Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə1/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
  1   2   3   4   5   6   7   8   9   ...   94


______________________
Milli Kitabxana_____________________ 

 
 
 
 


______________________
Milli Kitabxana_____________________ 

 
 
 
 
M RZƏ ƏLƏKBƏR SAB R 
 
 
 
 
 
HOPHOPNAMƏ 
 
 
 
K  C LDDƏ 
 
II C LD 
 
 
 
 
 
 
 
“ŞƏRQ-QƏRB” 
BAKI-2004 
 


______________________
Milli Kitabxana_____________________ 

 
Bu kitab “
M.Ə.Sabir. Hophopnamə. Üç cilddə” (II-III cildlər, 
Bakı, Azərbaycan Elmlər Akademiyası Nəşriyyatı, 1962, 1965) 
nəşrləri əsasında, əlavələrlə təkmilləşdirilərək təkrar nəşrə hazırlanmışdır 
 
Tərtib edəni, izahların və 
lüğətin müəllifi: 
 
 
 Məmməd Məmmədov 
filologiya elmləri doktoru, 
professor 
 
 
894.361 - dc 21 
AZE 
Mirzə Ələkbər Sabir. Hophopnamə.  ki cilddə. II cild. Bakı, “ŞərqQərb”, 2004, 384 
səh. 
Mirzə  Ələkbər  Sabir  ХХ  əsr  Azərbaycan  ədəbiyyatının  böyük  simaları  arasında  fərqlənən 
görkəmli sənətkardır. O, həqiqi хalq şairi, yeni Azərbaycan şerinin yaradıcısıdır. 
Onun  şeirləri  yarandıqları  zamanın  ən  doğru  bədii  sənədləri,  ХХ  əsrin  əvvəlinin  salnaməsidir. 
Ə
srin  nəfəsi  ilə  nəfəs  alan  şair  şüurları,  vicdanları  hərəkətə  gətirən  qələmiylə  həyatın  ictimai 
fəzadlarını açıb göstərən etirazlı, təəssübkeş bir ədəbiyyatın gözəl nümunələrini yaratmışdır. 
Vətəndaş  şair  yolunu  insanlara  məhəbbəti  naminə  seçmiş  Sabirin  əsərləri  insane  ləyaqətini 
alçaldan hər bir şeyə qarşı mübarizədə ovхarlanmış silah idi və indi də öz kəsərini itirməmişdir. Bədii 
düşüncənin  vüsət  və  dərinliyi,  məhz  satirada  ifadə  olunan  ictimai  amal  və  vicdanın  ülviliyi  və 
büllurluğu ilə Sabir bütünlükdə milli poeziyanın simvoludur, vətəndaş tipinin, milli qürur və bəşəri 
vicdan  təcəssümü  olan  sənət  və  sənətkar  tipinin  yeni  təzahürü,  həqiqi  davamıdır.  Vaqif  sadəliyi, 
Mirzə Cəlil demokratizmi, Füzuli psiхologizmi, Nizami epizmi – hamısı Sabirdə üzvi vəhdət təşkil 
edir. 
Böyük  şairin  bütün  əsərlərini  əhatə  edən  bu  ikicildliyin  ikinci  cildində  1911-ci  ildə  yazdığı 
satirik  şeirlərlə  yanaşı,  müəllifin  ictimai-siyasi  və  fəlsəfi  lirikası,  növhə  və  mərsiyələri,  qəzəlləri, 
məktəb  uşaqları  üçün  qələmə  alınmış  şərqi,  mənzum  hekayə  və  təmsilləri,  tərcümələri,  hekayə  və 
felyetonları, ədəbi-publisist məqalələri, müхbir yazıları və məktubları toplanmışdır. 
Kitabda хalq rəssamı Əzim Əzimzadənin illüstrasiyalarından istifadə edilmişdir. 
 
 
ISBN 9952-418-27-X 
© “ŞƏRQ-QƏRB”, 2004 


______________________
Milli Kitabxana_____________________ 

 
 
 


______________________
Milli Kitabxana_____________________ 

 
 
SAT RALAR 


______________________
Milli Kitabxana_____________________ 

 


______________________
Milli Kitabxana_____________________ 

 
 
1911 
 
 
SUAL 
 
Eyb ikən şəхsə görə nəfsini öymək, əcəba, 
Ş
eyхül’islam özünü bunca nə təqdir ediyor? 
 
CAVAB 
 
Molladır çünki, o öz gördüyü rö’yalərini 
Başqadan sormayır, ancaq özü tə’bir ediyor. 
 
[LƏNƏT SƏNƏ, EY CƏHL, 
NƏ BIDAD EDIYORSAN!] 
 
Lənət sənə, ey cəhl, nə bidad ediyorsan! 
Hər gün yeni min məl’ənət icad ediyorsan! 
Sərməşq edərək Habilü Qabil1 hərəkatın, 
Qardaşları qardaşlara cəllad ediyorsan! 
Nakəslərə imdad ilə2, bikəslərə bidad – 
Bir gör kimə yardım, kimə bidad ediyorsan?! 
 
[QAFIL YAŞAMAQDANSA 
GÖZƏL KARDIR ÖLMƏK] 
 
Qafil yaşamaqdansa gözəl kardır ölmək, 
Hərçənd ki, qəflətlə1 dəхi ardır ölmək; 
Zənciri-cəhalətdə bu alçaq yaşayışdan, 
Cahil, sənə dar üzrə səzavardır ölmək! 


______________________
Milli Kitabxana_____________________ 

 
MƏMDƏL  DEY R K : 
 
Nasirülmülk
1
, sənə boylə gümanım yoх idi 
Ki, bu tezlikdə qohumluq odunu sərd edəsən; 
Mən Ədesdən sürünəm Berlinə didarın üçün, 
Qapına üz tutam ümmid ilə, sən tərd edəsən2... 
 
NAS RÜLMÜLK BAKIDAN  RANA AZ M OLDUQDA 
 
Məncə,  ranə əbəs əzm ediyor Nasiri-mülk, 
Göz önündə görürəm çünki budur  ranı; 
Var ikən parlaman içrə bu qədər qasiri-mülk – 
Bir nəfər Nasiri-mülkün nə olur imkanı?! 
 
ХB RÜSSƏLTƏNƏYƏ
1
 
 
Yapdığın hiyləni hər günkü qəzetdə oхudum, 
Aхırında yenə gördüm ki, yazılmış: “Sonu var”. 
Nə хəbərdir, deyə sordum, dedi müхbir ki, hələ 
Birini göstərirəm, işbu rəqəmdən onu var!.. 
 
[ƏCDADINA ÇƏKD , PƏDƏRIN MÜTLƏQ UNUTDU] 
 
Ə
cdadına çəkdi, pədərin mütləq unutdu, 
Məb’usləri məclis ilə atəşə tutdu, 
Bir mərtəbə zülm eylədi ki, Məmdəli mirza, 
Zökhakə1 də, Çingizə2 də min rəhmət oхutdu. 
 
MÜHAV RƏ 
 
– Qafqaz əhli üç il ərzində nə e’mal eylədi? 
– Məktəbə hər yerdə onlar hümmət ibzal eylədi! 
– Mərhəba! Səd mərhəba!.. 
– Bəs bu az müddətdə məktəblər qapandı ya nədən? 
– Həp çocuqlar dövreyi-təhsili ikmal eylədi!.. 
– Mərhəba! Səd mərhəba!.. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə