Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə1/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
  1   2   3   4   5   6   7   8   9   ...   54


 
 
 
 
 
 
M. MÜŞFİQ 
 
əsərləri 
 
1-ci cild 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
M.MÜŞFİQ 
 
Əsərləri 
 
2 cilddə 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
Tərtib edəni, redaktoru və müqəddimənin müəllifi 
 
GÜLHÜSEYN   HÜSEYNOĞLU 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
Müşfiq ənənəsi yaşayır 
 
Mikayıl Müşfiqi bütün nəsillərin müasiri edən, həmişə 
sevdirən onun ürəklən gəlmiş, səmimiyyətlə dolu poeziyasının 
xalq ruhu ilə bağlılığı, Azərbaycanımızı  böyük məhəbbətlə 
tərənnüm edib sevdirməsi, vətəndaşlığı, cazibə qüvvəsilə 
oxucuların qəlbini ehtizaza gətirməsidir. Səmimiyyətlə dolu 
pogziyası barədə şair özü müasirlərinə müraciətlə yazıb: 
 
Yazmaram ürəyim sizi anmasa, 
Sizin eşqinizlə alovlanmasa; 
Burdaca el durub məndən  sordu ki: 
Gözdən yaş çıxarmı ürək yanmasa? 
 
Qənçə açılarmı, bahar olmasa? 
Şölə titrəyərmi, rüzgar olmasa? 
Bu nəğmə ruhumdan qoparmı bilməm, 
Mənə ilham verən dostlar olmasa? 
 
Söz yox, ürəkdən yazdığındandır ki, ürəklərdə yaşayır 
Müşfiq. Axı bu onun bir şair kimi ən böyük arzusu idi: 
 
Hər kəs bilir həyatın sonu ölümdür, 
Ah bu qəmli dəyişmə yaman zulumdur. 
Şerim! Bu gülünc oyun bəllidir yarın, 
Sən də öl mənim kimi, fəqət məzarın olsun ürəklər! 
 
Vətəndaş  şairdi, cəsarətliydi, uzaqgörəndi Müşfiq. Milli 
musiqi alətlərimizdən olan tarın Maarif Komissarı Mustafa 
Quliyevin göstərişilə konservatoriyada tədris olunması qadağan 
ediləndə, «İnqilab və  mədəniyyət» jurnalı özünün 1929-cu il 
ikinci nömrəsindəki «Tar konservatoriyadan çıxarıldı» 
sərlövhəli xəbərində: «Azərbaycan  Dövlət Konservatoriyasını 


 

qüvvətləndirmək məqsədilə AXMK bir çox qərar qəbul 
etmişdir. Bu qərarlara görə  məcburi dərs kursu olan tarın 
öyrənilməsi konservatiriyanın bütün dərəcələrində  tədris 
planlarından götürülür və konservatiriya yanında olan Şərq 
orkestrosu ləğv olunur» yazanda Müşfiq sinəsini qabağa verdi:  
məşhur «Tar» şerini xalqına bəxş elədi,  tarın şöhrətini bir az da 
qaldırdı: 
 
Oxu, tar, oxu tar!… 
Səsindən ən lətif şerlər dinləyim. 
Oxu, tar, bir qadar… 
Nəğməni su kimi alışan ruhuma çiləyim. 
Oxu, tar! 
Səni kim unutar? 
Ey geniş kütləmin acısı, şərbəti- 
Alovlu sənəti. 
 
«Tar»  şeri vətəndaş  şairin uzaqgörənliyini göstərməklə 
bərabər, həm də sənətkar cəsarətini numayiş etdirən əsərdir: 
 
Çoxları üzünə durdular, 
Könlünü qırdılar. 
…Üstündən bir qara yel kimi əsdilər, 
Səsini kəsdilər. 
Daşlandı çəkənlər nazını, 
Beləcə qırdılar aşağın sazını. 
 
Müşfiq 20-ci illərin axırı, 30-cu illərin  əvvəlində 
klassiklərimizə etinasızlığı görəndə  qələmə sarıldı, «Yeni il» 
şerində dahi lirik haqqında ürək sözlərini bəyan elədi: 
 
Yazalım, özümüzü öyməyəlim,  
Füzuliyə dəyməyəlim. 
 
 

Axı Müşfiq  əsl varis kimi şifahi xalq ədəbiyyatımızı 
dərindən sevmiş, klassik ədəbiyyatımıza böyük məhəbbət 
bəsləmiş, bunların yaxşı  ənənələrindən həmişə öyrənməyin, 
yeni  şəraitdə onları davam və inkişaf etdirməyin  ən ardıcıl 
tərəfdarlarından olmuşdur. 
Müasirini özünü dərk edən, mühitinin hadisələrindən baş 
çıxaran, «xalqilə titrəyən, xalqilə gülən…» görmək istəyən 
Müşfiq «Alqış varlığını duyan insana!» misrasını heç də 
təsadüfi yaratmamışdı. Özünü dərk edən insanın  əzəli,  əbədi, 
nəcib sifətlərindən biri əməyə  məhəbbətdir. Məhz  əməyə 
bağlılıq insanı torpağı layiqilə dərk etməyə, ona səcdə etməyə 
gətirib çıxarır. Şairə görə əmək insana güc verir. İnsan gücü ilə 
yaşayışını asanlaşdırır, gözəlləşdirir. «Özündən alışan, özündən 
yanan, - hər sabah hamıdan erkən oyanan, iş başına qoşan» 
insanları şair bəxtiyar hesab edir. 
Milli musiqi alətlərimizin göz bəbəyi kimi qorunması və 
əmək mövzuları ilə yanaşı, M. Müşfiq insanın böyüklüyü, 
maarif, müəllim nüfuzu, səfil-sərgərdan həyat keçirən uşaqların 
himayəyə alınması, məktəblərə  cəlb olunması, qayğıkeşlik, 
qaynar gənclik və onun düzgün tərbiyə olunması, vətən və onun 
tanınmasında, yüksəlməsində iz qoyan şəxsiyyətlərin ucalığı, 
vətəndaşlığı, sənət və sənətkar, həyat eşqi, təkliyin acı aqibəti, 
təmiz, saf məhəbbəti, ülviliyi və s. məsələlər haqqında da 
yazmış, tutarlı poetik sözünü demişdir. 
 
Günlərim keçməyir ancaq əməklə, 
Xəyalım göyləri seyr eyləməklə 
Buludlar ömrümün karvanı olur, 
Fikrim o karvanın sarvanı olur. 
Sanıram ulduzlar həmvətənimdir, 
Demək, yer də mənim, göy də mənimdir, 
Hüzurumla cahan nə bəxtiyardır. 
 


 

Axırıncı misraya diqqət yetirək: insan yox, cahan insanın 
hüzurunda olmaqla özünü bəxtiyar saymalıdır. Bu, Müşfiq 
poeziyasında insana verilən qiymətin  ən böyük təzahürü deyil 
də bəs nədir? 
 
Füzuli yüksəldi 
             əsrinin fövqünə 
Sığmadı dəhası 
Bağdadın üfüqünə.    
*** 
O güldü-ağladı, ağladı-güldü, 
Gülüşü hıçqırdı, fəryadı güldü. 
Onun pərvazına pərvaz çatarmı? 
Güclü avazına avaz çatarmı? 
 
*** 
 
Altındaydı sözün səmənd atları, 
Çapanda titrərdi göyün qatları. 
O ki, söz atından tərpəndi düşdü,  
Sanki şerimizin bir bəndi düşdü. 
 
Bu misralar torpağımızın, mədəniyyətimizin, dilimizin 
inkişafında, tanınmasında müəyyən izləri, payları olan dahi 
sənətkarlarımız Füzuli, Sabir, Cəfər Cabbarlı kimi şəxsiyyətləri 
qabarıq  şəkildə  nəzərimizdə canlandırır, onları bir az da 
sevdirir. 
Yaxud onun Kefli İskəndərin dili ilə  Cəlil Məmməd-
quluzadə yaradıcılığının  şah damarını necə  də oxucular 
qarşısında nümayiş etdirdiyinə diqqət yetirək: 
 
«Ölüb – a!» – deyərək qışqırır cahan, 
Qalxmaz Fərhad kişi ağır yuxudan… 
Ac başım, dinc başım, səbr, təvəkkül, 
Çırpınmaq bilməyən xəstə bir könül… 
 

Qaranlıq qəlbimiz günəşə həsrət, 
Qurulmuş dirilik baxt üzərində, 
Basmış ruhumuzu kəsalət bizim, 
Vurur nəbzimizdə ətalət bizim. 
  
Ədəbiyyatın, sənətin bitib tükənməyə, tükənməyəcək, 
əzəli və bütün zamanlarda, dönə-dönəmüraciət etdikləri bəşəri 
mövzuda, məhəbbət mövzusunda Müşfiq də yazıb-yaratmışdır. 
Onun bu əsərlərində məhəbbətin səhri, ucalığı, sevdanın «sərin 
atəş»liliyi, ümid qapılarına dikilən baxışlar, sevən gəncin 
ürəyini dərindən tutub qoparan sevgilisinin gül əllərindən 
ərkyana giley-güzarı,  şikayəti, «hicran ümidinə» qalmaq, 
hicrandan nicat gözləmək, qısqanclığın qəlbi yaxıb-yandırması, 
qəlbdə fırtınalar qoparması, məhəbbətin neçə-neçə çaları, rəngi, 
acısı,  şirini öz ifadəsini tapmamışdırmı?! Emosional, musiqili
şairanə ifadəsini! «Bir də baxsan mənə» şerində belə bir bənd 
var: 
 
Baxışın qəlbimi incitmişdir, 
Bu baxışdan, bu duruşdan əl çək. 
Bir də baxsan mənə, iş bitmişdir; 
Bir də baxsan mənə, fikrim dönəcək. 
 
Az qala sevən gəncə demək istəyirsən: çox özündən 
demə, fikrin dönməyəcək, hələ sevdiyinin baxışı, duruşu sənin 
qəlbini çox incidəcək, sən də dözəcək, dözəcəksən. Başqa 
əlacın yoxdur. Axı sən sevirsən. Sevirsən! 
Qısqanclıq haqqında çox yazılıb, yazılır və yazılacaq. 
Müşfiqin lirik qəhrəmanı da sevdiyini qısqanır. Yaman 
qısqanır. Kimə? Nəyə görə? «Yenə o bağ olaydı!»  şerinə 
müraciət etsəniz bunu görərsiniz: 
 
Yenə o bağ olaydı, yenə o qumlu sahil, 
          Sular ötəydi dil-dil. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə