Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə1/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
  1   2   3   4   5   6   7   8   9   ...   39


Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 1 


 

FAZİL ƏLİYEV 

 

 

 

 

 

 

 

MÈRZß ÈBRAHÈMOV 

Vß 

XALQ YARADICILIÝI 



 

 

Azərbaycan Milli Elmlər Akademiyası 



Folklor İnstitutu Elmi Şurasının 28 noyabr 

2013-cü il tarixli 7 saylı iclas protokoluna 

əsasən çap olunur. 

 

 



 

 

 



 

 

 



 

“Elm və təhsil” 

Bakı-2013 

Fazil Əliyev 

 

 

2



 

 

 



Elmi redaktor:         Paşa Əfəndiyev  

filologiya elmləri doktoru, 

professor, əməkdar elm xadimi 

 

Rəyçilər:                   Mahmud Allahmanlı 



 filologiya elmləri doktoru, professor 

                                  Oruc Əliyev 

 filologiya üzrə fəlsəfə doktoru, dosent 

 

 



 

 

 



 

Əliyev Fazil Bəhmən oğlu.  

Mirzə İbrahimov və xalq yaradıcılığı.  

Bakı,  “Elm və təhsil” 2013, 160 sящ. 

 

Monoqrafiya XX əsrdə Azərbaycan xalqının milli mənlik  şüurunun 



inkişafında böyük xidmət göstərmiş yazıçı, publisist  və dövlət  xadimi 

Mirzə  İbrahimovun  əsərlərində xalq yaradıcılığının tədqiqinə  həsr 

edilmişdir.  M.İbrahimovun xalq yaradıcılığına dair elmi-nəzəri və  ədəbi-

tənqidi görüşləri, hekayə    və  povestlərində    xəlqilik,  romanlarında, 

dramaturgiyasında  folklordan istifadə məsələləri kitabda əksini tapmışdır.  

 

  



2013

098


4603000000

N

 

грифли няшр

 

                       

© «Åëì âÿ òÿùñèë», 2013 

 

 

 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 3 


 

 

 

 

ÖN   SÖZ  

 

   “Mirzə İbrahimov təvazökar, mehriban

həssas bir  insandır. Bütün  Azərbaycan 

xalqının sevilmlisidir,  xalq yazıçısı kimi 

yüksək  ada tam layiqdir. Eyni zamanda 

onun yaradıcılığı ölkəmizdə layiqincə qiy-

mətləndirilmişdir. Yazıçının kitabları hər  

yerdə geniş şöhrət və rəğbət qazanmışdır”. 

Heydər Əliyev 

 

 

“Bədii yaradıcılığı tam mənasında bir çinar ağacına 

oxşatmaq olar. Bu ağac torpağa nə qədər köklü şirə atmış olsa, 

o qədər qollu-budaqlı yaşıl yarpaqlı olar, göylərə ucalar.  

Həyatla bağlı olmayan, ondan şirələnməyən sənət yaşaya 

bilməz”. Zənnimizcə, xalq yazıçısı, akademik, görkəmli ictimai 

xadim Mirzə İbrahimova məxsus bu sözlər, böyük sənətkar və 

şəxsiyyət  kimi onun  özünə daha çox uyğun gəlir.  Ədəbi-

estetik düşüncə tariximizdə və ictimai-siyasi həyatda XX əsrin 

50-60-cı illərində Azərbaycan  türklərinin milli anlayışının 

vicdani səlahiyyətini üzərinə götürən Mirzə  Əjdər oğlu 

İbrahimovun “sənət ağacın torpağı da həqiqi mənada xalq 

həyatından şirələnmiş və yaşamaq haqqı qazanmışdır”. 

Mirzə  Əjdər oğlu  İbrahimov 1911-ci ildə  Cənubi 

Azərbaycanın Sərab əyalətinin Evə kəndində  anadan olmuşdur. 

Uşaqlıq çağlarında həyatın sərt üzünü görmüş, ağır, iztirablı 

günlər keçirmişdir. Anası, iki körpə bacısı  və qardaşı Rza 

aclığın qurbanı olmuşdur. Bu faciə altı-yeddi yaşlı Mirzənin 

gözləri qarşısında baş vermişdir. Zəmanənin dərdi-aləmi 

uşaqlıq qəlbinin dərinliyində iz qoymuş Mirzə atası  və böyük 



Fazil Əliyev 

 

 

4



qardaşı ilə birlikdə doğma yurdu tərk etmiş, Bakıya gəlmişdir. 

Vətən övladları üçün məbədgah, isti ana qoynu qədər hərarətli 

olan Bakıda da Mirzənin həyatı  ağır keçmişdir. Uşaqlıq 

taleyinə yazılmış növbəti faciə onu daha ağır imtahana çəkmiş, 

atası  və böyük qardaşı  vəfat etmişdir. Kimsəsiz qalmış  uşaq, 

dayı  mərhəmətinə  sığınmış, bibi münasibətinin soyuqluğunu 

duymuşdur. Ağır həyat şəraitinə baxmayaraq on yaşlı Mirzənin 

təbiətində sabaha ümidlə baxmaq, işləmək yaşamaq istəyi güclü 

olmuşdur. O,  ağır həyat sürsə  də, daim oxumaq həvəsində 

olmuş, təhsilə, elm öyrənməyə can atmışdır.  

Mirzə  İbrahimovun keçdiyi həyat yolu, onun xalqımızın 

mənəvi aləminə daha dərindən nüfuz etməsinə  zəmin 

yaratmışdır. Xalqa məhəbbət, sədaqət Mirzə  İbrahimovun 

şəxsiyyət bütövlüyündə  həlledici rol oynamışdır. Belinskinin 

“Əgər  şair olmaq üçün şair doğulmaq lazım isə, öz şəxsiyyəti 

ilə öz vətəndaşlarının səciyyəvi cəhətlərini ifadə edə bilmək 

üçün, xəlqi olmaq, doğulmaq lazımdır” (15, 69) sözləri Mirzə 

İbrahimovun şəxsiyyətinə daha çox uyğun gəlir. Öz şəxsiyyəti 

ilə vətəndaşlarının səciyyəvi cəhətlərini ifadə etmək səlahiyyə-

tinə yüksəlmək, nadir sənətkarlara, ictimai xadimlərə qismət 

olan ucalıqdır. Bu ucalıqda dayanmağa M.İbrahimovun haqqı 

vardır. O, xalqımızın fikir tarixində, özünüdərketmənin təşək-

kül tapmasında xüsusi xidmətləri olan sənətkar-şəxsiyyətdir.  

Mirzə İbrahimovun xalqa qırılmaz tellərlə bağlı olduğunu 

o dövrün görkəmli nümayəndələri də hörmət və ehtiramla təs-

diq etmişlər. Konstanten Fedin yazırdı: “Dostum, Mirzə! 

Xalqın həyat və mübarizə təcrübəsini yaşadan əsərləriniz əlvan 

rənglərinin təravəti, idrak dərinliyi və coşqun vətəndaşlıq hiss-

ləri ilə bizi həmişə sevindirir” (16). 

Ulu öndərimiz Heydər Əliyev Mirzə İbrahimov şəxsiyyə-

tinə yüksək qiymət vermişdir. Nizami adına Ədəbiyyat İnstitu-

tunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi 1977-ci ildə Hey-

dər  Əliyevin təşəbbüsü ilə yaradılmış  və  şöbənin ilk rəhbəri 

Mirzə  İbrahimov olmuşdur (121). Mirzə  İbrahimovun 1981-ci 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə