsən yazıçı bu əsəri yalnız sənin üçün yazıb. 
Romanları Braziliyada, Fransada, Polşada, Türkiyədə, Rusi-
yada nəşr olunan yazıçının “özüm üçün yazıram”ının arxa-
sında göz yaşı qədər saf bir duyğu gizlənir. Heç bir ana oğu-
lu yalnız özü üçün doğmur, həm də özü üçün doğur; sonra 
bu oğula başqa bir qadın yiyələnir, sonra o, vətənə lazım 
olur, daha sonra onu həyat özününküləşdirir, yazıq anaya 
gözü yolda qalmaqdan başqa bir şey qalmır. Yazıçı ilə əsərin 
də aqibəti belədir; yazıldısa, sənin deyil. Hər halda, mən nə 
Kamal Abdullanın, nə Salam Sarvanın, nə də Etimad Başke-
çidin masasının üstündə öz kitablarını görməmişəm, hətta 
bir neçə dəfə Salamın hansısa oxucusuna zəng vurub öz ki-
tabını bir neçə günlüyə istədiyinin şahidi olmuşam.  
Yuxarıda qeyd etdiyim kimi, kitabdakı söhbət Kamal 
Abdullanın yaradıcılığı üzərində  qurulub,  bu  da  təsadüfi 
deyil. İspan filosofu və intellektualı Xose Orteqa-i-Qasset ya-
zılarının birində Dostoyevskini belə qiymətləndirir: “O, ötən 
əsr (oxu, XIX əsr) romanını gözümüz önündə  uğradığı  tə-
nəzzüldən qurtardı. Son illərdə Kamal Abdullanın ardarda 
yazdığı və artıq yuxarıda qeyd etdiyim kimi, ölkə sınırını aş-
mış romanları ədəbi aləmdə müzakirələrə səbəb oldu. Bəlkə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə