Microsoft Word Ramiq Muxtar doc



Yüklə 397,15 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü397,15 Kb.
#73292


 

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 

NAZİRLİYİ 

 

F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI  

ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 



 

 

      



 

  

 

 

 

Şair-dramaturq Ramiq Muxtarın anadan  

  

olmasının 70 illik yubileyi  münasibətilə                  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Nəğməkar şair 

 

 

 

 

 

 

(metodiki vəsait) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

       Bakı-2012 

 

 



I. Həyat və yaradıcılığı 

 

 



 

 

 



 

 

Bir əqidəm, bir amalım, 



Bir işıqlı yolum vardır. 

O yol böyük Vətən dərdim, 

Azadlığın şüarıdır. 

 

 



 

 

 



Şairin böyüklüyünü təmin edən  əsas cəhətlərindən biri də onun xalqa 

bağlılığındadır. Xalqın  əsrlərdən bəri yaratdığı qiymətli sənət incilərindən istifadə 

etməyən, xalq yaradıcılığından qidalanmayan şair və yazıçının heç bir əsəri,  şeiri 

uzun ömürlü ola bilməz. Sevimli şairimiz Ramiq Muxtarı insanlara sevdirən  əsas 

cəhətlərdən biri də  məhz onun xalq həyatını  dərindən öyrənməsi, onun arzu və 

istəklərini öz əsərlərində əks etdirməsidir.  

Şeirimizin ağsaçlı  ağsaqqalı Ramiq Muxtarın poeziyasının beşiyi Naxçıvan 

torpağıdır. Ramiq Muxtar

  (

Nağıyev) 1942-ci il sentyabrın 5-də ziyalı ailəsində 



Azərbaycanın dilbər guşəsi  Naxçıvan  şəhərində dünyaya göz açdı. Ü.Hacıbəyov 

adına 1 saylı Naxçıvan  şəhər orta məktəbini bitirdikdən sonra sənədlərini 

M.A.Əliyev adına Azərbaycan Dövlət  İncəsənət  İnstitutunun mədəni-maarif 

fakültəsində  təhsilini davam etdirmişdir. Təhsilini bitirdikdən sonra “Şərq qapısı” 

qəzetində  ədəbi işçi,  Şahbuz rayonundakı  uşaq musiqi məktəbinin direktoru, 

Naxçıvan Nazirlər Soveti yanında bədən tərbiyəsi və idman komitəsinin sədri, 

Bakıda Nəsimi rayonundakı  şahmat məktəbinin müdiri və bir çox vəzifələrdə 

çalışmışdır. Ramiq Muxtar şair olmaqla yanaşı  həm də dama üzrə SSRİ idman 

ustasıdır. 1984-1986 illərə  qədər olan bir dövrdə Ramiq Muxtar Naxçıvan  şəhər 

Dövlət filarmoniyasının direktoru vəzifəsində də işləmişdir.  

 

Ramiq Muxtar yaradıcılığa hələ  uşaq yaşlarından başlamışdır. 11 yaşında 



olarkən, bədii yaradıcılıqla məşğul olan Ramiq Muxtarın şeirləri dövrü mətbuatda 

tez-tez çap olunmağa başlamışdır. Onun qələmə aldığı “Üfüqlər qızaranda”, “Əgər 

sevirsənsə” adlı pyesləri C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili 

Dram Teatrında tamaşaya qoyulmuşdur. Naxçıvan Dövlət Dram Teatrında tamaşaya 

qoyulmuş bu pyeslər həmçinin Bakı,  İrəvan, Ağdam, Qazax Dövlət Dram 

Teatrlarında da uğurla tamaşaya qoyuldu.  

Ramiq Muxtar həm də  nəğməkar  şairdir. Onun sözlərinə yazılmış 120-dən 

çox mahnı  bəstələnmişdir. Son dövrlərdə respublikada keçirilən bir çox 

müsabiqələrdə onun sözlərinə  bəstələnmiş mahnılar  8 dəfə birincilik mükafatına 

layiq görülmüşdür. Bir çox tanınmış müğənnilər, xalq artistləri  şairin sözlərinə 

bəstələnmiş mahnıları sevə-sevə ifa etmiş  və bu mahnılar onların ifasında çox 

uğurlu alınmışdır.  

Yaradıcılığı  həmişə yüksək qiymətləndirilən Ramiq Muxtar 1980-cı ildən 

SSRİ Yazıçılar  İttifaqının üzvü, “Rəsul Rza” Beynəlxalq mükafatının laureatı  və 

hal-hazırda prezident təqaüdçüsüdür. Həmçinin, Gürcü-Azərbaycan xalqlarının 

dostluğundan  bəhs edən “Şəhərli kürəkən” pyesinə görə Gürcüstanın ali ordeni 

olan “Şərəf” ordeninə layiq görülmüşdür.  

 



II. 

Keçiriləcək tədbirlər 

 

Bu gün yaradıcılığından söz açdığımız ziyalılığı yaradıcılığına, yaradıcılığı 



ziyalılığına bəzək olan qələm sahiblərindən biri də  Ramiq Muxtardır. Ramiq 

Muxtar günü-gündən püxtələşən, üslubunu sabitləşdirən, təkrarolunmaz obrazlar 

yaradan  şairlərdəndir. Çağdaş poeziyamızda tanınan  şairlər sırasında Ramiq 

Muxtarın  adı tez-tez çəkilir. Ramiq Muxtar  öz dəsti-xətti ilə seçilən, oxucuların 

sevimlisinə çevrilən şairlərimizdəndir.  

Ömrünün  ən gözəl çağını, yəni 70 yaşını qeyd edən  şairin yubileyi bu gün 

respublikamızın bir çox yerlərində məktəblərdə, gimnaziyalarda, kitabxanalarda və 

bir çox təhsil müəssisələrində qeyd olunur. F.Köçərli adına Respublika Uşaq 

Kitabxanasında Ramiq Muxtarın 70 illik yubileyi münasibətilə bir çox silsilə 

tədbirlər planı hazırlanmışdır. Belə tədbirlərin hazırlanmasında məqsədimiz Ramiq 

Muxtar yaradıcılığını yaxından izləmək, onu bir daha oxuculara sevdirməkdən 

ibarətdir.  

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Ramiq Muxtarın 

yaradıcılığını yaxından izləmək üçün “Ramiq Muxtar-70” adlı foto sərgi 

hazırlanmışdır. Foto sərgidə Ramiq Muxtarın həyat və fəaliyyəti haqqında bir sıra 

maraqlı fotolar  öz əksini tapmışdır.   

 

     


 

    


 

 

 



 

 

     



 

 

 



 

 

 



 


                                                                                                                                                                                                                     

 

 



Ramiq Muxtarın yubileyi ilə bağlı keçirilən tədbirlər sırasında oxucuların ən 

çox sevdiyi və maraq doğurduğu tədbirlərdən biri də  şairlə görüşdür.  Bu görüş 

oxucuların nəinki maraq doğurduğu bir görüş,  hətta, qeyd etmək yerinə düşərdi ki

şairin özü ilə canlı ünsiyyətdə olmaq onun qələmindən süzülüb gələn  şeirlərinə 

qulaq asmaq üçün bir vasitədir.   Kitabxanada təşkil olunan görüşə kitabxanaçı bir 

çox qonaqları-  ədəbiyyat müəllimlərini, şair və yazıçıları  dəvət edə bilər. İlk əvvəl 

kitabxanaçı şairin həyat və yaradıcılığından  gələn qonaqlara ətraflı məlumat verir. 

Sonra söz məktəblilərə verilir. Məktəblilər  şairin “Ana durnanın ölümü”, 

“Məsləkim”, “Borclu qaldım”  adlı  şeirlərini söyləyir, pyeslərindən tamaşalar 

göstərirlər. Görüşdə oxucuları maraqlandıran suallar cavablandırılır.  Çıxışlardan 

sonra söz şair Ramiq Muxtara verilir. Ramiq Muxtar da öz növbəsində 

yaradıcılığından və gələcək planlarından oxuculara  məlumat verir.  

Şair-dramaturq, prezident təqaüdçüsü Ramiq Muxtar yaradıcılığını yaxından 

izləmək üçün keçiriləcək tədbirlərdən biri də kitab müzakirəsidir. Kitab 

müzakirəsində ilk olaraq Ramiq Muxtarın həyat və yaradıcılığından bəhs edən film 

nümayiş olunur. Daha sonra şairin “Azərbaycan” nəşriyyatı tərəfindən 2007-ci ildə 

nəşr olunmuş “Seçilmiş  əsərlər” adlı kitabının  müzakirəsinə başlanılır.  Bu cilddə 

müəllifin altmışa yaxın  şeiri və mahnı  mətnləri, bir poeması, üç pyesi daxil 

edilmişdir.  Onun kitabdakı pyesləri Bakı,  İrəvan, Naxçıvan, Ağdam, Qazax 

teatrlarında tamaşaya qoyulmuş  və ciddi marağa səbəb olmuşdur. “Üfüqlər 

qızaranda”, “Müdirin aqibəti”, “Əlvida, köhnə dünya”, “Əgər sevirsənsə”, “Şəhərli 

kürəkən”, “Doğma səmanın ulduzları”, “Qıl körpü” pyesləri dramaturji ustalıq, 

konfliktlərin gərginliyi, qəhrəmanların daxili mübarizəsi, hadisələrin dərinliyi 

baxımından nəzər-diqqəti cəlb etmiş, müəllifin yaradıcılıq uğurları kimi 

dəyərləndirilmişdir. Ramiq Muxtar öz pyeslərində duyub-dərk etdiyi mənəvi aləmin 

dərinliklərinə üz tutmuş, sanki tamaşaçını bu aləmin təmizliyini, zərifliyini 

kobudluqlardan, namərdliklərdən qorumağa çalışmışdır. Bu əsərlərdə ötəri hisslərə 

yer yoxdur, mənəvi narahatlığın həyəcan siqnalı var. Dramaturq öz qəlbindəki 

mənəvi ağrıları ustalıqla qəhrəmanlarının həyatına, taleyinə köçürmüşdür. 

Kitabdakı  "Şəhərli kürəkən" adlı iki hissəli psixoloji pyesdə isə hadisələr 

Gürcüstanda cərəyan edir. Maraqlıdır ki, gürcülərə  məxsus  şən,  şux söhbətlər, 

duzlu-məzəli zarafatlar əsər boyu bir-birini əvəz edir. Ancaq şən söhbətlərin 

nüvəsində dərin bir kədər, zarafatların daxilində həyatın ciddi ironiyası var. Sandro 

və Maryanın təyyarə  qəzasında ölmüş  oğlanlarının yadigarı olan Nona Moskvada 

təhsil alır. Nənə-babanın canlarından artıq sevdikləri Nona şəhərdə tanış olub 



adaxlandığı Zurabla kəndə  gəlir. Məlum olur ki, Zurabın atası Quram nazir 

müavini, anası Yelena iş adamıdır. Onların yeganə arzuları övladlarının 

xoşbəxtliyini görməkdir. İlk baxışdan hər şey çox sadə və gözəldir. Amma məlum 

olur ki, təlatüm arxadadır. Nona qonşuları Nəbi kişinin oğlu Qədirə də söz veribmiş 

ki, təhsilini bitirəndən sonra ona ərə gedəcəkdir. Nəbi kişi qonşusu və cəbhə dostu 

Sandrodan  üz döndərir, ancaq Qədir  şəhərli kürəkənə  ərə gedib Tiflisdə yaşayan 

Nonanın yalqız qoyduğu qocaları tez-tez yoluxur, onlara hər cür köməklik edir. 

Sandro Tiflisə, təzə qohumlarıgilə gedəndən sonra vəziyyət daha da gərginləşir: 

məlum olur ki, Nona zahiri parıltıya - Zurabın  şirin dilinə, yalançı  vədlərinə 

aldanıb. Var-dövləti hər şeydən uca tutan nazir müavini hər cür alçaqlığa qol qoyur. 

Yelena da əxlaqca təmiz deyil. 

Sandro Quramı görən kimi tanıyır: onlar bir cəbhədə döyüşmüşlər. İndiki nazir 

müavini cəbhədə  də alçaqlıq etmiş, həbs olunmuş, həbsdən qaçmışdır. Adını 

dəyişərək nazir müavini pilləsinə  qədər yüksəlmiş, indi də öz nalayiq əməllərini 

davam etdirir. Hadisələrin sonu aydınlıqla bitir. Nona doğma kəndə - öz əvvəlki 

saflığına, zərifliyinə, təmiz adamların arasına qayıdır. 

İki hissəli "Qıl körpü" pyesinin qəhrəmanı Qulam Gözəloviç də sabiq nazirdir. 

O, da pozğun bir həyat yaşamış, vəzifəsindən sui-istifadə edərək çoxlarının 

bədbəxtliyinə səbəb olmuşdur. Pozğun həyat keçirdiyi katibəsi Nazanı ərə verməklə 

öz günahını ört-basdır etməyə çalışan Qulam Gözəloviç özü kimi nadürüst əməllər 

sahibi Hacı Zərdüşt, qayınları Əlağa, Vəlağa, müharibə veteranı Tağı müəllim, Zəki 

doktor kimiləri başına toplayıb. Qulamın hər sözü onlar üçün qanundur. Lakin 

sürücüsü Rasim onun təklifi ilə razılaşmır, Naza ilə evlənmək müqabilində Qulamın 

ona vəd etdiyi firavan həyatı qəbul etmir. 

Müəllif pyesdə maraqlı bir üsuldan istifadə edir: əsər Qulamın son günlərinin 

təsviri ilə başlayır və bu vəziyyətdə  də davam edir. Qulamı ittiham edən 

qəhrəmanlar səhnədə yox, zalda, tamaşaçıların arasındadırlar. Onlar hadisələrə fəal 

müdaxilə edir, dinamikanı gücləndirirlər. 

Əsərdə Qəşəng xanım, Gülya, Lətif,  Əbil kimi maraqlı və yaddaqalan obrazlar 

vardır. Bu əsərlərdə müəllifin niyyəti çox saf və  təmizdir: o, həyatı öz nuruna 

bələyən işığın, ürəkləri riqqətə gətirən saflığın, təmizliyin, mərdliyin tərəfindədir.  

Müzakirədə  şairin qələm dostlarının da çıxışı daha maraqlı olar. Məsələn, 

şairin yaxın dostularından biri olan Yavuz Axundlu öz çıxışı ilə  şairin  keçdiyi 

həyat yolundan oxuculara maraqlı məlumatlar verə bilər.  

Kitabxanalarda oxucular tərəfindən sevilən tədbirlərdən biri də  ədəbi-bədii 

gecədir.  Ədəbi-bədii gecənin I hissəsi Ramiq Muxtarın keşməkeşli həyat yoluna 

həsr olunmalı, II hissə isə bədii hissə olmalıdır. Tədbirdə ədəbiyyat müəllimləri, bir 

çox şair və yazıçıların iştirak etməsi məqsədəuyğundur.  “Ramiq Muxtar-70” adlı 

ədəbi-bədii gecənin ssenarisini təqdim edirik: 

 

Gecə sözləri Ramiq Muxtara, musiqisi bəstəkar Ramiz Mustafayevə aid olan “Sülh” 



nəğməsi ilə başlayır. Musiqi sədaları altında aparıcılar səhnəyə daxil olur.  

 

I Aparıcı:   Sülh 

xalqın azadlığı 

 

    Sevinci, 



vüqarıdır. 


   

 

 



 

Sülh səadət dünyası 

 

    Ömrün 



xoş bahırıdır. 

 

   



 

 

 



Sülh insan əməyinin  

   


 

 

 



Ürəyidir, gözüdür. 

   


 

 

 



Sülh sadə insanların  

   


 

 

 



Ən sevimli sözüdür. 

 

 



II aparıcı: 

Əziz və hörmətli qonaqlar! Sizin hər birinizi salamlayır və 

xoş  gəlmisiniz deyirik! Bildiyiniz kimi,  bu il şair-

dramaturq Ramiq Muxtarın 70 yaşı tamam olur. Gəlin 

hamılıqla birlikdə Ramiq Muxtarı yubiley münasibətilə 

təbrik edək və ona yaradıcılıq uğurlarında 

müvəffəqiyyətlər arzulayaq. (Alqışlar) 

I aparıcı: 

1942-ci il, sentyabrın 5-də Naxçıvan  şəhərində ziyalı 

ailəsində bir uşaq dünyaya göz açdı. Gəlişi ilə ailəyə 

sevinc gətirən  şair lap erkən yaşlarından yaradıcılıqla 

maraqlanmağa başladı.  11 yaşından bədii yaradıclıqla 

məşğul olan şairin  şeirləri,  dövri mətbuatda tez-tez çap 

olundu. “Üfüqlər qızaranda”, “Əlvida, köhnə dünya”, 

“Doğma səmanın ulduzları” və digər pyesləri Bakı, İrəvan, 

Naxçıvan, Qazax Dövlət Dram teatrlarında uğurla 

tamaşaya qoyuldu.  

II aparıcı: 

Qeyd etdiyimiz kimi, nəğməkar  şair Ramiq Muxtarın  

sözlərinə 120-dən artıq mahnı bəstələnib. Son 15 il ərzində 

respublikada keçirilən hərbi vətənpərvərlik mövzusundakı 

müsabiqələrdə onun sözlərinə  bəstələnən mahnılar 8 dəfə 

birinci mükafata layiq görülüb. 

 

(Oxucular səhnəyə daxil olur.  Bəstəkarı Nəriman Məmmədova

sözləri Ramiq Muxtara aid olan “Dünya Azərbaycanlılarının 

Birlik Nəğməsi”ni İfa edirlər.) 

 

   


I Oxucu: 

 

Azərbaycan! Qoca Şərqə ey açılan nur pəncərə, 



  Zaman-zaman 

sən boy atdın, gəlib çatdın əsrlərə. 

 

 

Qismətinə yazılsa da min işgəncə, kədər, əzab, 



 

 

Sən yadlara baş əymədin, hər zülümə gətirdin tab. 



  Öz 

sinəni sipər etdin azadlığın yollarında, 

 

 

Dağ oynadan güc varımış Heydər Ata qollarında. 



 

 

Əyəmmədi qamətini qan püskürən yağı düşmən, 



  And 

yerimiz 


tək sən oldun, Azərbaycan-Ana Vətən! 

  Ulduz 


olub 

səpələndi övladların yer üzünə, 

  Bayraq 

etdik 


ədaləti haqq işinə, haqq sözünə. 

  Unutmadıq Dədə Qorqud, şah Xətai öyüdünü, 

 

 

Təzə əsr bəxş eylədi xalqımıza Birlik günü.  




 

 

 



 

 

N ə q ə r a t: 



 

II 


oxucu: 

  Qürbət eldə, qərib yurdda yaşasaq da, 

 

 

Yerin altda, göyün üstə dolaşsaq da, 



 

 

Gözlərindən çox uzaqda biz olsaq da, 



 

 

Ürəyimiz səninlədi bizim hər an, 



 

 

Ey müstəqil Vətənimiz Azərbaycan,  



 

 

 



 

Azərbaycan! 

I aparıcı: Dünya 

Azərbaycanlılarının I qurultayında  əbədiyaşar 

prezidentimiz  Heydər Əliyevin  şəxsi   göstərişi ilə Ramiq 

Muxtar  bu  şeiri  xalq artisti  Nəriman Məmmədovla  

birgə yazmış, bu şeir böyük uğur qazanaraq 

“Respublika”qəzetində çap olunmuş,  qurultayın  açılışı  

günü  qonaqlara  paylanmışdır.  

 

 



II aparıcı: Ramiq 

Muxtar 


nəğməkar  şair kimi populyardır. Onun 

sevə-sevə qələmə aldığı “Sənsən Xilaskarım” adlı şeiri də 

mahnı müsabiqəsində mükafata layiq görülmüş, bir çox 

tanınmış müğənnilərin ifasında səslənmişdir. Gəlin 

oxucuların ifasında “Sənsən Xilaskarım” adlı  şeiri 

dinləyək. Oxucu səhnəyə daxil olur.  

 

(Ulu öndərimiz H.Ə.Əliyevə həsr olunub) 

 

I Oxucu: 



 

 

 

Nurlu bir aləmsən günəşə bənzər,  

Şöhrətin ağızda dillərdə gəzər. 

Qoşa addımlayır səninlə zəfər. 

Hünərin yerlərə, göylərə sığmaz, 

Övladı sən olan Vətən basılmaz. 

 

 

 



 

 

 



Təzədən gül açdı Vətən torpağı, 

Yandı ürəklərdə ümid çırağı, 

Müqəddəs bir anddır dövlət bayrağı 

Bu bayraq altında olağın bir can 

Ucalsın səninlə qoy Azərbaycan. 

 

 



 

 

 



 

Çıxdın hər sınaqdan mətin üzü ağ, 

Həyat amalındır qurub yaratmaq. 

Tarixdə əbədi izin qalacaq 

Güləcək səninlə ilk baharımız, 

Sənsən Heydər Ata xilaskarımız. 

I Aparıcı: 1980-cı ildən Yazıçılar  İttifaqının üzvü olan Ramiq 

Muxtar həmçinin “Rəsul Rza” Beynəlxalq mükafatı 

laureatıdır. O, gürcü-Azərbaycan xalqlarının dostluğundan 

bəhs edən “Şəhərli kürəkən” pyesinə görə Gürcüstan 




Respublikasının ali mükafatı olan "Şərəf' ordeninə layiq 

görülüb.  İndi isə Ramiq Muxtarın iki hissəli “Şəhərli 

kürəkən” adlı pyesindən bir parçaya qulaq asaq.  

 

Səhnə dekorotiv ağaclar və evlə bəzədilir. İki oxucu səhnəyə daxil olur. Hadisələr 



1990-cı ildən bəri Gürcüstanın gürcülər və azərbaycanlılar yaşayan kəndlərinin 

birində cərəyan edir. Qoca Sandronun həyəti. Sandro həyətdə oturub səbət toxuyur. 

Bu vaxt Mariya nənə sevincək gəlir. 

 

I Oxucu (Mariya): 

Aman Allah, nə gözəl gün, nə gözəl xəbər! Ay onun özünə 

də, adaxlısına da Mariya nənəsi qurban olsun! 

II Oxucu (Sandro): 

Sənə nə olub, qarı, yoxsa cavanlığın yadına düşüb? 

I Oxucu (Mariya):  

Durub mənimlə oynamasan deməyəcəyəm. 

II Oxucu (Sandro): 

Yaxşı de, görək, bağrımı yarma. 

I Oxucu (Mariya): 

Gözün aydın olsun, Sandro, Nona balamız adaxlısı ilə bu 

gün Tiflisdən kəndimizə gəlir. Bax, bu da məktub. 

 

Sən nə danışırsan qarı, kim ona məndən xəbərsiz nişan 



taxa bilər? 

 

 



 

 

(Sandro qəlyanını yandırır) 

 

Şadlan, Sandro, arzumuza çatmışıq. Ulu tanrı, mən səndən 



dünyalar qədər razıyam. 

II Oxucu (Sandro): 

Heç  yaxşı olmadı, axı, mən Nəbi kişiyə söz vermişəm. 

Kişinin yanında xəcalətli etdi. Eşitsə, narahat olacaq. 

I Oxucu (Mariya): 

Nə etmək olar, Sandro, biz qocaların bu işdə heç bir təqsiri 

olmayıb. Nəbi kişi ilə oturub əməlli-başlı danışarsan. 

Zəmənə  uşaqları belədir də, öz bildiklərini heç kəsə 

verməzlər.  

II Oxucu (Sandro):  

Ay  şeytan balası, bir gəl səni də, o şəhərdən tapıb 

gətirdiyin adaxlını da bir kökə salım ki, gəl görəsən.  

I Oxucu (Mariya): 

Zarafat  edirsən, Sandro, sən məndən də çox sevinirsən. 

Hirsini ye, adam da bu xoş gündə tənbəki sümürər. Sandro 

bu gün çox şərab içməlisən, bildinmi, çoxlu şərab. 

II Oxucu (Sandro): 

Deyirəm Nona, gərək şəhərliyə ərə getməyəydi. 

I Oxucu (Mariya): 

Şəhərli, kəndli nə  fərqi var. Təki özünün ürəyincə olsun, 

xoşbəxt yaşasınlar. 

II Oxucu (Sandro): 

Nə bilirik, necə adamdır, kimdir, nəçidir? Nəbi kişinin 

oğlu Qədir bizə yaxşı kürəkən olardı, Mariya...heyif...çox 

heyif... 

I Oxucu (Mariya): 

Boş-boş danışırsan Sandro, qız adaxlısı ilə  gəlhagəldədir, 

sən isə oturub ona adaxlı gəzirsən. Hər halda Nona ağıllı 

qızdır, nənəsi kimi yüz seçməsə bir sevməz. Elə  mən də 

sənə gələndə çox götür-qoy elədim ki, bu avaradan görən 

mənə  ər olar, ya yox? Görürsən, düz əlli ildir bir balınca 

baş qoyuruq, hələ də bir-birimizdən bezməmişik. 




II Oxucu (Sandro): 

Onu  düz  deyirsən, Mariya, sən meymunu mən avaradan 

başqa heç kim almazdı. Yaxşı məni toruna saldın.  

I Oxucu (Mariya): 

Özünə yığış ha, vallah sənə bir toy tutaram ki, bütün kənd 

yığışıb bura gələr. Tora bax, bir buna bax. Yekəburun.  

II Oxucu (Sandro): 

Ona, inanıram, qarı, o iş əlindən gələr.  

I Oxucu (Mariya): 

Yaxşı, məni cin atına mindirmə, dur süfrəni bəzəyək, indi 

harda olsa, gəlib çıxarlar. 

II Aparici: 

Hörmətli qonaqlar, gördüyünüz kimi,  məhəbbətin, 

sevginin sərhəddi olmur. İnsan sevəndə onun milliyyəti də 

o qədər əhəmiyyət kəsb etmir. Sevgi həmişə hər şeyə qalib 

gəlir. Pyesin sonu maraqlı bir epiloqla  başa çatır. İstərdim 

ki, bu epiloqla da tədbirimizi başa vuraq.  

(Sandro həyətdə oturub qəlyan çəkir. Mariya corab toxuyur. Nona gəlib 

kənardan onlara tamaşa edir) 

II Oxucu (Sandro):  

Nona,  mənim balam, bu sənsən, heş gözlərimə inana 

bilmirəm.  

I Oxucu (Mariya):  

Nonadır, özüdür. 

II Oxucu (Sandro): 

Ürəyimə dammışdı ki, sən  əvvəl-axır kəndimizə öz 

evimizə qayıdacaqsan, mənim ağıllı, gözəl balam. Çünki 

bu təmiz, halal ocaq heç vaxt səni bağışlamazdı. 

I Oxucu (Mariya): 

Mən səni bir daha gözümdən kənara qoymayacağam, 

Nona. 

II Oxucu (Sandro): 



Şükür o böyük Tanrıya, biz yenə də bir yerdəyik. Bu gün 

nə gözəl gündür. Çiskin yağış yağır, quşlar öz nəğmələrini 

oxuyurlar. Ağaclar da həmişəkindən daha gözəl görünür. 

Gedək evimizə  qızım, bu ev, bu ocaq sənsiz yaman 

qəribsəyib. 

III Oxucu (Nona): 

Yox baba, mən bu günahlarımla ismət ocağı olan evə girə 

bilmərəm. Qoy bu yağış mənim bütün günahlarımı yuyub 

aparsın, sonra... 

II Oxucu (Sandro):   

Yox,  mənim Nonam, bu sevgi yağışıdır. Bu yağış  sənin 

qəlbinə sevgi, məhəbbət gətirəcəkdir. Bir səmaya bax. 

Sənin gəlişinlə günəş qara buludları  təzədən qovmağa 

başladı. Sabah kəndimizdə Nonalı yeni səhər açılacaqdır. 

Nonalı günəşli səhər. Hamı axışıb sənin görüşünə gələcək. 

Bütün kəndimiz gəlişinə sevinəcəkdir.  

 

Ey yeri, göyü yaradan ulu Tanrı. Mən qoca Sandro ilə 



Mariya qarının sənə uçan dualarını  qəbul et. Sən bizi öz 

sevimli balamıza qovuşdurdun. Bizə qol-qanad, təzədən 

yaşamaq həvəsi verdin. Varlığın qarşısında baş əyirəm.  

 

 



(İştirakçılar səhnəni tərk edir.Sözləri  şairin, musiqisi Nəriman 

Məmmədova aid olan “Bağışla”musiqisi səslənir. ) 

 


I Aparıcı: Ömrünün 

kamillik 

zirvəsinə  qədəm qoyan Ramiq Muxtar indi 

yaradıcılığının çiçəklənmə dövrünü yaşayır.  Yubiley 

münasıbətilə    xalqımızın çınar vüqarlı yenilməz  şairi Ramiq 

Muxtarı səmimi qəlbdən təbrik edir, ona cansağlığı və yeni-yeni 

yaradıcılıq uğurları arzulayırıq.   

 

Sonda şairin “Yedək Qayıq” adlı şeiri  oxucuların ifasında səslənir. 



 

 

 

 

 

 

 

Məndə düz iki əsr 

 

 

 



 

 

 



yedək ömrü yaşadım. 

 

 



 

 

 



Bu zülmü, əzabı 

 

 



 

 

 



 

kürəyimdə daşıdım. 

 

 

 



 

 

Sarı, göygöz div oldu 



 

 

 



 

 

 



yol göstərən”qardaşım” 

 

 



 

 

 



Nələr görmədi gözüm, 

 

 



 

 

 



 

nələr çəkmədi başım. 

 

 

 



 

 

Qanımı, iliyimi “nuş” eləyib 



 

 

 



 

 

 



 

 

içdi o, 



 

 

 



 

 

Varımın, dövlətimin 



 

 

 



 

 

 



arxasına keçdi o, 

 

 



 

 

 



Mənə təzə ad qoyub 

      türklüyümü 

dandı o, 

     Böyük 

Turan 

elini 


 

 

 



 

 

 



qatı düşmən sandı o. 

 

 



 

 

 



Qaçdım haqqın dalınca, 

      Haqdan 

hömək dilədim. 

 

 



 

 

 



Haqq öz dərdin söylədi 

 

 



 

 

 



 

Yaddan çıxdı öz dərdim. 

Güc toplayıb özümdə  

Qalxdım, durdum, dikəldim 

 

 

 



 

 

Özümü şəhidliyə mən 



 

 

 



 

 

 



 

Ölümə köklədim. 

     Azad 

olub 


qurtuldum 

 

 



 

 

 



 

Bu ac divin əlindən. 

 

 

 



 

 

İnanmıram ay qayıq  



 

 

 



 

 

 



mənim etdiyim hünər 

   


 

 

 



 

gələ sənin əlindən.  

 

 

 



 

 

 



 

S O N 


 

 

 




İstifadə olunan ədəbiyyat: 

 

1.

 



Muxtar R. “Seçilmiş əsərləri”.- B.: Azərnəşr, 2007.- 264s. 

 

İnternetdə: 



 

www.google.az 

www.wikipedia.org 

 

 



 

Tərtib edəni: Könül 

Səmədzadə - F.Köçərli adına Respublika Uşaq 

Kitabxanası elmi-metodika şöbəsinin baş kiatbxanaçısı 

 

Redaktoru:            Füzurə Quliyeva - F.Köçərli adına Respublika Uşaq    



                              Kitabxanasının direktoru

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



  

 

 



Yüklə 397,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə