Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
  1   2   3   4   5   6   7   8   9   ...   30


 

 



 


 

MÜNDƏR CAT 

Giriş...........................................................................................................................3 

Fəsil  I.  Ərzaq  təhlükəsizliyinin  nəzəri-konseptual  əsasları  və  dünya  ərzaq 

istehsalı......................................................................................................................6 



1. 1. Dünyanın ərzaq təhlükəsizliyinin nəzəri-konseptual əsasları........... ................6 

1.  2.  Dünyanın  ərzaq  istehsalının  tarixi  mərhələləri  və  onun  müasir  inkişaf 

istiqamətləri............................................................................................................ 14 



1. 3. Dünyanın ərzaq istehsalı və əhali artımının qarşılıqlı əlaqələndirilməsi.........24 

Fəsil. II. Dünyanın ərzaq bazarının müasir vəziyyəti və inkişaf istiqamətləri........32 

2. 1. Dünyanın ərzaq bazarının müasir vəziyyəti....................................................32 

2.  2.  Dünya  ölkələrində  əhalinin  ərzaq  məhsullarına  olan  tələbinin  ödənilməsi 

vəziyyəti..................................................................................................................47 



2. 3. Dünyanın ərzaq bazarının inkişaf istiqamətləri...............................................58 

Fəsil III. Dünyanın ərzaq təhlükəsizliyi  və onun möhkəmləndirilməsi yolları.....64 

3. 1. Dünyanın ərzaq təhlükəsizliyinin əsas amilləri...............................................64 

3. 2. Dünyanın ərzaq istehsalının  əsas problemləri və  həlli istiqamətləri.............73 

3. 3. Dünyanın ərzaq təhlükəsizliyi  və onun möhkəmləndirilməsi yolları.............79 

Təklif və nəticələr....................................................................................................95 

stifadə edilmiş ədəbiyyat siyahısı...........................................................................97 

 

 

 

 

 

 

 

 

 

 



 

G R Ş 



Tədqiqat işinin aktuallığı

Ölkənin ərzaq təhlükəsizliyi onun iqtisadi və milli 

təhlükəsizliyinin ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi 

dövlət  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  və  həlli  vacib  olan  sosial-iqtisadi 

problemlərdən  biridir.  Qeyd  etmək  lazımdır  ki,    ərzaq  təhlükəsizliyi  dövlət 

siyasətinin  prioritet  istiqamətlərindən  biridir.  Belə  ki,  bu  problemin  həlli  milli, 

iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini əhatə edir. Buna 

görə  də  dövlət  səviyyəsində    sosial-iqtisadi  sistem  ərzaq  təhlükəsizliyi  ilə  sıx 

ə

laqədardır.  Məhz  bu  baxımdan  ərzaq  təhlükəsizliyinin  təmini  daxili  resursların 



mobilizə  edilməsinə  əsaslanmışdır.  Bu  yanaşma  milli  iqtisadi  islahatlar 

strategiyasının işlənib hazırlanması, dayanıqlı inkişafı, effektiv hüquqi normaların 

istifadəsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bir çox dəyişikliklərə 

ə

saslanır. 



Qeyd  etmək  lazımdır  ki,  bəşəriyyət  səviyyəsində  ərzaq  təhlükəsizliyi 

“beynəlxalq əmək bölgüsündə maksimal iştirak və dünya bazarında özünəməxsus 

şə

kildə  “ərimə  və  ya  aqrar  proteksionizm”dir,  bəşəriyyətin  gələcəyini  təyin  edən 



dayanıqlı inkişafdır. Dayanıqlı inkişaf  isə ərzaq da daxil olmaqla təbii resurslardan 

balanslaşdırılmış istehlaka əsaslanır. 



Tədqiqat  işinin  obyekti  kimi qlobal ərzaq təhlükəsizliyinin təmin olunması 

seçilmişdir. 



Tədqiqat  işinin  predmetini    dünya  ərzaq  təhlükəsizliyinin  təmin 

olunmasının nəzəri, metodoloji və praktiki məsələlərinin öyrənilməsi təşkil edir. 



Tədqiqatın  məqsədi  və  vəzifələri.  Dünyada  ərzaq  təhlükəsizliyinin  təmin 

edilməsi  məqsədilə  dünya  ölkələrinin  ərzaqla  özünütəminetmə  potensialının 

səviyyəsinin müəyyənləşdirilməsidir: 

-  ərzaq  təhlükəsizliyinin  elmi-nəzəri  əsaslarının,  strukturunun,  göstəricilər 

sisteminin təhlili; 

-  ərzaq təhlükəsizliyinin istehsal aspektinin tədqiqi; 




 

- dünya üzrə aclıqdan korluq çəkən insanların sayının azaldılması, əhali artımı 



ilə ərzaq istehsalının qarşılıqlı əlaqələndirilməsi; 

- dünyada ərzaq təhlükəsizliyinin və əsas növ ərzaq məhsullarının istehsalının 

mövcud vəziyyətinin təhlili; 

Tədqiqatın elmi yeniliyi.  

1)  qloballaşma  şəraitində    ərzaq  təhlükəsizliyinin  elmi-nəzəri  əsasları, 

strukturu və göstəricilər sistemi üzrə ümumiləşdirilmələr aparılmış və yanaşmalar 

sistemləşdirilmişdir; 

2) qloballaşma prosesləri fonunda  ərzaq təhlükəsizliyinin təmin olunması ilə 

iqtisadi inkişaf arasında asılılıq müəyyən edilmişdir; 

3)  Azərbaycan  Respublikasında  ərzaq  təhlükəsizliyinin  təmin  olunmasının 

ə

sas istiqamətləri dəqiqləşdirilmişdir;   



4)  dünya  üzrə  aclıqdan  korluq  çəkən  insanların  sayının  azaldılması,  əhali 

artımı ilə ərzaq istehsalının qarşılıqlı əlaqələri öyrənilmiş və bu istiqamətdə nəzəri 

və praktiki təkliflər verilmişdir; 

  Tədqiqatın strukturu. 

Dissertasiya  işinin  I  fəslində  ərzaq  təhlükəsizliyinin    nəzəri-konseptual 

ə

sasları,  dünya  ərzaq  istehsalının  tarixi  mərhələləri  və  onun  müasir  inkişaf 



istiqamətləri nəzərdən keçirilmiş, dünya ərzaq istehsalı və əhali artımının qarşılıqlı 

ə

laqələndirilməsinə yer ayrılmışdır. 



II fəsildə dünya ərzaq bazarının müasir vəziyyəti, dünya ölkələrində əhalinin 

ə

rzaq məhsullarına olan tələbatının ödənilməsi vəziyyəti önə çəkilmiş, dünya ərzaq 



bazarının inkişaf istiqamətləri şərh olunmuşdur. 

III  fəsildə  dünya  ərzaq  təhlükəsizliyinin  əsas  amillərindən  şərh  edilmiş,  dünya 

ə

rzaq istehsalının  əsas problemləri və  onların aşağı salınması yolları, dünya ərzaq 



təhlükəsizliyi  və onun möhkəmləndirilməsi yollarından bəhs edilmişdir.  

Dissertasiya  tədqiqatının  informasiya  bazasını  BMT-nin  Ərzaq  və  Kənd 

təsərrüfatı  Təşkilatı  (FAO),  Iqtisadi  Inkişaf  və  Əməkdaşlıq  Təşkilatı  (OECD), 

Dünya  Bankı  (WB),  BMT  (UNCTAD),  Dünya  Ticarət  Təşkilatı  (WTO)  və 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə