Microsoft Word mitiloji 1-2 dL



Yüklə 372,39 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix31.10.2018
ölçüsü372,39 Kb.
#77174
  1   2   3   4   5   6   7   8   9   ...   14


Ramil Əliyev

 

 

MİFOLOJİ ŞÜURVƏ ONUN STRUKTURU 

1.1.Mifoloji şüur anlayışı. Mif və simvol 

Mifoloji şüur ictimai-tarixi inkişafın məhsuludur. K.Marks göstərirdi ki, (mifoloji) şüur lap başlanğıcdan 

ictimai məhsuldur, nə qədər ki insanlar möv- cuddur, belə bir məhsul olaraq da qalacaqdır [35]. Mifoloji 

şüur eyni zamanda ictimai şüur formalarından biridir. Geniş mənada dünyagörüş kimi anlaşılan mifoloji 

şüurun iki forması vardır: mifoloji təfəkkür və mifoloji şüur. Mifoloji təfəkkürdə qədim insanları öz 

dünyaları ilə bağlayan ilk ibtidai «dini» təsəvvürlərin formalaşması əsas yer tutur, mifoloji şüura isə dini-

mifoloji strukturların sabitləşməsi və onların ibtidai cəmiyyəti idarə edən qüvvəyə çevrilməsi xasdır. 

Mifoloji təfəkkürdə qədim insanların təbiət qüvvələri qarşısında keçirdiyi qorxu hissi başlıca rol oynayır. 

Mifoloji şüurda isə qorxu müəyyən inam və sitayişlərlə, dini mərasim və rituallarla əvəz olunmuşdur [127]. 

Mifoloji şüura xas olan xüsusiyyətlərdən biri də sinkretizmdir. Əgər xaosa dünyanı sistemsiz, qatmaqarışıq 

şəkildə anlamaq tərzi xasdırsa, sinkretizm bu dünyagörüşünü nizama salır, bitkin bir forma yaradır. Adətən, 

sinkretizm dedikdə bir şeyin inkişafının ilk mərhələsi üçün səciyyəvi olan ayrılmazlıq, qovuşuqluq nəzərdə 

tutulur. Miflərdə də «təbiəti ovsundan, oyunu mərasim və ayindən, eləcə də şeiri nəsrdən, zamanı 

məkandan» ayırmaq qeyri- mümkündür. Mifoloji şüurun inkişaf mərhələləri müəyyən zaman və dövr içində 

olduğundan onun yaratdığı allahlar, totemlər, kultlar, inanışlar və s. hərəsi ayrıca zamanda yetişmiş, 

püxtələşmiş şüurun məhsuludur. İbtidai təfəkkürdən sonra mifoloji şüurun formalaşması, əsasən, qədim 

dünyanın mənzərəsinin xaotik quruluşundan harmonik quruluşa - nizamlılıq, sistemlilik, tarazlılıq düzümünə 

başlaması ərəfəsinə təsadüf edir [127]. 

İbtidai insanın yaşadığı dövrdə də əksliklər mövcud olmuşdur. Xeyir - şər, həyat - ölüm, güclü - zəif, işıq - 

zülmət və s. ilk qarşıdurmalar kimi onun hafizəsində yaşamışdır. Sonradan onun yaratdığı miflərdə də bu 

qarşıdurmalar mifoloji dünyagörüşün əks qütbləri kimi təqdim olunmuşdur. İlk əvvəllər o, kainatda baş 

verən prosesləri olduğu kimi yox, qarmaqarışıq şəkildə dərk edə bilmişdir. Lakin bu qarmaqarışıqlığı adi 

nizamsızlıq kimi yox, müəyyən həddə, ölçüdə baş verən xaos kimi qəbul etmək lazımdır. Belə başa düşmək 

olar ki, xaos müəyyən qarmaqarışıqlıq içində formalaşan şeylərin maddi əsasıdır. Xaos yunan sözü olub, 

hərfi mənası «əsnəmək» deməkdir. Ucsuz-bucaqsız boşluq mənasına da uyğun gəlir. Xaosu həm də «kosmik 

boşluq» mənasında da başa düşmək olar. Hər şeydən əvvəl qeyd edilməlidir ki, xaos mifoloji təfəkkürün ilk 

qavrayış formasıdır. Qədim Yunanıstanda xaosu iki şəkildə başa düşmüşlər: birincisi, boş və ya nə iləsə 

doldurulmuş fiziki boşluq; ikincisi, nə isə canlı bir şey, dünyəvi həyatın əsası kimi. Evripidə görə, xaos səma 

və yer arasında boşluq kimi başa düşülür. «Mifoloji lüğət»də xaosa belə izah verilir: «...xaos elə bir yerdir 

ki, özündə bütövü yerləşdirir. Əgər o, əsasında dayanmasa, nə torpaq, nə su, nə elementlər, nə də bütün 

kosmos yarana bilməzdi» [196]. Xaos - ibtidai insan üçün gizli halda mövcud olan bir başlanğıcdır. Onun 

nəzərində xaosdan başqa şeylər - yer, su, hava, ulduzlar, günəş və s. törəyib. İbtidai düşüncədə Ahuraməzda 

göy, torpaq, onun anası, od onun oğlu, su isə qızı hesab olunur. Azərbaycan kosmoqonik miflərində də 

kifayət qədər belə misallar vardır. Bu miflərdə daha çox bu fikir qabarıqdır ki, «Qabaqlar göy yerə yaxın 

idi», «Əzəli yer üzündə heş nə yoxuydu», «Yerlə göy bir-biri ilə göbəkbitişik imiş» [13]. Şumerlərin 

«Gilqamış, Enkidu və yeraltı səltənət» adlandırdıqları poemada göstərilir ki, əvvəllər yerlə göy bir olmuşlar 

(dual təşkilat quruluşunun tələbinə əsasən), bir çox allahlar yerin göydən ayrılmasına qədər mövcud olublar

ayrılandan sonra göy allahı An göylərə qalxıb, Enlil isə yerə enib [182]. Belə miflərdə bəhs olunan xaosa bir 

nizamsızlıq, hüdudsuzluq, sonsuzluq, məkansızlıq xas olur. Diqqət edilsə, xaosda dünya yaradıcısı olmaq 




ideyaları da gizlin halda 

yaşayır. «Lap qavaxlar allahdan başqa heç kim yoxuymuş. Yer üzü də başdan-ayağa suyumuş. Allah bı suyu 

lil eliyir. Sonra lili qurudıp torpax eliyir. Sonra torpaxdan bitkiləri cücərdir. Ondan sora da torpaxdan palçıx 

qəyirip insannarı yaradır, onlara uruh verir» [13]. 

Mifdən də göründüyü kimi, xaosun daxili məntiqinə iki keyfiyyət xasdır: 1) dağıtmaq; 2) yaratmaq. Bu 

keyfiyyətlər bir-biri ilə qarşılıqlı əlaqədə kainatın formalaşmasında iştirak edir. Elə misal gətirdiyimiz 

kosmoqonik mifdə də «nizamlayıcı kosmik başlanğıcla dağıdıcı xaotik başlanğıcın mübarizəsi» duyulur 

[13]. Qatmaqarışıq təfəkkür mifoloji təfəkkürün obrazlarda əks olunmayan, qeyri-anlaşıqlı bir hissəsi idi. 

Həm də mifoloji təfəkkürün ilkin formasını təşkil edirdi. Mifoloji təbiətdə ikili xarakter yarandıqca dünyanı 

xaos şəkildə təsəvvürdə canlandırmaq mümkün deyildi. Həm də mifoloji təfəkkür öz ilkin halından çıxıb 

daha anlaşıqlı sadə təfəkkür formasına çevrilirdi. Artıq bu təfəkkürə daha real obrazlar yaratmaq qismət 

olurdu. Bir yandan xəyalda huri-mələkləri, pəriləri xeyirxahlığın carçısı kimi obrazlaşdırır, digər tərəfdən 

div, təpəgöz, cin, şeytan və başqalarını isə şər qüvvələrin simvolu kimi yaradırdı. 

Mifologiya ibtidai cəmiyyətdə insanların sosial həyatını tənzimləməkdə xüsusi əhəmiyyətə malik olmuşdur. 

İnsanlar öz düşündüklərini obrazlaşdıraraq öz həyatlarını mövhumi qüvvələrdən asılı hesab etmiş və ilkin 

təsəvvürlərində haqlı olduqlarını zənn etmişlər. Odur ki, biz qədim insanların mifoloji həyat tərzini mifoloji 

qüvvələrdən ayrı hesab etmir, onun təsirindən doğan düşüncə sistemini də praktik fəaliyyət nəticəsi sayırıq. 

Əlbəttə, xalq öz mifologiyasını yaradanda onu quru sxematik şəkildə ortaya qoymur. Sözün bədii 

qüvvəsindən istifadə edərək yaratdığı obrazlara əzəmətlilik verir. Bu obrazların daha canlı, təsviri, bədii 

cəhətdən təsirli olması üçün bədii ifadələrdən yeri gəldikcə istifadə olunur. Həm də bu proses təkcə obrazın 

yarandığı dövrdə olmur, sonrakı dövrlərdə də yeni bədii təfəkkür materialından qaynaqlanaraq obrazın 

mifoloji-daxili aləmini üzə çıxarır. Biz belə hesab edirik ki, mifoloji yaradıcılıqda bədiilik iki istiqamətdə 

özünü göstərir: 

1.Mifoloji təfəkkürün sonrakı inkişafından doğan mifoloji şüurun poe- tikası. Bu, bir qədər mübahisəli 

görünə bilər. Mifoloji şüurun hansı bədii keyfiyyətləri ola bilər? İnsan dünyanı bədii fantaziyası ilə dərk 

etməyə çalışıb. Onun nəzərində günəş odlu təkərdir, o, ildırımı səma ilanı, buludu nəhəng quş kimi təsəvvür 

edib. Beləliklə, insan bu dərketmədə mifoloji metaforanın gücündən bəhrələnib. Mifoloji şüurun poetikası 

dedikdə təfəkkürdə formalaşan ilkin təsəvvürlərin sonradan cilalanaraq kulta, inanca çevrilməsinə qədər 

onun özündə formalaşan poetik keyfiyyətlər nəzərdə tutulur. Məsələn, dağ inamında hansı bədii siqləti 

görmək olar? Dağ insanı şər ruhlardan qoruyandır, dağ qayınatadır, dağ ucalıqdır və s. Beləliklə görürük ki, 

bu halda bədiilik forma olmayıb məzmunun özünə xas olan keyfiyyətdir. 

2. Poetiklik mifoloji şüurun yüksək formasını təşkil edən mif yaradıcılığında öz poetik həllini tapır. Burada 

biz xüsusi olaraq bədii şüurun rolunu qeyd etməliyik. Mif yaradıcılığında bədiilik mifin formaca gözəlliyi 

olub sonradan onun məzmununa hopur. Burada bədii ifadə vasitələrindən - təşbeh, metafora, paralellər, 

müqayisə və s.-dən istifadə olunur. Mif bütün bu xüsusiyyətləri ilə ibtidai cəmiyyətə təqdim edilir. 

Mifoloji obrazlar maddiləşdirilmiş şəkildə əsl reallıq kimi təsəvvür olunur, bədii obrazlar isə məcazi mənada 

başa düşüləndə onlar metafora və alleqoriyalar ilə ifadə olunmur, buna görə də miflər həmişə möcüzəli, 

fantastik, magik və sehrli şəkildə dərk olunur. Miflərdə heç bir dini simvol yoxdur, dində yüksəkAli 

Yaradana inam vardır, dünya və dini həyat bu inamın əsasında formalaşır (Allaha inam), özündə məişəti

əxlaqı, maraqları, adətləri, sirli möcüzələri və kultları ehtiva edir. Mifdə hər şey hissi şəkildə qavranılır. 

Çünki insan özünü təbiətdən ayırmamış, hər şey onun nəzərində canlandırdığı kimidir. Levi-Stross özünün 

«Mifoloji tədqiqatlar»ında «ibtidai məntiqə» oxşayan miflərin əxlaqi nəticəsindən danışır və qeyd edir ki, 

ibtidai qəbilənin əxlaqı özündə işarələr sistemini, şərti kodları, baxışlarını əks etdirir [216]. O bu barədə 

«Mifin strukturu» məqaləsində daha geniş danışmışdır [189]. 




Yüklə 372,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə