Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
  1   2   3   4   5   6   7   8   9   ...   27





 

3

 



 

 

 

 



 

 

 



 

 

 

 

 

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət 

Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə tərcümə edilmiş və 

çap olunmuşdur. 

 

 

 


 

4

Ön söz 

Ermənilərin Dağlıq Qarabağı ələ keçirmək cəhdləri gəlmə və torpaqsız xalqın ərazi iddialarının tərkib hissəsidir. 

Müxtəlif ölkələr gəlmə xalqların bu cür iddiaları ilə  dəfələrlə rastlaşmışlar. Bu tarix üçün yeni bir hadisə deyildir. 

Ermənilər də Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşamamış, bu ərazilərə sonradan və tədricən başqa ölkələrdən 

gəlmiş  və yaxud gətirilmişlər.

 

Qarabağda həmişə Azərbaycan tayfaları yaşamış  və bu ərazi Azərbaycan dövlətlərinin 



tərkibində olmuşdur. Qarabağ hər dövrdə bütöv ərazi vahidi olmuşdur. “Dağlıq Qarabağ” ifadəsi isə XX yüzillikdə Sovet 

Rusiyasının  rəhbərliyi tərəfindən uydurulmuşdur. Qarabağ əraziləri qədim dövrdə “Arsax” adı ilə (“Arsax” sözü qədim 

türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir) Albaniya dövlətinin (e.ə.IV-

e.VIII  əsrlər) tərkibində olmuşdur. Albaniya dövləti müasir Azərbaycan Respublikasının  ərazisi də daxil olmaqla daha 

geniş torpaqlara malik idi. Albaniyanın qərb sərhədləri Göyçə gölündən keçməklə indiki Ermənistan deyilən  ərazilərin 

böyük hissəsini əhatə edirdi. O dövrdə bu ərazilərdə erməni elementləri yox idi. Arsax-Qarabağ əraziləri daha sonra Ərəb 

Xilafətinin, bu dövlətin süquta uğramasından sonra isə Azərbaycan dövlətlərinin-Sacilər, Rəvvadilər, Eldəgizlər, 

Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilərin və Qarabağ xanlığının tərkibində olmuşdur. Qarabağ xanlığı 1805-ci il may ayında 

Rusiya imperiyası  tərəfindən işğal edilmişdir. Bu işğal kiçik fasilə ilə (1918-1920-ci illər Azərbaycan Demokratik 

Respublikası dövrü istisna olmaqla) 1991-ci ilə  qədər davam etmişdir. 1918-cı ildə yaranmış Azərbaycan Demokratik 

Respublikasının müstəqilliyi, Qarabağ da daxil olmaqla ərazi bütövlüyü və süverenliyi dünya birliyi, konkret olaraq, Paris 

Sülh Konfransı  tərəfindən tanınmışdır. O dövrdə Qarabağ  bəzi mübahisəli  ərazilərin içərisinə daxil olmamışdır. Həmin 

vaxt Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan qərb sərhədləri 2300 il əvvəl Albaniya dövlətinin dönəmində 

olduğu kimi yenə də Göyçə gölündən keçirdi. İndi ermənilər Azərbaycanın tarixi torpaqlarını zəbt edərək Göyçəni daxili 

göllərinə çevirmiş, adını da dəyişərək “Sevan” qoymuşlar.  

Ermənilərin Cənubi Qafqaza gətirilməsi tədricən baş vermiş  və Kiçik Asiyadan keçmişdir.  İlk erməni (onlar 

özlərini hay adlandırırlar) dəstələri e.ə.VII-VI  əsrlərdə Balkanlardan Kiçik Asiyaya, müasir Türkiyənin  şərq 

vilayətlərindən birinə az miqdarda gətirilmiş və onlardan bir sıra təsərrüfat işlərində, əsasən də tikintidə qul kimi istifadə 

olunmuşdur. Tanınmış ermənişünas alim H.Adons yazırdı: “Kimmeri tayfaları b.e.ə. VIII əsrdə Balkanlara, Frakiya 

vilayətinə  gəldilər. Burada onlar ermənilərin  əcdadları ilə rastlaşdılar və özləri ilə götürüb Kiçik Asiyaya apardılar”. 

Tədricən çoxalan ermənilər həmin ərazilərdə bir neçə dəfə xırda dövlət qurumları yaratmağa cəhd etmiş, lakin davamlı bir 

qurum yarada bilməmişlər. Ermənilər nisbətən yaxın və uzaq ərazilərdə Manna, Urartu, Midiya, Assuriya kimi dövlətləri 

görür, onlara uyğun bir qurum yaratmağa çalışır, lakin heç nəyə nail ola bilmirdilər. Ermənilərin gəlib məskunlaşdığı 

ərazilər müxtəlif vaxtlarda həmin dövlətlərin bu və ya digərinin tərkibinə daxil edilirdi. Azərbaycan Albaniyası  və 

Atropatena dövlətlərinin meydana gəlməsindən (e.ə. IV əsr) xeyli sonra, e.ə. II əsrdə ermənilər də Kiçik Asiyada, Van 

gölünün sahillərində özlərinin kiçik bir dövlətlərini qura bildilər. Bu dövlət heç bir ciddi rola malik olmamış, yalnız e.ə. I 

əsrin 80-ci illərində güclənmiş  və bir sıra qonşu  əraziləri, o cümlədən, Atropatenanı  və Azərbaycan Albaniyasının bir 

hissəsini zəbt etmişdir. Bu vəziyyət təxminən 10 il davam etmişdir. Bu erməni dövləti e.ə. 66-cı ildə Roma qoşunlarının 

zərbələri altında darmadağın oldu. Ermənilər zəbt etdikləri əraziləri tərk edərək yenidən Van gölünün ətrafına qayıtdılar. 

Sonradan ermənilər bu on illik işğal mərhələsini “Böyük Ermənistan” dövrü adlandırmağa başladılar. Bu məntiqlə 

Azərbaycan varisi olduğu Manna, Midiya, Albaniya, Atropatena dövlətlərinin on il yox, yüzillərlə  əldə saxladığı geniş 

ərazilərə indi iddia irəli sürə bilər. Və yaxud həmin dövrdə dövlətləri olan hər hansı xalq da bu cür iddialarla çıxış edə 

bilər. Xöşbəxtlikdən xəstə təxəyyüllü ermənilərdən başqa bu heç kəsin ağlına gəlmir. Bu hadisələrdən sonra ermənilərin 



 

5

öz dövlətlərini yaratmaq cəhdlərinə son qoyulur. Ermənilərin yaşadıqları  ərazilər bu və ya digər dövlətlərin nəzarəti 



altında olur. Lakin bu müharibələrin digər nəticəsi olaraq erməni tayfaları qonşu ərazilərə yayılmağa və həmin yerlərdə 

məskunlaşmağa başlayırlar. Konkret tarixi faktlar olmasa da, istisna deyil ki, həmin dövrlərdə az sayda erməni ünsürləri 

Azərbaycanda da məskunlaşmışlar. Yerli türk əhalisi onlardan inşaat və digər işlərdə istifadə edirdilər.  

Ərəb Xilafəti dövrünə, Islamın Azərbaycana gəlişinə  qədər Arsax-Qarabağ  ərazilərində yalnız yerli əhali–Alban-

Azərbaycan tayfaları yaşamışlar. VII əsrdə Arsax-Qarabağ  əhalisinin böyük əksəriyyəti islamı  qəbul etmişdir. O vaxta 

qədər burada xristianlıq və atəşpərəstlik mövcud idi. Xristian əhalisinin cüzi bir hissəsi dağlara çəkilərək öz dinini 

saxlamışdır. Onlar alban və digər tayfaların nümayəndələri idilər. Həmin dövrdə erməni dövləti mövcud deyildi, lakin 

xristianlığın qriqorian məzhəbində olan erməni kilsəsi fəaliyyətini davam etdirirdi. Arsax-Qarabağın dağlara çəkilmiş 

yerli alban-xristian əhalisi ilk vaxtlar yalnız öz kilsələrində ibadət edir, dini baxımdan alban kilsə  ənənələrini davam 

etdirirdilər. Lakin qonşu xristian gürcülərlə  məzhəb fərqləri olduğuna və bütövlükdə xristian dünyası ilə  əlaqələri 

kəsildiyinə görə bu Azərbaycan-alban tayfaları tədricən erməni kilsəsinin təsiri altına düşür, əvvəl qriqorianlaşır, sonra isə 

erməniləşirlər. Bütün bunlara baxmayaraq, Qarabağın dağlıq hissəsinə çəkilmiş Azərbaycan-alban tayfaları uzun müddət 

özlərinin etnik mənsubiyyətini, dini müstəqilliyini qoruyub saxlamış  və XIX əsrin ortalarına qədər rəsmi sənədlərdə 

özlərini alban milləti və alban kilsəsinin nümayəndələri kimi təqdim etmişlər. Arsax-Qarabağ (XIII əsrdən Qarabağ adı 

işlədilir)  əhalisinin böyük əksəriyyəti yerli türklərdən ibarət olmuş  və müxtəlif Azərbaycan dövlətlərinin tərkibində bu 

əyalət yerli nəsillərə  mənsub hakimlər tərəfindən idarə olunmuşdur. Dağlara çəkilmiş xristian əhali isə  həmişə bu 

hakimlərə tabe olmuş, lakin dini əlahəddəliklərini qoruyub saxlamaq üçün müəyyən özünüidarə qurumlarına malik 

olmağa çalışmışlar. Azərbaycanın Sacilər və Atabəylər dövlətləri IX-XIII əsrin əvvəllərində faktiki olaraq ölkəni siyasi 

cəhətdən birləşdirmişdilər. Lakin eyni zamanda xristian albanlara öz dini fərqlərini qoruyub saxlamaq üçün özünü idarə 

qurumları yaratmağa da imkan verirdilər. Bu vaxt ərzində xristian albanların yaratdıqları qurumlar alban Mehranilər 

nəslindən olan Həsən Cəlalın (müsəlman ölkəsində yaşadıqlarına və bir çox müsəlman adətlərini qəbul etdiklərinə görə, 

onlar xristian olmalarına baxmayaraq müsəlman adları da götürürdülər) dövründə (1215-1261-ci illər) daha yüksək inkişaf 

həddinə çatdı. Xaçın knyazlığı adlandırılan bu qurum mərkəzi Azərbaycan hakimiyyətinə tabe idi. Həsən Cəlalın nəsli 

Azərbaycan hakimiyyətinə həmişə sədaqətlə xidmət etmişdir. Bu xidmətlərinə görə Azərbaycan Qaraqoyunlu hökmdarı 

Cahan şah onlara “məlik” (türk dilində “mülk sahibi” deməkdir) titulu vermişdir. Azərbaycan Səfəvi dövlətinin dövründə 

(1501-1736-cı illər) yerli özünüidarə qurumları ləğv edilmiş, bəylərbəylik inzibati-ərazi sistemi yaradılmışdır. Belə ərazi 

vahidlərindən biri Qarabağ bəylərbəyliyi adlanırdı. Qarabağ bəylərbəyliyi 7 sancaq və 36 nahiyədən ibarət idi, yəni hər 

hansı özünü idarəetmə qurumu nəzərdə tutulmurdu. Bu vəziyyət XVIII əsrin birinci yarısına qədər davam etmişdir. Bu 

dövrdən başlayaraq Rusiya hökuməti Azərbaycanda yaşayan xristian əhalidən öz məqsədləri üçün istifadə etməyə 

başlayır. Bu siyasətin əsasını işğalçı niyyətlərini gizlətməyən I Pyotr qoyur və ondan sonra həmin siyasət davam etdirilir. 

Rusiya hökmdarları Qarabağın dağlıq hissəsindəki qriqorianlaşmış albanları erməni kimi təqdim etməyə çalışır və onları 

bu adı öz üzərlərinə götürməyə şirnikləndirirdi. Lakin bu qədim Azərbaycan əhalisi öz adını dəyişməyə həvəs göstərmirdi.  

Səfəvi dövlətinin süqutundan (1736-cı il) və Nadir şahın qısa müddətli hakimiyyətindən sonra Azərbaycanda gərgin 

və mürəkkəb siyasi vəziyyət yarandı. Nadir şah özü siyasi məqsədlər üçün alban məliklərindən istifadə etməyə başladı. 

Qarabağın dağlıq hissəsindəki özünüidarə qurumlarının fəaliyyəti yenidən canlandırıldı. Vaxtilə  Həsən Cəlalın nəslinin 

davam etdirdiyi Xaçın knyazlığının yerində 5 yeni özünüidarə qurumu-məlikliklər yaradıldı. Nadir şah Qarabağın 

tanınmış türk nəsillərinin nüfuzunu zəiflətmək və onu şah kimi tanımaq istəməyənlərin müqavimətini sındırmaq üçün bu 

məliklərdən istifadə etmək istəyirdi. Bu beş yeni özünüidarə qurumlarından Dizaq məlikliyi indiki Ermənistan ərazisindən 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə