Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
  1   2   3   4   5   6   7   8   9   ...   20


 

Əlşir Nəvai 

 

 

 

  

 

YEDDİ 

SƏYYARƏ 

 

 



 

 

 



 

1

 



 

 

Özbəkçədən tərçümə edəni 



Ələkbər  Ziyatay 

 

 



 

 

 



 

 

Nəvai Ə. 



Yeddi səyyarə (poemadan parçalar) 

Tərcümə edəni Ə. Ziyatay.  

 



 



TƏRTİBÇİDƏN 



 

Böyük özbək şairi Əlşir Nəvainin /1441-1501/ özbək və fars 

dillərində yazdığı bir sıra  əsərlər XX əsrin ortalarından 

Azərbaycanda dilimizə  tərcümə edilərək çap olunmağa 

başlamışdır. Təəssüf ki, bu mütəfəkkirin əsərləri külliyatı hələ 

tərcümə olunmağından küll halda oxucularımızın mütaliəsinə 

yetişməmişdir. Lakin sevindirigi haldır ki,dörd qəzəllər divanı 

onlarla nəzm və  nəsr  əsəri yazvn  Əlişir Nəvai irsinə başqa 

ölkələrdə olduğu kimi azərbaycanda da diqqət yetirilməyə 

başlamış, 1947ci ildə onun «Yeddi səyyərə» /Səbeyi-səyyar/ 

poemasından parçalar (şair Ələkbər Ziyatay tərəfindən tərcümə 

olunmuşdur) «Uşaqgəncnəşr» tərəfindən buraxılmışdır. Qeyd 

edim ki, «Yazıçı» nəşriyyatı həmin poemanın  daha mükəmməl 

nəşrini çap edərək 1979-cu ildə oxucuların mütaliəsinə 

vermişdir. «Yeddi səyyarə»-nin II nəşrinin yenidən yenidən latın 

əlifbası ilə çapı olduqca sevindiricidir. Tərcümə müəllifi 

Ə.Ziyatay vaxtı ilə tərcümə etdiyi I nəşrin üzərində işləyərkən 

onu kiçik düzəlişlərlə II nəşrə  də daxil etmiş, Azərbaycan 

oxucusunu yenidən özbək  şairi  Əlşir Nəvainin mənzum bir 

qələm məhsulu ilə tanış etmişdir. 

«Yeddi səyyarə» nin tərcümə olunmuş bir sıra misra və 

beytlərinə bizim tərəfimizdən cüzi düzəlişlər edilmişdir. 

 

Pof. Şahin Fazil  

Azərbaycan Yazıçılar  

Birliyinin üzvü  

 

3



P O E M A Y A   G İ R İ Ş 

 



 

SÖZÜN TƏRİFİ 

 

Səs-soraq yox ikən hələ çahandan, 

Cahanın sakini bəni-insandan, 

Nəqqaşlar nəqqaşı o pərvərdigar 

İstədi eyləsin bir nəqş aşikar. 

Yeddi Göy yaradıb çəksin yuxarı, 

Üfüqdə bənd etsin həmin tağları. 

Qatların birini mavi yaratsın, 

Başımız üstündə onu uçaltsın. 

«Ol!» deyə hökm etdi, bu bir gəlmədən 

Yarandı yerlə göy, dəniz, dağ, çəmən. 

Yoxluq varağında o nəqqaş xuda 

Müxtəlif naxışlar elədi peyda. 

Sözlə bu naxışlar olunça aşkar

Ünsiyyət yaratdı sözlə adamlar. 

Sözün barəsində bunu deyim ki, 

Bütün varlıqların o olub ilki. 

Söz əvvəl yaranıb, sonra məxluqat, 

Sözdən sonra gəlib bütün kainat. 

Taxtı da, donu da sözdür həyatın, 

İlki də, sonu da sözdür həyatın. 

Hər kəs ki, dünyada həyat tapıbdır, 

Bərk ayaqda sözlə niçat tapıbdır. 

Kimin ürəyinə vurmayıb nəştər 

Fəlakət çarçısı acı bir xəbər? 

Gücüylə heyrətə qərq edər səni. 




 

Geyimsiz-kecimsiz görünmür fəqət. 



Mey

-

 içmiştək üzü qızarıb yanır, 



Könül eyvanından nazla boylanır. 

Bə'zən də ayrılıb öz 

Keçib yiyəsinin dar boğazından 

Elə bir vəlvələ salar aləmə, 

Elə bir sədayla dolar aləmə 

Ki, onu dərk edən hər bir əhli-hal, 

Olar bu mənanın təsirilə lal. 

Bitir söz ağacı ruhun başında, 

Şirin bar yetişir hər budağında 

Candır gülüstanı hər bir 

Sözsə bülbülüdür o Gülüstanın. 

Bülbülün nəvası sözdür-şirin söz, 

Cəhcəhli avazı sözdür-şirin söz. 

Yerinə düşməyən söz tufan salar, 

Susar söz bülbülü, nəğməsiz qalar. 

Yarəb, bir nəzər sal söz bağçasına, 

Sən bülbül lisanı vermisən ona. 

Çatdır ucalığa sən bizim dili, 

Susmasın bu bağın şeyda bülbülü! 

Xüsusən, Nəvai binəvanı sən, 

Binəsib eləmə mərhəmətindən! 

Solub-saralmasın söz gülüstanı, 

Nəğməsinin səsi tutsun hər yanı! 

Sənət gülüstanı tər güllər açsın, 

Xoşavaz ilhamı könüllər açsın! 

Nurlandır şamını, saçsın gur işıq, 

Ətirli gülləri versin yaraşıq. 

Tə'bini sel eylə, qədrini ali, 

Coşdursun kəlamı obanı-eli! 

 

5



Artıb genişlənsin sənət gülzarı, 

Kirimək bilməsin şe'r quşları! 

Nəğməsi xoş olsun, sözləri şirin, 

Oxşasın qəlbini bütün ellərin! 




 



II 

 

Nəzmin   nəsrdən   üstünlüyü   barədə,   beş   xəzinə sahibləri 



Nizami  Gəncəvi  ilə Xosrov  Dəhləvinin tərifi və özümü onların 

yanında dənizin bir damlası günəşin bir zərrəsi hesab etməyim 

barədə söz. 

 

 



Söz can gülşənində meh olub əsər, 

Könul dənizində inciyə bənzər. 

Gümüş pullar kimi parlar əsl söz, 

Qəlp pulu tez seçər, tez ayırar göz. 

Sözdən yaradılmış hər bir əsəri 

İki qismə bölüb söz arifləri. 

Fərqini deməyə eləsəm əzm, 

Bir qismi nəsrdir, o birisi nəzm. 

Həzm nəsrə görə yaranır çətin, 

Hörməti ucadır, odur ki, nəzmin. 

Yaxşı sözlər olur elə ki zahir, 

Düzülür yan-yana sanki cəvahir. 

Nəzm ilə yazılmış təsirli əsər 

Bir sapa düzülmüş inçiyə bənzər. 

Artar parıltısı,  bil ki, yaqutun, 

Sağında, solunda dürr olsa onun. 

Ümman dürrü ilə mavi firuzə 

Yanında olanda xoş gələr gözə. 

Zərkər bu nizamı versə qaş-daşa 

Dünya heyrət ilə edər tamaşa. 

Nizama salmadan dürrü, qaş-daşı 

Töksə qabağına əgər bir naşı, 

Par-par parlasa da o ləl,  gövhər, 

Sapa düzülmüşə olmaz bərabər. 

İrili-xırdalı gövhər yığını 

Əvəz edə bilməz boyunbağını. 

 

7

Nəzm ilə nəsr də bu nisbətdədir, 



Onlardan hərəsi bir qiymətdədir. 

Tə'rif eləyənlər olsa da nəsri, 

Nəzmin nəsrə görə ucadır qəsri. 

Sözdə ki, həm ölçü oldu, həm ahəng, 

Nə şəkildə olsa, qəşəngdir, qəşəng. 

Hər şe'rə qəlbimdə varsa da  maraq, 

Məsnəvi yazmağa mailəm ancaq. 

Qalan şəkilləri saymasam da mən, 

Tanışdır onlarla hər şe'r sevən. 

Məsnəvi yazmağım münasib işdir, 

Çünki məsnəvidə meydan genişdir. 

Orda söz açsaq da yüz əhvalatdan, 

Hər şeyi aydınça anlayar insan. 

Orda rəqiblərin şe'r məçlisi 

Sənət dürlərilə mat qoyur bizi. 

Şe'r köhlənini yaxşı sürən kəs 

Eləyər fələyin köhlənilə bəhs. 

Onun-sonsuz səma yarış meydanı, 

On dörd geçəlik ay olar çovkanı. 

Bir kalamı gözəl, sözləri gövhər 

Şe'r meydanında göstərib hünər, 

Xərabə dünyada Gəncə əhlinə 

Bəxş edib beş yeni dolu xəzinə. 

Lələk qələmiylə o, ağ varaqda 

Çox inçə mə'nalar elədi peyda. 

Mə'na yox, hər sözü qənddi-şəkərdi, 

Mürəkkəbi sanki müşk-ənbərdi. 

Qəlblər bu şəkərdən şirinləşərdi, 

Canlar söz mülkünə əsir düşərdi. 

Belə vəhdətini müşk ilə qəndin 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə