Microsoft Word Proqramlasd?rma dill?ri v? Informatikabenovse doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix28.08.2018
ölçüsü0,68 Mb.
#65131
  1   2   3   4   5   6   7   8   9   ...   34


"Proqramlaşdırma dilləri və  nformatika" fənnindən imtahan cavabları. 

 

1.   nformasiya anlayışı, onun mövcudolma və təsvir formaları. 

 

nformasiya  ifadə  olunma  formasından  asılı  olmayaraq  insanlar,  canlılar, 

cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir  

nformasiya-latın  sözü  olub  (informatio),  baş  vermiş  hadisə  və  ya  fakt 

haqqında məlumat vermək  mənasını daşıyır. Informasiya ətraf  mühitin obyektləri 

və hadisələri, onların parametrləri və xassələri haqqında xəbərdir.  nformatikada bu 

xəbərlər verilənlər də adlanır. 

Ümumiyyətlə,  insan  informasiyanı  iki  yolla  ətraf  aləmdən  duyğu  üzvləri 

vasitəsilə  və  insan  beyninin  fəaliyyətinini  nəticəsi  kimi  əqli  mühakimələr 

ə

sasında alır. 



nformasiya təsvir olunmalıdır, daha doğrusu maddi ifadəsini tapmalıdır. 

Bu,  müxtəlif  üsullarla,  o  cümlədən  şifahi  və  yazılı  formada  əldə  edilir. 

Iqtisadi  informasiya  üçün  yazılı  təsvir  forması  xasdır,  idarəetmə  fəaliyyətinin 

həyata  keçirilməsində  şifahi  informasiya  məhdud  rol  oynayır.  Informasiyanın 

təsvir edilməsinin elementar vahidi siqnallardır: rəqəmlər, hərflər və digər işarələr. 

nformasiya  quruluş  vahidlərinin  təşkil  olunduğu  informasiya  siqnallarının  yazılı 

təsviri qeydiyyat adlanır. 

Qeydiyyat  müəyyən  maddi  mühitin  olmasını  tələb  edir.  həmin  mühit 

qeydedicilər və ya informasiya daşıyıcıları adlanır. Informasiya daşıyıcıları iqtisadi 

informasiyanın əsas təsvir formalarına aiddir. 

Qeydedicilərdən  əlavə  informasiya  indikatorlar  vasitəsilə  yazılış  formasında 

da  təsvir  edilir.  Onların  qeydedicilərdən  fərqi  ondan  ibarətdir  ki,  təsvir  edilən 

informasiya diskret hərf-rəqəm siqnalları ilə deyil, fasiləsiz siqnallarla göstərilir. 

Informasiyanın  yazılı  təsvir  edilməsi  üsullarından  biri  qrafik  üsuludur,  bu 

zaman  informasiya  həndəsi  fiqurlarla  göstərilir.  Qrafik  üsulundan  həm  iqtisadi 

informasiyanın  öyrənilməsi  üçün  həm  də  idarəetmə  işlərinin  aparılması 

təcrübəsində istifadə edilir. 

 

2.   nformatikada informasiya, verilənlər və bilik. 

 “ nformasiya”  latın  sözüdür.  Uzun  illər  ərzində  onun  mənası  müəyyən  təkamülə 

uğramışdır.  Əvvəllər  “informasiya”  dedikdə,  “təqdimat”,  “anlayış”,  “kontur”, 

sonralar  isə  “məlumat”,  “xəbərlərin  verilməsi”  başa  düşülürdü.  “ nformasiya” 

sözünün hamı tərəfindən qəbul edilmiş mənası olduqca elastikdir. Ona görə də son 

illərdə  alimlər  informasiyanı  “məlumatda  müəyyənlik  ölçüsü”  adlandırmışlar. 

Informasiya informatikanın öyrəndiyi başlıca predmetdir. Hətta yeni elm sahəsi –

informasiya  nəzəriyyəsi  yaranmışdır  ki,  bu  da  informasiyanın  yığılması, 

ötürülməsi, saxlanması və işlənməsi problemlərinə həsr edilmişdir. 

 



nformatikada  fakt,  məlumat,  xəbər  terminləri  çox  vaxt  “verilənlər”  sözü  ilə 

ifadə  olunur.  “Verilənlər”  texniki  vasitələrlə  (məsələn,  kompüterlə)  saxlanması, 

işlənməsi  və  ötürülməsi  üçün  formal  şəkildə  təsvir  olunan  (kodlaşdırılan) 

məlumatdır. “Verilən” termini latınca “datum” (fakt) sözündən yaranmışdır. Lakin 

verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-

dəqiq,  həqiqətdə  mövcud  olmayan  anlayışları  ifadə  edə  bilər.  Odur  ki,  verilənlər 

dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür. 

Verilənlər  ümumi  halda  ad,  qiymət,  tip  struktur  xarakteristikaları  ilə  təyin 

olunurlar. 

Verilənin adı onun mənasını (semantikasını) ifadə edir. 

 Verilənin qiyməti isə əslində verilənin özünü xarakterizə edir, çünki faktları 

bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi 

verilənlərinin  adları  ilə  qiymətlərinin  birlikdə  təsvirinə  imkan  verir.  Məsələn, 

“temperatur +30 dərəcədir” ifadəsində “+30” verilənin qiyməti, “temperatur dərəcə 

ilə” verilənin adıdır. 

Verilənlərin  tipi  xarakteristikasından  əsasən  proqramlaşdırmada  istifadə 

olunur.  Tipinə  görə verilənləri  4 qrupa  ayırırlar:  hesabı  (və  ya  rəqəm  tipli),  mətn 

(və ya simvol tipli), məntiqi və göstərici tipli verilənlər. Hesabı verilənlərdə qiymət 

rəqəmlə ifadə olunur (məsələn, boyu 174 sm). Mətn tipli verilənlərdə qiymət sözlə 

(simvollarla) ifadə olunur (məsələn “qırmızı rəngli”). Məntiqi verilənlərdə qiymət 

məntiqi  kəmiyyətlə  ifadə  olunur  (məsələn,  “ikinci  tək  ədəd  olması  yalandır”). 

Göstərici  tipli  verilənlərdən  isə  proqramlaşdırmada  yaddaş  ünvanları  ilə  işləmək 

üçün  istifadə  olunur.  Qeyd  edək  ki,  proqramlaşdırmada  verilənlər  həmçinin  say 

sisteminə, təsvir formasına görə də xarakterizə edilir. 

Qısa  izahatdan  göründüyü  kimi  “informasiya”,  “fakt”  (“məlumat”,  “xəbər”) 

və  “verilənlər”  anlayışları  bir-birinə  çox  oxşar  olsa  da  onlar  arasında  müəyyən 

fərqlər var. Buna baxmayaraq, informatikada bu anlayışlar eyni məna kəsb edirlər, 

yəni bu terminlər sinonim kimi qəbul olunur. Bunun əsas səbəbi ondan ibarətdir ki, 

kompüterdə  saxlanan,  işlədilən  (emal  olunan)  və  istifadəyə  çatdırılan  verilənlərin 

(faktların) informasiya daşıyıb-daşınmaması məsələsi istifadəçiyə aiddir. Beləliklə, 

informatikada ən çox işlədilən “informasiya” və “verilənlər” sözləri qarşılıqlı əvəz 

olunan anlayışlardır. 

 Bir  çox  hallarda  məlumat  və  informasiya  anlayışları  da  eyniləşdirilir. 

Doğrudan da əksər hallarda onların məna yükü eynidir. Bununla belə, məlumat və 

informasiya  anlayışlarını  bütün  hallarda  eyniləşdirmək  düzgün  deyildir.  Belə  ki, 

məlumat  informasiyaya  nəzərən  daha  geniş  anlayışdır.  Başqa  sözlə,  hər  bir 

informasiya  məlumat  olduğu  halda,  hər  bir  məlumat  informasiya  olmaya  bilər. 

Informasiya  məlumata  nəzərən,  daha  yığcam,  konkret  və  mükəmməl  olub, 

çevrilmə  obyektidir.  “Sözün  geniş  mənasında  informasiya  dedikdə  saxlanma, 

ötürülmə və çevrilmə obyekti olan məlumat başa düşülür”(F.D.Fesenko). 

Informasiya  insana  onun  hissi  qavrayışları  və  təsəvverləri  sayəsində  çatır. 

Informasiya bütün hallarda mənbə və istehlakçının (qəbul edənin) mövcudluğunu 

nəzərdə tutur. 

Ə

traf  mühitdən  əldə  edilən  informasiya  dərk  edilir  və  yadda  saxlanır.  Bu 



informasiyanın  yaddaşda  toplanması  nəticəsində  bilik  yaranır.  Dərketmə  prosesi 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə