Microsoft Word minimum[1]. doc



Yüklə 18,99 Kb.
Pdf görüntüsü
tarix30.03.2018
ölçüsü18,99 Kb.
#35547
növüYazı


Minimum əmək haqqının artımı sahibkarlara və vətəndaşlara nə verir ? 

 

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə sentyabr ayının 



1-dən etibarən minimum əmək haqqının məbləği 25 faiz artırılaraq 75 manat müəyyən edilib. Bu 

yazımızda minimum əmək haqqının artırılmasının sahibkarlara və sıravı vətəndaşlara təsiri 

haqqında məlumat verməyə çalışacağiq. 

 

Minimum əmək haqqının dəyişməsi Vergi Məcəlləsininn 102.1.6-cı maddəsinə təsir göstərib. 



Məcəllənin həmin maddəsinə əsasən fiziki şəxsin aylıq gəliri 200 manatadək olduqda, gəlirin 

minimum əmək haqqının 1 misli həddində, illik gəliri 2400 manatadək olduqda isə minimum 

əmək haqqının 12 misli məbləğində vergiyə cəlb olunan hissəsi  azaldılır. Minimum əmək 

haqqının artımından sonra bu hesablamada yaranan dəyişikliyi misalla izah edək: 

 “A” firmasında çalışan işçinin aylıq əmək haqqı avqust  və sentyabr aylarında 180,00 manat 

təşkil edib. Avqust ayında işcinin əmək haqqından hesablanan gəlir vergisi 16,80 ((180-

60)X14%) manat təşkil edir. Əmək haqqından tutulan sosial ayırmanın 5,40 manat (180x3%) 

təşkil etdiyini nəzərə alsaq, avqust ayı üzrə işciyə ödənilən məbləğ 157,80 (180,00- 16,80-5,40) 

manat təşkil edir.  Minimum əmək haqqının artırılması nəticəsində sentyabr ayı üzrə işcinin 

əmək haqqından ödəniləcək gəlir vergisi 14,70 ((180-75)x14%) təşkil edəcək. Artıq sentyabr ayı 

üzrə işçiyə ödəniləcək məbləğ 159,90 (180,00-14,70-5,40) təşkil edir. Misaldan göründüyü kimi, 

minimum əmək haqqının artırılmasının nəticəsi kimi aylıq gəliri 200 manatadək olan fiziki 

şəxslərə hesablanan gəlir vergisi 2,10 ((75,00-60,00)x14%) azalıb. İllik gəliri 2400 manatadək 

olan fiziki şəxslərin illik gəlirindən hesablanan vergidə isə azalan məbləğ 25,20 (2,10x12) manat 

təşkil edəcək.  

Vergi Məcəlləsində minimum əmək haqqı məfhumundan 102.1.6-cı maddədən başqa heç 

bir maddədə istifadə olunmayıb. 

Əmək Məcəlləsinin 154 və 155-ci maddələrinə əsasən işəgötürən tərəfindən işciyə 

minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Yəni avqust 

ayınadək işçiyə 60 manatdan aşağı əmək haqqının verilməsi qadağan edilirdirsə, sentyabr 

ayından etibarən bu məbləğ 75 manat təşkil edir. Sentyabr ayından etibarən işçiyə 75 manatdan 

az əmək haqqi hesablayan şəxsləri İnzibatı Xətalar Məcəlləsinin 53.3-cü maddəsinə əsasən 

1000 manatdan 1500 manatadək cərimə gözləyir. Bundan əlavə, minimum əmək haqqının 

artması nəticəsində dövlət müəssisələrində çalışan işçilərin əmək haqqı Nazirlər Kabinetinin 

müəyyən edəcəyi artıma uyğun olaraq artırılacaq. Bu məbləğ hər dərəcəyə müvafiq olaraq sabit 

rəqəm kimi 25 faiz və ya fərqli artımlarla ola bilər. 

Minimum əmək haqqının dəyişməsi daha çox “Sosial siğorta haqqında” qanun 

əsasında fiziki şəxslərin ödədiyi sosial sığorta ayırmalarında öz əksini tapıb. İlk olaraq 

mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs 

yaradanlardan və ailə-kəndli təsərrüfatı üzvlərindən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər 

biri üçün torpaq sahəsinin hər hektarına görə ölkə üzrə ödənməli olan sosial ayırmalar aşağıdakı 

şəkildə dəyişib: 

 

Torpaqların keyfiyyət 



qrupu üzrə 

2008-ci il sentyabrın 1-

nə qədər hesablanan sosial 

ayırma 


2008-ci il sentyabrın 1-

dən sonra hesablanan sosial 

ayırma 

1-ci keyfiyyət qrupu 



7,20 manat 

9,00 manat 

2-ci keyfiyyət qrupu 

4,80 manat 

6,00 manat 

3-cü keyfiyyət qrupu 

2,40 manat 

3,00 manat 

4-cü keyfiyyət qrupu 

1,2 manat 

1,5 manat 

Ailə-kəndli təsərrüfatının üzvləri isə hər bir ailə üzvü üçün artıq 3,60 yox, 4, 50 manat 

sosial ayırma ödəyəcəklər. 

Digər dəyişikliyə əsasən xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti və ya fərdi 

sahibkarlıq fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı 



ödəməyən Azərbaycan Respublikasının vətəndaşları artıq 48 manat yox, 60 manat sosial ayırma 

ödəyəcəklər.  

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial ayırmalar fəaliyyət 

göstərdiyi regiona və fəaliyyət sferasına uyğun olaraq dəyişəcək.  

 

01 sentyabr tarixinə kimi (manatla) 



01 sentyabr tarixindən sonra (manatla) 

Fəaliyyət sferası 

Bakı Sumqayıt 

və Gəncə 

şəhərlərində 

Sumqayıt 

və Gəncə 

şəhərlərində 

rayon 

mərkəzlərində, 



digər 

şəhərlərdə və 

qəsəbələrdə 

kənd 


yerlərində 

Bakı Sumqayıt 

və Gəncə 

şəhərlərində 

Sumqayıt 

və Gəncə 

şəhərlərində 

rayon 


mərkəzlərində, 

digər 


şəhərlərdə və 

qəsəbələrdə 

kənd 

yerlərində 



Ticarət və tikinti 

sahələrində 

sahibkarlıq 

fəaliyyəti ilə 

məşgul olan fiziki 

şəxslər   

30,00 27,00 

24,00 


18,00 

15,00  37,50 33,75 

30,00 

22,50 


18,75 

Digər sahələrdə 

sahibkarlıq 

fəaliyyəti ilə 

məşgul olan fiziki 

şəxslər   

12,00 10,80 

9,60 


7,20 

6,00 


15,00 13,50 

12,00 


9,00 

7,50 


 

Cədvəldən göründüyü kimi, fiziki şəxslərin ödəməli olduğu sosial ayırmalar da minimum əmək 



haqqının yüksəlməsi nəticəsində 25% artıb.  

 

Yüklə 18,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə