Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
  1   2   3   4   5   6   7   8   9   ...   18


“Mülki müdafiə” Fənni Üzrə  mtahan Suallarının Cavabları 

 

1.

Geofiziki  təhlükəli təzahürlər. Onların baş vermə səbəbləri. 



 

Zəlzələ-  ən  çox  dağıdıcı  qüvvəyə  malik,  ağılasığmaz,  idarə  olunmaz  təbbi 

fəlakətdir.  Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və 

yaxud  mantiyanın  üst  qatının  sürüşməsi  və  parçalanması  nəticəsində,  böyük 

məsafələrə elastik dalğavari ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və 

tez  yayılan  fövqəladə  hallara  aiddir.  Bu  zaman  ərzində  təxlyə  və  qabaqlayıcı 

tədbirlər görmək mümkün deyil. Zəlzələlərin tektonik, vulkanik, eləcə də uçqun və 

bəndlərin  yarılması  nəticəsində  meydana  çıxan  törəmə  zəlzələ  növləri,  sualtı 

zəlzələ, habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə 

toqquşması  nəticəsində  baş  verən  zəlzələ  növləri  olur.  Tarixdə  ilk  qeydə  alınmış 

zəlzələ  eramızdan  2050-  il  əvvələ  aiddir.  Son  500  il  ərzində  dünyada  zəlzələlər 

nəticəsində  4,5 milyon insan tələf olmuşdur. Titrəyişin gücü (balı) Rixter, Merkali 

və s. şkalaları üzrə müəyyən edilir.  



Vülkan  püskürmələri-  yer  qatının  kanalları  və  qatları  üzərində  yaranan,  yer 

üzərinə  lava,  kül,  zərərli  qazlar,  su  buxarı  və  dağ  cisimlərini  püskürən  geofiziki 

hadisəyə  deyilir.  Yer  üzərində  522  fəaliyyətdə  olan  vulkan  qeydə  alınlb  və 

bunlardan  20-40-ı  hər  il  püskürür.  Ən  çox  vulkan  ndoneziyada,  Yaponiyada, 

Mərkəzi Amerikadadır. Vulkanların püskürməsi zamanı əsas zədə yetirən faktorlar 

bunlardır:  közərmiş  lava,  qazlar,  tüstü,  buxar,  qaynar  su,  kül,  dağ  cisimlərinin 

qırıntıları,  partlayış  dalğası,  lil  və  daş  axınları.  Maqma  dedikdə,  yer  daxilində 

ə

rimiş,  yüksək  hərarətli,  son  dərəcədə  közərmiş  və  qazlarla  zəngin  olan  silikat 



maddə nəzərdə tutulur. Vulkan konusunun  zirvəsində  yerləşən kasa şəkilli və ya 

qıfa  bənzər  boşluğa  vulkan  krateri  deyilir.  Bəzən  vulkan  kraterləri  su  ilə  dolaraq 

krater  göllərinin  yaranmasına  səbəb  olur.  Vulkanın  püskürməsi  ilə  mübarizənin 

üsulları: 

-vulkanın vəziyyətini daim müşahidə etmək; 

-təhlükəli ərazidən əhalinin vaxtında köçürülməsi; 

-müdafiə bəndlərinin qurulması; 

-lava və lil daşlı axınlarının axması üçün xüsusi kanalların tikilməsi; 

-lavanın su ilə soyudulması; 

-yaralanmış insanlara ilk tibbi yardımın göstərilməsi.  

 

2.Geoloji təhlükəli təbii fəlakətlər. Onların baş vermə səbəbləri. 

Sürüşmə-  daimi  donma  zonasından  kənarda  təsadüf  olunan  və  adətən  dağ 

yamaclarında olan torpağın eroziyadan, suyun dağın ətəklərini yuması, yamacların 

titrəməsi  və  ya  əlavə  təsirə  məruz  qalması  nəticəsində  baş  verən  torpaq 

sürüşməsindən  ibarət  hadisədir.  Torpaq  axını  xarakterli  sürüşmələrin  eni  onlarla, 

uzunluğu  isə  yüzləriə  metr  ola  bilər.  Sürüşmələr  uzun  illər  boyu  tamamilə 

hərəkətsiz  qaldıqdan  sonra  qısa  müddətdə  fəallaşa  bilər  ki,  belə  hallarda  onların 

sürəti  saatda  onlarca  metrə  çata  bilir.  Axın  sürüşmələri  gilli,  qumlu,  yumşaq  sarı 

torpaqlı dağ  yamacları üçün səciyyəvidir və belə  torpaq qatlarını leysan  yağışları 

isladarkən  baş  verir.  Respublikamızda  ən  çox  sürüşmələrin  olduğu  yer  Bayıl 



zonasıdır.  Sürüşmələrin qarşısını almaq üçün görülən tədbirlərdən ən vacibi həmin 

ə

razilərdə çoxlu sayda ağacların əkilməsidir. 



Sel-  Çayların  məcrası  boyu  özü  ilə  çoxlu  (həcminin  10-15%-dən  artıq)  bərk 

material  (qum, çınqıl) gətirən və sıxlığı suyunkundan 1,5- 2 dəfə çox olan axındır. 

Sel hündürlüyü  20-40 sm olan dalğa şəklində saniyədə 20-30m sürətlə hərəkət edir 

və rast gəldiyi maneələrə hər kvadrat metrə onlarla ton güclə təsir göstərir. Sellərin 

80-90%-i  leysan  mənşəlidir.  Sel  axınları  yatağının  mailliyi  6-20  dərəcə 

hüdudlarında olan dağ dərələri üçün səciyyəvidir. Belə sellər adətən onlarla dəqiqə, 

nadir hallarda isə 4-5 saat davam edir. 

Qar uçqunları- Marxallar nisbi hündürlüyü 20-40 m-dən çox, mailliyi 25 dərəcə 

olan  sahələrdə  baş  verir.  Qar  uçqunlarının  sürəti  saniyədə  onlarla  metrə,  həcmi 

milyon  kub  metrə,  maneələrə  gostərdiyi  təzyiq  hər  kvadrat  metrdə  100  tona 

çatır.(0,5 t/m

2

 təzyiq qapı və pəncərələri qırır, 3 t/m



2

 taxta tikililəri, 100 t/m

2

 daş 


binaları dağıdır) Sutka ərzində qarın qalınlığı 30 sm-ə çatan hallarda külli surətdə 

iri  qar  uçqunları  təhlükəsi  meydana  çıxır.  Müdafiə  üsulları,  qar  yağmış 

hündürlükləri atəşə tutmaqdır. 

 

3.  Meteoroloji xarakterli təbii hadisələr. Baş vermə səbəbləri. 



Fırtına– Əsasən 9-11 bal arasında olub, böyük dalğaların əmələ gəlməsinə səbəb 

olur və güclü dağıdıcı gücə malikdir. 



Qasırğa  -Dolmuş  buludlar  arasinda  əmələ  gəlir.  Dairəvi  şəkildə  fırlanaraq  Yer 

səthinə  enir. Endiyi andan 30 m dərinliyində 40 -60 km məsafəni qət edə bilir. 

Qasırğalar sulu və alovlu olurlar. Sürətləri 1200 km/saata çata bilir.  Küləyin sürəti 

Bofort  şkalası  ilə  ölçülür.  Qasırğa  vaxtı  küləyin  ölçülmüş  ən  yüksək  sürəti  80 

m/san  (280  km/saat),  dağıntıların  kəmiyyətinə  görə  hesablanmış  sürəti  isə  110 

m/san-dən  artıqdır  (400  km/saat).    Burulğan  zamanı  isə  küləyin  ölçülmüş  sürəti 

115 m/san (420 km/saaat), dağıntılarına görə hesablanmış sürəti isə 300 m/san-dən 

(1000 km/saat-dan) artıüdır. Küləyin belə yüksək sürətə çatması üçün xüsusi yerli 

şə

rait olmalıdır, məsələn, qasırğa düzənliklər üzərində yaranır. 



Tufan  –Küləyin  sürəti  0  –dan  səs  sürətinə  qədər  ola  bilir.  1946-  cı  ilə  kimi  12 

ballıq  şkala  ilə,  1946-cı  ildən  isə  18  ballıq  şkala  ilə  ölçülür.  Tufanlar  əsasən 

atmosferdə  baş  verən  silklon  hadisələri  nəticəsində  yaranır.  Bu  zaman  küləyin 

sürəti 26- 31 m/san arasında olur.  Atlantik okeanında tufanların sürəti hətta 241,5 

m/san  –yə  çatır.  Küləyin  dağıdıcı  təsiri  onun  sürətindən  asılı  olur  və  şərti  olaraq 

ballarla belə ifadə edilir: 1 baldan kiçik, 18÷32 m/san – zəif dağıntılar törədə bilər; 

1 bal, 33÷49 m/san - mülayim; 2 bal, 50÷69 m/san – xeyli dağıdıcı; 3 bal, 70/92 

m/san – güclü dağıdıcı; 4 bal 98÷116 m/san – dəhşətli dağıdıcı. 



Dolu  –Atmosfer  yağıntılarının  bir  növüdür.  Bulud  daxilində  qar  topalarının 

hərəkəti  nəticəsində  yaranır.  Tərkibində  buz  kristalları  ilə  bərabər  soyuq  su 

damcıları olur və buz qatı ilə örtülür.  Ölçüsü 5mm-dən 55mm-ə qədərdir. 

 

4. Hidroloji və Dəniz hidroloji təzahürlər. Onların baş vermə səbəbləri. 

-suların yüksək səviyyəsi (daşqın, subasma); 

-yeraltı suların daşqınları (əsasən buzlar əriyən vaxt); 

-yağış daşqınları; 

-maneə və əngəllər (çay mənsəbində xırda buzların toplaşaraq sıxlıq yaratması); 



Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə