Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
  1   2   3   4   5   6   7   8   9   ...   38


________________Milli Kitabxana____________________ 

 
 
 
 


________________Milli Kitabxana____________________ 

 
  


________________Milli Kitabxana____________________ 

 
 
MƏMMƏD ARAZ 
 
 
 
 
 
 
SEÇİLMİŞ  
ƏSƏRLƏRİ 
 
 
 
 
 
İKİ CİLDDƏ  
II CİLD 
 
 
 
 
 
 
 
 
 
 
 
LİDER NƏŞRİYYAT"  
BAKI-2004  


________________Milli Kitabxana____________________ 

 
Bu kitab "Məmməd Araz. Seçilmiş əsərləri. Dörd cilddə" (Bakı, 
Ozan, 2003) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
Ön sözün müəllifi: 
Yaşar Qarayev 
 
 
Tərtib edəni:  
Gülxanım Fətəli qızı 
 
 
 
 
894.361'1 - dc 21 
AZE 
Məmməd Araz. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, "Lider nəşriyyat", 
2004, 232 səh. 
 
Bu kitabda Azərbaycanın xalq şairi Məmməd Arazın bir şair ömrünün müxtəlif dövrlərini 
əhatə edən  əsərlərindən seçmələr toplanmışdır. Canlı müşahidələrin təsiri ilə  qəlbin yaddaşına 
yazılan bu əsərlərin iki təməl daşı var: doğma təbiətə vaqiflik və ana dilinin bütün incəliklərinə 
bələdlik. 
Dilin əlvanlığı şirinliyi və oynaqlığından, poetik müşahidələrin dərinliyindən və itiliyindən, 
bəzən gümrah, bəzən də ağrılı-acılı düşüncələrin, bəzənsə küskün hisslərin vəhdətindən yaranmış 
bu poeziyanın məhvəri Vətən eşqi, vətəndaşlıq amalı, dünya haqqında həm nikbin, həm nigaran 
qənaətlərdir. 
 
 
 
 
ISBN 9952-417-22-3    
 
 
 
 
 
© "LİDER NƏŞRİYYAT", 2004 
 


________________Milli Kitabxana____________________ 

 
 
 
 


________________Milli Kitabxana____________________ 

 
 
 
 


________________Milli Kitabxana____________________ 

 
ƏLLİ İL YAŞADIM 
 
Əlli il! Bəsimdir orta bir Ömür,  
Taleyin hökmü də vaxtını bilir.  
Ulduzlar qocalır,  
Ulduzlar ölür, 
Mən nəyəm? Zərrənin milyonda biri. – 
 
 
Hələlik düşüncəm, qəlbim duyğulu, 
Kiməsə gəmiyəm, 
Kiməsə yükəm. 
Vay odu - olasan yataq yorğunu
Vay odu - vədinə Ölüm gecikə. 
 
Oddan qor götürür əllərim hələ,  
Küldə eşələnmək deyildir peşəm.  
Çoban çomağına yalmanıb hədər,  
Yalaq kənarında çöngüməmişəm. 
 
Özümdən özümə yol getdim bəzən,  
Köhnə bayatıdır çox dediklərim.  
Dibində su tapdım - şərbətə bənzər  
Keçəl yoxuşların, qozbel diklərin. 
 
Duruxmaq bilmədi yorğun köhlənim,  
Üzəngi itirdim cilov tapanda.  
Ömrüm də əsrimdə toz olar mənim  
Büküb öz əsrimi qoysam sapanda. 
 
Yox dərya üstündə qalam, qalacam,  
Dalğası dağ yıxan dərya kimiyəm.  
Nəyim töküləcək, nəyim qalacaq  
Əsəbi gərilmiş dünya kimiyəm. 
 
Söz sözə çarpanaq
Soz sözə özül, 
Yanğın söndürəndir söz yanacağı. 
 
 
  


________________Milli Kitabxana____________________ 

 
Dünyanın sözüdür, dünyanın özü, 
Dünyanın sonuncu dayanacağı... 
 
Əlli il yaşadım - orta bir ömür, 
Taleyin hökmü də vaxtını bilir. 
Ulduzlar qocalır, 
Ulduzlar ölür: 
Mən nəyəm? Zərrənin milyonda biri. 
 
1983 
  


________________Milli Kitabxana____________________ 

 
MÜBARƏKDİ, MÜBARƏK! 
 
Andım yoxdu - bu urvadı, bu duzdu.  
Andın varsa - quruşdan da ucuzdu.  
Bir uduşda bir taleyi, uduzdun,  
Qumarına: Mübarəkdi! - deyirəm. 
 
Söz süfrəmdə Günəş dilim, Ay dilim,  
Dərələrə qol paylayan çay dilim.  
Çox güvənib, çox ötüşdün, ay dilim,  
Qabarına: Mübarəkdi! - deyirəm. 
 
Dəli dalğa necə öpür qayanı!  
Eşqi öpür, hirsi çapır qayanı.  
Məhəbbətin donqar, çopur qayanı,  
Tumarına: Mübarəkdi! - deyirəm. 
 
Yenimlər də, dönümlər də yel atlı,  
Öz adından öz əhdinə yol atdın,  
Bir ürəkdə iki hökmə qol atdın,  
Qərarına: Mübarəkdi! - deyirəm. 
 
Bir də ömür o dəmlərə tuş olmaz,  
Səma olar, bulud olmaz, quş olmaz.  
Haray çəkib haraylara qoşulmaz  
Havarına: Mübarəkdi! - deyirəm. 
  
Pitsunda, 5 oktyabr 1983 
 
  
 
 
  


________________Milli Kitabxana____________________ 
10 
 
QARA DƏNİZ ŞƏRQİSİ 
 
Yer əlimdən, göy telimdən öpürkən, 
Mən Koroğlu, 
Vaxt dəyirman, 
Ömürdən... 
Bir doyumluq möhlət umdum ömürdən, 
Qara dəniz, heç şərqindən doymadım. 
 
Kimsə demiş: ağ yalmanlı göy atdı,  
Ürgə bilib boğazına ip atdım,  
Daş sahili sahilindən qopartdım,  
Qara dəniz, heç şərqindən doymadım. 
 
Bu məqamda çarpanaq daş kimiyəm
Qaşsız üzük, 
Üzüksüz qaş kimiyəm, 
Ağlıma yad, yada yaddaş kimiyəm, 
Qara dəniz, heç şərqindən doymadım. 
 
Şərqi doğar bu damazlıq dalğalar,  
Veysəl gözlü,  
Şəmşir sazlı dalğalar,  
Ömründə bir şüar yazdı dalğalar,  
Qara dəniz, heç şərqindən doymadım! 
 
Qucduğum qum, 
İtirdiyim dağ ləpə, 
Öz içimdə "olmaz" adlı bir çəpər, 
Öz içimdə "yox" doğacaq bir təpə... 
Qara dəniz, heç şərqindən doymadım. 
 
Pitsunda, 1983 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə