1
Avropa Konstitusiya Mәhkәmәlәri Konfransının XVII Kongresi
Hüquqların müdafiәsindә vә konstitusiya prinsiplәrinin tәtbiq edilmәsindә
Konstitusiya Mәhkәmәlәrinin yeri
I. Eksplisid vә impsilid konstitusiya prinsiplәrinin tәdbiqinin müәyyәn edilmәsindә
Konstitusiya Mәhkәmәsinin әhәmiyyәti.
1)
Konstitusiya Mәhkәmәsi vә ya konstitusiya nәzarәti sәlahiyyәtlәrinә malik
olan müvafiq orqan tәrәfindәn, konstitusiya nәzarәti qaydasında işә baxarkәn,
müvafiq konstitusiya prinsiplәrini (mәs. hakimiyyәtin bölgüsü prinsipi,
bәrabәrlik prinsipi vә ayrı-seçkiliyin qarşısının alınması, mütәnasiblik prinsipi vә
s.) tәtbiq edilirmi? Konstitusiya vә ya digәr hüquqi-normativ akt konstitusiya
hüququ üzrә qәbul edilmiş qәrarların mәnasını vә mәzmununu tәnzimlәyirmi?
Konstitusiya Məhkəməsi – Azərbaycan Respublikasının Konstitusiyası ilə onun
səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə
əsasən, Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan
Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələr, bu Qanun, adı Azərbaycan Respublikasının digər qanunları və Konstitusiya
Məhkəməsinin Daxili Nizamnaməsi təşkil edir.
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü
maddəsinə əsasən
Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası
Konstitusiyasının aliliyi,
müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətləri çərçivəsində
Konstitusiyanı, o cümlədən konstitusiya quruluşunun əsaslarından biri olan hakimiyyətlərin
bölünməsi prinsipini qoruyur. Məhkəmə konstitusiya mübahisələrinə baxır, müvafiq hüquqi
mövqelər formalaşdırır (o cümlədən hakimiyyətlərin bölünməsi prinsipinin həyata
keçirilməsinə dair), bu prinsipə şərh və təfsir verir, və bununla da onun həqiqi mənasını
müəyyən edir.
Konstitusiya Məhkəməsinin 2 mart 2000-ci il tarixli Qərarında, Konstitusiya
Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 7-ci
maddəsinin III hissəsinə görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin
bölünməsi prinsipi əsasında təşkil edilir. Hakimiyyətlərin bölünməsi prinsipi azad, müstəqil,
hakimiyyət qollarının mahiyyətcə fərqli hakimiyyət funksiyalarının yerinə yetirilməsini nəzərdə
tutur. Azadlıq təminatlarının qorunması və bununla da demokratiyanın özbaşınalıgla əvəz
olunmasının yolverilməzliyi belə bölgünün mahiyyətini təşkil edir. Hakimiyyətlərin bölünməsi
prinsipinin məqsədi hakimiyyətin bir qolu tərəfindən digərinin səlahiyyətlərinin
mənimsənilməsinə yol verməməkdən ibarətdir.
Qanunun aliliyi prinsipi Konstitusiya Məhkəməsinin fəaliyyətinin ümumi prinsipi olmaqla
yanaşı eyni zamanda, konstitusiya icraatının prinsipini təşkil edir. Onun mənası konstitusiya
icraatının hüquqa tabeliyindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və
konstitusiya icraatının iştirakçıları tərəfindən qanunun prioritetinin tanınmasından ibarətdir.
Qanunun aliliyi prinsipi konstitusiya prosesi çərçivəsində dövlətin Əsas Qanunu olan
Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin, yüksək hüquqi qüvvəsinin tanınması və
təmin edilməsi vasitəsi ilə həyata keçirilir.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə
dair” 20 may 2011-ci il tarixli Qərarında, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi
zəruri hesab edilmişdir ki, qanunverici orqan tərəfindən azadlıq hüququnun
məhdudlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin
ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə
riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması
2
beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, habelə “Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya
Qanunundan irəli gəlir.
Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi öz Qərarlarında beynəlxalq hüququn
mənbələrindən irəli gələn əsaslara daimi istinad edir.
Konstitusiya Məhkəməsinin Qərarlarının təhlili onu göstərir ki, öz hüquqi mövqelərinin
əsaslandırılması üçün Məhkəmə tərəfindən 20-dən artıq beynəlxalq hüquq aktlarından
istifadə olunub.
Onların arasında: 10 dekabr 1948-ci il tarixli “Ümümdünya insan hüquqları
Bəyannaməsi”; 16 dekabr 1966-cı il tarixli “İqtisadi, sosial və mədəni hüquqlar haqqında
Beynəlxalq Pakt”; 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq
Pakt; 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları” Konvensiyası; 4 noyabr 1950-ci il tarixli
“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Avropa Konvensiyası; 14
iyun 1992-ci il tarixli “Ətraf Mühit vә İnkişaf haqqında” Bəyannaməsi və digər beynəlxalq
aktlar.
Beynəlxalq hüquq normalarının Konstitusiya Məhkəməsi tərəfindən təcrübədə tətbiq
edilməsinin hüquqi əsasları mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının
148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir.
Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik
sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və
referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq
edilir.
Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyada
təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Azərbaycan Respublikası
Konstitusiyasının 12 və 71-ci maddələri).
Beləliklə, konstitusiya məhkəmə icraatının təcrübəsində beynəlxalq hüquq prinsiplərinin
tətbiq edilməsi konstitusiya səviyyəsində beynəlxalq müqavilənin ölkənin hüquq sisteminin
ayrılmaz tərkib hissəsi kimi tanınması ilə bağlıdır.
Eyni zamanda, öz qərarlarını əsaslandırarkən, Konstitusiya Məhkəməsi İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinin təcrübəsinə də müraciət edir.
Məsələn, 29 mart 2016-cı il tarixli Qərarda, Konstitusiya Məhkəməsi qeyd etmişdir ki,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, qanunilik prinsipi
onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər
əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun,
Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı
müdaxilə legitim məqsəd daşımalıdır.
2) Sizin yurisdiksiya çәrşivәsindә olan, konstitusiya prinsiplәrindәn hansı
orqanik (әsas) hesab olunur? Әsas prinsiplәri tәnzimlәyәn eksplisid normalar
Sizin Konstitusiyada mövcuddur? Әsas prinsiplәrin tәtbiqi tәcrübәsi
müvcuddurmu? Qeyd olunan prinsiplәrә Konstitusiya Mәhkәmәsi istinad
edirmi?
Konstitusiya prinsipləri dedikdə, Azərbaycan Respublikasının Konstitusiyasında əks
olunan və ya onun müddəalarından irəli gələn, dövlət fəaliyyətinin bu və ya digər növünün
əsas mahiyyətini müəyyən edən ümumi rəhbər və yekun müddəalar başa düşülməlidir. Bu
müddəalar qanunvericiliyin gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edirlər.
Məhkəmə hakimiyyətinin konstitusiya prinsiplərini Azərbaycan Respublikasının
Konstitusiyasında təsbit edilmiş normativ ümumiləşdirmənin yüksək dərəcəsinə malik olan