Microsoft Word resul rza doc



Yüklə 135,69 Kb.
Pdf görüntüsü
tarix14.01.2018
ölçüsü135,69 Kb.
#20623


 AZƏRBAYCAN  RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 

 

 

 

 

 

NAZİRLİYİ 

 

F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

 ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 

 

 

 

Xalq şairi Rəsul Rzanın anadan olmasının  

100 illik yubileyi münasibətilə 

 

 

 

 

 

SƏRHƏDLƏR AŞAN POEZİYA. 

 

(medodik vəsait)  

 

 

 

 

 

 

 

 

 

 

BAKI-2010 

 


Od nə çəkdi-küldən soruş! 

Baş nə çəkdi-dildən soruş! 

 

 

 

 

 

 

 

Hansı şerim, hansı sözüm 

 

 

 

 

 

 

 

Yaşayacaq məndən sonra? 

 

 

 

 

 

 

 

Mən bilmərəm, eldən soruş!... 

 

 

 

 

 

 

 

 

 

 

 

Rəsul Rza 

 

 

 

 

 

Həyat və yaradıcılığı: 

 

1910-cu il mayın 19-da Göyçayda, Mirzə İbrahim Məmmədxanlı və Məryəm 

xanımın ailəsində doğulan Rəsul Rza Azərbaycan ədəbiyyatına danılmaz yeniliklər 

gətirmiş, çağdaş şeirimizdə tamamilə yeni bir yol açmış və bu yolla ömrünün sonuna 

qədər ardıcıl addımlamış şairdir. Rəsul Rza həm də yalnız doğuluş və ölüm tarixinə, 

yaradıcılıq illərinə görə deyil, sənətçi varlığının bütün mahiyyəti etibarilə XX əsr 

şairidir. 

Rəsul Rza -  Xalqımızın poetik təfəkkürlü, bu vüqarlı oğlunun adı çəkiləndə, 

qeyrət, namus, kişilik nişanələrini xatırlayırsan. Hələ sağlığında Azərbaycanın 

hüdudlarını çoxdan aşaraq bir sıra ölkələrdə, hətta Afrika ölkələrində tanınmış və 

onları da heyrətdə qoymuşdu. Rəsul Rza yaradıcılığı özünün əlvanlığı ilə sevilir. 

Onun qələmindən gözəl poemalar, oçerklər, pyes, qiymətli ədəbi-tənqidi məqalələr 

çıxmışdır. Onun lirik şeirlərində əsrin fəlsəfi təfəkkürü, müasir insanın məhəbbəti, baş 

verən hadisələrə münasibəti öz əksini tapmışdır. Şair cəmiyyətin əxlaq normalarından 

kənara çıxanlara, şəxsi mənfəət güdənlərə amansız bir kinayə ilə gülmüşdür.   



 

20-ci illərin sonu Rəsul Rzanın sənət aləminə  qədəm basdığı illər yeni şeirin 

intibah dövrü idi. Poeziya sürətlə dəyişən varlıqla ayaqlaşmağa çağırır, ictimai-siyasi 

mübarizənin əlamətdar hadisələri, partiyanın və xalqın sosializm quruculuğu naminə 

genişlənən hərtərəfli fəaliyyəti onun yaradıcılığının  əsas mövzusu olurdu. Şeiri 

gündəlik mətbuat səhifələrində, fəhlə yığıncaqları tribunalarında, kəndlərdə keçirilən 

yığıncaqlarda zəhmətkeşləri yenilik uğrunda mübarizəyə  səsləyir, sadəliyi və 

səmimiliyi ilə milyonların qəlbinə yol tapırdı. Yeni şeirin yaradıcıları  sırasında 

irəliləyən, özünəməxsus poetik  kəşfləri ilə diqqəti cəlb edən gənc Rəsul Rzanın gücü 

varlıqla əlaqəsinin möhkəmliyində, qırılmazlığında idi.  

Rəsul Rzanın lirik şeirlərində  və poemalarında SSRi xalqlarının, ilk növbədə 

Azərbaycan xalqının həyatında baş verən mühüm tarixi nailiyyətlər, sovet admının 




gözəl  əxlaqi sifətləri, humanizm, beynəlmiləlçiliyi, bir sözlə, yeniləşən, zənginləşən 

xalq təfəkkürü öz yerini tutmuşdur.  

Şairin əsərlərinin mövzu dairəsi çox genişdir. Bəşəriyyəti narahat edən elə bir 

ciddi problem yoxdur ki, bu görkəmli sənətkarın yaradıcılıq obyektinə çevrilməsin. 

Elə buna görə  də  tərcüməçilər onun əsərlərinə dönə-dönə müraciət etmiş,  şairin 

şeirləri SSRİ, eləcə də bir çox dünya xalqlarının dillərinə tərcümə olunmuşdur.  

“Çapey”, “Çinar”, “Qanadlar”, “Vətən”, “Günəşin sorağında”, “Könül səsləri”, 

“Dözüm”, “Duyğular, düşüncələr”, “Pəncərəmə düşən işıq”, “Vaxt var ikən”, 

“Calasan günü günə”, “Dünən, bu gün, sabah”, Həyat duyumları”, “Güneylər, 

quzeylər” və s. şeir kitablarında görkəmli şair qələminin məhsulu olan qiymətli sənət 

inciləri toplanmışdır. Rəsul Rza həm də gözəl poemalar müəllifi kimi tanınmışdır. 

Onun “Bir gün də insan ömrüdür”, “Füzuli”, “Qızıl gül olmayaydı”, “Xalq həkimi”, 

“Xalq  şairi”, “Bir min dörd yüz on səkkiz” və s. əsərləri Azərbaycan sovet 

poemalarının ən gözəl nümunələridir.  

Rəsul Rza həmçinin, özünün yaradıcılıq metodu, sənətkarlıq xüsusiyyəti ilə də 

həmişə fərqlənən orjinal şairdir. Poeziya aləmində, bu sənətkarın öz üslubu, öz dəsti-

xətti var. Onun sənət aləminin məzmun və mündəricəsinə diqqət yetirdikdə bu sənətin 

yalnız Rəsul Rzaya məxsusluğunu çətinlik çəkmədən görürsən.  

Rəsul Rzanın poeziyasında Azərbaycan xalqının tarixinin mühüm 

mərhələlərinə  nəzər salınmış, xalqın azadlığı  və  səadəti yolunda fədakar mübarizə 

aparmış qılınc və qələm qəhrəmanlarının surəti yaradılmışdır. Babək, Füzuli, Nəsimi, 

Sabir, Nəriman Nərimanov, Mikayıl Müşfiq… Böyük Vətən müharibəsində 

çoxmillətli sovet xalqının misilsiz qəhrəmanlığı  və dözümü, müharibədən sonra 

genişlənən quruculuq işlərinin pafosu, sülh uğrunda mübarizə. Rəsul Rzanın 

poemalarında həmçinin Azərbaycan xalqının tarixinin və inqilabdan sonrakı həyatının 

bir sıra parlaq səhifələri  də öz əksini tapmışdır.  Şairin poema yaradıcılığı minillik 

tarixə malik Azərbaycan poeziyasına özünəməxsus yenilik, təravət gətirmişdir. 

 

 



 

 

 



 

 

 

 


Yubiley tədbirlərinin keçirilməsi. 

 

 

Azərbaycan poeziyasının təməl daşlarını qoyan görkəmli sənətkarlar arasında  

bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz xalq şairi Rəsul Rzanın öz yeri, öz 

səsi vardır. Rəsul Rzanın 100 illik yubileyi ilə  əlaqədar olaraq Azərbaycan 

Respublikasının prezidenti İlham  Əliyev 14.01.2010-cu ildə  sərəncam imzalayıb. 

Sərəncamda XX əsr  ədəbiyyatımızın  görkəmli nümayəndələrindən olan Dövlət 

mükafatı larureatı, Sosialist Əməyi Qəhrəmanı, xalq şairi Rəsul Rzanın 100 illik 

yubileyinin yüksək səviyyədə qeyd olunması  nəzərdə tutulur.  Bu münasibətlə, 

respublikamızın hər bir yerində silsilə  tədbirlərin keşirilməsi planlaşdırılmışdır. 

Kitabxanalarda, məktəblərdə, lisey və gimnaziyalarda, muzeylərdə  və s. yerlərdə 

Rəsul Rzanın  yubileyi ilə  əlaqədar bir sıra tədbirlər planı hazırlanmışdır ki, belə 

tədbirlərin siyahısı genişdir. Xalq şairi Rəsul Rzanın yubileyi ilə bağlı F.Köçərli adına 

Respublika Uşaq Kitabxanasında bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur 

ki, bunlardan kitab sərgilərini, şeir müsabiqələrini, oxucu konfranslarını, səhərcikləri, 

xatirə gecələrini,  ədəbi-bədii gecələri nümunə  gətirmək olar. İlk öncə kitabxanada 

Rəsul Rzanın yubileyi ilə bağlı kitab sərgisinin keçirilməsi vacibdir. Sərgidə  Rəsul 

Rzanın  indiyə  qədər çap olunmuş kitabları ilə yanaşı, dövrü mətbuatda da yer alan 

materialların nümayişi nəzərdə tutulmuşdur. Sərgi müxtəlif  başlıqlar altında keçirilə 

bilər. Məsələn: “Rəsul Rza-100”, “Poeziyada yaşayan həyat”, “Həmişə ön sıralarda”, 

“Sərhədlər aşan poeziya”, “Şair ömrü”, “Çinar ömrün əzəməti” və s. İndi isə sərginin 

nümunəsini veririk. 

 

1.

 

Başlıq:  Rəsul Rza-100. 

2.

 

Görkəmli insanların Rəsul Rza haqqında söylədikləri sitatlar. 

3.

 

Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası. 

4.

 

Kitablarının nümayişi. 

5.

 

Şeir parçası. 

Anamızın saf südünə  

                  and olsun! 

Alqışına, öyüdünə     

                  and olsun! 

Zəfər adlı böyük günə  

                   and olsun! 

Azadlığın bayrağını   



                 hər zaman 

Azərbaycan qoruyacaq yağıdan! 

 

 R.Rza

                                                                     

 

Sitatlar:

 

1.

 



Zaman göstərir ki, Rəsul Rza poeziyası  əbədiyaşar poeziyadır, onun yaradıcılığı 

gündən-günə gəncləşərək, daima müasir qalır, hər zaman öz yeni oxucularını tapır.    

                             

 

 



 

 

 



  

 Fikrət Qoca 

 

 

 



 

 

 



 

 

 



 

 Xalq şairi 

 

2.

 



Xalqımızın çınar vüqarlı yenilməz  şairi təkcə özünün bu qüdrətli, bu əzəməti ilə             

deyil, həm də  nəcibliyi və  həlimliyi ilə doğma xalqının hərarətli qəlbinə, işıqlı 

yaddaşına əbədi həkk olunmuşdur. O, həmişəyaşar xalq sənətkarıdır. 

 

 



 

 

 



 

 

 



 

 

Şahin Cəfərov 



 

 

 



 

 

 



 

 

 



 

Professor  

 

3.

 



Rəsul Rzanın məhsuldar yaradıcılıq yolunu izlədikcə ixtiyarsız düşünürsən ki, istər   

     sağlığında, istərsə də qoyub getdiyi irsi ilə əsl şairlər həmişə xalqın görən gözü,   

     döyünən ürəyi məqamında dururlar. 

 

 



 

 

 



 

 

 



 

 

Qəzənfər Paşayev 



 

 

 



 

 

 



 

 

 



Rəsul Rza mükafatı laureatı 

 

4. Təravətli, odlu şerin 



   Yarıb keçir sərt illəri. 

   Köks ötürüb bir vaxt yəqin, 

   Deyəcəklər: "Rəsul Rza - 

   Bu ilhama qadir idi. 

   Bax, o belə şair idi! 

              Aleksey Markov 

“Sadə bir ürək” döyünərdi sinəsində bu böyük insanın. Ancaq bu ürəkdə bütün 

insanlığa böyük bir məhəbbət alovlanardı, “yer üzündə bircə insan acsa mənə 

toxunma”, yazardı.

 

Doğma torpağa, elə, Vətənə, ölçüyəgəlməz məftunluq vardı. “Belə 



məğrur dayanmağa haqlıyam. Mən kökümlə bu torpağa bağlıyam” qürurla deyərdi 


Rəsul Rza.

 

Hər cür qeybətdən, dedi-qodudan, riyadan uzaq idi Rəsul Rza. Sərt idi, saf 



idi. Qayğıkeş idi Rəsul Rza. Həm də əsl kişi idi. Özü demişkən:”Fırtınada, qasırğada 

əyilmədi. Acizlik, qorxu nədir bilmədi. Yaşadı Çinar kimi”. Yaşadı. “Bir ömür ki, 

həm yoxuşu şərəfli, həm dözümlü enişi”. 

Bir  şair yaşayır min-min oxucu ürəyində. Yazdığı misralarda döyünür şair 

qəlbi. Yenə əvvəlki tək, əvvəlkindən də artıq sevilir, oxunur. Bəlkə də bundan sonra 

daha da artıq bir məhəbbətlə seviləcək, oxunacaq  Rəsul Rza.  Əziz oxucular bu gün 

şairin hər bir şeiri, hər bir misrası bizim üçün daha əziz və doğmadır.  İrqindən, 

millətindən asılı olmayaraq, Rəsul Rza yaradıcılığı ilə tanış olan hər bir oxucu onun 

yüksək dərəcədə poetik söz demək qüdrətinə heyran qalmaya bilmir. Belə olmasa idi, 

uzaq Kanadada şairin “Rənglər”silsiləsindən ibarət olan şeirlər kitabı üç dəfə  təkrar 

çap olunmazdı. 

Bəli, onu bax beləcə    sevirlər. Azərbaycanda da, uzaq Kanadada da, 

Danimarkada da, Fransada da, Moskvada da...  

Kitabxanada həmçinin oxucuların dəyər verdiyi tədbirlərdən biri də sual-cavab 

gecələridir. Gecədə kitabxanaçı Rəsul Rzanın həyat və yaradıcılığı ilə bağlı  oxuculara  

bir sıra suallarla müraciət edir. Məsələn: 

1.  Rəsul Rzanın bu il neçə illik yubileyini qeyd edirik? 

     Rəsul Rzanın bu il 100 illik yubileyini qeyd edirik.  

2.  Rəsul Rza nə zaman və harada anadan olmuşdur? 

     Rəsul Rza 1910-cu il may ayının 19-da Göyçayda anadan olmuşdur. 

3.  Rəsul Rzanın ilk şeirlər kitabı neçənci ildə nəşr olunmuşdur? 

     Rəsul Rzanın “Çapey” adlı ilk  kitabı 1931-ci ildə nəşr olunmuşdur.  

 

4.  Rəsul Rzanın uşaqlar üçün yazdığı hansı kitablarının adını çəkə bilərsiniz? 



     Rəsul Rzanın “İlkin məktəbə gedir”, “Balacaların təbiət ensiklopediyası”,     

     “Cücülər”, “Təranənin oyuncaqları” və s. kimi kitablarının adını çəkə bilərik. 

5. Rəsul Rzanın “Balacaların təbiət ensiklopediyası” adlı kitabındakı şeirlər hansı   

    heyvanlara, həşaratlara aid edilmişdir? 

    Rəsul Rzanın “Balacaların təbiət ensiklopediyası” adlı kitabındakı  şeirlər  demək 

olar ki, bütün heyvanlara, həşəratlara həsr edilmişdir. Məsələn, Tülkü, Dələ, Porsuq, 

Pişik, Dəvə, Keçi. Quşlardan Qaraquş, Qartal, Bildirçin, Laçın. Həşəratlardan 

Dozanqurdu, Əqrəb, Kəpənək, Çəyirtkə və s.   

6. Rəsul Rzanın hansı şeirlərində təbiətə vurğunluq tərənnüm edilir? 

    Rəsul Rzanın “Yeddi çinar”, “Kəklik”, “Nərgiz”, “Göyər çinarım, göyər”, “Kövrək    

    budaq”, “Bahar”, “Yaz gəlir”, “Bal arıları” və s. kimi şeirlərinin adlarını çəkə    

    bilərik.  




Uşaq kitabxanalarında  ən çox sevilən tədbirlərdən biri səhərciklərdir. 

Səhərcikdə Rəsul Rzanın heyvanlara, həşəratlara aid etdiyi bir çox şeirlərdən istifadə 

etmək olar. Səhnəni nağıla uyğun olaraq müxtəlif dekorasiya ilə bəzəyirik.  (dekorativ 

ağaclar, təpəciklər, güllər və s.) Aparıcı səhnəyə daxil olub bir qədər uşaqları təbiət 

qoynuna səyahətə aparır.  

I aparıcı: Buludların ətəyində yellənən yaz yağışından göbələk ətri gəlir. Çiçəklər 

yuxulu, heyrətli, iri gözləriylə üfüqdə gül açan günəşə boylanırlar. 

Qarışqalar, arılar, kəpənəklər çölə, çəmənə  tələsirlər. Quş “kölgəsi” 

tökülən göllərin gümüşü sinəsi titim-titim titrəyir. Yüzillik çinar qızıl 

ürgələrin kişnərtisindən diksinir. Açılan səhər təbiətə  təzə qayğılar 

gətirir. 

 

(Səhnəyə Zürafə, Fil, Çaqqal, Tülkü, Dələ, Porsuq, Ayı, Maral, Dəvə, Pişik və s. 



rolları ifa edən kiçik yaş qrup oxucular daxil olurlar.)  

 

I Oxucu (Zürafə):  

Boynu uzun zürafə  



 

 

 



 

Boylanır hər tərəfə  

 

Yarpaqları yeməkçin 



Hündür-hündür ağacdan 

Nə pilləkan gərəkdir, 

Ona, nə də nərdivan... 

II Oxucu (Fil) 

 

Bu dişləri şirmayı fil 

    Ömür 

sürür 


neçə yüz il. 

 

 



 

 

Qulaqları kürək kimi, 



,    Ayaqları dirək kimi. 

    Hündürboydur, 

yorğunpaça, 

 

 



 

 

Gözləri var bapbalaca. 



III Oxucu (Çaqqal): 

Çaqqal qorxaq heyvandır,      

Gecələr ulayır bərk. 

Toyuq oğurlayandır,  

Qaçır it səsi gəlcək. 

Gəlib xəlvət dayanır. 

Qaranlıqda gözləri 

Bir cüt şam kimi yanır. 



IV Oxucu (Tülkü): 

Tülkülər cürbəcürdür 

 

 

 



 

Qarası var, ağı var. 




    Çox 

yerdə sarı-kürən 

 

 

 



 

Tülkülər yaşayırlar. 

 

 

 



 

Gözləri, qulaqları 

 

 

 



 

Xırda olur tülkünün. 

 

 

 



 

Gizlənir yuvasında 

    Gündüzləri, bütün gün. 

V Oxucu (Dələ):   Bu 

quyruğu uzun dələ, 

    

Bir yaşında deyil hələ. 



Adət edib tullanmağa 

Bu budaqdan o budağa. 

Qoz fındığı şaraq-şaraq  

Dişlərində sındıraraq, 

Yeyir, yaman nadincdir o, 

Çox hiyləgər, çox bicdir o. 

 

VI Oxucu (Ayı):  

Qalxıb gəzə bilirlər 

 

 

 



 

Qıllı çoban itləri 

    Duyuq 

düşməsə əgər 

 

 

 



 

Oğurlayıb qoyunu, 

    Quzunu 

aparırlar.  

 

 

 



 

 

 



Bir də gördün çobanlar 

    Hay-haray 

qoparırlar... 

 

 



 

 

İtlər qalxıb hürüşür, 



 

 

 



 

Ayı qorxuya düşür. 

 Oxucuların çıxışından sonra kitabxanaçı  uşaqlara aşağıdakı suallarla müraciət 

edə bilər: 

1.

 

Boynu uzun olan heyvanın adı nədir? 



2.

 

Ən uzun ömürlü heyvan hansıdır? 



3.

 

“Şələquyruq” hansı heyvana deyirlər? 



4.

 

Qöz-fındıq yeməyi hansı heyvan xoşlayır? 



Sualları artırmaq da olar. 

Qeyd  etdiyimiz kimi, Rəsul Rza XX əsr Azərbaycan  ədəbiyyatının görkəmli 

nümayəndələrindəndir. O, söz sənətimizə forma və  məzmunca yeniliklər gətirərək 

novator  şair kimi geniş  şöhrət qazanmışdır. Azərbaycan dilinin poetik potensialının 

yeni-yeni imkanlarını üzə  çıxaran Rəsul Rza yarım  əsrə yaxın dövr ərzində yüksək 

dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamızın elmi-mədəni 

həyatında yaxından iştirak etmiş, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.  



Kitabxanada Rəsul Rza irsinin oxucular arasında təbliği üçün keçiriləcək tədbirlərdən 

biri də  şeir müsabiqəsidir.  Şeir müsabiqəsi oxucuların  ən çox sevdiyi tədbirlərdən 

biridir. Çünki, bu tədbir uşaqlarda şeiri daha dərindən duymaq, başa düşmək haqqında 

təssəvvür oyadır. Müsabiqədə şairin  “Mən torpağam”adlı şeirini oxucuların ifasında 

dinləmək daha maraqlı olardı. İndi isə gəlin “Mən torpağam”adlı  şeirdən bir parçanı 

oxucuların ifasında dinləyək.  

 

I oxucu: 

 

 



Mən torpağam, məni atəş yandırmaz 

 

 



 

 

Tərkibimdə  kömürüm var, külüm var, 



 

 

 



 

Mən baharam çəmən-çəmən  

 

 

 



 

Çiçəyim var, gülüm var. 

 

 

 



 

Mən küləyəm, əsməsəm, 

 

 

 



 

Kim bilər ki, mən varam. 

 

 

 



 

Mən buludam, səhraları susuz görüb, 

 

 

 



 

Ağlaram. 

 

 

 



 

Mən ürəyəm, döyünməsəm 

 

 

 



 

Ölərəm. 


II oxucu:   

 

Mən insanam, sadə insan əlinin 

 

 

 



 

Yaratdığı nemətlərlə öyünməsəm, 

 

 

 



 

Ölərəm. 


 

 

 



 

Mən işığam qaranlığın qənimi. 

 

 

 



 

Mən insanam, daşıyıram qəlbimdə 

    Dünyaların sevincini, qəmini. 

    Maraq 

dolu 

gözəm mən, 



    Baxmaya 

bilmərəm. 

 

 

 



 

Qarlı dağdan süzülən çayam mən, 

    Axmaya 

bilmərəm. 

 

 

 



 

Mən insanam, vətənim var, elim var. 

 

 

 



 

Ən böyük həqiqəti, azadlığı, məhəbbəti, nifrəti  

    Söyləməyə qadir olan dilim var. 

Gördüyünüz kimi, Rəsul Rza “Mən torpağam” şeirində insanı yüksək qiymətləndirir

insan əlinin yaratdığı nemətləri görüb sevinir, zəhmətə qiymət verməyi bacarır. İnsanı 

hətta buluda bənzədir. Bulud susur, səhraları görüb yağış yağdırır, səhraları suvarır. 

İnsan da çətinliyə düşənlərə, darda qalanlara kömək  əlini uzadır, xeyirxah işləri ilə 

onları sevindirir. İnsanı gözə bənzədir.  

 

 

 



 

 

Mən insanam, vətənim var, elim var. 




 

 

 



 

 

Ən böyük həqiqəti 



 

 

 



 

 

Azadlığı, məhəbbəti, nifrəti 



 

 

 



 

 

Söyləməyə qadir olan dilim var. 



Şair böyük vətənpərvər kimi vətəni ilə, dili ilə fəxr edir. Ana dilinin qüdrətli, zəngin 

olduğunu da  şeirində vurğulayır. Sonda uşaqlara bu şeirlə bağlı inşa yazmaq da 

tapşırılır. 

Kitabxanada keçirilməsi nəzərdə tutulan tədbirlərdən biri də  ədəbi-bədii 

gecədir. Kitabxanaçı bu tədbirə şairin oğlu, görkəmli yazıçımız Anarla yanaşı, bir sıra 

qonaqları da dəvət edə bilər. Beləki, tədbir iki hissədən ibarət olur. Tədbirin birinci 

hissəsi çıxışlar, məruzələrlə başlanır. Gecəyə  dəvət olunan qonaqların çıxışları 

dinlənildikdən sonra tədbirin ikinci hissəsi başlayır.  İkinci hissədə  Rəsul Rzanın 

şeirləri ilə yanaşı, sözlərinə  bəstələnmiş musiqilər oxucuların ifasında səslənir. 

Hazırladığımız “Şair ömrü” adlı ədəbi-bədii gecənin ssenarisini veririk: 

 

“Şair ömrü”adlı başlıq divardan asılır. Səhnə gül dəstələri ilə bəzədilir. Rəsul Rzanın 

portreti səhnənin görkəmli yerindən asılır. Səhnənin bir tərəfindən aşağıdakı  şeir 

parçası yerləşdirilir. 

Dünya səndən kim keçdi,  

Kim qərq oldu, kim keçdi? 

Yadıma kimlər düşdü, 

Xəyalımdan kim keçdi? 

 

(Aparıcılar səhnəyə daxil olurlar.) 

 

I Aparıcı: 

Ömür üçün son ucu ölümlü dünyanın sənət üçün son ucu, son 

nöqtəsi yoxdur. Nə yaxşı ki, belədir. Nə yaxşı ki, sən varsan, 

poeziya. Dünyadan keçənləri özündə  qərq etməyən, yaşadan, 

yaddaşlara, ürəklərə köçürən poeziya. Məhz bunun üçün 

minnətdarıq sənə, poeziya. Sən yaşadıqca onlar da yaşayır. Nə 

qədər ki, sən varsan, onlar da var. Rəsul Rza və Nigar Rəfibəyli. 

Axı onlara qanad verib ən uzaq poeziya üfüqlərinə uçuran da sən 

olmusan.  Ən ağır dəqiqələrində belə bu iki könül həmdəminə 

həyan da sən olmusan, heyran da sən olmusan. Özün ad olub 

ürəklərində yanmısan, oduna yandırmısan onları.  

Yaşatmısan, yaşadırsan, yaşadacaqsan onları. 




II Aparıcı: 

Çinar ömürlü, həzin xəyallı iki böyük insan, iki böyük 

sənətkar...Göyçayda, güllü bir may səhəri dünyaya gəlmişdi Rəsul 

Rza. Və  bəlkə  hələ heç kim, heç kəs bilmirdi ki, Azərbaycan 

torpağının  şeriyyət hopmuş ruhundan doğan bu adi ad sonralar 

insanlara çox şey deyəcək,“mən ürəyəm, döyünməsəm 



ölərəm!”inamı ilə yaşayan, yaradan bir şairin bənzərsiz 

məhəbbətindən, həyat eşqindən söhbət açacaq gələcək nəsillərə. 

İllər keçəcək, nəsillər dəyişəcək, odlu sətirlərindən arzular, 

ümidlər nur alan, arzu, əməl yolunda özü də yana-yana alovlanan 

şairin xatirəsi “Bir parça ürək idi Rəsul” anımı ilə xatırlanacaq. 

I Aparıcı: 

Rəsul Rzanın saf, təmiz gözlərinə baxanda adamda öz qüvvəsinə 

inam hissi daha da qüvvətlənirdi, yaşamaq eşqi adamı çulğalayırdı. 

Bu gün hərəsi bir xatirədir bu sözlər. Ölümsüz insan haqqında 

ölümsüz xatirələr, bu ölümsüz xatirələrdə  Rəsul ömrünü Nigar 

bəzəyir, sonsuz məhəbbətilə, mətanətilə, ürəyilə. Və beləliklə

şairə Nigar Rəsul Rza ömrünə həmişəlik daxil olur, bir də heç bir 

zaman ayrılmamaq üçün. 



Oxucu:     Xəyalın yanımda, sən uzaqdasan, 

Hicranın yolları ömür qədərdir. 

Bu yalqız axşamda yuvama baxsan, 

Mənəm, xəyalındır, bir də kədərdir. 

 *** 

Bir sən ol, bir də mən, bir də dərdimiz, 



Ağlayaq, doyunca, gülək doyunca. 

Baş-başa qaldıqca bu möhlətlə biz 

Döysün qapıları külək doyunca. 

*** 


Döysün qoy açmayaq. Yorulsun külək, 

Qəmli hicran qalsın qapıda dustaq! 

Bir an vüsalınla çırpınsın ürək, 

Sonra... sonra yenə biz ayrılmayaq! 



I Aparıcı: Bu 

misralar 

şairin son yazdığı şeirlərindəndir. Məhz buna görə də 

misraların həzinliyi qəlbini titrədir, bütün varlığınla hiss edirsən ki, 

zamanın sürətli axını bu ürəyə toxuna bilməyib,  əksinə bu 

ürəkdəki kövrək məhəbbətə yeni bir məlahət bəxş edib. Onları bir-

birinə bu qədər yaxınlaşdıran bir də doğma torpağa hədsiz-



hüdudsuz məhəbbət idi ki, elə öz-özünə  nəğmələnirdi. Bəlkə elə 

buna görə də çiçək qoxuludur, torpaq ətirlidir Nigarın misraları. 

Gəldim çiçəklərlə, vidalaşmağa, 

 Gördüm 


ki, 

yaşlıdır gözü güllərin. 

 

Bəlkə gileylidir, şikayəti var, 



 

Bəlkə vardı mənə sözü güllərin... 



II Aparıcı: 

Qeyd etdiyimiz kimi, Rəsul Rza özünün yaradıcılıq metodu,  

 

sənətkarlıq xüsusiyyəti ilə həmişə fərqlənən orijinal şairdir. 



 Poeziya 

aləmində bu sənətkarın öz üslubu, öz dəsti-xətti var. Onun 

sənət aləminin məzmun və mündəricəsinə diqqət yetirdikdə bu 

sənətin yalnız Rəsul Rzaya məxsusluğunu çətinlik çəkmədən 

görürsən. Rəsul Rza heç kimi yamsılamır, heç kəsi təkrarlamır.  

 

Rəsul Rza ömrü yalnız  şərəfli, dözümlü, heç kəsə baş  əyməmiş 



kişi ömrü olduğuna görə deyil, həm də  dəyişən dövranların, 

zamanların  ərzində öz varlığını, “mən”ini, təməl dəyərlərini 

qoruyub saxladığı üçün Çinar ömrüdür. İyirmi beş yaşın 

“Çinar”ından qoca yaşların “Çinar ömrü”nə  qədər uzanan, 

dönmədən, azmadan, sapmadan qət edilmiş bir həyat yoludur. 

Gecə keçmiş, ulduzlar ağ, göy qara... 

 

 

 



 

 

Söykənmişəm qocaman bir çinara. 



 

 

 



 

 

Gecə qara durdum, düşündüm bir az, 



 

 

 



 

 

Dedim:- Nədən ulu çinar yıxılmaz? 



 

 

 



 

 

Birdən çinar dilə gəldi, dedi:-Bax! 



 

 

 



 

 

Bu torpaqda dərindən kök salaraq, 



 

 

 



 

 

Hər tərəfə uzatmışam qolumu, 



 

 

 



 

 

Övladlarım bürüyüb sağ-solumu. 



 

 

 



 

 

Belə məğrur dayanmağa haqlıyam, 



 

 

 



 

 

Mən kökümlə bu torpağa bağlıyam.  



 

 

 



I Aparıcı: Xalqımızın çinar vüqarlı yenilməz  şairi təkcə özünün bu qüdrəti, 

bu  əzəməti ilə deyil, həm də  nəcibliyi və  həlimliyi ilə doğma 

xalqının hərarətli qəlbinə, işıqlı yaddaşına əbədi həkk olunmuşdur. 

O, həmişəyaşar xalq sənətkarıdır. 

 

 

S O N 

  



Ədəbiyyat siyahısı 

 

Əsərləri: 

 

1. Rəsul Rza. Seçilmiş əsərlər: Beş cilddə. I cild.- B.: Azərnəşr, 2002.- 458 s.  



2. Rəsul Rza. Seçilmiş əsərlər: Beş cilddə. II cild.- B.: Azərnəşr, 2002.- 435 s.  

3. Rəsul Rza. Seçilmiş əsərlər: Beş cilddə. III cild.- B. : Azərnəşr, 2002.- 431 s.  

4. Rəsul Rza. Seçilmiş əsərlər: Beş cilddə. IV cild.- B.: Azərnəşr, 2002.- 463 s. 

5. Rəsul Rza. Seçilmiş əsərlər: Beş cilddə. V cild.- B. : Azərnəşr, 2002.- 457 s. 

 

Haqqında      

      

Dövrü mətbuatda: 

 

Abdin T. Rəsul Rza ilə üz-üzə və Rəsul Rza haqqında : Rəsul Rza-100 / T. Abdin // 

Ulduz.- 2010.- № 4.- S.11-21. 

 

Axundov A. Rəsul Rza və ana dili : Rəsul Rza - 100 / A. Axundov // Ədəbiyyat 

qəzeti.- 2010.- 14 may.- № 19.- S.3-4. 

 

Allahverdiyev V. Rəsul Rza yaradıcılığında yeni fikir, forma və məzmun axtarışları / 

V. Allahverdiyev // Xalq qəzeti.- 2010.- 18 aprel.- № 82.- S.7. 



 

Babaoğlu. Böyük sənət simsarı: Rəsul Rza - 100 / Babaoğlu // Qobustan.- 2010.- № 

2.- S.5-7. 

 

Baxış E. Boy ; Rəsul Rzanın ölümü ; şerlər / E. Baxış // Ulduz.- 2008.- №11.- S.31-

35. 


 

Bayat F. Düşüncələr şairi - Rəsul Rza : Rəsul Rza - 100 / F. Bayat // Ulduz.- 2010.- 

№ 5.- S.18- 23. 

 

Bəhmənli V. Hər budağı dözümlü bir xatirə : Rəsul Rza haqqında / V. Bəhmənli // 

Mədəniyyət.- 2010.- 29 yanvar.- № 6-7.- S.22-23. 

 

Bəndəroğlu Ə. Xalq şairi Rəsul Rza : Rəsul Rzanın İraqda çap olunmuş kitabı 

haqqında / Ə. Bəndəroğlu // Ədəbiyyat qəzeti.- 2007.- 3 avqust.- S.3. 

 

Cəmil A.  Lirik ovqat şairi : Adil Rəsul haqqında / A. Cəmil // Ədəbiyyat qəzeti.- 

2008.- 23 may.- S.6. 

 

Əlibəyli G. Düşündürən poeziya : Rəsul Rza haqqında / G. Əlibəyli // Pəncərə. - 



2010.- № 23 (May).- S.78-83. 

 

Əliyeva M. Sənət dünyasının inciləri : qrafika ustası Rəsul Hüseynov haqqında / M. 

Əliyeva // Respublika.- 2009.- 9 avqust.- № 174. - S.3. 

 

Əsgəroğlu Ə. Rəsul Rza yüz ilin sözüdü : şeir / Ə. Əsgəroğlu // Ədəbiyyat qəzeti.- 

2010.- 14 may.- № 19.- S.8. 

 

Əsrlərə sığmayan şair ömrü : xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr 

olunmuş poeziya gecəsi // Azərbaycan.- 2010.- 20 may.- № 108.- S.5. 

 

Hacızadə A. Moskvada xalq şairi Rəsul Rzanın 100 illik yubileyi qeyd edildi  / A. 

Hacızadə // Ədəbiyyat qəzeti.- 2010.- 18 iyun.- № 24.- S.2. 

 

Hacızadə N. Yaddaşımın Rəsul Rza səhifələri  / N. Hacızadə // Azərbaycan.- 2006.- 

№ 2.- S.72-109. 

 

Həmzəqızı Ş. Kişi şair : Rəsul Rza - 100 / Ş. Həmzəqızı // Ulduz.- 2010.- № 4.- S.29. 

 

Həsənəliyeva N. Rəsul Rza ulduzu  : şair Rəsul Rza yaradıcılığı haqqında / N. 

Həsənəliyeva // Təhsil problemləri.- 2007.- 11-20 noyabr.- S.11. 



 

Həsənova C. Virtual məkanda : Rəsul Rza - 100 ; veb-sayt haqqında / C. Həsənova // 

Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- № 21.- S.2. 



 

Həsənova S. Rəsul Rza və ədəbi dilimiz : Rəsul Rza - 100 / S. Həsənova // 

Azərbaycan.- 2010.- № 5.- S.25-29. 

 

Hüseynoğlu S. Ustad Rəsul Rza anıldı  / S. Hüseynoğlu // Ədəbiyyat qəzeti.- 2009.- 3 

aprel.- S.3. 

 

Xəlilzadə F. Sabahımızın poeziyası : Rəsul Rza - 100 / F. Xəlilzadə // Azərbaycan. - 

2010.- 19 may.- № 10.- S.7. 

 

Kamal R. Rəsul Rza: Günün işıq fəlsəfəsi : Rəsul Rza - 100 / R. Kamal // 

Azərbaycan.- 2010.- № 5.- S.22-24. 

 

Qasımbəyli Y. Mərkəzi Asiya ədəbiyyatında Rəsul Rza obrazı : Rəsul Rza - 100 / Y. 

Qasımbəyli // Ədəbiyyat qəzeti.- 2010.- 14 may.- № 19.- S.6. 

 

Qasımzadə İ. İkinci yüzilinə xoş gəldin : Rəsul Rza - 100 / İ. Qasımzadə // 

Azərbaycan.- 2010.- № 5.- S.10-11. 




 

Qəşəmoğlu Ə. Rəsul Rza-söz sənətimizə forma və məzmunca yenilik gətirən novator 

şair / Ə. Qəşəmoğlu // Yeni Azərbaycan.- 2010.- 9 fevral.- № 23.- S.11 



 

Quliyev Q. Təbrizin yolları oyum-oyumdur. R. Rzanın bir şeri haqqında etüd / 

Qorxmaz Q. // Ulduz.- 2005.- sentyabr.- № 9. s-69-71.  



 

Məmmədova T. Rəsul Rzanın ev muzeyi yenidən açıldı / T. Məmmədova // 

Mədəniyyət.- 2010.- 19 may.- № 32.- S.4. 

 

Məmmədov Ş. İnsan - əbədi və əzəli torpaq : R.Rzanın "Mən torpağam" şeirinin 

tədrisi ilə bağlı qeydlər / Ş. Məmmədov // Azərbaycan müəllimi. - 2009.-  

27 fevral. - S.6.  

 

Mərdanova S. Rəsul Rzanın "Qızılgül olmayaydı" poemasında lirik ricətlər  / S. 

Mərdanova // Azərbaycan dili və ədəbiyyatı tədrisi.- 2009.- № 1.- S.26-29. 

 

Məsim E. Ölümə nəğmə ; Rəsul Rza haqqında iki şeir ; Bir gilə əzab və b. şeirlər / E. 

Məsim // Ulduz.- 2010.- № 2.- S.59-60. 

 

Mirzəbəyli İ. Həyatın özü kimi şirin-acı xatirələr : Bülbül, Mir Cəlal, Rəsul Rza, 

İLyas Əfəndiyev... ömrünün indiyədək yazılmayan incə məqamları / İ. Mirzəbəyli // 

Xalq qəzeti.- 2010.- 4 aprel.- № 70.- S.8. 

 

Novruzov T. Sabir ənənələri Rəsul Rza yaradıcılığında / T. Novruzov // Xalq qəzeti.- 

2006.- 31 may.- S.7. 



 

Paşayev Q. Tərifdən yuxarıda duran şair : Azərbaycan Yazıçılar Birliyi - 75 : Rəsul 

Rza haqqında  / Q. Paşayev // Azərbaycan.- 2009.- 20 fevral.- S.10.  

 

Rəsul Rzanın 100 illik yubleyinin keçirilməsi haqqında Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı (14 yanvar 2010-cu il) // Azərbaycan Müəllimi.- 2010.- 15 

yanvar.- № 2.- S.1. 

 

Rəsul Rzanın 100 illiyinə həsr olunmuş elmi sessiya // Xalq qəzeti.- 2010.- 13 may.- 

№ 102.- S.6. 

 

Rəsul Rza haqqında deyilənlər // Ədəbiyyat qəzeti.- 2010.- 5 fevral.- № 5. - S.1. 



 

Rəsul Rza  mükafatları təqdim edildi : Xalq şairi doğum günü ərəfəsində yad olundu 

// Yeni Azərbaycan.- 2007.- 18 may.- S.12. 

 



Rübail. Dedi ki, dünənki şeri oxu... : Rəsul Rza - 100 / Rübail // Ədəbiyyat qəzeti.- 

2010.- 14 may.- № 19.- S.8. 

 

Rza O. Salam, poeziya cəngavərinə : Rəsul Rzaya həsr olunmuş şeir / O. Rza // 

Ədəbiyyat qəzeti.- 2010.- 14 may.- № 19.- S.8. 

 

Seyidov Ə. Mən ürəyəm, döyünməsəm - ölərəm : Azərbaycan şairi Rəsul Rza 

haqqında / Ə. Seyidov // Xalq qəzeti.- 2010.- 25 aprel.  

 

Sərvaz. Çinar ömrünün ucalığı : Rəsul Rza - 100 / Sərvaz // Ədəbiyyat qəzeti. - 

2010.- 7 may.- № 18.- S.4. 

 

Sərvaz. Elmi sessiya : Rəsul Rza - 100 / Sərvaz. // Ədəbiyyat qəzeti.- 2010.- 14 may.- 

№ 19.- S.1,3. 



 

Sərvaz. Rəsul Rza bu gün də var, sabah da.../ Sərvaz // Ədəbiyyat qəzeti.-  

2009.- 22 may.- S.2. 

 

Sərvaz. Sənə eşq olsun, həyat! : Rəsul Rza - 100 / Sərvaz. // Ədəbiyyat qəzeti.- 2010.- 

21 may.- № 20.- S.3. 



 

Şeirimizin tut ağacı  : Rəsul Rza - 100 // Mədəni Maarif.- 2010.- № 4.- S.20-25.  

 

Türkiyədə Rəsul Rzanın yubiley tədbirləri : Rəsul Rza - 100 // Ədəbiyyat qəzeti.- 

2010.- 30 aprel.- № 17.- S.3 

 

Ülvi A.  Flora Xəlilzadənin yeni kitabı  : 1934-cü ildə "Azərbaycan Yazıçılar 

Cəmiyyəti" adı altında təşkil edilən AzərbaycanYazıçılar Birliyinin təşkilatçıları 

haqqında / A. Ülvi // Xalq qəzeti.- 2009.- 6 oktyabr.- № 221. - S.8.  

 

Yusifli V. Azərbaycan sərbəst şeiri : mülahizələr / V. Yusifli // Azərbaycan. 

- 2008.- № 10.- S.165-181. 

 

Yusifli V . Bir daha "Rənglər" silsiləsi haqqında : Rəsul Rza - 100 / V. Yusifli // 

Ədəbiyyat qəzeti.- 2010.- 16 aprel.- № 15.- S.1, 3. 

 

Yusifli V. Pəncərəmi açdım sabaha... : Rəsul Rza - 100 / V. Yusifli // Azərbaycan.- 

2010.- № 5.- S.12-22. 

 

Yusifli V. Rəsul Rza: dünənin, bu günün, gələcəyin şairi / V. Yusifli // Mədəniyyət.- 

2010.- 14 may.- № 31.- S.13. 

 



Yusifli V. Rəsul Rza və əbədi gənclik : Rəsul Rza-100 / V. Yusifli // Ulduz.- 2010.- 

№ 4.- S.22-28. 

 

Yusifoğlu R. Rəsul Rza yaradıcılığında poema janrı  / R. Yusifoğlu // Azərbaycan dili 

və ədəbiyyat tədrisi.- 2010.- № 2(Aprel-iyun).- S.11-14. 

 

 

 



Tərtib edən:    Səmədzadə Könül – F.Köçərli adına Respublika Uşaq Kitabxanasının         

                        baş kitabxanaçısı 

 

 

Redaktor:        Fizurə Quliyeva – F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 



                        direktoru  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

   


 

 

 

 

 



Yüklə 135,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə