Microsoft Word neft mehsul emali docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
  1   2   3   4   5   6   7   8   9   ...   23


 

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  



AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

MAG STRATURA MƏRKƏZ  

 

Ə

lyazması hüququnda 



 

OCAQLI ELNUR SÜLT  oğlunun 

“NEFT MƏHSULLARININ EMALI ZAMANI YARANAN EKOLOJ  

PROBLEMLƏR VƏ DƏYƏN ZƏRƏR N HESABLANMASI” mövzusunda 

 

MAG STR  D SSERTAS YASI 

 

stiqamətin şifri və adı    60404  qtisadiyyat 



xtisasın şifri və adı         60404 Ətraf mühitin mühafizəsi 

 

 

Elmi rəhbər                                               Magistr proqramının rəhbəri 

 f.r.e.n. NOVRUZOVA F.                                   f.r.e.n. NOVRUZOVA F. 

 

Kafedra müdiri 

       dos. MEHD YEVA V.Z 



 

 

BAKI – 2016 


 

MÜNDƏR CAT 

 

G R Ş 

I FƏS L. ƏTRAF MÜH T N NEFT KARBOH DROGENLƏR   LƏ  

Ç RKLƏNMƏS  PROBLEM N N MÜAS R VƏZ YYƏT  

1.1. Ətraf mühiti daha çox çirkləndirən neftin fiziki və kimyəvi xassələri 

1.2. Ətraf mühiti neft karbohidrogenləri ilə çirkləndirən mənbələr 

1.3. Neft karbohidrogenləri ilə ətraf mühitin komponentləri arasında baş verən 

kimyəvi və biokimyəvi proseslər və onların ekoloji nəticələri 

II FƏS L. NEFT VƏ NEFT MƏHSULLARININ EMAL  

TEXNOLOG YASI, ALINAN MƏHSULLAR, YARANAN EKOLOJ   

PROBLEMLƏ

2.1. Neftin emala hazırlanması və çeşidlənməsi 

2.2. Neftin fiziki emalı prosesləri, alınan məhsullar, yaranan tullantılar 

2.3. Neftin kimyəvi emal texnologiyası, alınan məhsullar, yaranan tullantılar 



III FƏS L. NEFT EMALI VƏ NEFT-K MYA MÜƏS SƏLƏR N N  

Ə

TRAFMÜH TƏ GÖSTƏRD KLƏR  NEQAT V TƏS RLƏR N 



AZALDILMASIÜSULLARI VƏ ONUN  QT SAD  EKOLOJ   

Q YMƏTLƏND R LMƏ 

3.1.  Neft  məhsullarının  emalı  zamanı  ətraf  mühitdə  baş  verən  neqativ 

təsirlərin azaldılması üsulları 

3.2. Neft və neft məhsulları ilə çirklənmiş suyun və torpaqların təmizlənməsi 

üçün görülən tədbirlər 

3.3. Neftin emalı zamanı yaranan tullantıların ətraf mühitə neqativ təsirlərinin 

qiymətləndirilməsi 

NƏT CƏ 

Ə

DƏB YYAT 

 

 

 




 

G R Ş 

 

Mövzunun  aktuallığı.Məlum  olduğu  kimi  Azərbaycan  neftlə  zəngin  olan 

ölkədir. Respublikanın sosial-iqtisadi inkişafında neft müstəsna rol oynayır. Uzun 

illər  mütərəqqi  texnologiyanın  olmaması  və  neftə  olan  tələbatın  artması  ıtraf 

mühitin həddən artıq çirklənməsinə səbəb olmuşdur. 

XXI  əsrdə  baş  verən  elmi-texniki  tərəqqi,  məhsuldar  qüvvələrin  sürətlə 

inkişafı, istehsalın və əhalinin böyük şəhərlərdə məskunlaşması müsbət nəticələrlə 

yanaşı  kəskin  neqativ  nəticələrdə  doğurmuşdur.  Bu  gün  ölkənin  neft  emalı 

müəssisələrin  qarşısında  duran  başlıca  vəzifə  son  illərdə  qazanılmış  uğurları 

möhkəmləndirmək,  iqtisadiyyatın  və  əhalinin  neft  məhsullarına  olan  tələbatını 

ödəmək və eyni zamanda ətraf mühiti neft və neft emal məhsulları tullantılarından 

mühafizə etməkdən ibarətdir. 

Məlum  olduğu  kimi  Azərbaycan  neftinin  tərkibində  kükürdün  miqdarı 

çoxdur. Emal zamanı yaranan tullantı qazların tərkibi hidrogen-sulfid və kükürd 4-

oksidlə  zəngin  olur.  Belə  tərkibli  tullantılar  ətraf  mühitdə  böyük  neqativ  təsirlər 

yaradırlar. 

Müasir dövrün ən aktual problemlərindən biri də ətraf mühitin mühafizəsinin 

təmin  olunmasıdır.  Odur ki,  müxtəlif  texnoloji  qurğuları  olan,  yüksək keyfiyyətli 

məhsullar  istehsal  edən  müasir  neft  emalı  sənaye  müəssisələrinin  ətraf  mühitə 

etdikləri neqativ təsirlərin azaldılması üçün aparılan araşdırmalar və tədqiqat işləri 

magistr dissertasiya işinin mövzusunun aktuallığını bir daha təsdiq edir. 



Problemin  öyrənilmə  vəziyyəti.  Məlum  olduğu  kimi  ətraf  mühitə  edilən 

neqativ  təsirlərin  azaldılması  Azərbaycanda  həmişə  diqqət  mərkəzində  olmuşdur. 

Bu  problemin  tədqiqi  ilə  ölkəmizin  görkəmli  alimlərindən  N.A.Verdizadə, 

M.H. sgəndərov, B.C.Şıxəlizadə, A.C.Əhmədov, M.C.Atakişiyev, R.N.Nurəliyeva, 

A.S.Sadıqov,  .B.Xəlilov, Ə. .Babayev və başqaları məşğul olmuşlar. 

Tədqiqat  mövzusunun  bəzi  problemləri  T.A.Akimova,  B.B.Xeskin, 

M.X. şmiyarov,  A.P.Verevkin,  Y.M.Malışev,  V. .Karovkin,  L.V.Peredelskiy  və 

başqaları da araşdırmışlar. 




 

Mövcud  ədəbiyyatlarda  göstərilən  araşdırmaların  nəticələrini  azaltmadan 



aparılan tədqiqat işində ətraf mühitə edilən neqativ təsirlərin azaldılması üçün tələb 

olunan işlərin müəyyən hissəsi yerinə yetirilmiş, eyni zamanda neft məhsullarının 

emalı  prosesində  yaranan  tullantıların  ətraf  mühitə  vurduğu  iqtisadi  zərər 

hesablanmışdır. 

ş

in  məqsədi  və  vəzifələri:  Magistr  dissertasiya  işinin  başlıca  vəzifəsi  neft 

məhsullarının emalı prosesində yaranan tullantı qazların ətraf mühitə göstərdikləri 

neqativ  təsirləri  azaltmaq,  elmi  cəhətdən  əsaslandırılmış  təkliflər  işləyib 

hazırlamaqdan ibarətdir. 

Magistr  dissertasiya  işində  qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  üçün 

aşağıdakı məsələlərin həll edilməsi nəzərdə tutulmuşdur:  

  Ətraf  mühitin  neft  karbohidrogenləri  ilə  çirklənməsi  probleminin  müasir 



vəziyyətini araşdırmaq; 

 Azərbaycan neftinin tərkibi, fiziki və kimyəvi xassələrini araşdırmaq; 



 Neft karbohidrogenləri ilə ətraf mühitin komponentləri arasında baş verən 

kimyəvi və biokimyəsi prosesləri araşdırmaq; 

  Neft,  neft  emal  məhsullarının  və  onların  tullantılarının  torpağa,  su 



hövzələrinə  göstərdikləri  neqativ  təsirləri  araşdırmaq  və  neqativ  təsirlərin 

azaldılması üçün tədbirlərin görülməsi; 

  Neft  məhsullarının  emal  zamanı  yaranan  tullantı  qazların  ətraf  mühitə 



göstərdikləri  neqativ  təsirləri  azaltmaq  məqsədilə  təmizləyici  qurğuların  işinin 

təkmilləşdirilməsi; 

 ─  Neft  məhsullarının  emalı  prosesində  yaranan  tullantıların  ətraf  mühitə 

vurduğu iqtisadi zərərin hesablanması. 



Tədqiqat obyekti kimi ətraf mühiti neftin emal məhsullarının tullantıları ilə 

çirkləndirən neft emalı sənaye müəssisələrinin göstəricilərinə istinad edilmişdir. 



Tədqiqat işinin nəzəri-metodoloji əsasını mövzu ilə əlaqədar milli və xarici 

ölkələrin  ekoloq  və  kimyaçı  alimlərin  nəzəri-təcrübi  elmi  əsərləri,  ətraf  mühitin 

mühafizəsinə  aid  Respublika  Prezidentinin  fərman  və  sərəncamları,  Azərbaycan 

Respublikası Milli Məclisinin qəbul etdiyi qanunlar əsas götürülmüşdür. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə