Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə1/119
tarix26.03.2018
ölçüsü2,75 Mb.
#34699
  1   2   3   4   5   6   7   8   9   ...   119


Hacı Əhməd-Cabir Hacı  smayıl oğlu 

(Prof. Əhmədov Əhməd-Cabir  smayıl oğlu) 

Ə

məkdar müəllim 



 

 

 

“QURAN -KƏR M”DƏ  

Q DA MƏHSULLARI  

VƏ  

SLAMDA Q DALANMA 

(Türk, rus və ingilis dillərində xülasə ilə yenidən 

işlənmiş ikinci nəşr) 

 

 

 

Oxuculara halal qida və sağlam həyat arzusu ilə 

 

Möhtərəm _____________________________ 



 

Hormətlə ______________ Hacı Əhməd-Cabir  

 

 

 

 

 

 

B A K I – 2 0 1 5 



 

2

Məsləhətçi:  Hacı Salman Musayev 



Qafqaz Müsəlmanları  darəsinin sədr müavini-müfti 

 

Rəyçi: prof. Hacı Məmmədhəsən Meybullayev 

 

 Əhmədov  Əhməd-Cabir  smayıl  oğlu.  “Qurani- 



Kərim”də  qida  məhsulları  və  islamda  qidalanma. 

Bakı, “Çaşıoğlui”  2015. 400 səh. 

 

Kitabın  yazılmasında  “Qurani  Kərim”in  100-dən  çox  ayə-



lərindən,  Peyğəmbərimizin  (s.ə.v.)  hədislərindən,  imamların  və 

dahilərin  kəlamlarından,  bir  çox  mənbələrdən  (kitablardan)  və 

dövrü  mətbuatda  rast  gəldiyim  materiallardan,  eləcə  də,  müəllifin 

qida  məhsullarının  əmtəəşünaslığına  və  texnologiyasına  həsr 

olunmuş onlarla kitablarındakı məlumatlardan istifadə olunmuşdur. 

Kitabda su, süd, ət, yumurta, balıq, zeytun yağı, çörək, meyvə-

tərəvəz, bal, şəkər, sirkə, xörək duzu və digər qida məhsullarından 

müsəlmanların  istifadə etmələrinin  islam dininin tələblərinə  uyğun 

olaraq  geniş  izahı  verilmişdir.  Eyni  zamanda  qida  qəbulu 

mədəniyyəti, yeyib-içmək ədəbi, islamda və müasir dövrdə səmərəli 

qidalanmanın  əsas  prinsipləri  kitabda  öz  əksini  tapmışdır.  Kitabda 

Ramazan orucunun mənası, tarixi, orucluğun insan sağlamlığı üçün 

ə

həmiyyəti,  oruc  tutmağın  islami  qaydaları  haqqında  da  ətraflı 



məlumat  verilir.  Kitabda  şərabın  haram  olması  və  siqaretin  insan 

orqanizminə zərəri haqqında məlumatlar da öz əksini tapmışdır. 

Kitabda Quran ayələrindəki qida məhsullarına həsr olunan Allah 

kəlamlarına istinad edildiyindən oxuculara məsləhətimiz budur ki, bu 

kitabı natəmiz yerlərə qoymasınlar. 

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 



 

əlliflik hüququ qorunur və kitabın 

icazəsiz nəşr olunması qadağandır 

 

 

© Əhməd-Cabir, 2013 

© Əhməd-Cabir, 2015 

 


 

3

Qafqaz  Müsəlmanları  darəsinin  sədr 



müavini  –  müfti  vəzifəsində  çalışş 

(aprel 1969 – fevral 1986) atam Hacı 

smayıl  Hacı  Qədir  oğlunun  əziz 

xatirəsinə ithaf edirə

 

 



SÖZ ÖNÜ 

 

B SM LLAH R-RƏHMAN R-RƏH M 

(Rəhimli, Mərhəmətli Allahın adı ilə

 

Allaha həmd olsun, şükür Ondadır, tərif Onundur, 



fəzilət sahibi Odur, mərhəmət Onun əlindədir, səna və 

ehsan  da  Onun  ünvanınadır.  Mən  şəhadət  verirəm  ki, 

Ondan başqa Tanrı yoxdur, Ondan başqa Rəbb yoxdur. 

Mən  iqrar  və  etiraf  edirəm  ki,  O,  Muhəmmədi  (Ona 

Allahın  salavatı  (xeyir-duası)  və  salamı  olsun-  (s.ə.v.) 

huda  yolu  (doğru  yol)  və  haqq  dini  ilə  göndərmişdir. 

O, gələn vəhyləri bizə çatdırmış, millətə möhtac olduq-

larını  öyrətmişdir.  Allahın  ən  ülvi  salavatı,  ən  kamil 

salamı  ona  və  onun  ailəsinə,  onun  bütün  səhabələrinə 

(tərəfdar, silahdaş) və ardıcıllarına ünvanlanmışdır. 

Kitab bəşər maarifi və mədəniyyətinin tərəqqi və tə-

kamülü  yolunda  lazım  olan  bütün  xüsusiyyətlərə  malik 

olmaqla insan fikrini daşımaqda, onu başqalarına çatdır-

maqda və mədəniyyətin yüksəlişində mühüm rol oynayır. 

Ş

übhəsiz  ki,  islam  təfəkkürü  və  mədəniyyəti  zən-



gin qaynaqlara və real dünyagörüşünə malik olduğuna 

görə, insan təfəkkürü və fikrinin ən üstün və mütərəqqi 

düşüncələrindəndir. 

Biz  bu  həqiqətə  vararaq  və  bu  gerçəyi  dərindən 




 

4

başa  düşdükdə  imkan  daxilində  bu  böyuk  işdə  (islam 



düşüncəsini  insanlara  çatdırmaqda)  şərik  olub,  bu 

yolda  səy  göstərib  çalışmaq  istədik.  Bu  böyük  islam 

işində  qadir  Allahdan  izin,  kömək  və  müvəffəqiyyət 

diləyirik. Həqiqətən, O, duaları qəbul edəndir.  

nsanlar uzun illərdən bəri öz təlabatlarını ödəmək 

üçün  müxtəlif  qida  məhsulları  ilə,  o  cümlədən  ovlan-

mış  heyvan  əti,  yabanı  dənli  bitkilər  və  meyvə-

tərəvəzlərlə  qidalanmışlar.  nsan  orqanizmi  qidalan-

madan  uzun  müddət  yaşaya  bilmədiyi  üçün  hələ 

qədimdən bizim əcdadlarımızın əsas məqsədi müxtəlif 

qida  məhsullarını  əldə  etmək,  onları  yeniləşdirmək, 

təkmilləşdirmək və insan qidası üçün zərərsiz olmasını 

müəyyənləşdirmək  qayğısı  olmuşdur.  Lakin  tarixdə 

insanların  sağlam  və  səmərəli  qidalanmasına  mane 

olan bir çox təbii fəlakətlər, quraqlıq, subasma və digər 

hadisələr insanların düzgün qidalanmasına da, şübhəsiz 

təsir etmişdir. Dünyanın ayrı-ayrı bölgələrində insanlar 

təbiətin  onlara  bəxş  etdiyi  məhsullarla  qidalanmışlar. 

Lakin həmin məhsulların heç də hamısı insan sağlam-

lığı  üçün  yararlı  olmamışdır.  Xüsusən  isti  iqlim şərai-

tində  tez  xarab  olan  məhsullar  insan  səhhətinə  mənfi 

təsir göstərmişdir. 

nsan səhhətinin ən mühüm amilini təmiz və key-

fiyyətli,  yüksək  qidalılığa  malik  və  sağlamlığa  uyğun 

qida  məhsulları  təşkil  edir.  Allah  Təbarəkə  Təala  in-

sanlara, xalqlara yeməklərin halal və haram olması ba-

rədə  Səmavi  kitablarda  müəyyən  ayələr  buyurmuşdur. 

Allah tərəfindən Cəbrayıl (ə) vasitəsilə islam Peyğəm-

bərinə (s.ə.v.) nazil olan “Qurani-Kərim”də buyrulmuş 

ayələrin  və  kəlamların  çoxu  müasir  elmi  biliklərlə 

sübuta yetirilmişdir.  



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə